Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3615/2025 17.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi göstərilməklə) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müddətsiz üçüncü qrup əlilliyin təyin edilməsi barədə qərarın, həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli qərarının iddiaçıya aid hissədə ləğv edilməsi, iddiaçıya müddətsiz birinci qrup əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxx 1981-ci ildə Bakı şəhərində doğulmuşdur. 10 iyul 2013-cü ildə avtomobil qəzası keçirmişdir. Keçirdiyi avtoqəza nəticəsində aldığı xəsarətlərə görə ona “Hər iki baldır sümüklərinin açıq yerdəyişməli sınıqları, sol kürək sümüyünün və sol bazu sümüyünün cərrahi yerdəyişmiş sınıqları diaqnozu qoyulmuş, Xəstəliyinin adı “hər iki aşağı ətrafda baldır sümüklərinin İlizarov aparatı ilə osteosintezi” adlanır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X1 şöbəsinin müalicə həkiminin və şöbə müdirinin imzaladığı 14 yanvar 2014-cü il tarixli 164 saylı arayışdan da görünür ki iddiaçıya “Hər iki baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, yivli mil-mil cihazı ilə osteosintezdən sonrakı vəziyyət, sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüyünün metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət, hər iki baldırın yerinin həcmli yumşaq toxuma defektli çupuq toxumaları” diaqnozu qoyulmuş, ambulator nəzarət məsləhət görülmüşdür. 12 avqust 2024-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və X1 şöbəsinin travmotoloqu X8 və X5 tərəfindən müayinə olunaraq verilmiş rəydə qeyd edilmişdir: “Sağ sol dizin 2 AP proyeksiyasında R qrammalarında Oynaq yarığı qeyribərabər, medialda çox olmaqla daralıb, kənari osteofitlər, kondiluslar arası hündürlüklərin sivriləşməsi uyğun oynaq səthlərində skleroz, varus deformasiyaları var. Sağ oynaq diz oynağı Osteoartroz İİİ dərəcə. Sol diz oynağı osteoartroz İİ dərəcə (Kellgren - Lowrens). Hər iki baldırın və ayaqların R qrammaları. Nəticə hər iki sağ və sol qamış və incik sümüklərinin sınıqları: tibialar bitişmiş sınıqlar. Fibulalar bitişməmiş sınıqlar - yalançı oynaqlar. Hər iki ayaq Şopar Lisfrank oynaqlarında artrozlar solda çox olmaqla = İİ - İİİ dərəcə”. İddiaçı 2014-cü ildən 2016-cı ilə qədər həkim komissiyasından keçmiş və ona Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 4 saylı Tibbi Sosial Ekspert Komissiyasının təkrar müayinədən keçən əlillər üçün OYCSAH10002 saylı arayışa əsasən, İ (birinci) qrup müddətsiz əlillik verilmiş, “Başqasının qulluğuna ehtiyacı var” qeyd edilmişdir. Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyi tərəfindən ona Respublika Xəstəxanasına EMG müayinəsi üçün göndəriş verildi. Respublika Xəstəxanasında EMG müayinəsi olmadığına görə oradan Təbibin göndərişi ilə Bakı Sağlamlıq Mərkəzinə EMG müayinəsinə göndərildi. 13 avqust 2024-cü il tarixdə Bakı Sağlamlıq Mərkəzində müayinədən keçdikdən sonra nevroloq - EMG mütəxəssisi Turan M.E. tərəfindən xəstəliyinə görə rəy verilərək “lateral aşağı ətraflar sinir keçiriciliyi (NCS) müayinə olundu. Bilateral Peroneal sinirdən və Sural sinirdən cavab alınmadı. Tibial sinir motor göstəricinin amplitudu normadan aşağı nəticə göstərdi. Bu göstəricilər bilateral aşağı ətrafların ağır dərəcədə Sensori-Motor Neyropatiyası ilə ümumi olaraq dəyərləndirildi” qeyd edilmişdir. 14 avqust 2024-cü il tarixində 13 avqust 2024-cü il tarixli Bakı Sağlamlıq Mərkəzinin nevroloqu EMG mütəxəssisi Turan M.E. tərəfindən verilmiş rəyi, Respublika Xəstəxanasının 13 avqust 2024-cü il tarixli rəyini, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun rəylərini Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinə təqdim etdi. Bakı Sağlamlıq Mərkəzinin nevroloqu EMG mütəxəssisi Turan M.E. və Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu tərəfindən onun ayaqlarının ağırlaşdırıcı formasına görə verilmiş RƏY Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyi tərəfindən qəbul edilsə də, həmin sənədlərə heç bir hüquqi qiymət verilmədən, nəzərə alınmadan, ancaq çiyinində olan xəsarətlərə görə diaqnoz verilərək “Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı” diaqnozu qoyulmuş, digər ağır xəstəliyi ilə - ayaqlarında olan əlilliklə əlaqədar əlillik haqqında arayışda qeyd edilməmişdir. Halbuki, Azərbaycan Republikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Agentliyinin həkimləri tərəfindən onun ayaqları müayinə edilərkən, ayaqlarının damarları aparatla hiss olunmadı, damarlarının sıradan çıxmağı, hər iki ayaqlarının biləklərinin işləməməsi, dizdən aşağı vətərlərinin kəsiyi, barmaqlarının heç birinini işləməməsi, hərəkətsizliyini həkimlər də özləri müşahidə etdilər və bu barədə rəy yazib avtomatik olaraq göndəriləcəyini bildirdilər. 2014-cü ildən əlilliklə əlaqədar pensiyaya çıxmışdır. İddiaçının əlil olmağı avtoqəza nəticəsində aldığı ağır dərəcəli xəsarətlətlə əlaqədar olmuş, aldığı xəsarətlərlə əlaqədar sənədləri ərizəyə əlavə etmişdir. 2016-cı ildə ona əlillik müddətsiz olaraq təyin edilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona təyin olunmuş əlilliyi yenidən qiymətləndirərək onda olan xəstəliklərin (diaqnozun) səsəbindən, 03 mart 2016-cı il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin dəyişdirilərək, 2.3. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən xx.xx.2024cü il tarixindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul etmişdir. Halbuki, onun təyin olunmuş əlillik müddətsiz olmuşdur. Hesab edir ki, qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarı qanunsuz və əsassızdır.
3. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 il müddətinə birinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixindən 2.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən birinci dərəcə əlillik müddətsiz olaraq SİSTEM tərəfindən uzadılmışdır. Göndərişdə qeyd edilən diaqnoz “Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı.” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-18582/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixində tibbi sənəd təqdim etmişdir. Müayinə zamanı ayaqlarında ağrı, yaraların olması, baxmayaraq yerimədən şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş xx.xx.2014-cü il tarixli Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun 164 nömrəli arayışında diaqnoz “Hər iki baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, osteosintezdən sonrakı vəziyyət. Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüyünün metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət. Hər iki baldırın geniş həcimli yumşaq toxuma deffektli çapıq toxuması.” kimi qeyd olunmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixində həkim-nevropatoloq və travmotoloq tərəfindən müayinə olunmuşdur. Nevropatoloq rəyi “Kəllə-beyin sinirləri normadadır. Sümüküstü və vətər refleksləri yuxarı ətraflarda orta canlı, hər iki diz refleksləri orta canlıdır. Hər iki axil refleksləri alınmır. Əzələ tonusu ətraflarda normaldır. Sağ pəncədə əzələ gücü 3 bal, yerişi stepaj tiplidir. EMQ müayinəsi və Respublika Klinik Xəstəxanadan tibbi rəy gətirməlidir”, travmotoloqun rəyi “2013-cü il tarixində avtoqəza nəticəsində politravma almışdır. Bazu nahiyyəsindəki tarvma tam reabilitasiya olunmuşdur. Hər iki baldır nahiyyəsinin önündə trofiki yara izlənirlir. Yara üzərində ifrazat olduğu üçün osteomieliti istisna etmək üçün rentgen plyonka və Travmotologiya İnstitutundan tibbi rəy gətirməlidir.” kimi olmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixində keçirilmiş aşağı ətraf arteriyalarının dopplerografiyasının nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir.” Olmuşdur. xx.xx.2024-cü il tarixli Elmi- Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun ********** nömrəli arayışında diaqnoz “Hər iki qamış sümüklərinin bitişmiş sınıqları, incik sümüklərinin yalançı oynaqları. Hər iki baldırın autodermoplastikasından sonrakı çapıqlar. Sağ diz oynağının İİİ, sol diz oynağının İİ dərəcəli qonartrozu, varus deformasiyaları. Hər iki aşıq-baldır oynaqlarının natamam kontrakturası”, xx.xx.2024-cü il tarixli EMQ müayinə nəticəsi “Bilateral Peroneal sinirdən və Sural sinirdən cavab alınmadı. Tibial sinir motor göstəricinin amplitudu normadan aşağı nəticə göstərdi. Bu göstəricilər bilateral aşağı ətrafların ağır dərəcədə Sensori-Motor neyropatiyası ilə uyumlu olaraq deyerlendirildi. xx.xx.2024-cü il tarixli Respublika Klinik Xəstəxanasının 8794 nömrəli tibbi rəyində diaqnoz “Çoxsaylı mononevropatiyaları. Aşağı süst paraparez.” olmuşdur. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə Qərar qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Məhkəmənin sorğusuna əsasən cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, vətəndaşa dair göndərişlərin tarixi Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsisteminə keçirilən dövrdən əvvəlki tarixə təsadüf etdiyindən həmin dövrdə göndəriş (Forma-088) kağızdaşıyıcı şəklində Tibbi-sosial ekspert komissiyalarına təqdim olunurdu və qiymətləndirmə aparılırdı. İddiaçı dair tibbi-sosial ekspertiza sənədlərinin surəti məhkəmə təqdim olunur.
5. TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2014-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” birinci dərəcəli 2 il müddətinə əlillik təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2024-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil..” müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının 3-17-4/3-1-19196/2024 saylı 14 avqust 2024-cü il tarixli Qərarında aşağıdakılar göstərilmişdir:
4. Bakı şəhər sakini xx.xx.1981-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti Tibbi sosial ekspert komissiyası tərəfindən xx.xx.2014-cü il tarixində qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarının 2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 2 il müddətinə birinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixindən 2.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən birinci dərəcə əlillik müddətsiz olaraq SİSTEM tərəfindən uzadılmışdır. Göndərişdə qeyd edilən diaqnoz “Sol bazu smüyünün cərrahi boynunun və körpücük sümüklərinin bitişməkdə olan sınığı” olmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3-17-4/2-M-18582/2024 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuşdur. xx.xx.2024-cü il tarixində tibbi sənəd təqdim etmişdir. Müayinə zamanı ayaqlarında ağrı, yaraların olması, axsayaraq yerimədən şikayəti olduğunu bildirmiş, bəzi müayinə və müalicə sənədləri təqdim etmişdir. Təqdim edilmiş xx.xx.2014-cü il tarixli Elmi-Tədqiqat Travmotologiya və Ortopediya İnstitutunun 164 nömrəli arayışında diaqnoz “Hər iki baldır sümüklərinin açıq yerdəyişmiş sınıqları, osteosintezdən sonrakı vəziyyət. Sol bazu sümüyünün cərrahi boynunun və körpücük sümüyünün metal lövhə ilə osteosintezindən sonrakı vəziyyət. Hər iki baldırın geniş həcimli yumşaq toxuma deffektli çapıq toxuması." kimi qeyd olunmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixində həkim-nevropatoloq və travmotoloq tərəfindən müayinə olunmuşdur. Nevropatoloq rəyi “Kəllə-beyin sinirləri normadadır. Sümüküstü və vətər refleksləri yuxarı ətraflarda orta canlı, hər iki diz refleksləri orta canlıdır. Hər iki axil refleksləri alınmır. Əzələ tonusu ətraflarda normaldır. Sağ pəncədə əzələ gücü 3 bal, yerişi stepaj tiplidir. EMQ müayinəsi və Respublika Klinik Xəstəxanadan tibbi rəy gətirməlidir.", travmotoloqun rəyi “2013-cü il tarixində avtoqəza nəticəsində politravma almışdır. Bazu nahiyyəsindəki tarvma tam reabilitasiya olunmuşdur. Hər iki baldır nahiyyəsinin önündə trofiki yara izlənirlir. Yara üzərində ifrazat olduğu üçün osteomieliti istisna etmək üçün rentgen plyonka və Travmotologiya instittundan tibbi rəy gətirməlidir." kimi olmuşdur. DTSERA-da xx.xx.2024-cü il tarixində keçirilmiş aşağı ətraf arteriyalarının dopplerografiyasının nəticəsi “Magistral arteriyaların aterosklerozu, hemodinamik əhəmiyyətli daralmalar izlənilmir.” Olmuşdur. xx.xx.2024-cü il tarixli Elmi-Tədqiqat Travmotologiya və Ortopediya institutunun ********** nömrəli arayışında diaqnoz “Hər iki qamış sümüklərinin bitişmiş sınıqları, incik sümüklərinin yalançı oynaqları. Hər iki baldırın autodermoplastikasından sonrakı çapıqlar. Sağ diz oynağının İİİ, sol diz oynağının İİ dərəcəli qonartrozu, varus deformasiyaları. Hər iki aşıq-baldır oynaqlarının natamam kontrakturası", xx.xx.2024-cü il tarixli EMQ müayinə nəticəsi “Bilateral Peroneal sinirdən və Sural sinirdən cavab alınmadı. Tibial sinir motor göstəricinin amplitudu normadan aşağı nəticə göstərdi. Bu göstəricilər bilateral aşağı ətrafların ağır dərəcədə Sensori-Motor neyropatiyası ilə uyumlu olaraq deyerlendirildi. xx.xx.2024-cü il tarixli Respublika Klinik Xəstəxanasının 8794 nömrəli tibbi rəyində diaqnoz “Çoxsaylı mononevropatiyaları. Aşağı süst paraparez." olmuşdur. Anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 6.5.1.1 bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülmüşdür ki, bu da ikinci dərəcə əlilliyə ekvivalent olmuşdur. Bu səbəbdən xx.xx.2024-cü il tarixindən “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 2.3 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə Qərar qəbul edilsin.
7. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2024-cü il tarixli məhkəmə qərardadına əsasən xx.xx.2025-ci il tarixli məktubda bildirilmilmişdir ki, iddiaçı gəlmədiyindən və ekspertizanı başa çatdırmaq mümkün olmadığından sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılır.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyularaq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 ekspertlərinə həvalə edilmişdir: İddiaçı canlı müayinə olunmaqla: 1) “13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri” qiymətləndirmə meyarlarından hansı iddiaçıda müşahidə edilir?
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekpertizası keçirilməsi barədə xx.xx.2025-ci il tarixli məhkəmə qərardadı əsasında İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli T339/2025 saylı ekspert rəyində komissiya nəticəyə gəlmişdir: Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunan 2.3.2. bəndindəki meyarlara uyğun təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərərı düzgün olduğundan əliliyin gücləndirilməsinə heç bir əsas yoxdur.
10. Şifahi məhkəmə dinləməsi (məhkəmə baxış iclası) zamanı iştirak edən iddiaçı və onun nümayəndəsi (vəkili) iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdilər.
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onun iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir.
İİ. İddianın növü və mümkünlüyü
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.8. Əlilliyin qiymətləndirilməsi barədə qərarın obyektivliyinin təmin edilməsi məqsədilə göndərişlər seçmə qaydada 5 (beş) TSEK-dən çox olmamaq şərtilə bir neçə TSEK-ə göndərilir. Əlilliyin qiymətləndirilməsi zamanı TSEK-dən birinin qərarı digər TSEK-lərin qərarından fərqləndikdə, bu barədə məlumatlar altsistem vasitəsilə Agentliyə ötürülür və yekun qərar bu Qaydanın 2.4-cü bəndində göstərilən müddətdən gec olmayaraq Agentlik tərəfindən qəbul edilir.
13. İddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir.
14. Əlillik altsistemindən görünür ki, xx.xx.2024-cü il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-1-19196/2024 saylı 14 avqust 2024-cü il tarixli qərarına əsasən “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları’nın 2.3 bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
15. İddia tələbi həmin qərarın ləğv edilməsi və müddətsiz birinci dərəcəli əlilliyin bərpa edilməsindən ibarətdir.
16. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 59.1.5-ci maddəsinə əsasən, yazılı inzibati aktda həmin akta qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat əks olunmalıdır. 73.2-ci maddəsinə əsasən, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. 59.3-cü maddəsinə əsasən, inzibati aktın məzmunu müxtəlif kod işarələri ilə ifadə oluna bilər. Belə hallarda inzibati aktın ünvanlandığı şəxsin onun məzmununu birmənalı şəkildə başa düşməsi üçün həmin akta müvafiq izahat əlavə edilməlidir.
17. Hazırki iddia mübahisələndirmə haqqında iddiadır.
18. İddia mümkündür. Belə ki, iddiaçı iddia tələbini düzgün cavabdehə irəli sürmüş, iddia müddətinə əməl etmiş və iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.
İV. Məhkəmənin mövqeyi
19. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir; 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmiş və “Əlliliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarının 1-ci hissəsi ləğv edilmişdir. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz; 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir.
22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçıya: - xx.xx.2014-cü il tarixdə aparılmış ilkin qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2014cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” birinci dərəcəli 2 il müddətinə əlillik təyin edilmişdir. - xx.xx.2016-cı il tarixdə aparılmış qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2016-cı il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.1. Birinci dərəcə əlillik => Digər” müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. - xx.xx.2024-cü il tarixdə aparılmış təkrar qiymətləndirmə nəticəsində iddiaçıya xx.xx.2024-cü il tarixdə ümumi xəstəlik səbəbindən “Diaqnoz: Sol bazu sümüyünün cərrahi boynunun və körpüçük sümüklərinin bitişməkdə olan sınığı; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankil..” müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir.
23. Göründüyü kimi, iddiaçı xx.xx.2016-cı il tarixdə DTSERA-da əyani müayinə olunmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.1. bəndinə uyğun olaraq müddətsiz birinci dərəcəli əlillik təyinatı aparılmışdır.
24. Daha sonra, əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün iddiaçı xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, həmin əyani müayinənin nəticələrinə uyğun olaraq xx.xx.2024cü il tarixdə “Hissəvi reabilitasiya olunması”na dair Qərar verilərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.3. bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.
25. Qərardan narazı qalan iddiaçı Komissiyanın qərarının ona aid hissəsində ləğv edilməsi və müddətsiz birinci dərəcə əlilliyinin ləğv edildiyi tarixdən – xx.xx.2024-ci ilddən etibarən bərpa edilməsini xahiş edir.
26. Qeyd olunanlara əsasən müəyyən olunur ki, cavabdeh tərəfindən iddiaçının əyani müayinəsi nəticəsində anamnestik məlumatlar, obyektiv müayinə nəticələrinə əsasən xəstənin vəziyyəti hazırda qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”nın 6.5.1.1. bəndinə müvafiq ümumi xəstəlik səbəbindən 1 il müddətinə orqanizmin funksiyalarının 40% (qırx faiz) pozulmasına uyğun görülməsi, bununla da ikinci dərəcə əlilliyə ekvivalent olması və bu səbəbdən hissəvi reabilitasiya olması əsas gətirilmişdir.
27. Həmin müddətsiz birinci dərəcə əliliyin təyininə əsasən olmuş xəstəliklərin hazırda onda olub-olmamasının müəyyən edilməsi zərurəti ilə əlaqədar qəbul edilmiş qərardad nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsi tərəfindən İddiaçı sağlamlıq vəziyyətinin təyininə dair tərtib edilmiş T339/2025 saylı ekspert rəyində öz təsdiqini tapmışdır ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunan 2.3.2. bəndindəki meyarlara uyğun təyin edilmiş müddətsiz üçüncü dərəcə əlillik təyinatı qərərı düzgün olduğundan əliliyin gücləndirilməsinə heç bir əsas yoxdur.
28. Məhkəmə qeyd edir ki, iddiaçının hissəvi reabilitasiya olması ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlilliyinin müəyyən olunması haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyi iş materiallarında olan tibbi sənədlərinin təhlilinə əsasən aparılaraq əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişlərdə qeyd edilmiş diaqnozla əlaqədar ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları"nda qeyd olunan 2.3.2. bəndindəki meyarlara uyğun müddətsiz üçüncü dərəcə əlillik təyinatı aparıldığı görünür.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan, iddia rədd edilməlidir.
30. İPM-in 52-ci maddəsinə görə Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
31. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
32. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Ləman Musayeva