Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3621/2024 01.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı "doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Hüseynova Sevinc Nizami qızının katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "doğum akt qeydində düzəliş edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi" tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Laçın rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydləri kitabında onun soyadının səhv qeyd edilməsinin müəyyən edilməsi, həmin şöbənin tərtib etdiyi 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydinin ləğv edilməsi, milliyyəti - azərbaycanlı, ata qrafasında - X6, ana qrafasında - X3, habelə soyadı “Rəhimov”, adının “Elşən” və ata adının “Cavanşir oğlu” qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı Laçın rayonu Qarıqışlaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “İbrahimov”dan “Rəhimov”a düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində göstərilmişdir ki, iddiaçı xx.xx.1967-ci ildə Laçın RİHB-nın Qaraqışlaq inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin Sadınlar kəndində anadan olmuş və hazırda ünvan 1 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd edilməlidir ki, Laçın rayon qeydiyyat şöbəsi (əvvəlki Laçın RİHB-nın Qaraqışlaq inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi) tərəfindən barəsində doğum qeydi aparılmış və bu barədə müvafiq doğum haqqında şəhadətnamə verilmişdir. Laçın rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ona məlum olmayan səbəbdən itmişdir. Doğum haqqında şəhadətnaməsi itdiyinə görə, onun təkrar təqdim edilməsi üçün AR ƏNnin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinə müraciət etmişdir. Həmin idarə xx.xx.2019-cu il tarixli 05/2-R-06/15 saylı məktubu ilə arxiv sənədlərində soyadının “İbrahimov” və ona təqdim edilmiş şəxsiyyət vəsiqəsində isə soyadının “Rəhimov” qeyd edildiyinə görə, doğum qeydinin bərpa edilməsi üçün müvafiq arayışın verilməsindən imtina etmişdir. Bakı şəhərinin Suraxanı rayon qeydiyyat şöbəsinə məlum xahişlə müraciət etmiş və həmin şöbə də eyni əsasla xx.xx.2022-ci il tarixli 762-05/75 saylı məktubu ilə xahişini təmin etməmişdir. Məlum sənədlərdə olan sözügedən yalnışlıqların olması səbəbindən o, bir sıra mülki hüquq və vəzifələrini həyata keçirə bilmir. “Rəhimov” soyadı atasının, babasının soyadı olmuş və onun xatirəsini əbədiləşdirmək məqsədi ilə qohumlarının bir qismi “Rəhimov” soyadını daşıyırlar. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş məhkəmə iclasında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə göstərilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi” nəzərdən keçirilərkən adıçəkilən şəxsin doğumunun xx.xx.1967-ci il tarixdə 27 saylı aktla Laçın rayonu Qarıqışlaq icra nümayəndəliyində qeydə alındığı, soyadının isə “Rəhimov” deyil, “İbrahimov” kimi qeyd olunduğu məlum olmuşdur. Həmçinin, AA******* nömrəli şəxsiyyət vəsiqəsində vətəndaşın soyadı “Rəhimov” yazılmışdır. Sənədlər arasında ziddiyyət olduğu üçün və düzəliş üçün kifayət qədər sənəd təqdim edə bilmədiyi üçün doğum haqqında akt qeydinə düzəliş etmək mümkün olmamışdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı “doğum haqqında akt qeydinin ləğv edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” ilə bağlı deyil, “doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadın “İbrahimov”dan “Rəhimov”a düzəliş edilməsi” ilə bağlı qərar çıxarılması xahiş olunmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: -Cavabdehin xx.xx.2022-ci il tarixli 762-05/75 saylı imtina məktubu ilə bildirilmişdir ki, araşdırma zamanı Laçın rayonu Qarıqışlaq İN tərəfindən tərtib olunmuş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydinin uşaq bəndində soyadının “İbrahimov” qeyd olunduğu, AA******* seriyalı şəxsiyyət vəsiqəsində, təqdim etdiyi digər sənədlərdə soyadının “Rəhimov” qeyd olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Qeyd olunanlara əsasən soyadında ziddiyyət olduğundan hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. - İddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı Bakı şəhərində doğulmuş, adı İddiaçı kimi qeyd olunmuşdur. - İddiaçıya Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 18 sentyabr 2004-cü il tarixli, 025749 nömrəli vəsiqənin surətində adı İddiaçı kimi qeyd edilmişdir. - İddiaçıya Suraxanı rayon Hərbi Komissarı tərəfindən verilmiş müvəqqəti vəsiqənin surətində adı İddiaçı kimi qeyd edilmişdir. - Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli, 316-5/7-139-23/75 nömrəli məktubu ilə göndərilmiş 27 iyun 1957-ci il tarixli doğum haqqında akt qeydinin surətinə əsasən iddiaçının adı X1 qeyd edilmişdir və o, xx xxxxx 1967-ci il tarixdə Laçın rayonu, Sadınlar kəndində doğulmuşdur. Atası – 1936-cı il təvəllüdlü X5, anası isə 1939-cu il təvəllüdlü X2r. ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü
Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növlərinə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsində qeyd edilmişdir ki, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iddiaçının izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 1.4. qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 10.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. 12.1. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat şöbəsini, konsulluq idarəsinin icra hakimiyyətinin nümayəndəliyini müvafiq olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və rayon, şəhər, şəhərdə rayon icra hakimiyyətləri vasitəsilə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı şəhadətnamələri, ərizə blankları və qeydiyyat kitabları ilə təmin edir. 12.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blankları ciddi hesabat sənədləridir. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsləri vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının uçotunu və saxlanılması təmin etməlidirlər. İşdə olan sənədlərdən məlum olur ki, iddiaçı Laçın rayonu Qarıqışlaq İN tərəfindən tərtib olunmuş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “İbrahimov”dan “Rəhimov”a düzəliş edilməsi tələbi ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən soyadında ziddiyyət olduğundan imtina edilərək məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus olan doğum akt qeydində soyadı “İbrahimov” kimi göstərilmişdir. Bütün ona məxsus olan digər sənədlərində (şəxsiyyət vəsiqəsi, dövlət orqanları tərəfindən verilmiş digər vəsiqələr) soyadı “Rəhimov” kimi göstərdiyindən iddiaçı özünə məxsus doğum akt qeydində soyadının “İbrahimov” əvəzinə “Rəhimov” kimi düzəliş edilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıya məxsus olan doğum akt qeydində soyadı “İbrahimov” göstərilsə də, bütün ona məxsus olan digər sənədlərində (şəxsiyyət vəsiqəsi, dövlət orqanları tərəfindən verilmiş digər vəsiqələr) soyadı “Rəhimov” kimi göstərdiyindən iddiaçıya məxsus doğum akt qeydində soyadının “İbrahimov” əvəzinə “Rəhimov” kimi göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək, hesab edir ki, iddia təmin edilməli, İddiaçı Laçın rayonu Qarıqışlaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “İbrahimov”dan “Rəhimov”a düzəliş edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı Laçın rayonu Qarıqışlaq icra nümayəndəliyi tərəfindən tərtib olunmuş 27 saylı xx.xx.1967-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında soyadının “İbrahimov”dan “Rəhimov”a düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Məhkəmə qərarından inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küç, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər.
Hakim Mehriban Qarayeva