Məhkəmə qərarları › İş №2-1(112)-3622/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3622/2021

19.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3622/2021 19.02.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X2rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair işə hazırlıq icraatı ilə əlaqədar açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı şəhəri 8 saylı şəhər Kliniki Xəstəxanasına və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Abşeron rayon Mərkəzi X1rşı ölüm haqqında şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Abşeron rayon X4 Hüquqi Şəxsi və Bakı şəhəri 8 saylı şəhər Kliniki Xəstəxanasının üzərinə əri X5 ölümü haqqında şəhadətnamənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinin tələbi baxımından məktub ünvanlanaraq iddia tələbi üzrə ölüm haqqında tibbi şəhadətnamə olmadan ölüm haqqında şəhadətnamənin verilməsinin tələb edilməsi ilə bağlı hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməli olması, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktının məhkəmə tərəfindən müəyyən edildiyi, o cümlədən qeyd edilən növ iddialara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələrdə baxıldığından iddiaçının mərhum əri, X5 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mümkünlük məsələsinin araşdırlması məqsədilə məhkəmə iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmişdir. Cavabdeh Abşeron rayon X4 Hüquqi Şəxs məhkəmə tərəfindən lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. Həmin tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi, vəkil X6 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Bakı şəhəri 8 saylı şəhər Kliniki Xəstəxanasının cavabdehlərin sırasından çıxarılması, şəhadətnamənin verilməsi öhdəliyinin Abşeron rayon X4 Hüquqi Şəxsin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə təmin edilmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işin aidiyyəti məsələsini müzakirə etməyi mümkün hesab etmişdir. İddiaçının nüsmayəndəsi işin aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırki iddia tələbi üzrə cavabdeh Abşeron rayon X4 Hüquqi Şəxsnin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 11 ünvanıdır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Qərarına əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən “Digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır”. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə qeyd edir ki, cavabdeh Abşeron rayon X4 Hüquqi Şəxsnin hüquqi ünvanı Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasında yerləşdiyindən hazırki iş ərazi aidiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Mərkəzi X2rşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbinə dair 2-1(112)-3622/2021 saylı iş ərazi aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar