Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3620/2024 01.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Optimal Elektronika” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına qarşı X5 üçüncü şəxs qismində cəlb edilməklə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şirinova Lamiyə Fehruz qızının katibliyi, cavabdehin nümayəndəsi X1, üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 01 may 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə qalan dövr üçün müavinətin hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə, X5 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixdə X6 İddiaçı MMC-nin Göyçay şəhər mağazasında 1-ci dərəcəli xadimə vəzifəsinə işə qəbul olunmuşdur. X2 11 noyabr 2022-ci il tarixdə İddiaçı Göyçay mağazasında saat 09:00-da əmək funksiyasına uyğun təmizlik işləri aparmağa başlamış, saat 11:00 radələrində işini davam etdirib mətbəxdə döşəməni silərkən ayağı sürüşüb yıxılmış, sol ayağı döşəməyə toxunduqdan hərəkət edə bilməmişdir. Mağazanın işçilərini kömək üçün çağırdıqda anbardar Fariz Məmmədov və satıcı Vüsalə Məlikova onun yanına gələrək, hadisə barədə inzibatçı Ədil Seyidova məlumat vermişlər. Zərərçəkənə köməklik edilərək stulda oturmuş, təcili tibbi yardım çağırıb xəstəxanaya aparmaq təklif olunsa da, öz yaşadığı evinə getmək istədiyini bildirmişdir. X10 şəxsi avtomobili ilə yaşadığı ünvana aparılmışdır. X5 aldığı xəsarətlə bağlı müayinə olunmaq üçün Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılmış, həkimtravmotoloq tərəfindən müayinə olunmuş, kompüter tomoqrafiyası zamanı sol budun sınığı aşkar olunduğundan sol ayağına gips sarğısı qoyulmuşdur. Zərəçəkən aldığı xəsarətlə bağlı xx.xx.2022-ci il tarixdə cərrahi əməliyyat olunmuş, xx.xx.2022-ci il tarixdə xəstəxanadan buraxılmış, ev şəraitində ambulator qaydada müalicə davam etmişdir. “Göyçay rayon Mərkəzi Xəstəxanası” X16 4104 nömrəli xx.xx.2022-ci il tarixli məktubunda X4 xx.xx.2022-ci il tarixdə “Əmək qabiliyyətinin olmaması vərəqəsi” açıldığı və ona “Sol budun burmalardan keçən qapalı yerdəyişmiş sınığı” diaqnozunun qoyulduğu qeyd edilmişdir. “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 01 № Aka əsasən, bədbəxt hadisənin səbəbləri İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnzibatçının vəzifə təlimatfnın 7.3-cü bəndinin (Mağazanın işçi heyəti arasında iş bölgüsünü, iş və istirahət saatlarının bölgüsünün aparır və icrasına nəzarət edir) tələblərinə əməl edilməməsi; İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “Xadimənin texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”nın 2.16 bəndinin (Döşəmə maye dağıntılarından, sudan, tozdan təmiz saxlanmalı, sürüşmə, büdrəmə və yıxılma önlənməlidir) tələlblərinə əməl edilməməsi olmuşdur. Əmək qanunvericliyin, o cümlədən İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnzibatçının vəzifə təlimatı”nın və “Xadimənin texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”nın pozuntusuna yol vermiş şəxslər işçi Ş.M.Həşimova və inzibatçı Ə.S.Seyidov olmuşdur. İddiaçı tərəfindən X4 əmək qabiliyyətinin müvəqqəti itirilməsi bağlı müvainət təyin edilərək, ilk 14 təqvim günü üçün müavinət MMC tərəfindən ödənilmiş, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmişdir. Filial tərəfindən X5 əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə bağlı müavinətin verilməsindən imtina edilmiş və bildirlmişdir ki, qanunuvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmləşdirildiyi İZ aktına əsasən sığorta edən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirdiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir. İmtinasını onunla əsaslandırmışdır ki, əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyini və həmin bədbəxt hadisənin istehsalatla əlaqədi olduğu aşkar olunmuşdur. Sonrakı haqq-hesab cədvəlinə əlavə edilmiş Nazirlik yanında X11 Xidmətinin təhqiqat və bədbəxt hadisənin rəsmləşdirildiyi İz aktlarında hadisədə sığortaolunanın ehtiyatsızlığı ilə yanaşı İddiaçı MMC-nin Göyçay filialının inzibatçısı X9 cavabdehliyi müəyyən edilmişdir. İsehsalatda baş vermiş bədbəxt hadisə nətiəsində əmək qabiliyyətini müvəqqəti itirilməsinə görə sığorta olunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən Xidmətə xx.xx.2023-cü il tarixdə rəsmi məktub ünvanlanmışdır. xx.xx.2023-cü il tarixli cavab məktubunda Xidmət tərəfindən sözügedən hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində sığorta olunanın əmək qabiliyyətinin müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləği sığorta edənin vəsaiti hesabına ödənilməlidir. İş materiallarına əlavə edilmiş əmək müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X13 ilə X6 arasında xx.xx.2019-cu il tarixində əmək müqaviləsi bağlanılmışdır. Əmək müqaviləsi üzrə işçi 1-ci dərəcəli xadimə vəzifəsinə işə qəbul edilməklə, Göyçay şəhəri X17 küçəsi, 123 ünavnında yerləşən Göyçay mağazasına təhkim edilir. Qanunun məzmunundan göründüyü kimi, İddiaçı Göyçay mağazası və ya inzibatçı Ə.S.Seyidov nə sığortaedən nə də ki, işəgötürən deyildir. İnzibatçı digər işçilər kimi, Cəmiyyətin direktoru tərəfindən işə götülür və azad edilir. İddiaçı X2nın 11 noyabr 2022-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almasında təqsirli hesab edilməmiş və inzibati məsuliyyətə cəlb edilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilməlidir. Müavinət sənədlərinə baxış keçirilən zaman əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verdiyi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olduğu aşkar olunmuşdur. Sonrakı haqq-hesab cədvəlinə əlavə edilmiş DƏMX-in təhqiqat və bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktlarında hadisədə sığortaolunanın ehtiyatsızlığı ilə yanaşı "xxxx" MMC-nin Göyçay filialının inzibatçısı X7 cavabdehliyi müəyyən edilmişdir. Belə ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsi məqsədilə Fond tərəfindən DƏMX-ə 18 sentyabr 2023-cü il tarixli 3-17-1/3-1- 83545/2023 nömrəli məktub ünvanlanmışdır. DƏMX-in 27 sentyabr 2023-cü il tarixli 3-17- 5/3-1-12531/2023 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, tərtib edilmiş Təhqiqat aktının 4-cü bölməsinin 4.1 -ci bəndində İddiaçı MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnzibatçının vəzifə təlimatı”nın 7.3-cü bəndinin (Mağazanın işçi heyəti arasında iş bölgüsünü, iş və stirahət saatlarının bölgüsünü aparır və icrasına nəzarət edir) tələblərinə əməl edilməməsi və 4.2-ci bəndində İddiaçı MMC-nin rəhbərliyi tərəfindən təsdiq edilmiş “Xadimənin texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”nın 2.16-cı bəndinin (Döşəmə maye dağıntılarından, sudan, tozdan təmiz saxlanmalı, sürüşmə, büdrəmə və yıxılma önlənməlidir) tələblərinə əməl edilməməsi qeyd edilmiş və həmin bölməyə əsasən bədbəxt hadisənin baş verməsində İddiaçı MMC-nin Göyçay filialınında xadiməçi X3 ehtiyatsızlığı və İddiaçı MMC-nin Göyçay filialının inzibatçısı X7 cavabdehliyi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən MMC-nin vəzifəli şəxsi olan “İnzibatçının vəzifə təlimatı’nın tələblərinin pozulması hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilir. Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini də müəyyən etmişdir. Belə ki, Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır. Hal-hazırkı inzibati işin hallarından da aydındır ki, işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmir. Əksinə, X12 Xidmətinin təhqiqat və bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktları və Xidmətin cavab məktubu birbaşa işəgötürənin sözügedən bədbəxt hadisədə təqsirli olduğunu deməyə əsas verən başlıca sübutdur. Nəticədə, tərtib edilmiş iz aktında "xxxx" MMC-nin Göyçay filialının inzibatçısı X7 cavabdehliyi müəyyən olunmuşdur. Hadisə işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilməli, Mülki Məcəllənin 1099-cu maddəsində öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin - işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən edildiyindən, sığortaolunanın əmək qabiliyyətini müvəqqəti olaraq itirdiyi bütün dövr üçün hesablanmış müavinət məbləğinin sığortaedənin vəsaiti hesabına ödənilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə sığortaolunana veriləcək müavinətin ödəmə mənbəyinin müəyyən edilməsində iddiaçının sığortaedən kimi hüquqi marağı mövcud olduğundan hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Cavabdehin iddianın mümkünsüz sayılması ilə bağlı dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı təhqiqat aktını mübahisələndirməlidir, onlar hazırkı iş üzrə cavabdeh deyildir. Bununla bağlı qeyd edilməlidir ki, iddiaçı təhqiqat aktı ilə razıdır və hesab edir ki, bu halda belə həmin təhqiqat aktı onun təqsirli olmasını təsdiq etmir və müavinət onun tərəfindən ödənilməməlidir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaya mahiyyəti üzrə baxılıb hüquqi qiymət verilməlidir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” 01 № Aka əsasən, bədbəxt hadisənin səbəbləri İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnzibatçının vəzifə təlimatfnın 7.3-cü bəndinin (Mağazanın işçi heyəti arasında iş bölgüsünü, iş və istirahət saatlarının bölgüsünün aparır və icrasına nəzarət edir) tələblərinə əməl edilməməsi; İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “Xadimənin texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”nın 2.16 bəndinin (Döşəmə maye dağıntılarından, sudan, tozdan təmiz saxlanmalı, sürüşmə, büdrəmə və yıxılma önlənməlidir) tələlblərinə əməl edilməməsi olmuşdur. Əmək qanunvericliyin, o cümlədən İddiaçı rəhbərliyi tərəfindən təsdiq edilmiş “İnzibatçının vəzifə təlimatı”nın və “Xadimənin texniki təhlükəsizlik üzrə vəzifə təlimatı”nın pozuntusuna yol vermiş şəxslər işçi Ş.M.Həşimova və inzibatçı Ə.S.Seyidov olmuşdur. Tətbiq edilən hüquq: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.7. sığortaedənlər – Azərbaycan Respublikasında fəaliyyət göstərən mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasının və ya xarici dövlətin qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər, onların filial və nümayəndəlikləri, seçkili orqanlar, dövlət orqanları, habelə özünü və ya başqasını sosial sığorta edən digər şəxslər; Maddə 4. Sosial sığorta hadisəsi Sosial sığorta hadisəsinə aşağıdakılar daxildir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsi (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); ... Maddə 6. Sosial sığorta üzrə ödəmələrin növləri Sosial sığorta hadisəsi baş verdikdə aşağıdakı sığorta ödəmələri verilir: ... əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət (qanunvericiliklə müəyyən olunmuş dövr üçün); ... Maddə 16. Məcburi dövlət sosial sığorta ödəmələrinin təyin edilməsinin şərtləri və qaydası Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin təyin edilməsinin şərtləri və qaydası Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarı ilə təsdiq edilmiş, “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”:
1. Bu Əsasnamə “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məcburi dövlət sosial sığortası üzrə ödəmələrin (bundan sonra - sosial sığorta ödəmələri) və Əmək Məcəlləsinin 74-cü maddəsinin qeydində nəzərdə tutulmuş əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsinin şərtlərini və qaydalarını müəyyən edir. 1.1. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir.
6. Sığortaolunanların əmək qabiliyyətinin müvəqqəti itirilməsi halında itirilmiş əməkhaqlarının, gəlirlərinin və əlavə xərclərinin tam və ya qismən kompensasiya edilməsi məqsədi ilə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət almaq hüquqları vardır. Bu hüquq əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı məcburi dövlət sosial sığorta haqqı hesablanan əmək fəaliyyəti dövründə baş verdikdə yaranır. Əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ilk 14 təqvim günü üçün müavinət sığortaedənin vəsaiti, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilir. 107.... Protokola əsasən, müəssisənin mühasibatlığı əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün müavinətin hesablanmış məbləğini sığortaedənin vəsaiti hesabına ödəyir. Əgər sığortaolunanın əmək qabiliyyətini müvəqqəti itirməsi müddəti 14 təqvim günündən çox olarsa, müavinətin ödənilməsi bu Əsasnamə ilə müəyyən edilmiş qaydada aparılır. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. ...
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: Yuxarıda göstərilən qanunvericiliyin tələbindən göründüyü kimi, əmək qabiliyyətinin müvəqqəti itirilməsi sosial sığorta hadisəsi hesab olunur və sosial sığorta hadisəsi baş verdikdə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilir. Əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara ilk 14 təqvim günü üçün sığortaedənin vəsaiti hesabına, qalan günlər üçün isə məcburi dövlət sosial sığorta haqları hesabına müavinət ödənilir. Qanunvericiliyə uyğun olaraq bədbəxt hadisənin rəsmiləşdirildiyi İZ aktına əsasən sığortaedən təqsirli hesab edildiyi halda, istehsalat qəzası və peşə xəstəliyi nəticəsində əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara isə müavinətin əmək qabiliyyətinin müvəqqəti itirildiyi bütün dövr üçün hesablanmış məbləği sığortaedənin vəsaiti hesabına ödənilir.
Üçüncü şəxsin əmək qabiliyyətinin müvəqqəti itirilməsi halının bədbəxt hadisə nəticəsində baş verməsi və həmin bədbəxt hadisənin istehsalatla əlaqəli olması, hadisədə sığortaolunanın hetiyatsızlığı ilə yanaşı iddiaçının inzibatçısının cavabdehliyi işin mübahisəsiz hallarıdır. Bu səbəbdən həmin halların təkrarən qeyd edilməsinə zərurət yoxdur. Hazırkı iddianın həlli üçün əhəmiyyət kəsb edən və hüquqi qiymət verilməli olan məsələ iddiaçının inzibatçısının təqsirinin onun (sığortaedənin) təqsiri kimi qiymətləndirilməli olub-olmamasıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ‘Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilən məsələyə aydınlıq gətirmişdir. Həmin Qərarda göstərilmişdir ki. ...Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Həmin Məcəllənin 1099.2-ci maddəsinə müvafiq olaraq, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Göstərilən maddədə işəgötürən dedikdə, əmr, tapşırıq və təlimatlarına əsasən, habelə nəzarəti altında başqasının – işçinin göstərmiş olduğu xidmətlərdən, yerinə yetirdiyi işdən öz mənfəəti üçün yararlanan şəxs olmaqla yalnız əmək müqaviləsi üzrə deyil, həm də mülki hüquq müqavilələri (tapşırıq, podrat və s.) üzrə fiziki şəxslərin əməyindən yararlanan şəxslər nəzərdə tutulmuşdur. İşəgötürənin məsuliyyətinin əsasını tapşırıq, əmr və göstərişlərinin icrası ilə bağlı görülən işin lazımi qaydada təşkil edilməməsi, tələb olunan diqqət və qayğının göstərilməməsi təşkil edir. Görüləcək işi zehni və fiziki qabiliyyətlərinə uyğun peşəkar şəxslərə (işçilərə) həvalə etmək, zəruri təlimat və tapşırıqlar vermək və icrasına nəzarət etmək obyektiv olaraq işəgötürənin vəzifəsidir. Məhz bu obyektiv vəzifənin lazımınca yerinə yetirilmiş olmaması baxımından qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə məsuliyyətə cəlb edilməsini zəruri hesab etmişdir. Odur ki, Mülki Məcəllənin 1099-cu maddəsi öz mənafeyi üçün başqalarının əməyindən (xidmətlərindən) yararlanan şəxslərin – işəgötürənin həmin işin icrası ilə əlaqədar üçüncü şəxslərə dəymiş zərəri qarşılamaq öhdəliyini müəyyən etmişdir. Nəzərə alınmalıdır ki, bu halda işəgötürənin məsuliyyəti təqsirsiz məsuliyyətdir və bu məsuliyyət işəgötürənin mənafeyi üçün və onun nəzarəti altında görülən işin lazımi qaydada, zəruri ehtiyatlılığın tələb etdiyi tərzdə təşkil edilməməsindən irəli gəlir. Məqsəd işəgötürəni onun nəzarəti altında görülən işlərin yerinə yetirilməsi ilə əlaqədar yarana biləcək zərərləri, arzuolunmaz nəticələri önləyici (preventiv) tədbirləri görməyə məcbur etməklə üçüncü şəxsləri, bütövlükdə cəmiyyəti qorumaqdır. Mülki Məcəllənin 1099-cu maddəsi üzrə öz işçisi tərəfindən törədilmiş mülki hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmək üçün, hüquqi və ya fiziki şəxsin yerinə yetirilməsi əsnasında üçüncü şəxslərə zərər yetirilmiş iş üzərində nəzarətinin, hakimiyyətinin olması mütləqdir. Digər zəruri şərt baş vermiş hüquq pozuntusu ilə görülən iş arasında funksional bağlılığın, səbəbli-nəticə əlaqəsinin olmasıdır. Bunun müəyyən edilməsi üçün isə işin faktiki halları, əmək müqaviləsi üzrə işçinin əmək funksiyaları diqqətlə araşdırılmalıdır. ... İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Tərtib edilmiş İZ aktında İddiaçı MMC-nin Göyçay filialının inzibatçısı X7 cavabdehliyi müəyyən olunmuşdur. Belə olan halda, işin halları Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən mövqeyindən də aydın olduğu kimi, hadisənin işəgötürənin (sığortaedənin) təqsiri səbəbindən baş verməsi kimi qiymətləndirilməlidir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naizrliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Fililalına qarşı, X5 üçüncü şəxs qismində cəlb edilməklə “əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov