Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3624/2022 29.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “Fiziki şəxslərin problemli kreditlərin həlli” ilə bağlı Fərmanla tənzimlənərək borcun restrukturizasiyasına dair iddiaçı ilə yeni saziş bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Mərkəzi Bankına və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq “iddiaçı ilə Cavabdeh2 ASC arasında 29 mart 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və 29 fevral 2016-cı il tarixdə ********* saylı 29 mart 2015-ci il tarixli Kredit Müqaviləsi Əlavə Saziş № 027 müqaviləsinə əsasən götürdüyü və hal-hazırda Cavabdeh2 ASC-nin ləğv prosessində olan hesabından çıxarışa (çıxarış: GNİ(F?) 2282- NPL portfelin idarə olunması) əsasən iddiaçının borclu olduğu 25272.14 (iyirmi beş min iki yüz yetmiş iki manat on dörd qəpik) AZN cərimə, 7200,65 (yeddi min iki yüz manat altmış beş qəpik) AZN faiz və 36.62 (otuz altı manat altmış iki qəpik) AZN köçürülmüş faiz hissələri (məbləğləri) silinməklə yerdə qalan 9625.72 (doqquz min altı yüz iyirmi beş manat yetmiş iki qəpik) AZN əsas borcun 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərin həlli” ilə bağlı Fərmanla tənzimlənərək həmin borcun restrukturizasiyasına dair iddiaçı ilə yeni Saziş bağlanması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 mart 2015-ci il tarixli, ********* saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh2 ASC-nin Sabunçu filialından 36 (otuz altı) ay müddətinə, illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə, aylıq ödənişi 510.08 (beş yüz on ABŞ dolları, səkkiz sent) USD olmaqla 13000 (on üç min) USD məbləğində kredit götürmüşdür. Kredit götürdüyü həmin dollar məbləğinin 2000 (iki min) dollarını iki gün sonra həmin bankın özünə qaytarıb təhvil vermişdir. Bununla əlaqədar olaraq onlar iddiaçıya yeni ödəniş cədvəli tərtib edib vermişlər. Təxminən iki ilə yaxın iddiaçı həmin cədvəd əsasında heç bir gecikdirmə etmədən banka olan ödənişini etmişdir. 29 fevral 2016-cı il tarixdə bir dəfə daha çox ödəniş etdiyi üçün ona həmin tarixdə yeni ödəniş cədvəli verilmişdir. Dolların devalivasiyası ilə əlaqədar olaraq iddiaçı Cavabdeh2 ASCyə müraciət etmişdir. Lakin onlar heç bir güzəşt etmədilər. Devalvasiyadan sonra Cavabdeh2 ASC-i bağlandı. Demək olar ki, Cavabdeh2 ASC-nin ləğvi ilə əlaqədar olaraq iddaçı banka ödənişini dayandırdı. Çünki o, ödənişi hara edəcəyini müəyyən edə bilməmişdir. Ölkə prezidentinin 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli” ilə bağlı məlum fərmanından sonra bu məsələ ilə əlaqədar Cavabdeh2 ASC-nin ləğvedicisi, Bakı şəhəri, Babək prospektində yerləşən ləğvetmə komissiyasına müraciət etmişdir. İddiaçıya şifahi olaraq bildirilmişdir ki, iddiaçı bu məsələ ilə bağlı apelyasiya departamentinə yazılı ərizə ilə müraciət etməlidi. İddiaçı özü maraqlandıqdan sonra orada ona bildirdilər ki, onun Cavabdeh2 ASC-dən götürdüyü kredit məbləği Prezidentin 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərinin həlli” ilə bağlı qəbul etdiyi fərmanın təsiri altına düşür və bununla əlaqədar ona 3372 (üç min üç yüz yetmiş iki) manat kompensasiya düşür. Həmin pulu iddiaçı kart vasitəsi ilə Bakı şəhəri, Dəmir yol vağzalının yaxınlığında yerləşən bankomatdan çıxartmışdır. Xeyli vaxt keçməsinə baxmayaraq ona götürdüyü kredit ilə bağlı heç bir məlumat verilməmişdir. 29 dekabr 2019-cu il tarixdə iddiaçı yenidən Bakı şəhəri, Çapayev Prospektində yerləşən Cavabdeh2 ASC-nin Mərkəzi ofisinə müraciət etmiş, onlar şifahi şəkildə bildirmişdirlər ki, portal çıxışı olmadığı üçün Bakı şəhəri, Bül-Bül prospekti 27 ünvanında yerləşən Maliyyə Bazarına Nəzarət Palatasına müraciət etsin. İddiaçı həmin gün orada oldu və ərizə ilə müraciət etdi. İddiaçıya giriş kodu verildi və bildirildi ki, təxminən 2-3 ay sonra onun adına yeni qrafiq tərtib olunacaq və məlum fərmanla ən aşağı faizlə həmin pulu ödəyəcək. Lakin onlardan heç bir məlumat gəlmədi. İddiaçı daha sonra Cavabdeh2 ASC-nin ləğvetmə komissiyasına getmiş, orada ona bildirilmişdir ki, iddiaçının 9625,72 (doqquz min altı yüz iyirmi beş manat, yetmiş iki qəpik) əsas və həmin əsas borc Prezidentin məlum fərmanının təsir dariəsinə düşdükdən sonra onun ödənilməməsi ilə əlaqədar ona hesablanmış 4968,48 (dörd min doqquz yüz altmış səkkiz manat, qırx səkkiz qəpik) cərimə, 5136,53 (beş min yüz otuz altı manat əlli üç qəpik) faiz və 36,62 (otuz altı manat altmış iki qəpik) köçürülmüş faiz olmaqla, cəmi 19767 manat 35 qəpik (on doqquz min yeddi yüz altmış yeddi manat otuz beş qəpik) borcu vardır. Bu günə kimi nə Cavabdeh2 ASC-nin Mərkəzi ofisi nədə ona aid ləğvetmə komissiyası tərəfindən ona və ya onun zaminlərinə bu barədə heç bir məlumat verilməmişdir. Bütün bunlarla əlaqədar Cavabdeh2 ASC-nin Mərkəzi ofisinə, ləğvetmə komissiyasına və apelyasiya departamentinə müraciət etmişdir. Onlar yalnız iddiaçının müraciətindən sonra ona ödəniş edilməsi üçün məlumat vermişlər. Həmin müraciətlərdən sonra iddiaçı ödəniş etmək üçün onlardan yeni cədvəl tələb etsə də, onlar heç bir yeni cədvəl verməmişdir. Bundan əlavə, sonuncu dəfə iddiaçı tərəfindən borcun 28 fevral 2019-cu il tarixli Fərmana əsasən restrukturizasiya olunması ilə bağlı 29 dekabr 2019-cu il tarixdə cavabdehə rəsmi qaydada müraciət etməyinə baxmayaraq, onun tərəfindən məsələyə hər hansı münasibət bildirilməmişdir. Buna görədə iddiaçı 14 sentyabr 2020-ci il tarixdə Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Lakin bir neçə prosesdən sonra məhkəmə onun cavabdehə etdiyi müraciətlərə dair imtina məktubunun olmamasını əsas gətirərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını qərara aldı. İddiaçının ərizə ilə onlara müraciət etdiyini, nümayəndələri məhkəmə iclasında qəbul etmədi və belə bir ərizənin onlara daxil olmadığını bildirdi. İddiaçı adı gedən məsələ ilə bağlı 01 mart 2021-ci il tarixdə poçt vasitəsi ilə yenidən cavabdehə müraciət etdi. İddiaçının göndərdiyi ərizəni cavabdeh alsa da, bu günə kimi cavab verməmişdir. İddiaçı 16 may 2021-ci il tarixdə yenidən iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət etmiş, bu zaman 01 mart 2021-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə sifarişli göndərdiyi ərizənin bir nüsxəsini, həmin ərizənin göndərilmə çekini və cavabdehin həmin ərizəni almasına dair bildirişi iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan gəlmiş nümayəndə məhkəmə iclasında çıxış edərək bildirdi ki, iddia ərizəsində irəli sürülən tələb onların səlahiyyətində deyil. Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətlərinə aiddir. İddiaçı 03 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Mərkəzi (Milli) Bankına və Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı verdiyi 26-11078-2021 saylı, 08 sentyabr 2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Cavabdeh2 ASC-yə bank əməliyyatları aparılması üçün verilmiş lisenziya maliyyə bazarlarına nəzarət orqanının 22 dekabr 2017-ci il tarixli, 49/1 saylı qərarı ilə ləğv edilmişdir və ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondunun (fond) təyin olunması qərara alınmışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair münasibətini təqdim edərək göstərmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən İddiaçı (FİN: xxxxxxx) ilə ləğv prosesində olan Cavabdeh2 ASC arasında bağlanmış 19.01.2017-ci il tarixli kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli, 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə 01.03.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərmanla onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclulara güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya) edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdehlər məhkəmə bахışınа öz nümаyəndələrini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişlər. Оdur ki, məhkəmə işə cavabdehlərin iştirаkı оlmаdаn bахmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək, iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. İddiaçı iddia tələbinin təmin edilməsi məqsədilə sübut qismində məhkəməyə şəxsiyyət vəsiqəsinin surəti, borc məbləği ilə məlumat vərəqini, 29.03.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsini, 29.03.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə 1 nömrəli əlavəni, 29.03.2015-ci il tarixli, ********* saylı girov müqaviləsini, girov müqaviləsinə 1 saylı əlavəni, 29.03.2015-ci il tarixli, ********* saylı zaminlik müqaviləsini, ********* saylı kredit hesabı üzrə qrafiki, 29.02.2016-cı il tarixli, 027 nömrəli 29.03.2015-ci il tarixli, ********* saylı kredit müqaviləsinə əlavə sazişi, 29.02.2016-cı il tarixli, 027 nömrəli “29.03.2015-ci il tarixli, 170008801/ZM saylı zaminlik müqaviləsinə əlavə sazişi və problemli kreditlərin kompensasiyası və cəmi hesablanmış kompensasiya məlumatı ilə bağlı elektron məlumatı məhkəməyə təqdim etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi qərara alınmışdır: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi;1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi;1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Həmin Fərmanın 8-ci bəndində qeyd edilmişdir ki, bu Fərmanın məqsədləri üçün müəyyən edilir: 8.1. fiziki şəxslərin xarici valyutada 10 000 (on min) ABŞ dollarınadək və ya milli valyutada 17 000 (on yeddi min) manatadək olan əsas kredit borcları dedikdə onların bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi; 8.2. 10 000 (on min) ABŞ dollarınadək və ya 17 000 (on yeddi min) manatadək məbləğ dedikdə müvafiq olaraq 10 000 (on min) ABŞ dollarının və ya 17 000 (on yeddi min) manatın da daxil olduğu məbləğ; 8.3. bu Fərmanın 5-ci və 7-ci hissələrində fiziki şəxslərin kredit borcları dedikdə onların 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələrinə əsasən bütün banklara və ləğvetmə prosesində olan banklara əsas kredit borclarının qalıq məbləğinin cəmi;8.4. bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.5. ləğvetmə prosesində olan bank dedikdə ləğvetmə prosesində olan banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla);8.6. vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar; “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının 7.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1-ci bəndində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının ləğv edilməsi və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətlərin, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri, istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqlarının, habelə əmlakının Azərbaycan Respublikasının Mərkəzi Bankına verilməsinin qərara alınması göstərilmişdir. İşin faktiki hallarına görə cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankı qanunvericiliklə onun üzərinə qoyulmuş vəzifəni 01.03.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin məlumat bazasına, habelə Fərman çərçivəsində icra edərək iddiaçının adını restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil etmişdir. Eyni zamanda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında yeni sazişin Mərkəzi Bankla bağlanılması nəzərdə tutulmamışdır. Belə olan halda, iddiaçının müraciətinin təmin edilməməsi ilə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmişdir. Azərbaycan Respublikasının İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “iddiaçı ilə Cavabdeh2 ASC arasında 29 mart 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və 29 fevral 2016-cı il tarixdə ********* saylı 29 mart 2015-ci il tarixli Kredit Müqaviləsi Əlavə Saziş № 027 müqaviləsinə əsasən götürdüyü və hal-hazırda Cavabdeh2 ASC-nin ləğv prosessində olan hesabından çıxarışa (çıxarış: GNİ(F?) 2282- NPL portfelin idarə olunması) əsasən iddiaçının borclu olduğu 25272.14 (iyirmi beş min iki yüz yetmiş iki manat on dörd qəpik) AZN cərimə, 7200,65 (yeddi min iki yüz manat altmış beş qəpik) AZN faiz və 36.62 (otuz altı manat altmış iki qəpik) AZN köçürülmüş faiz hissələri (məbləğləri) silinməklə yerdə qalan 9625.72 (doqquz min altı yüz iyirmi beş manat yetmiş iki qəpik) AZN əsas borcun 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərin həlli” ilə bağlı Fərmanla tənzimlənərək həmin borcun restrukturizasiyasına dair iddiaçı ilə yeni Saziş bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə onu da qeyd edir ki, hazırki iş üzrə qəbul edilmiş 29.03.2022-ci il tarixli qərardadla İddiaçı Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı “iddiaçı ilə Cavabdeh2 ASC arasında 29 mart 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və 29 fevral 2016-cı il tarixdə ********* saylı 29 mart 2015-ci il tarixli Kredit Müqaviləsi Əlavə Saziş № 027 müqaviləsinə əsasən götürdüyü və halhazırda Cavabdeh2 ASC-nin ləğv prosessində olan hesabından çıxarışa (çıxarış: GNİ(F?) 2282- NPL portfelin idarə olunması) əsasən iddiaçının borclu olduğu 25272.14 (iyirmi beş min iki yüz yetmiş iki manat on dörd qəpik) AZN cərimə, 7200,65 (yeddi min iki yüz manat altmış beş qəpik) AZN faiz və 36.62 (otuz altı manat altmış iki qəpik) AZN köçürülmüş faiz hissələri (məbləğləri) silinməklə yerdə qalan 9625.72 (doqquz min altı yüz iyirmi beş manat yetmiş iki qəpik) AZN əsas borcun 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərin həlli” ilə bağlı Fərmanla tənzimlənərək həmin borcun restrukturizasiyasına dair iddiaçı ilə yeni Saziş bağlanması vəzifəsinin Cavabdeh2 ASCnin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual- Məcəlləsinin 2,34, 68, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mərkəzi Bankına qarşı “iddiaçı ilə Cavabdeh2 ASC arasında 29 mart 2015-ci il tarixli ********* saylı Kredit Müqaviləsi və 29 fevral 2016-cı il tarixdə ********* saylı 29 mart 2015-ci il tarixli Kredit Müqaviləsi Əlavə Saziş № 027 müqaviləsinə əsasən götürdüyü və hal-hazırda Cavabdeh2 ASC-nin ləğv prosessində olan hesabından çıxarışa (çıxarış: GNİ(F?) 2282- NPL portfelin idarə olunması) əsasən iddiaçının borclu olduğu 25272.14 (iyirmi beş min iki yüz yetmiş iki manat on dörd qəpik) AZN cərimə, 7200,65 (yeddi min iki yüz manat altmış beş qəpik) AZN faiz və 36.62 (otuz altı manat altmış iki qəpik) AZN köçürülmüş faiz hissələri (məbləğləri) silinməklə yerdə qalan 9625.72 (doqquz min altı yüz iyirmi beş manat yetmiş iki qəpik) AZN əsas borcun 28 fevral 2019-cu il tarixli “Fiziki şəxslərin problemli kreditlərin həlli” ilə bağlı Fərmanla tənzimlənərək həmin borcun restrukturizasiyasına dair iddiaçı ilə yeni Saziş bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərаrdаn şikаyət qərаrın tаm fоrmаdа təqdim оlunduğu gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа
Məhkəmə qərarları › İş №2-1(112)-3624/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3624/2022
29.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver