Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3617/2022 20.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Əsgərzadə Qələmzər Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 42 il 2 ay əmək fəaliyyətinin təqribən 32 ilini Balaxanı neft sahəsində operator vəzifəsində çalışdığını nəzərə alaraq cavabdeh üzərinə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 fevıal 1964-cü ildə Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Culfa rayonunda doğulmuş, xx.xx.1979-cu il tarixdə ÜİLKGL-nin 50 illiyi adına 74 nömrəli X6 məktəbinə əyani avtomobil təmiri üzrə çilingər ixtisasına qəbul olmuş və xx.xx.1982-ci il tarixdə tam kursu bitirərək orta ixtisas üzrə Q № 603485 nömrəli diplom almışdır. xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilə qədər Sovet ordusunda xidmət etmişdir. 2 yanvar 1985-ci ildən başlayaraq müxtəlif ixtisaslar üzrə bu günə qədər əmək fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.1989-cu il tarixdən Lenin Neft və qaz çıxarma idarəsinin birinci briqadasında neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə qəbul olunmuşdur. xx.xx.1993-cü ildə Neft və qaz çıxarma üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmişdir. Bu günə qədər də həmin ixtisas üzrə operator peşəsi üzrə çalışır. xx.xx.1979-cu il tarixdən əmək fəaliyyətinə başlamağı qeyd olunmalıdır. 01 noyabr 2021-ci il tarixə isə 42 il 2 ay olmaq şərti ilə cavabdehin üzərinə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin qoyulmasına zərurət vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçının nümayəndəsi və vəkili X3 xx.xx.2022-ci il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı 57 yaşından, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia ərizəsi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı 11 mart 2021-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının cavabdehə təqdim etdiyi 2 yanvar 1985-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (20 il 1 ay 5 gün) təşkil edir. İddiaçı imtinadan narazı olduğundan iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Etiraz “Əmək pensiyaları haqqında” Qanunun 5.3, 9.1, 9.8-ci maddələri və ““Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2.6-cı bəndi ilə əsaslandırılmışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə qoyulması” tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazına əlavəsində bildirilmişdir ki, İddiaçı 11 mart 2021-ci il tarixində Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçıya imtina cavabı verilmişdir. İmtinanın əsası kimi iddiaçının cavabdehə təqdim etdiyi 2 yanvar 1985-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçasında və ona əlavə edilmiş sənədlərdə qeyd olunan məlumatlardan 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 1 ay 14 gün (xx.xx.1982-xx.xx.1983-cü il (hərbi xidmət dövrü), xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, İddiaçı güzəştli iş stajı 16 il 9 ay 22 gün (xx.xx.1989xx.xx.2006-cı il tarixləri arasındakı dövrlər) təşkil edir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1982-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1984-cü ildə xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş Г № 603485 nömrəli, xx.xx.1982-ci il tarixli diplomun surətindən görünür ki, İddiaçı xx.xx.1979-xx.xx.1982-ci illərdə avtomobil təmiri çilingər peşəsi üzrə X6 məktəbinin tam kursunu bitirmişdir. İş materiallarına əlavə edilmiş ИT-l № ******* nömrəli, xx.xx.1985-ci il tarixli əmək kitabçasına əsasən İddiaçı xx.xx.1985-ci ildə Az. SSR MMM ATK-da 4-cü dərəcəli avtoçilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1985-ci ildə vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə Culfa təsərrüfatarası tikinti idarəsinə 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1986-cı ildə Babək MPMK-110-a 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1986-cı ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1987-ci ildə V.İ.Lenin adında sovxozda fəhlə qəbul edilmiş, xx.xx.1987-ci ildə öz ərizəsi əsasında azad edilmişdir. xx.xx.1988-ci ildə Bakı ş. Lenin RDİŞ yanında İdarədənkənar mühafizə şöbəsinə mühafizəçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə vəzifədən azad edilmişdir. xx.xx.1989-cu ildə “Leninneft” Neft və Qazçıxarma idarəsində 6 saylı Neft və qazçıxarma sexinə (neft mədəni) dördüncü dərəcəli neft və qaz hasilatı üzrə operator vəzifəsinə qəbul edilmiş, xx.xx.1993-cü ildə neft və qaz hasilatı operatorluğu üzrə beşinci dərəcə verilmiş, xx.xx.2011-ci ildə işdən azad edilmişdir. xx.xx.2012-ci ildə “X2 LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı 6 saylı Neft və qazçıxarma sexinə 5-ci dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təsili üzrə X5 Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin xx.xx.2021-ci il tarixli, 166/21 nömrəli arxiv arayışında göstərilmişdir ki, verilir xx.xx.1964-cü il təvəllüdlü İddiaçı ondan ötrü ki, həqiqətən o, xx.xx.1979-cu il tarixində keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X6 Məktəbinə əyani “Avtomobil təmiri üzrə çilingər” (3 illik) ixtisasına qəbul olmuşdur. Həmin ixtisasın xx.xx.1982-ci il tarixdə tam kursunu bitirmiş və ona ixtisası üzrə Г № 603485 nömrəli diplom verilmişdir. Keçmiş ÜİLKGİ-nin 50 illiyi adına 74 №-li X6 Məktəbi 12 №-li Bakı Peşə Liseyi adlandırılıb. Qeyd: Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli F-202 nömrəli əmrinə əsasən 1 №-li Bakı Peşə Liseyi, 12 №-li Bakı Peşə Liseyi, 17 №-li Bakı Peşə Liseyi və 10 №-li Bakı Peşə Liseyinin bazasında “Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi” publik hüquqi şəxs yaradılmışdır. İş materiallarına əlavə edilmiş SOCAR-ın Baş ofis Mərkəzi Arxivi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2021-ci il tarixli, SOCAR**********80020123X00058 nömrəli məktubda bildirilmişdir ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən xx.xx.1964-cü il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1989-cu ildə (əmr № 152/k, xx.xx.1989-cu il) “Leninneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) 6 №-li NQÇS-nin (neft mədəni) 1-ci briqadasına neft və qazçıxarma üzrə 4-cü dərəcəli operator peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli, 173 nömrəli Qərarı və “Azneft” İB-nin xx.xx.1992-ci il tarixli, 111 nömrəli əmrinə əsasən “Leninneft” NQÇİ “Balaxanıneft” NQÇİ adlandırılmışdır. xx.xx.1993-cü ildə (əmr № 625, xx.xx.1992-ci il) neft və qazçıxarma üzrə 5-ci dərəcəli operator peşəsinə keçirilmişdir. xx.xx.2011-ci ildə (əmr № 640-k, xx.xx.2011-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.3-cü maddəsinə əsasən başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması ilə əlaqədar əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Yuxarıda göstərilənləri nəzərə alaraq, həmçinin AR Prezidentinin 31 avqust 2002-ci il tarixli 781 nömrəli Fərmanı ilə təsdiq edilmiş AR DSMF-nin Əsasnaməsinin 1-ci bəndinə əsasən AR DSMF Azərbaycan Respublikasında məcburi dövlət sosial sığorta və əmək pensiyaları sahəsində idarəetməni həyata keçirən mərkəzi icra hakimiyyəti orqanına müraciət edilməsi məqsədəuyğun hesab edilir. Əsas: Fond 80, Siyahı: 1, İş:791, 1290, 1302. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Kompleks qazma işləri” trestinin xx.xx.2021-ci il tarixli, SOCAR**********30020123X00071 nömrəli məktubunda bildirilmişdir ki, trestin arxivində İddiaçı sənədi aşkar olunmadığından arxiv arayışı təqdim edilə bilinmir. Məhkəmənin sorğusuna cavab olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin xx.xx.2022-ci il tarixli, SOCAR**********30490089X00003 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı “Leninneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək və “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1992-ci il tarixdən xx.xx.2011-ci il tarixədək işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nın 12-ci «Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı» bölməsinin 2-ci «Neft-qaz və qaz kondensatının hasilatı» yarımbölməsinin «a» (fəhlələr) bəndində 2130200a—15824 kodu ilə qeyd edilmiş «neft və qaz hasilatı üzrə operator» peşəsinə uyğundur və İddiaçı həmin peşədə işlədiyi müddət (22 il 09 ay 23 gün) əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən zərərli işlərdə əmək (sığorta) stajı sayılır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2021-ci il tarixli, **********3 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdiyiniz 2 yanvar 1985-ci il tarixli ИT-l ******* nömrəli əmək kitabçınızda və ona əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi sizin 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajınız 25 ildən az (20 il 1 ay 5 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. Beləliklə, işin hallarından müəyyən olunur ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təminindən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının ümumi iş stajı 20 il 1 ay 5 gün olmaqla qanunla tələb olunan 25 il ümumi iş stajından azdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Beləliklə, iddia tələbinin iddia olunan məzmunda təmin edilməsi və iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 25 il ümumi iş stajı toplaması, bunun 12 il 06 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olması tələb olunur. İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla 57 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Həmin Qanunun 67-ci maddəsinin “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. İş üzrə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının “Leninneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1989-xx.xx.1992-ci il tarixədək və “Balaxanıneft” Neft və Qazçıxarma İdarəsində xx.xx.1992-xx.xx.2006-cı il tarixədək işlədiyi neft və qaz hasilatı üzrə operator peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın 21300000 Xİİ “Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı” bölməsinin 21302000 2-ci “Neft-qaz və qaz kondensatının hasilatı” yarımbölməsinin “a” (fəhlələr) bəndində 2130200a—15824 kodu ilə qeyd edilmiş “neft və qaz hasilatı üzrə operatorlar” peşəsinə uyğun olmaqla, iddiaçı bu vəzifə üzrə tələb olunan 12 il 06 aydan çox, yəni 16 il, 09 ay 23 gün güzəştli iş stajını toplamışdır. Lakin iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün xx.xx.2006-cı il tarixədək tələb olunan güzəştli iş stajı mövcud olsa da 25 il ümumi iş stajı mövcud deyildir. İddiaçıya aid yuxarıda qeyd olunan təhsil barədə sənəd və hərbi biletinə əsasən xx.xx.1979-xx.xx.1982-ci ilədək olan təhsil dövrünün bir qismi, yəni xx.xx.1982-ci ildən xx.xx.1982-ci ilədək olan hissəsi xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək olan hərbi xidmət dövrü ilə əhatə olunur. “Əmək pensiyaları haqqında” Qanunun 22.1-ci maddəsinə görə əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Nəzərə alınmalıdır ki, yuxarıda da qeyd edildiyi kimi “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla həm hərbi xidmət fəaliyyəti, həm də təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin hesaba alınmasını mümkün sayır, lakin qanunverici təhsil və hərbi xidmət dövrləri üstüstə düşdüyü halda onlardan birinin tam hesablanmasını, eyni zamanda həmin dövrlərin üst-üstə düşməyən yerdə qalan hissəsinin iş stajına hesablanmasını qadağan da etmir. Qeyd olunanlara əsasən məhkəmə iddiaçının təhsil dövrünü hərbi xidmət dövrü ilə üst-üstə düşən hissəsini ümumi iş stajına hesablamır, lakin eyni zamanda iddiaçının təhsil dövrünün hərbi xidməti ilə üst-üstə düşməyən hissəsini ümumi iş stajına daxil edir. Başqa sözlə, təhsil dövrünün bir qismi xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilədək olan hissəsi və hərbi xidmətin başladığı və bitdiyi xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək olan dövr tam olaraq ümumi staj kimi nəzərə alınmalıdır. Beləliklə ki, iddiaçıya aid yuxarıda qeyd olunan təhsil barədə sənəd, hərbi bilet və əmək kitabçasına əsasən xx.xx.1979-xx.xx.1982-ci ilədək təhsil dövrü 02 il 08 ay 06 gün, xx.xx.1982-xx.xx.1984-cü ilədək hərbi xidmət 02 il 01 ay 15 gün, əmək fəaliyyəti dövrü xx.xx.1985-xx.xx.1985-ci ilədək 11 ay 15 gün, xx.xx.1986-xx.xx.1986-cı ilədək 01 ay 19 gün, xx.xx.1986-xx.xx.1986-cı ilədək 06 ay 22 gün, xx.xx.1987-xx.xx.1987-ci ilədək 06 ay 12 gün, xx.xx.1988-xx.xx.1989-cu ilədək 01 il 24 gün, xx.xx.1989-xx.xx.2006-cı il tarixədək 16 il 09 ay 23 gün olmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 24 il 10 ay 16 gün iş stajının olduğu müəyyən olunur. Beləliklə, iddiaçının ümumi iş stajı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyininə imkan vermədiyindən iddia tələbi təmin edilə bilməz. Bu halda cavabdehin pensiya təyinindən imtinası əsaslı olmuş, iddiaçının qanunla qorunan pensiya hüquqlarını pozmamışdır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3617/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3617/2022
20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver