Məhkəmə qərarları › İş №2-1(112)-3612/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3612/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3612/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə müraciətə cavab verilməsi tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 24/xx-xx/03727 saylı məktubu ilə cabadeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə xx xxxxxx 2020-ci il tarixli ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və xx xxxxxx 2020-ci il tarixli ərizəyə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə xx xxxxxx 2020-ci il tarixli “Suvarma suyu ilə təmin edilmə barədə” şikayət ərizəsi ilə müraciət edərək mülkiyyətində olan və Hacıqabul rayonunun Navahi kəndində yerləşən 27,65 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin suvarma suyu ilə təmin edilməsinə göstəriş verməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə xx xxxxxx 2020-ci il tarixli 24/24- 34/03727 saylı məktubla müraciət edərək müraciətində göstərilən məsələyə baxılması üçün aidiyyəti üzrə göndərildiyini bildirmişdir. Lakin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC' Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 24/xx-xx/03727 saylı məktubu ilə cabadeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsinə cavab verilməsini təmin etməmişdir. Cavabdeh Azərbaycan Meliorasiya və Sıı Təsərrüfatı ASC-nin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx xxxxxx 2020-ci il tarixli 24/xx-xx/03727 saylı saylı məktubuı ilə cabadeh orqana göndərilən suvarma suyu ilə təmin edilmə barədə xx xxxxxx 2020-ci il tarixli şikayət ərizəsinə cavab verməməsi qanunsuz və əsassız hesab edilməli və suvarma suyu ilə təmin edilmə barədə xx xxxxxx 2020-ci il tarixli ərizəyə cavab verməsi vəzifəsinin cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə həvalə edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Ərizə məhkəməyə daxil olduqdan sonra ərizənin və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə və 3-cü şəxsə təqdim edilərək, cavabdehdən və 3-cü şəxsdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası xx.xx.2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddianı tamamilə əsassız hesab edirlər. Belə ki, İddiaçı çoxsaylı müraciətlərinə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin tapşırığına əsasən Cəmiyyətin tabeliyində olan X1 İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixli 147 nömrəli, habelə Cəmiyyətin sədr müavini Z.Quliyev tərəfindən xx.xx.2020-ci il tarixli 03/06-419 nömrəli məknublarla ətraflı cavab verlmişdir. Məlumdur ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş "İnzibati orqanların təsnifatf'nda cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC inzibati orqan kimi müəyyən olunmamışdır. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yol verilən olmasına dair mühüm şərtlərdən biridir. İddia mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət verə bilər. Hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Tərəflərə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, müvafiq olaraq məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarda həmçinin qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan Azərbaycan Meliorasiya və X4 Şəhmdar Cəmiyyəti Hacıqabul-Suvarma Sistemləri İdarəsinin xx.xx.2020-ci il tarixli 147 №-li məktubundan müəyyən olunur ki, Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti bina 24-də yaşayan vətəndaş İddiaçı xx xxxxxxx 2020-ci il tarixli müraciətində Navahı kənd ərazisində mülkiyyətində olan torpaq sahəsinin suvarma suyu ilə təmin olunmasına köməklik göstərilməsini xahiş edir. Məsələ ilə əlaqədar tərəflərindən müraciətlərə baxılmışdır və bununla əlaqədar aşağıdakıları bildirmişlər; Navahı-Pirsaat massivində suvarılan torpaqların su təminatı Pirsaat çayından X5 yığılan suyun hesabına həyata keçirilir. Bır neçə ildir Respublikada havaların davamlı olaraq quraq keçməsi ilə əlaqədar Pirsaat çayında su olmaması və buna görə X3 su yığılmaması səbəbindən Pirsaat-Navahı massivində suvarılan torpaqlarda əkirlərin su təminatında çətinliklər yaranmışdır. Suvarma suyunun su istifadəçilərinə verilməsini Meliorasiya və İrriqasiya haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ərazilərdə yaradılmış və dövlət qeydiyatından keçmiş Sudan istifadəedənlər Birliyi qrafik əsasında həyata keçirir. Navahı ərazisində sərbəst fəaliyyət göstərən SİB bağlanmış müqavilə əsasında X2 idarəsindən suvarma suyunu su ayrıcından alaraq qrafik əsasında su istifadəçilərinə verir. Hal-hazırda Navahı kəndində 920 ha payızlıq əkin mövcuddur Quraqlıqla əlaqədar olaraq X3 su olmadığından bu əkin sahələri, müraciət edən vətəndaşın əkin sahələri daxil olmaqla suvarılmamış qalır. X5 su daxil olduğu halda su istifadəçiləri SİB tərəfindən suvarma suyu ilə təmin ediləcəkdir.Kənd təsərrüfatı sahəsində təbii fəlakət (quraqlıq, daşqın, yanğın) nəticəsində vətəndaşlara dəymiş ziyanı qarşılamaq üçün Respublikada “Aqrar sığorta" qurumu cari ildən fəaliyyətə başlamışdır. Odur ki, əkinlərin “Aqrar sığorta” qurumu ilə sığortalanması məqsədə müvafiqdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Məhkəmə araşdırması zamanı iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlərdən olan tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu müəyyən olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 85-ci maddəsinə əsasən məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X4 Səhmdar Cəmiyyətinə qarşı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilməklə müraciətə cavab verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar