Məhkəmə qərarları › İş №2-1(112)-3622/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3622/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3622/2022 13.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı əlilliyin etibarsız hesab edildiyi tarixdən bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək alt sistemi tərəfindən onun əlilliyinin etibarsız hesab edilməsi barədə 01.11.2019-cu ul tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona 21.02.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona 21.02.2018-ci il tarixdən İİİ qrup əlillik dərəcəsi verilməklə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 01.11.2019-cu il tarixdən DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona əlilliyə görə əmək pensiyasının verilməsi dayandırılmışdır. O, dəfələrlə DSMF-nun Şirvan şəhər şöbəsinə mürciətlər edərək ona təyin edilmiş pensiyanın nə üçün dayandırılmasının səbəbini soruşsa da, müraciətlərinə cavab verilməmiş, nəhayət DSMF-nun Şirvan şəhər şöbəsi tərəfindən ona ünvanlanmış 20 may 2020-ci il tarixli məktubda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X5 tərəfindən onun əlilliyinin 01.11.2019-cu il tarixdən etibarsız hesab edildiyi və bu səbəbdən də onun əlilliyə görə əmək pensiyası ödənişin dayandırılması qeyd olunmuşdur. Onun görmə qabiliyyətində ciddi problemlər olduğu üçün 2006-cı ildə hərbi xidmətə yararsız hesab edilmişdir. Daha sonra cavabdeh təşkilata müraciət etdikdən sonra müvafiq tibbi yoxlamalardan keçirildikdən sonra ona İİİ qrup əlillik dərəcəsi verilmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, İddiaçı əlillik vəziyyəti Hacıqabul Dəmir yol xəstəxanasının 15.01.2018-ci il tarixli, 4086003AABTT saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 - Başın travmaları => S06 - Kəllədaxili travma => S06.9 - Dəqiqləşdirilməmiş kəllədaxili travma; Diaqnozun mətni: S06 Kəllədaxili travma, Keçirilmiş ağır kəllə-beyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, kəllə-beyin sinirlərinin müştərək zədələnməsi, uzaqlaşdırıcı sinirin nevriti. Koordinator -statik pozğunluqlar, kəskin astenonevrotik sindrom, Yaddaş zəifliyi. Ağırlaşma S06 Kəllədaxili travma, Keçirilmiş ağır kəlləbeyin travmasının davamlı qalıq əlamətləri, postravmatik ensefalopatiya, kəllə-beyin sinirlərinin müştərək zədələnməsi. uzaqlaşdırıcı sinirin nevriti. Koordinator-statik pozğunluqlar, kəskin asteno-nevrotik sindrom, Yaddaş zəifliyi. Ağırlaşma H47.2 Görmə sinirinin atrofiyası, Görmə siniri məməciyinin hissəvi atrofiyası.Vis OD=0.03,VisOS=1.0 tam.; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: İxtisaslaşmış stosionar müalicə təyin edilir” səbəbi ilə imtina verilmişdir. Sumqayıt 3 saylı şəhər Xəstəxanasının 21.02.2018-ci il tarixli 0773003AABSE saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik => GÖZDƏN ƏLİL; X1: Vİİ Sinif - Gözün və gözün əlavə aparatının xəstəlikləri => H49-H52 - Göz alması əzələlərinin xəstəlikləri, gözlərin müştərək hərəkətinin, akkomodasiya və refraksiyanın pozğunluqları => H52 - Refrak...; Diaqnozun mətni: Astiqmatizm, Murekkeb miopik astiqmatizm. VİZ OD= 1.0 (vahid) VİZ OS =0.01Ketmir (yuzde bir) Binokulyar, ağır görmə pozğunluğu, xorioretinal distrofiya; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə itiliyinin korreksiya ilə 0,04 və ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması) (H54.4)” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 15.10.2019-cu il tarixli, 02/19- 8692 saylı məktubla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edərək, göndərişləri tam əsaslandırılmamış 47 nəfərin əlilliyi ilə bağlı tədbirlərin görülməsini xahiş etmişdir. İddiaçının adı göndərişləri tam əsaslandırılmamış 47 nəfərin olduğu siyahıda qeyd edildiyindən, “Əlillik altsistemi”ndə İddiaçı aid qiymətləndirmə etibarsız hesab edilmişdir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestr”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanm rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı lazımi qaydada xəbərdarlıq edilmiş, sonunçu məhkəməyə teleqram ünvanlayaraq onun iştirakı olmadan işə baxıb iddiasının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE 13309479 №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 30.01.1988-ci ildə doğulmuşdur. - İddiaçı məxsus AO ******* №-li hərbi biletin surətindən görünür ki, İddiaçı 04.12.2006-cı ildə Əli Bayramlı SHK hərbi həkim komissiyası tərəfindən xəstəlik cədvəlinin İ qrafasının 34C maddəsinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlı, təkrar tibbi müayinədən 04.12.2009-cu ildə keçməlidir. 07.12.2009-cu ildə Şirvan SHK hərbi həkim komissiyası tərəfindən xəstəlik cədvəlinin İ qrafasının 34C maddəsinə əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Təkrar tibbi müayinədən 07.12.2012-ci ildə keçməlidir. 29.12.2012-ci Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyasından keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş xəstəliklər cədvəlinin İ qrafasının 34C maddəsinə əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Növbəti təkrar müayinədən 29.12.2015-ci ildə keçməlidir. 29.10.2015-ci Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyasından keçmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 saylı qərarı ilə təsdiq edilmiş xəstəliklər cədvəlinin İ qrafasının 34C maddəsinə əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Növbəti təkrar müayinədən 29.10.2018-ci ildə keçməlidir. 23.11.2018-ci Şirvan şəhər SHXÇ şöbəsində həkim komissiyası tərəfindən xəstəliklər cədvəlinin İ qrafasının 34C maddəsinə əsasən sülh dövrü hərbi xidmətə yararsız, müharibə dövrü məhdud yararlıdır. Təkrar tibbi müayinə vaxtı 23.11.2021-ci il tarixdədir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən verilmiş 010920 nömrəli,, 11.06.2018-ci il tarixli vəsiqənin surətindən görünür ki, İddiaçı 21.02.2018-ci ildən ümumi xəstəlik-gözdən 3-cü qrup müddətsiz əlildir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 20.05.2020-ci il tarixli, ********** nömrəli məktubdan görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspertiza və X4 tərəfindən onun əlilliyi 01.11.2019-cu il tarixdən etibarsız sayılmışdır. Əlilliyi ləğv olunduğu üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şəhər şöbəsi tərəfindən onun əlilliyinə görə (İİİ qrup) əmək pensiyası 01.11.2019-cu il tarixdən dayandırılmışdır. Müəyyən edilmişdir ki, ona 21.02.2018-01.11.2019-cu illər üzrə 16110,67 manat məbləğində əmək pensiyası artıq ödənilmişdir. Artıq ödənilmiş 16110,67 manat vəsaitin DSMF Şirvan şəhər şöbəsinin hesabına ödəməyi xahiş olunur. Əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir. - Azərbaycan Respublikası İcbari Tibbi Siğorta üzrə X8 Ərazi Bölmələrinin İdarəetmə Birliyi “3 nömrəli xəstəxana” publik hüquqi şəxsi tərəfindən məhkəməyə ünvanlanlanmış 14.02.2022-ci il tarixli, 69 nömrəli məktubdan görünür ki, İddiaçı Sumqayıt şəhəri 3 nömrəli xəstəxana tərəfindən forma 088 yazılaraq 21.02.2018-ci il tarixdə əlilliyin müəyyən edilməsi üçün TSEK-ə göndərilmiş və həmin gün də 3-cü qrup əlillik təyin edilmişdir (göndəriş №0773003AABSE). Həmin şəxsə həmçinin 15.01.2018-ci il tarixində Hacıqabul Dəmir yol Ambulatoriyası tərəfindən də TSEK-ə göndəriş verilmişdir. Yazılmış forma 088-ə əsasən xəstənin yalnız X6 adına Milli Oftalmologiya Mərkəzindən 21.01.2018-ci il tarixli rəyinin olduğu müəyyən edilir. 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin qeydiyyat bölməsində həmin şəxsə aid tibbi sənəd aşkar edilmədi. Yazılmış göndərişdə İddiaçı yaşayış ünvanı göstərilmədiyi üçün (qeydiyyat yeri Şirvan şəhəridir) sənədlərinin hansı həkimdə ola biləcəyini aydınlaşdırmaq məqsədilə həmin şəxslə əlaqə saxlanıldı. İddiaçı bildirdi ki, 2018-ci ilin fevral ayında 3 nömrəli xəstəxananın poliklinika şöbəsinin xidmət ərazisi olan H.Zeynalabdin qəsəbəsində işlədiyinə və müvəqqəti yaşadığına görə sənədlərini həmin tibb müəssisəsinə təqdim edib. İddiaçı həmçinin onu da bildirdi ki, yalnız bir neçə dəfə 3 nömrəli xəstəxanada olub və poliklinika şöbəsində həmin dövrdə işləmiş heç bir həkimi xatırlamır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanlanmış 15.10.2019-cu il tarixli, 02/19- 8692 nömrəli məktubun surətindən görünür ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 2017-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olan səhiyyə müəssisələri tərəfindən bank və neft sektorunda çalışan 289 nəfərin adına rəsmiləşdirilmiş göndərişlərin araşdırılması ilə bağlı məktubuna Səhiyyə Nazirliyində baxılmışdır. Bildirilir ki, göndərişləri tam əsaslandırılmamış 47 nəfərin əlilliyi ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi məqsəduyğun hesab edilir. Həmin məktuba əlavə edilmiş siyahıda İddiaçı adı qeyd edilmişdir. Məhkəmə işdə iştirak edən cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 12-ci maddəsinin İ hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. - 16-cı maddəsinin İ hissəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. - 25-ci maddəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Dövlət, irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. - 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. - 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. - 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: - 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. - 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. - 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh inzibati orqan tərəfindən Sumqayıt 3 nömrəli Şəhər Xəstəxanasının 0773003AABSE nömrəli göndəriş əsasında 21.02.2018-ci ildə ümumi xəstəlik “Gözdən Əlil”, “Astiqmatizm, Murekkeb miopik astiqmatizm. VİZ OD=1.0 (vahid) VİZ OS=0.0 1Ketmir (yuzde bir) Binokulyar, ağır görmə pozğunluğu, xorioretinal distrofiya” diaqnozu ilə müddətsiz üçüncü dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh inzibati orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 15.10.2019-cu il tarixli, 02/19-8692 nömrəli məktubuna istinad etməklə İddiaçı əlilliyin təyinə əsas olan 0773003AABSE nömrəli göndərişin əsassız rəsmiləşdirilməsi nəticəsinə gələrək “Əlillik altsistemi”ndə ona aid qiymətləndirməni etibarsız hesab etmişdir. Göründüyü kimi cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən yalnız Səhiyyə Nazirliyinin məlumat əsasında iddiaçının göndərişinin əsassız rəsmiləşdirilməsi nəticəsinə gəlmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Eyni zamanda “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Məhkəmə qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb etdikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən şəxsin əlil olmadığı müəyyən edildiyi halda onun əlilliyi barədə inzibati aktın etibarsız hesab edilməsi məsələsinə baxıla bilər. Hazırki işin müəyyən edilmiş hallarından isə görünür ki, İddiaçı əyani müayinəyə cəlb edilmədən cavabdeh onun əlilliyini etibarsız hesab etmişdir. Bununla da, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmadan, sübutlar toplamadan Əlillik alt sistemində iddiaçıya aid qiymətləndirməni etibarsız hesab etmişdir. Bundan başqa, yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Yenə həmin normaların məzmununa əsasən əlilliyin ləğvi barədə nəticə müayinənin nəticələrinə istinad edilməklə qəbul edilə bilər. Hazırkı halda isə cavabdeh tərəfindən belə müayinə aparılmadığından əlilliyin ləğvi də qanunsuz olardı. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən 21.02.2018-ci il tarixli inzibati akt müddətsiz qüvvədədir. Qanunverici qüvvədə olan inzibati aktın ləğv edilməsi əsaslarını “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsində müəyyən etmişdir. Cavabdeh “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələb etdiyi qaydada 21.02.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması ilə bağlı məhkəmələrə sübut təqdim etməmişdir. “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarında inzibati icraatın başlanılması üçün əsaslar, inzibati icraatın aparılması qaydası, maraqlı şəxslərin icraata cəlb olunması və qəbul edilən inzibati aktın məzmunu təsvir edilmişdir. Cavabdeh 21.02.2018-ci il tarixli inzibati aktın qanunsuz sayılması barədə “İnzibati icraat haqqında” Qanunun yuxarıda bəhs edilən normalarına uyğun icraat aparmamaqla həmin aktın qanunsuz sayılmasına dair inzibati akt qəbul etmədiyindən 21.02.2018-ci il tarixli akt ləğv edilənə, dəyişdirilənə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı müddətsiz təyin edilmiş 3cü dərəcəli əlilliyinin etibarsız hesab edilməsi ilə bağlı icraat cavabdeh iizibati orqan tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə aparıldığından, cavabdehin hərəkəti qanunsuz olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçıya 21.02.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 21.02.2018-ci il tarixdən təyin edilmiş üçüncü dərəcəli əlilliyin etibarsız hesab olunduğu tarixdən bərpa olunması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar