Məhkəmə qərarları › İş №2-1(112)-3619/2025

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3619/2025

14.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3619/2025 14.07.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Vahid oğlunun sədrliyi, Əliyev Teymur Budaq oğlunun katibliyi, iddiaçının nümayəndəsi qismində vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “inzibati xəta haqqında bütün sənədlərin, protokol və qərarın verilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı xx.xx.2024-cü il tarixdə İddiaçı barəsində AR İXM 510-cu maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə bütün sənədlərin, protokolun və qərarın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Binəqədi rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 RPİ 5-ci PB müraciəti əsasında xx.xx.2023-cü il tarixdə saat 16:00 radələrində İddiaçı Binəqədi RPİ 5 PB təqiqatçısı Yalçın Zeynalovun dəvəti ilə polis bölməsinə getmiş, həmin vaxtdan xx.xx.2023-cü il saat 17:30dək qanunsuz olaraq orada saxlanılmış, bölmədə olduğu müddətdə ailə üzvləri tərəfindən hüquqlarının müdafiəsi məqsədi Vəkil və X2 ilə müqavilə bağlanmışdır. Lakin buna baxmayaraq saxlanılan şəxsə yalnız xx.xx.2023-cü il tarixdə saat 10:30-da vəkili Vəkil ilə görüşməyə icazə verilmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 17-18:00 radələrinədək bölmədə saxlanılmış və bundan sonra Binəqədi rayon Polis İdarəsinin inzibati binasına göndərilmiş, həmin gün saat 20-21:00 radələrində Binəqədi RPİ-dən buraxılmışdır. Baş verən qanunsuzluqlara bağlı müxtəlif orqanlara şikayət edilmiş və Bakı şəhər BPİ xx.xx.2023-cü il tarixli cavab məktubunda göstərilmişdir ki, İddiaçı 13 sentyabr 2023-cü il tarixdə Binəqədi rayon Polis idarəsinin əməkdaşları tərəfindən 5-ci polis bölməsinə dəvət edilmiş, orada izahatı alınaraq barəsində inzibati qaydada tutma və İXM -nin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə 50 manat cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş toplanmış material 14 sentyabr 2023-cü il tarixdə Binəqədi RPİ iş göndərilmişdir. Lakin qeyd edilən inzibati qaydada tutma, inzibati xəta haqqında protokolun və qərarın surəti İddiaçı Aqarəəhimoviçə təqdim edilməmişdir. Bundan sonra Binəqədi rayon Polis İdarəsi tərəfindən qanunsuz hərəkətlər davam etdirilmişdir. Belə ki, xx.xx.2023-cü il tarixdə səhər saat 8 radələrində azyaşlı övladını məktəbə apararkən yaşadığı evin qarşısında Binəqədi RPİ 5 PB əməkdaşları tərəfindən təkrar saxlanılaraq, polis bölməsinə aparılıb, eyni ssenari üzrə vəkilləri Vəkil və X2 ilə görüşməyə icazə verilməyib. Növbəti gün, yəni 14 oktyabr 2023-cü il saat 15:00 radələrində İddiaçı Binəqədi rayon Məhkəməsinə gətirilib və orada məlum olub ki, guya müstəntiq Həsənbəy Şərifovun xx.xx.2023-cü il tarixli göstərişi əsasında şəxs saxlanılıb və bölməyə gətirilib, orada xırda xuliqanlıq etdiyi üçün barəsində AR İXM 510-cu maddəsi ilə protokol tərtib edilmiş və qərar qəbul edilməsi üçün məhkəməyə təqdim edilmişdir. Binəqədi RM xx.xx.2023-cü il tarixli 3(001)-4109/2023 qərarı ilə inzibati xəta tərkibi olmaması əsası ilə icraata xitam verilmiş, bununlada polis əməkdaşlarının qanunsuz hərəkətlərə yol verməsi bir daha öz təsdiqini tapmışdır. Bundan sonra X2 tərəfindən müxtəlif tarixlərdə, xx.xx.2023, xx.xx.2024, xx.xx.2024-cü il tarixdə, Binəqədi RPİ və Daxili İşlər Nazirliyinə müraciətlər ünvanlanaraq 13 sentyabr 2023-cü il tarixdə Binəqədi rayon Polis idarəsəinin əməkdaşları tərəfindən 5-ci polis bölməsinə dəvət edilmiş, orada izahatı alınaraq barəsində inzibati qaydada tutma və İXM-nin 510-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə 50 manat cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərarın surətini təqdim edilməsi istənilmişdir. Lakin qeyd edilən inzibati qaydada tutma, inzibati xəta haqqında protokolun və qərarın surəti İddiaçı Aqarəhimoviçə təqdim edilməmişdir. Məlumdur ki, inzibati protokolun surəti və digər sənədlər inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və ya onun müdafiəçisinə təqdim edilməlidir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 494 nömrəli, Binəqədi Rayon Polis İdarəsinin rəisi İlqar Məmmədova ünvanlanmış xx.xx.2024-cü il tarixli 249 nömrəli, Azərbaycan Respublikasının Baş Prokuroruna ünvanlanmış xx.xx.2023-cü il tarixli 834 nömrəli məktubda bildirilmişdir ki, 13 sentyabr 2023-cü il və 13 oktyabr 2023-cü il tarixlərdə İddiaçı barəsində Binəqədi RPİ-nin 5-ci Polis Bölməsində tərtib edilmiş sənədlərin surətin ona təqdim edilməsinə dair göstəriş verilməsi, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin qarşısında və daxilində quraşdırılan müşahidə kameralarında və Binəqədi RPİ-də 13 sentyabr 2023-cü il saat 16:00-dan 14 sentyabr 2023-cü il saat 20:00-dək qeydə alınmış görüntülər arxivləşdirilib ona və Binəqədi RPİ-də araşdırılan materiala əlavə edilməsi üçün zəruri tədbirlər görülməsinə dair göstəriş verilməsi, Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin qarşısında və daxilində quraşdırılan müşahidə kameralarında 13 okıyabr 2023-cü il saat 07:00-dan 14 oktyabr 2023-cü il saat 15;00-dək qeydə alınmış görüntülər arxivləşdirilib ona və Binəqədi RPİ-nin İstintaq Şöbəsində araşdırılan ilkin yoxlama materialına əlavə edilməsi üçün zəruri tədbirlər görülməsinə dair göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-13-44-1/2-28171 saylı məktubdan görünür ki, vətəndaş X3 rayonu, Atatürk prospektində yerləşən “Xudafərin MTK”-nın qarşısında saxladığı “Chevrolet Tracker” markalı avtomaşınının üzərinə mişar daşı atılması barədə DİN-in “102” Xidmətinə daxil olmuş müraciəti ilə əlaqədar xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ 5-ci PB-yə dəvət olunmuş hüquqlarını müdafiə etdiyi vətəndaş İddiaçı inzibati binanın qarşısında narazılığını bildirərək ünvansız söyüşlər işlətdiyinə görə izahatı alınaraq barəsində inzibati qaydada tutma və İXM-in 510-cu maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməklə 50 manat cərimə edilməsi barədə inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş, toplanmış material xx.xx.2023-cü il tarixdə Binəqədi RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. Aparılmış xidməti yoxlama nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi xüsusatları müəyyən edilməmişdir. Müraciətə baxılmasının nəticəsindən narazı qaldığı halda müvafiq qaydada məhkəməyə şikayət etmək hüququ vardır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin(Ombudsmanın) Aparatının Bakı şəhəri, 11 saylı Vəkil Bürosunun vəkili X1 ünvanladığı xx.xx.2023-cü il tarixli 2-5/2-29270/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan hüquqlarını müdafiə etdiyi İddiaçı Acarəhim oğlu ilə görüşünün həmin polis bölməsinin rəisi Zülfüqar Orucov tərəfindən təmin edilməməsi haqqında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Çağrı Mərkəzinə şikayətdə əks etdirilmiş halların yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət olunmuşdur. Verilmiş cavabda bildirilir ki, Ramal İsayevin müraciəti ilə əlaqədar xx.xx.2023cü il tarixdə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsinə dəvət olunmuş hüquqlarını müdafiə etdiyi İddiaçı inzibati binanın qarşısında narazılığını bildirərək, ünvansız söyüşlər işlətdiyinə görə barəsində inzibati qaydada tutma və Azərbaycan Respublikası İXM-in 510-cu maddəsilə inzibati xəta haqqında protokol tərtib edilməklə 50 manat məbləğində cərimə edilməsi barədə qərar qəbul olunmuşdur. İddiaçıla Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis bölməsində görüşünün müvafiq sənədləri təqdim etməməyi səbəbindən təmin olunmamışdır. Cavabda, eyni zamanda qeyd edilir ki, aparılmış xidməti təhqiqat nəticəsində polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilməsi barədə göstərdiyi xüsusatlar təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Bakı şəhər 11 saylı Vəkil Bürosunun vəkili X1 ünvanladığı xx.xx.2024-cü il tarixli 3-13-44- 5/2-C-11118/11/24 saylı məktubdan görünür ki, barəsində tərtib olunmuş protokolun əsaslılığının öyrənilərək ləğv olunması məsələsinə baxılması üçün müraciəti Binəqədi Rayon Polis İdarəsinə göndərilərək icrası nəzarətdə saxlanılmışdır. Müraciətin nəticəsinə dair Binəqədi Rayon Polis İdarəsi tərəfindən ona əlavə məlumat veriləcəkdir. İş üzrə məhkəmə iclası barədə təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. İddiaçının vəkili məhkəmə iclasında iştirak etmiş, cavabdeh iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iş üzrə iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfi dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmişdir ki, “... inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. İddia ərizəsinin məzmunundan müəyyən olunur ki, iddiaçının etirazı inzibati xəta haqqında iş üzrə icraat materiallarının ona təqdim edilməsi ilə bağlıdır. Hüquq münasibətinin xarakteri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan tələbi cavabdeh inzibati orqana qarşı irəli sürsə də, cavabdeh orqan ilə hazırkı iddiaçı arasında hər hansı inzibati münasibət yaranmamışdır. Belə olan halda tərəflər arasında hər hansı inzibati mübahisə də mövcud deyildir. Çünki iddia ərizəsində göstərilən hallar Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində təsbit edilmiş inzibati xəta haqqında iş üzrə icraatın aparılması ilə əlaqədardır. Qeyd edilən halların araşdırılması, inzibati xəta törətmiş şəxsin aşkar edilməsi və onun inzibati məsuliyyətə cəlb edilməsi inzibati icraatda səlahiyyətli orqanın (hazırkı iş üzrə cavabdehin) inzibati xətalara dair işlər üzrə icraat sahəsindəki fəaliyyət sferasına daxildir. İddiaçının tələbindən görünür ki, iddiaçı inzibati icraat materiallarının ona təqdim edilməsini istəyir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində irəli sürülən tələb inzibati orqanın inzibati xətalara dair işlər üzrə fəaliyyətinə aid olduğundan, həmin öhdəliyin orqana həvalə edilməsi barədə iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Azərbaycan Respublikası "İnzibati icraat haqqında" Qanununun 3.2.2-ci maddəsinə əsasən, bu Qanununun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən edilmiş orqanların inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə izah edir ki, iddiaçının ehtimal etdiyi hüquqlarının müdafiəsi ilə bağlı inzibati icraatda səlahiyyətli orqana müraciət etmək hüququ vardır. Həmin müraciətlərinin nəticəsi olaraq inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad qəbul edildiyi təqdirdə isə, həmin qərardadın rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə), prokurora və ya məhkəməyə şikayət vermək hüquqları vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Qanunverici maraqlı şəxslərə şikayət hüququ verməklə, inzibati xəta haqqında iş üzrə həm icraatı təmin etmək, həm də ki icraat gedişində, və eləcə də, onun sonunda şəxsin tənbeh edilməsi barədə qərar çıxarıldıqdan sonra öz hüquqlarını, eləcə də, məhkəmə nəzarəti ilə müdafiə etmək imkanını vermişdir. İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən qanunverici, şəxsə inzibati xətalara dair qərardan şikayət vermək hüququ verməklə, inzibati qanunvericilik üzərində məhkəmə nəzarətini müəyyən etmişdir. Məhkəmə nəzarəti qaydasında inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar Məcəllənin 135-ci maddəsində sadalanmışdır. qəraraaldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar