Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-362/2020 12.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, X12 Ağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı qeydiyyata alınma tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,onun və ailə üzvlərinin ona məxsus evə qeydiyyata alınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4337/2019 saylı, 03 dekabr 2019-cu il tarixli qərardadı ilə X5 3-cü şəxs qismində cəlb edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına onun qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci il tarixdən Binəqədi rayon X13 İdarəsinin alt hissəsi, məhəllə 6, ev 0007, mənzil 0629 ailəsi ilə birlikdə yaşayır. Yaşadığı vaxtdan bu günə kimi bütün kommunal xərcləri ödəmişdir. Bütün kommunal xərclər onun adına rəsmiləşdirilib. Hal-hazırda o və ailə üzvləri ünvan 2 ünvanında qeydiyyatdadırlar. Ev satıldıqda onların başqa bir ünvana qeydiyyata düşmək şansları qalmır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, lakin cavabdeh tərəfindən rəsmi qaydada iddia ərizəsinə hər hansı münasibət bildirilməmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edəniddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsinixahiş etdi. Cavabdeh məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclaslarına nümayəndələrinin iştirakı olmadan keçirilməsinə və baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında işə digər iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçınınizahatını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan Binəqədi qəsəbə Bələdiyyəsinin 51 nömrəli, xx.xx.2008-ci il tarixli Qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X3 və X4 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən fərdi yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş 600 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X4 adına keçirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2017-ci il tarixli, AR-İ seriyalı, 541685 nömrəli etibarnamənin surətindən görünür ki, X5 və X2 qəsəbə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 51 nömrəli Qərarına əsasən verilmiş fərdi yaşayış evinin tikintisi üçün Binəqədi qəsəbə Bələdiyyəsi ərazisində yerləşən 500 kv.m torpaq sahəsindən 200 kv.m torpaq sahəsinə və üzərində tikilinin özəlləşdirməyi, kadastr planı, sənədləşdirmə işləri aparmağı, həbsdə və girovda olmaması barədə arayış aldıqda sərəncam verməyi, bank əməliyyatlarını aparmağı, reyestrdən çıxarış almağı, tikinti işləri aparmağı, məhkəmədə iştirak etmək, notariat kontorunda alğı-satqı müqaviləsini rəsmiləşdirmək, bu barədə müqaviləni imzalaması, rüsum ödənilməsi, pulu almağı və bu tapşırığın yerinə yetirilməsiylə əlaqədar adından ərizə verməyə və digər müqavilənin imzalaması, rüsum ödənilməsi, pulun alınması və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyə və digər hərəkətlər etməyi İddiaçı etibar etmişdir. İşdə olan “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş 09 iyun 2011-ci il tarixli, 96 – 02448 nömrəli Texniki şərtin surətindən görünür ki, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə dair texniki şərt tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, xx.xx.1968-ci il təvəllüdlü İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, 059- 39981M nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının “yaşayış yeri və olduğu yer üzrə Qeydiyyat haqqında” Azərbaycan Respulikası Qanununun 5-ci maddəsinin təlblərinə əsasən onun və ailə üzvlərinin Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, DYP-nin alt hissəsi, döngə 7 ünvanına qeydiyyata alınması üçün müvafiq sənədlərlə birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun və ailə üzvlərinin ünvanına tərəflərindən qeydiyyata alınması qanuna müvafiq deyildir. Məsələ ilə bağlı ona məhkəmə orqanlarına müraciət etmək hüququ izah edilmişdir. Beləliklə, iş materialları ilə müəyyən edilir ki, iş üzrə 3-cü şəxs X1 qəsəbə Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 51 nömrəli Qərarına əsasən Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında ona ayrılmış torpaq sahəsinin 200 kv.m-də tikilmiş fərdi yaşayış evinə dair iddiaçıya mülki etibarnamə verilmişdir. Həmin Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı daimi istifadəsindədir. O, uzun illərdir ki, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. 2011-ci il tarixdə onun adına həmin ünvana dair “Azəriqaz” İstehsalat Birliyi tərəfindən texniki şərt verilmişdir. İddiaçı həmin evə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün cavabdehə müraciət etmiş, lakin, cavabdeh onu yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaratmaqdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanınaqeydiyyata alınmasından imtina edilməsi nəticəsində, onun yaşayış yeri üzrə qeydiyyata alınması, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasına dair hüquqları pozulmuşdur. Buna görə də qeydiyyata alınmasından imtina edilməsindən məhkəməyə şikayət verməkdə haqlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ : İddia tələbi təmin edilsin. İddiaçı Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Binəqədi şossesi, döngə 13 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-362/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-362/2020
12.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver