Məhkəmə qərarları › İş №2-1(112)-3614/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3614/2021

07.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3614/2021 07.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası üzrə mümkünlük məsələsinə Bakı şəhərində Bakı İnzibati Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, iddia qaldıraraq, “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxx 2020-ci il tarixli 630/20 saylı məktubuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi; xx xxxxxxxx 2020-ci il tarixli 630/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM-nin) 54-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi (dəyişdirilməsi) barədə ərizə təqdim edərək, “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxx 2020-ci il tarixli 636/20 saylı məktubuna cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi; xx xxxxxxxx 2020ci il tarixli 636/20 saylı məktuba cavab verməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixli 636/20 saylı məktubla müraciət edərək nümayəndəsi olduğu X2 məxsus olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxxx 2020-ci il tarixli 636/20 saylı məktub xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə daxil olub. Lakin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxxx 2020-ci il tarixi i 636/20 saylı məktubuna cavab verilməsini təmin etməmişdir. Bundan əlavə xx xxxxxxxx 2020-ci il tarixli 636/20 saylı məktubla müraciət edərək nümayəndəsi olduğu X2 məxsus olan ünvan 1 ünvanında yerləşən yataqxananın 315-ci otağının söküntüsü nəticəsində X1 ayrı mənzillə təmin edilməyinə və ya ona kompensasiya ödənilməsinə göstəriş verilməsini xahiş etmişdir. “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxxx 2020-ci il tarixli 636/20 saylı məktub xx xxxxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə daxil olub. Lakin cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti İddiaçı MMC-nin “Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin qanunsuz hərəkətləri barədə” xx xxxxxxxx 2020-ci il tarixi i 636/20 saylı məktubuna cavab verilməsini təmin etməmişdir. İPM-nin (bundan sonra–İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdeh inzibati orqana və üçüncü şəxslərə təqdim edilərək, iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin məhkəməyə təqdim etdiyi xx xxxxxx 2021-ci il tarixli 68 nömrəli etirazda göstərilmişdir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, 7-214/7g saylı tapşırığına uyğun olaraq Bakı şəhərində qəzalı vəziyyətdə olan binaların sakinlərinə sahəsi 30 kv. metr və daha az olan ailələrin hər birinə 30,0 min manat və sahəsi 30 kv. metr çox olan mənzilin ümumi sahəsinin 1 kv. metr üçün 1000 manat olmaqla birdəfəlik maddi yardımın ödənilməklə köçürülməsi ilə bağlı Azərbaycan Respublikasının Baş Nazirinin xx.xx.2019-cu il tarixli, 7/1417 saylı məktubu əsasında General Şıxlinski küçəsi 42 saylı ünvanda yerləşən 5 mərtəbəli,4 girişli yataqxana binasında yaşayan ailələrə (siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın ədalətli bölüşdürülməsini təmin etmək məqsədi ilə Xətai rayon İcra Hakimiyyəti başçısının xx xxx 2019-cu il tarixli, 101 saylı Sərəncamı ilə kommissiya yaradılmışdır. ünvan 2 ünvanda yerləşən 5 mərtəbəli,4 girişli yataqxana binasında yaşayan ailələrə ( siyahı üzrə 146 ailə) ayrılmış birdəfəlik maddi yardımın hesabına Sifarişçi- Xətai Rayon İcra Hakimiyyəti və Podratçı- "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətin kooperativ binada mənzil tikintisi haqqında müqavilə ilə Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azkommunlayihə” İnstitutunun xx xxxx 2020-ci il tarixli texniki rəyi əsasında yataqxana binasının sökülərək yerində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında BakıŞəhər Memarlıq və Şəhərsalma Baş idarəsinin obyektin tikintisinə 63 nömrəli, xx.xx.2020-ci il tarixli icazə sənədi əsasında 12 mərtəbəli yaşayış binalarının tikintisi və payçıların ümumi sahəsi 54,5 kv.m 2 otaqlı tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və bir aylıq kirayə haqqının 500,0 (beş yüz) manat və mənzillər təqdim edilənədək hər ay 300,0 (üç yüz) manat kirayə haqqının bank vasitəsi ilə sakinlərin kart hesabına ödənilməsi nəzərdə tutulmuşdur. Bakı şəhəri, Xətai rayonu Qeydiyyat Şöbəsinin xx xxxxxx 2016-cı il tarixli X7 Şəhadətnaməyə əsasən bina sakinləri şikayətçi X4 və X8 arasında nigah ləğv edilmiş və tərəflər arasında məhkəmə qaydasında boşanma və boşanmadan sonra yaranmış əmlak mübahisəsi qüvvədə olan Mülki və Ailə Məcəllələrinin tələblərinə uyğun öz həllini tapmamışdır. Xətai Rayon Məhkəməsinin (2019cu ilin əvvəlində sakinlərə birdəfəlik maddi yardım ayrıldıqdan sonra) İş №2(011 )- 7148/2019 nömrəli, xx xxxxxxx 2019-cu il tarixli Qətnaməsi üzrə Gen.Şıxlinski küçəsi 42 ünvanında yerləşən yataqxana binasında X1 315 nömrəli otaqda yaşamaq hüququ təmin edilmiş, lakin mülkiyyət hüququ nəzərə alınmamışdır.Qəzalı binada yaşayan146 ailənin siyahısında orderlər üzrə ümumi sahəsi 28,8 kv.m olan 314 və 315 saylı otaqlar ailə başçısı X3 (5 nəfər ailə tərkibi ilə) adına qeydiyyata alınmaqla 30500 (otuz min beş yüz) manat birdəfəlik maddi yardım ayrılmışdır. hazırda Gen.Şıxlinski küçəsində yerləşən qəzalı və insan üçün yaşamağa və hər an uçma təhlükəsi olan 42 saylı mübahisəli yataqxanadan köçürülərək X6 (5 nəfər ailə tərkibi -özü, keçmiş həyat yoldaşı, oğlu, qızı və ögey qızı) General Şıxlinski küçəsi 42 ünvanında inşa olunan çoxmənzilli binada 2 otaqlı, ümumi sahəsi 54,5 kv.m tam təmirli mənzillə təmin olunması, ilkin olaraq köçürülmə və kirayə haqqı- 500,0 (beş yüz) manat və mənzil təqdim edilənədək 300,0 (üç yüz) manat aylıq kirayə haqqının ödənilməsi təmin olunmuş və hazırda razılaşma qanuni qüvvəsindədir. Lakin X4 ayrıca mənzillə təmin olunmasını tələb edir. Məlumat üçün bildiririk ki, iddia tələbində qeyd edilən müraciətlə bağlı X4 Rayon İcra Hakimiyyətinə dəvət olunmuş və o, qəbulda olarkən müraciətində qeyd edilənlərlə əlaqədar ona ətraflı izahat verilmişdir. müvafiq razılaşma əsasında qəzalı binadan sakinlərin kirayə mənzillərə köçürülməsi davam etdirilir, ərazidə şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə uyğun olaraq çoxmənzilli yaşayış binalarının inşasına başlanılmış və Rayon İcra Hakimiyətinin komissiyası tərəfindən tikinti işlərinin gedişatı və sakinlərin müraciətləri nəzarətdə saxlanılır. İddiaçıya, cavabdehə və üçüncü şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, iddiaçı,cavabdeh və üçüncü şəxslər müvafiq olaraq nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və məhkəmə iclasına gəlmədiyindən və gəlmədiklərinin səbəbləri barədə məhkəməyə məlumat vermədiklərindən, məhkəmə onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının x xxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarında qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan inzibati aktın etibarsızlığının tanınması haqqında iddia onunla səciyyələnir ki, iddiaçı ilə inzibati orqan arasında inzibati aktın etibarlılığına dair mübahisə mövcud olsun və iddiaçı belə bir iddia qaldırmaqla hüquqi müəyyənliyin bərqərar edilməsinə çalışsın. Başqa sözlə, iddiaçının bu növ iddia ilə çıxış etməkdə məqsədi inzibati aktın hüquqi nəticələr yaradıb-yaratmadığına dair qeyri-əminliyi aradan qaldırmaqdır. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinin ikinci yarımcümləsində nəzərdə tutulan tanınma haqqında iddia növünün maddi əsası “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində müəyyən edilmişdir. Belə ki, inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın əsaslı hesab edilməsi üçün həmin aktın “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinin tələbləri baxımından etibarsız olması tələb olunur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə hesab edir ki, hazırki iş üzrə İddiaçı MMC hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. Belə ki, “İnzibati icraat haqqında” Qanunun əsas anlayışlarının əks olunduğu 2-ci maddəsinin 3-cü bəndinə görə maraqlı şəxs dedikdə - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxs başa düşülür. Həmin maddənin 4-cü bəndinə əsasən isə ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən, maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 71.2-ci maddəsinə əsasən, şəxsin müraciətinin məqsədi inzibati aktın qəbulu ilə bağlı olmadığı hallarda inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən də bu fəslin qaydalarına uyğun olaraq şikayət verilə bilər. Göstərilən normaların məzmunundan görünür ki, maraqlı şəxslər öz hüquq və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə şikayət vermək hüququna malikdirlər. İPM-nin 31.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında proses iştirakçılarının vəkillə təmsil olunmaq hüququ vardır. Dövlət və bələdiyyə orqanları, yaxud hüquqi şəxslər, həmçinin bu Məcəllənin 26.2-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətli nümayəndə vasitəsilə, fiziki şəxslər isə yaxın qohumlar vasitəsilə təmsil oluna bilərlər. Hazırki iş üzrə iddiaçı cavabdeh inzibati orqana hüquqlarının müdafiəsi üçün müraciət etdiyi şəxsin - X1 hüquqlarını qanuni əsaslarla təmsil etməsi barədə məhkəməyə heç bir sənəd (etibarnamə, order) təqdim etməmişdir. İPM-nin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 81 və 83-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinə qarşı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və X5 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə, cavabdehin müraciətə cavab verməsindən imtinanın qanunsuz hesab edilməsi və müraciətə cavab verilməsi vəzifəsinin onun üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar