Məhkəmə qərarları › İş №2-1(112)-3632/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3632/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3632/2022 14.09.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı İddiaçının vəkili və nümayəndəsi XN iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: N.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ehtiyatda olan hərbi təqaüdçü, baş gizir Müdafiə Nazirliyinin Şəxsi Heyyət Baş İdarəsinə “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün xx.xx.202N-ci il tarixdə ərizə ilə müraciət etsə də, xx.xx.202N-ci il tarixli, 4/NN2 nömrəli imtina məktubu ilə müraciətindən imtina olunmuşdur. İmtina hüquqlarını pozduğu üçün hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı öz ərizəsi əsasında könüllü olaraq xx.xx.N992-xx.xx.N997-ci illərdə AR Hərbi Hava Qüvvələrində, yəni N saylı hərbi hissədə uçuş heyyəti olaraq bort mexanik vəzifəsində hərbi xidmət etmiş, N9N0-N9N3-cü illərdə Naxçıvan MR-da, N9N3-N9NN-ci illərdə Ermənistan Respublikasının Yerevan şəhərində Mİ-2 vertolyotunda bort mexanik vəzifəsində 444 saat və NN9 uçuş etmiş, xx.xx.N9NN-xx.xx.N9NN-ci illərdə Əfqanıstan Demokratik Respublikasında hərbi qulluq keçmiş beynəlmiləlçi borcunu “könüllü” olaraq yerinə yetirəndə növbəti baş gizir rütbəsi ilə “Xüsusi hərbi xidmətə görə” medalı ilə təltif olunmuş və SSRİ Hərbi Hava qüvvələrində xidməti dövründə bir neçə medalla təltif olunmuşdur. Əfqanıstan Demokratik Respublikasından qayıtdıqdan sonra N9NN-ci ildə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya edildikdən sonra N990-cı ilin 20 Yanvar hadisələrinə qədər Bakı şəhəri Salyanski kazarmasında manqa komandiri vəzifəsində xidmət etmişdir. N993-cü il tarixdə N05 saat N63 uçuş, N994-cü ilin 5 ayında 9N saat 2N dəqiqə N2N uçuş etmiş və N-ci Dağlıq Qarabağ müharibəsində iştirak edərək bir neçə hərbi uçuşlar etmişdir. Eyni vertolyotda xidmət yoldaşları olmuş Əli Aslanov, Hüseyn Hüseynov və İsfəndiyar Eynullayev “Müharibə veteranı” vəsiqəsi almışlar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi təklif olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin yazılı etirazda göstərilmişdir ki, iddia tələbi əsassız olduğundan aşağıdakı səbəblərdən təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N995-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən: “N9NN-ci il fevralın N-dən N994-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N2 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-223N nömrəli məktubu ilə iddiaçının hərbi xidmət keçməsi ilə bağlı müvafiq əmrlərdən çıxarışlar təqdim edilmişdir. Həmin əmrlərdən çıxarışlardan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin Mİ-2 vertolyotunda bort-texniki vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 50 nömrəli, xx.xx.N993-cü il tarixli 54 nömrəli, xx.xx.N993-cü il tarixli 57 nömrəli, xx.xx.N993-cü il tarixli 5N nömrəli, xx.xx.N993-cü il tarixli NNN nömrəli, xx.xx.N993-cü il tarixli NN5 nömrəli, xx.xx.N993-cü il tarixli 202 nömrəli, xx.xx.N993-cü il tarixli 2N2 nömrəli, xx.xx.N993-cü il tarixli 262 nömrəli, xx.xx.N993-cü il tarixli 269 nömrəli, xx.xx.N994-cü il tarixli 54 nömrəli, xx.xx.N994-cü il tarixli 57 nömrəli, xx.xx.N994-cü il tarixli 72 nömrəli və xx.xx.N994-cü il tarixli 77 nömrəli əmrlərindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədən xidməti vəzifələrinin icrası ilə bağlı Gəncə, Yevlax və Kürdəmir rayonlarında yerləşən hərbi hissələrə ezam edilmişdir. İiddiaçının döyüş əməliyyatlarında iştirak etməsi, döyüş uçuşlarında uçmasına və döyüş tapşırığının yerinə yetirilməsinə dair döyüşən hərbi hissələrə ezam olunması barədə arxiv sənədlərində hər hansı məlumatlar aşkarlanmamışdır. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli 4/3-6N nömrəli məktubdan görünür ki, xx.xx.N997-ci il tarixdə Silahlı Qüvvələrin Baş Qərargah rəisi tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranan vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”nda N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Qeyd edilənləri nəzərə alaraq Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqəsinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsinə dair müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Məhkəmə şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq, iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, proses iştirakçılarına iş üzrə təqdim edilmiş məhkəmə bildirişində şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir. (İPM-nin 62.3-cü maddəsinə əsasən).

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İddiaçıya məxsus seriya AZE № ******** nömrəli şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən edilir ki, iddiaçı xx.xx.N955-ci il tarixdə doğulmuşdur. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.202N-ci il tarixli 4/NN2 saylı iddiaçıya ünvanlanmış məktubunda bildirilmişdir ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərinə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın xx.xx.202N-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılmışdır. Döyüş əməliyyatları aparılan zaman döyüş əməliyyatları aparan hərbi hissələrə və ya rayonlara döyüş tapşırıgının icrası ilə baglı ezam olunması barədə arxiv sənədlərində məlumat aşkarlanmadıgına görə iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. İşə əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivinin xx.xx.202N-ci il tarixli 4/2-N449 saylı arayışından görünür ki, ehtiyatda olan baş gizir Kərimov X4 nazirinin xx.xx.N992-ci il tarixli müvafiq əmrinə əsasən Mi-2 vertalyotunun bort-texniki vəzifəsinə təyin edildiyi üçün N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN5 №-li əmrilə (əsas: səh, N4N, § 4) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli NN9 №-li əmrilə (əsas: səh N45, § 2) baş gizir İddiaçı ümumi təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 27 №-li əmrində (əsas: səh N76, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır) bort-texnik baş gizir İddiaçı qazan təminatına daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 57 №-li əmrində (əsas: səh 30N, § 2, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 5N №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı və atasının adı tam yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 90 №-li əmrilə (əsas: səh 2, § 2) baş gizir İddiaçı maddi yardım ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NNN №-li əmrində (əsas: səh N, § 3, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonuna ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli NN5 №-li əmrində (əsas: səh 202, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır və hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Yevlax rayonundan ezamiyyətdən qayıtması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 202 №-li əmrində (əsas: səh 27, § 6, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 2N2 №-li əmrində (əsas: səh 37, § 4, əmrdə adı tam, atasının adı yazılmamışdır, hərbi rütbəsi gizir qeyd edilmişdir) gizir İddiaçı ezamiyətdən qayıdaraq vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “для выполнение б/з в в/ч 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 269 №-li əmrilə (əsas: səh N2. § 4, sıra N2) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 54 №-li əmrilə (əsas: səh 46. § 3) borttexnik baş gizir Kərimov X2 rayonuna ezamiyyətə göndərilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 57 №-li əmrdə (əsas; səh 49. § N, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 72 №-li əmrilə (əsas: səh 73, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) bort-texnik gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-İi hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 77 №-ii əmrilə (əsas: səh 76, § 2) baş gizir İddiaçı ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli NN0 №-li əmrilə (əsas: səh N07, § 5) baş gizir İddiaçı N993-cü il üçün istifadə etmədiyi məzuniyyətə görə pul kompensasiyası ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N52 №-li əmrilə (əsas:§ N, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) Mi-2 vertalyotunun bort texniki gizir İddiaçı maddi yardım ödənilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N54 №-li əmrilə (əsas: səh 6, § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərinə ezamiyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N56 №-li əmrilə (əsas, səh 6. § 3) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı Gəncə şəhərindən ezamiyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli N75 №-li əmrilə (əsas səh 30, § 2, əmrdə hərbi rütbəsi gizir yazılmışdır) gizir İddiaçı Mi-2 vertalyotunun bort texniki vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 224 №-li əmrilə (əsas: səh 79, § N) Mi-2 vertalyotunun bort texniki baş gizir İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 23N №-li əmrilə (əsas, səh N7, § 7) baş gizir İddiaçı məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 257 №-li əmrilə (əsas: səh N59. § N) baş gizir İddiaçı Abduİİa oğlu məzuniyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” qanununa müvafiq olaraq Baş X7-N (Mi-9) aviasiya manqasının bort-texniki gizir İddiaçı HHQ və HHMQ komandanının xx.xx.N997-ci il tarixli müvafiq əmrinə əsasən NN-ci maddənin “Q” bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) müvafiq olaraq ehtiyata tərxis olunduğu üçün N №-li hərbi hissə komandirinin xx.xx.N997-ci il tarixli N №-li əmrilə (əsas: səh NN5, sıra N) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin Katibliyinin Hüquq İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli 4/3-6N saylı məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”ya daxil olmuş xx.xx.202N-ci il tarixli NN/59N5 nömrəli məktubunuza cavab olaraq bildiririk ki, vətəndaş İddiaçı komissiyaya xx.xx.202Nci il tarixdə müraciət etmiş, sənədlərinə xx.xx.202N-ci il tarixli iclasda baxılmış və barəsində müsbət qərar qəbul edilmədiyindən qoşmada göstərilən məzmunda cavab verilmişdir. N nömrəli hərbi hissə döyüs əməliyyatlarında iştirak etməyib”. Məhkəmə tərəfindən cavabdehdən tələb edilmiş əmrlərdən çıxarışlardan görünür ki, ehtiyatda olan baş gizir İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli N nömrəli əmri ilə hərbi hissənin Mİ-2 vertolyotunda bort-texniki vəzifəsinə təyin edilməklə şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 50 nömrəli, xx.xx.N993-cü il tarixli 54 nömrəli, xx.xx.N993-cü il tarixli 57 nömrəli, xx.xx.N993-cü il tarixli 5N nömrəli, xx.xx.N993cü il tarixli NNN nömrəli, xx.xx.N993-cü il tarixli NN5 nömrəli, xx.xx.N993-cü il tarixli 202 nömrəli, xx.xx.N993-cü il tarixli 2N2 nömrəli, xx.xx.N993-cü il tarixli 262 nömrəli, xx.xx.N993-cü il tarixli 269 nömrəli, xx.xx.N994-cü il tarixli 54 nömrəli, xx.xx.N994-cü il tarixli 57 nömrəli, xx.xx.N994-cü il tarixli 72 nömrəli və xx.xx.N994-cü il tarixli 77 nömrəli əmrlərindən görünür ki, iddiaçı N nömrəli hərbi hissədən xidməti vəzifələrinin icrası ilə bağlı Gəncə, Yevlax və Kürdəmir rayonlarında yerləşən hərbi hissələrə ezam edilmişdir. xx.xx.N993-cü il tarixli 262 №-li əmrində (əsas: səh 4, § 2, əmrdə adı və atasının adı tam yazılmamışdır, əmrdə “для выполнение б/з в в/ч 200” fərqli diyircəkli qələmlə yazılmışdır) baş gizir İddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin N №-li xx.xx.N997-ci il tarixli əmrindən çıxarışdan görünür ki, Azərbaycan Respublikasının “Hərbi xidmət haqqında” Qanununa müvafiq olaraq, baş gizir Kərimov X3 Eskadrilyası Mi-N(Mi-9) aviasiya manqasının bort-texniki, HHQ və HHMQ Komandanının ... №-li NN.4.97 olan əmrinə əsasən NN-ci maddənin “Q" bəndinə (təşkilati tədbirlərlə əlaqədar olaraq xidmətdə olanlardan istifadə etmək mümkün olmadıqda) əsasən ehtiyata tərxis olunmuşdur. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nərimanov Rayon İdarəsinin xx.xx.202N-ci il tarixli 27N saylı arayışından görünür ki, N955-ci il təvəllüdlü istefada olan baş gizir İddiaçı həqiqətən xx.xx.N975-ci il tarixdən xx.xx.N977-ci il tarixədək, xx.xx.N9N0-ci tarixdən xx.xx.N990-cı il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.N992-ci il tarixdən xx.xx.N997-ci il tarixədək Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində bort mexanik vəzifəsində hərbi xidmət etmişdir. N993-cü il tarixdə N05 saat N63 uçuş, N994-cü il tarixdə 202 saat 224 uçuş etmiş və Dağlıq Qarabağ müharibəsində bir nəçə hərbi uçuşlar etmişdir. İddiaçı xx.xx.N9NN-ci il tarixdən xx.xx.N9NN-cı il tarixidək «33N60» saylı hərbi hissədə səhra poçtu tərkibində Əfqanıstan DR-da hərbi qulluq keçmiş və Beynəlmiləlçi borcunu yerinə yetirmişdir. Həmin şəxslər «Azərbaycan Respublikasının Veteranlar haqqında» qanuna müvafiq olaraq həqiqətən müharibə veteranları üçün qanunvericiliklə müəyyən ediimiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Əfqanıstan Müharibəsi veteranıdır. İddiaçı xidmət etdiyi dövrdə “Xüsusi hərbi xidmətə görə” və bir neçə medallarla təltif olunmuşdur. İddiaçıya məxsus olan № ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.N997-ci il tarixdə ehtiyata tərxis olunaraq hərbi uçota götürülmüşdür. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli 4/3-6632 saylı məktubundan görünür ki, iddiaçı vətəndaş İddiaçı “Müharibə veteranı” adının verilməsi ilə bağlı müraciət üzrə cavabdeh tərəfindən yenidən araşdırmanın aparılması və nəticəsi barədə məhkəməyə məlumat verilməsi barədə Bakı İnzibati Məhkəməsinin 7 aprel 2022-ci il tarixli 2-N(NN2)-3632/2022 nömrəli qərardadı Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən icra edilmişdir. Bununla əlaqədar olaraq, Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdən vətəndaş İddiaçı N nömrəli hərbi hissəyə ezam olunması barədə N nömrəli hərbi hissə komandirinin N noyabr N993-cü il tarixli 262 nömrəli əmrinin kserosurəti komissiyaya təqdim edilmişdir. Əmrin 2-ci paraqrafında hərbi hissədən ezamiyyətə gedən hərbi qulluqçuların qeydiyyatı aparılmışdır. Həmin paraqraf 2 abzasdan, N-ci abzas isə 3 hissədən ibarətdir. N-ci abzasda “Нижепоименованный личный состав убывший в командировку с 3.NN.N993 г. снять с довольствия и выдать продукты по 9.NN.N993 г. включительно: (Ezamiyyətə gedən aşağıda adları göstərilən şəxsi heyət 3.NN.N993-cü il tarixdən qazan təminatından çıxarılsın və 9.NN.N993-cü il tarixi daxil olmaqla ərzaq verilsin) sözlərindən sonra yeni sətirdən mərkəzdə “По летной норме (Uçuş norması ilə)”, “По технической норме (Texniki norma ilə)”və “По солдатской норме (Əsgər norması ilə)” başlıqları ilə hissələrin başlıqları yazılmışdır. 2-ci abzasda ст.лейтенанта Меликова Э.С. командира вертолета МИ-N, капитана Шахбазова Х.З. штурмана звена МИ-N - в командировку в Даляр с 3.NN.93 г. по 9.NN.93 г. (baş leytenant E.S.Məlikovu Mİ-N vertolyotun komandiri, kapitan X.Z.Şahbazovu Mİ-N dəstəsinin şturmanı)” sözləri yazılmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın məcburetmə haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

4. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməlidir. İddiaçının döyüş tapşırığını yerinə yetirmək üçün xx.xx.N993-cü il tarixdən xx.xx.N993-cü il tarixədək N №-li hərbi hissəyə ezam olunaraq Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı gedən döyüşlərdə iştirakı iş materiallarında olan yuxarıda sadalanan sübutlarla öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”yə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə müdafiə, daxili işlər, milli təhlükəsizlik orqan və hərbi hissələri tərəfindən verilmiş arayışlar, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, yaralanma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakını sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunundan göründüyü kimi “Müharibə veteranı” adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. Həmin Əsasnamənin N-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N9NN-ci il fevralın N-dən N994-cü il mayın N2dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli N74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda: N9NN-ci il fevralın N-dən N99N-ci il oktyabrın 9-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər, Goranboy (keçmiş Şaumyankənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonları ərazilərində aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — daxili işlər, dövlət təhlükəsizliyi orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti və hərbi idarəetmə orqanlari tərəfindən verilmiş arayışlar, hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara — müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Həmin əsasnaməyə əsasən ”Bu qayda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olunmaqla, Azərbaycan Republikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci ilin sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.” Beləliklə, müharibə veteranı vəsiqəsinin verilməsi üçün hərbi biletlərdən başqa həm də arayışların, şəxsi işlərin, orden və medallarla təltif olunmaq haqqında vəsiqələrin, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışların və əmrlərdən çıxarışların, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlərin də əsas olduğunu nəzərə alaraq, məhkəmə hesab edir, iddiaçı haqlı olaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi barədə müvafiq sənədləri ərizəsinə əlavə etməklə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının ərizəsini təmin edilməsindən imtina edərək onu əsas kimi göstərmişdir ki, döyüş əməliyyatları aparılan zaman döyüş əməliyyatları aparan hərbi hissələrə və ya rayonlara döyüş tapşırıgının icrası ilə baglı ezam olunması barədə arxiv sənədlərində məlumat aşkar olunmamışdır. Halbuki, məhkəmə sorgusuna əsasən cavabdehin təqdim etdiyi N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 262 №-li əmrindən görünür ki, iddiaçı döyüş tapşırığını yerinə yetirmək üçün xx.xx.N993-cü ildə N №-li hərbi hissəyə ezam olunaraq qazan təminatından çıxarılaraq daha sonra N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 269 №-li əmrilə xx.xx.N993-cü ildə ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına daxil edilmişdir. Bu faktı məhkəmə iclasında cavabdehin nümayəndəsi də təsdiq edərək N №-li hərbi hissənin döyəşən hərbi hissə oldugunu, lakin əmrdə fərqli diyircəkli qələmlə yazıldıgını dəlil kimi göstərərək sənədin mötəbərliyinə şübhə ilə yanaşdıgını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 262 №-li əmri fərqli diyircəkli qələmlə fərqli xətlə yazılmasına istinad edərək iddiaçının müraciətini təmin etməkdən imtina etməsi sənədin mötəbərliyinə xələl gətirən səbəb hesab edilə bilməz. Məhkəmə cavabdehin bu dəlillərini mötəbər və yetərli sübut hesab etmir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin. Sübutun mötəbərliliyinə şübhələr mövcud olduğu halda məhkəmə müxtəlif üsullarla həmin şübhələri aydınlaşdırmağa çalışmalı, bunun üçün işdə iştirak edən şəxslərə əlavə sübut təqdim edilməsini təklif etməli, zəruri olduqda mövcud sübutu xidməti vəzifəsinə uyğun olaraq yenidən araşdırmalıdır. Sübutların məzmunundakı məlumalarla bağlı şübhələrin aradan qaldırılmasının ən etibarlı üsullarından biri müxtəlif sübutların müqayisə edilməsidir. Belə ki, Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun N9.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Məhkəmə araşdırması zamanı cavabdeh tərəfindən yuxarıda qeyd edilən yöndə araşdırma aparılmadıgı, məhkəmə tərəfindən də əmrin mötəbərliyinə xələl gətirən hal müəyyən edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin mülahizəsi qanunsuz və əsassız olmuşdur. Göründüyü kimi cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktı qəbul etmək üçün iddiaçının döyüş əməliyyatları aparılan zaman döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırıgının icrası ilə baglı ezam olunması barədə əmrlərin oldugunu təsdiq etmiş, lakin N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 262 №-li əmri fərqli diyircəkli qələmlə fərqli xətlə yazılmasını etirazında vurğulamışdır. Məhkəmə bununla əlaqədar qeyd edir ki, iddiaçının barəsində olan əmrin fərqli diyircəkli qələmlə fərqli xətlə yazılması imtina üçün əsas deyil. Arxiv arayışları ilə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsi təsdiq edildiyi halda “əmrin fərqli diyircəkli qələmlə fərqli xətlə yazılması”na görə verilmiş imtina formal olaraq qəbul edilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N5.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 23.N-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. Həmin Qanunun 24.N-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Göründüyü kimi qanunvericilik heç də bütün tələblərə deyil, yalnız qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallarda hansısa tələbə əməl edilməməsinin nəticəsində verilmiş imtinaya haqq qazandırır. Hazırkı iş üzrə iddiaçıdan əmrin yazılması tələbinə əməl etməməsi o halda qanuni və əsaslı sayılardı ki, onun digər əsaslar üzrə sübutları mövcud olmasın. Halbuki, yuxarıda da qeyd edildiyi kimi onun döyüş əməliyyatları aparılan zaman döyüş əməliyyatları aparan hərbi hissələrə döyüş tapşırıgının icrası ilə baglı ezam olunması və ehtiyata tərxis olunması Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov rayon şöbəsinin arayışları ilə sübut olunur. Qeyd edilən hər iki sənəd iddiaçının müraciətinin təmin edilməsi üçün əsas olduğu halda, cavabdeh orqanın prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq ərizənin təmin edilməli olmaması qənaətinə gəlməsi düzgün olmamışdır. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona “Müharibə veteranı” adının verilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-N4.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.N), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, N7-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiası əsaslıdır və cavabdeh inzibati orqanın imtinası iddiaçının sosial təminat almaq hüququnun məhdudlaşdırılmasına səbəb olmuşdur. İPM-in 73.N-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İPM-nin 5N.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 6N.N-ci maddəsinə müvafiq olaraq məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 6N.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 6N, 69, 73.N və N5.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar