Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3632/2024 06.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. müəyyən etdi: Təsviri hissə İşin halları: İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra Filial) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinə (bundan sonra Milli Gəlirlər Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Milli Gəlirlər Baş İdarəsi tərəfindən keçirilmiş kameral vergi yoxlaması nəticəsində qəbul edilmiş 28 fevral 2023-cü il tarixli, **********664500 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarın ləğv olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində Kürsəngi və X16 daxil olduğu Blokun Bərpası, Kəşfiyyatı, İşlənməsi və X29 Sazişinin (bundan sonra “HPBS”) 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək 19 noyabr 2021-ci il tarixində təqdim edilərək 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 3481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021- ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Qərarına əsasən, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X31-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X36 X22 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması əsas gətirilərək, vergi orqanı tərəfindən Şirkətə əsassız olaraq 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi hesablanmışdır. MGBİ qərarına cavab olaraq, HPBS-nin tələblərinə uyğun olmayaraq onun 15.9-cu maddəsi əsas göstərilməklə X31-Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X36 X22 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınaraq Vergi Orqanı tərəfindən Filiala hesablanmış 904479,76 ABŞ Dolları məbləğində mənfəət vergisi ilə bağlı 27 mart 2023-cü il tarixdə Filial tərəfindən Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması Baş İdarəsinə (bundan sonra “İŞBBİ”) **********722600 nömrəli etiraz məktubu təqdim edilmişdir. İŞBBİ tərəfindən inzibati şikayətin icra müddəti artırılmış və bu barədə Filiala 27 aprel 2023-cü il tarixli **********335600 nömrəli və 30 may 2023-cü il tarixli **********820500 nömrəli məktublarla məlumat verilmişdir. Bununla yanaşı, 9 iyun 2023-cü il tarixdə müvafiq olaraq İŞBBİ nümayəndələri ilə görüş keçirilmiş və görüş zamanı yuxarıda qeyd olunan etiraz məktubunda öz əksini tapmış faktlar şifahi şəkildə İŞBBİ nümayəndələrinin diqqətinə bir daha çatdırılmışdır. Lakin İŞBBİ tərəfindən Filialın yazılı və şifahi etirazları ilə bağlı tutarlı heç bir şərh verilməmişdir. Bundan əlavə, MGBİ-nin qərarına əsasən, Filiala hesablanmış İştirak payının X14 X36 X17 etirazla bağlı qeyd olunan məqamlar MGBİ tərəfindən heç bir əsaslı arqument və münasibət bildirilmədən tətbiq edilmişdir. 27 mart 2023-cü il tarixində Filial tərəfindən kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə İŞBBİ-yə ünvanlanmış inzibati şikayətə münasibətdə Dövlət Vergi Xidməti “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli, **********719100 nömrəli qərar qəbul etmişdir. 24 iyul 2023-cü il tarixində, Filial tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat (bundan sonra – Apellyasiya Şurası) Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş 25 iyun 2023-cü il tarixli, **********719100 saylı “İnzibati şikayətin təmin edilməməsi haqqında” qərara dair şikayət təqdim edilmişdir. Apellyasiya Şurasının 58 nömrəli Qərarı 10 oktyabr 2023-cü il tarixində iddiaçı tərəfindən birbaşa İqtisadiyyat Nazirliyindən imza edilməklə təhvil alınmışdır. Apellyasiya Şurası iddiaçının inzibati şikayətinin təmin edilməməsi barədə qərar qəbul etmişdir. Göründüyü kimi, iddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası və daha sonra Apellyasiya Şurası tərəfindən baxılaraq 8 sentyabr 2023-cü il tarixində qərar qəbul edildiyindən və 10 oktyabr 2023-cü il tarixində Filial tərəfindən İqtisadiyyat Nazirliyindən təhvil alındığından qanunla nəzərdə tutulmuş 30 günlük şikayət vermə müddəti ötürülməmişdir. VM-nin 37.2-ci maddəsinin müddəalarına əsasən, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsinin Vergi Orqanına təqdim edildiyi vaxtdan 60 iş günü müddətində və digər bəyannamələr üçün isə 30 iş günü müddətində keçirilir və eyni zamanda həmin maddəyə əsasən bu müddət başa çatdıqdan sonra nəzərdə tutulmuş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilməsi nəzərdə tutulmamışdır. Belə ki, 15 mart 2022-ci il tarixində Şirkət tərəfindən təqdim olunmuş İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi bəyannaməsinə MGBİ tərəfindən 28 fevral 2023-cü il tarixində əlavə vergi hesablanması ilə bağlı göndərilmiş Milli Gəlirlər Baş İdarəsi Qərarı, yuxarıda qeyd olunan müddətləri nəzərə aldıqda, müvafiq bəyannamənin kameral vergi yoxlanılması üçün nəzərdə tututulmuş maksimum 60 iş günü müddətini ötürərək, kameral vergi yoxlaması nəticəsində əlavə vergi hesablanması, vergi ödəyicisinin hüquqlarını kobud surətdə pozmuşdur. Yuxanda qeyd olunan arqumentə cavab olaraq, İŞBBİ tərəfindən Qərarda HPBS-nin 15.3-cü maddəsinə istinad edilərək, Vergi Orqanının hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malik olduğunu, yoxlama bitdikdən sonra Vergi Orqanının təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edə və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verə bilməsi barədə qeyd olunmuşdur. Həmçinin, HPBS-nin 15.3-cü maddəsinin (d)(i) bölməsinə istinad edilərək təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi qeyd edilmişdir. Tərəflərindən İŞBBl-nin yuxarıda qeyd olunan arqumentinə cavab olaraq bildirildi ki, HPBS-nin 15.3 (d) (i) maddəsində qeyd olunan təqvim ili üçün Mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən 60 ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması Azərbaycan Respublikasının “Vergi Məcəlləsinin (bundan sonra, “VM”) 85.4- maddəsində qeyd olunan Vergi Orqanları “Vergiyə cəlb edilən hesabat dövrü qurtardardıqdan sonra 36 ay ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq və verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malik olması ilə analoji olaraq müqayisə edilə bilər. Heç bir halda bu vaxt müddəti yoxlamanın özünün müddəti kimi deyil, əksinə vergi yoxlaması zamanı nəzərdən keçirilə bilən müddət kimi nəzərə alınmalıdır, yəni VM və HPBS çərçivəsində vergi orqanlarına vergi ödəyicisi tərəfindən mənfəət vergi bəyannaməsi təqdim edildikdən sonra əvvəlki 36 və 60 ay dövrünü əhatə edən müddəti yoxlamaq hüququnun verilməsi nəzərdə tutulur. Qeyd olunan müddət vergi orqanlarına vergi yoxlaması aparmaq üçün nəzərdə tutulan müddət ilə qarışdırılmamalıdır. HPBS-də bununla bağlı heç bir tənzimləmə nəzərdə tutulmadığı üçün VM-nə istinad edirlər. Baxmayaraq ki, HPBS-də vergi qoyulması 15-ci maddə altında nəzərdə tutulur, “Mənfəət vergisi” və “İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi” HPBS-də tamamilə müxtəlif iki vergi növü olmaqla, müvafiq iki fərqli hesabatlar şəkildə Vergi Orqanlarına təqdim edilməlidir. Belə ki, İştirak payının verilməsi ilə bağlı mənfəət vergisinin hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.9-cu maddəsi çərçivəsində ətraflı şəkildə qeyd edilir, halbuki mənfəət vergisinin hesablanma qaydası və müvafiq hesablamanı və tələb olunan digər məlumatları özündə əks etdirən hesabatın hazırlanıb vergi orqanlarına təqdim edilməsi HPBS-nin 15.2-ci və 15.3-cü maddələrində nəzərdə tutulur. Buna görə də, filial tərəfindən təqdim edilən İştirak payının verilməsi ilə bağlı mənfəət vergi bəyannaməsinin vergi orqanları tərəfindən müvafiq bəyannamənin təqdim edilməsindən sonrakı 60 aylıq dövrü əhatə edən dövr ərzində kameral vergi yoxlamasının aparılmasını düzgün hesab etmirlər. Qərarda da qeyd olunduğu kimi, HPBS-də 60 aylıq dövr yalnız mənfəət vergisi üçün nəzərdə tutulmuş və bu dövrə İştirak payının verilməsi ilə bağlı mənfəət vergisinin əhatə olunduğu 15.9-cu maddə heç bir halda istinad etmir. Nəticə etibarilə, iştirak payının verilməsi ilə bağlı mənfəət vergisinin təqdim edilməsindən sonra növbəti 60 ay müddətində istənilən vaxt Filial tərəfindən bəyannamədə əks olunan məlumatlarının vergi orqanları tərəfindən kameral vergi yoxlamasına cəlb edilməsi qanuna müvafiq deyildir. MGBİ qərarda qeyd olunan əlavə vergi hesablamasına əsas verən səbəbə əsasən, vergi orqanlarının mövqeyi bundan ibarətdir ki, HPBS-in 15.9-cu maddəsinə uyğun olaraq X31- Qaz Əməliyyatları üzrə məsrəflərin HPBS-də iştirak payının X14 X36 X22 hesablaması məqsədi üçün çıxılan məsrəflər kimi nəzərə alınmamalıdır. Qeyd olunan arqumentə cavab olaraq tərəflərindən bildirilmişdir ki, vergi orqanının yuxarıda qeyd olunan mövqeyi HPBSnin şərtləri ilə uyğunsuzluq təşkil edir və tərəflərindən təqdim olunan HPBS-də iştirak payının X14 X36 X22 bəyannaməsinin HPBS-nin şərtlərinə tam uyğun olduğunu göstərmək üçün vergi orqanları tərəfindən qaldırılan məsələ ilə bağlı təhlil və arqumentlərini ətraflı şəkildə aşağıda təqdim edirlər. İlk öncə, HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı Ödənilmiş Məsrəflərin HPBS-də iştirak payının X14 X36 X22 hesablaması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Belə ki, 15.9-cu Maddə hər hansı X24 payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən X36 X22nin hesablanması qaydasını dəqiq müəyyən edir. 15.9-cu maddəyə əsasən, hər hansı X24 payının bütünlükdə, yaxud onun bir hissəsinin üçüncü tərəfə satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsi ilə bağlı X14 X36 X22 X21. 15.9-cu Maddənin (a) (iii) bölməsində təsvir olunduğu kimi, xalis gəlir, ümumi gəlirlə aşağıdakılardan ibarət olan vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: - hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X7 X25 hissəsi; - Hüquq və öhdəliklərin bu cür verilməsi ilə əlaqədar çəkilən məsrəflər. HPBS-də olan iştirak payının X14 X36 gəlirdən mənfəətin hesablanması metodologiyasında qeyri-müəyyənlik olmadığından (maddədə aydın şəkildə göstərildiyi kimi), vergi çıxılmalarının ətraflı təhlili ilə davam edirlər. HPBS-nin 1-ci Əlavəsində müəyyən edilir ki, HPBS-də istifadə olunan böyük hərflə yazılmış sözlər və ifadələr HPBSdə onlara verilmiş mənalara malik olmalıdır. Bu cür sözlər və fadələr birmənalı olaraq HPBS-nin tələblərinə uyğun olaraq şərh edilməlidir. X1 tərifini müəyyən etmək üçün HPBS-nin 1-ci Əlavəsinə istinad etmək lazımdır. HPBS-nin 1-ci Əlavəsinə əsasən, X5 Əməliyyat Məsrəfləri və Əsaslı Məsrəflərin məcmusu olmaqla, Neft-Qaz Əməliyyatları üçün podratçının çəkdiyi bütün məsrəfləri əhatə edir. X3 sadalanlar (lakin bununla məhdudlaşmayaraq) daxildir: (i) HPBS-də dəqiq şəkildə X5 kimi göstərilən məbləğlər (ii) Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə X8 lazımi şəkildə köçürülmüş məbləğlər. “Kumulyativ Neft-Qaz Məsrəfləri" ifadəsində istifadə edilən “kumulyativ" termini HPBS-də ayrıca müəyyən edilməsə də, Neft-Qaz Məsrəflərinin müəyyən müddət ərzində tədricən artdığını göstərmək üçün istifadə edilən maliyyə termini olduğu üçün o, heç bir qeyri-müəyyənliyə səbəb olmamalıdır. HPBS-ə əsasən “Mühasibat uçotunun aparılması qaydasına müvafiq surətdə Neft - X19 lazımi şəkildə köçürülmüş” dedikdə nəyin nəzərdə tutulduğunun təfərrüatlı təhlili üçün mühasibat uçotunun beynəlxalq Neft-qaz sənayesində qəbul olunmuş prinsiplərini müəyyən edən HPBS-nin 3-cü əlavəsi istinadı olmalıdır. Xüsusilə, HPBS-nin 3-cü Əlavəsinin 2-ci bölməsinə daxil olan Podratçı tərəflər üçün “Məsrəflər və Xərclər” altında “bu Sazişin şərtlərinə və Neft-Qaz Əməliyyatlarının icrası üçün lazımi şərtlərə əməl etmək məqsədilə Podratçı Neft-Qaz Əməliyyatlarının aparılması üçün çəkilmiş məsrəflərin hamısını X8 daxil edir" qeyd edilmişdir. Müvafiq bölmənin tərkibində Məsrəflərin Ödənilməsinə aid edilən bütün xərclər daxil olmaqla hesaba daxil edilən məsrəflərin siyahısı var. Məsrəflərin Ödənilməsi daha geniş termin kimi təsvir edilməklə, özündə həm “Ödəniləsi Məsrəflər - gələcəkdə ödənilməli olan məsrəflər”, həm də “Ödənilmiş Məsrəflər - bundan əvvəl ödənilmiş məsrəflər”i birləşdirir. Beləliklə, Məsrəflərin Ödənilməsi özündə yalnız Ödəniləsi Məsrəfləri deyil, həm də Ödənilmiş Məsrəfləri də ehtiva edir. Nəticə etibarilə, Ödənilmiş Məsrəflər daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəfləri iştirak payının X14 X36 X22 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, HPBS-nin 15.2-ci maddəsinə əsasən, Podratçı tərəf fəaliyyət növünün Azərbaycan Respublikasında və ya onun hüdudlarından kənarda həyata keçirilməsindən asılı olmayaraq HPBS ilə bağlı Kontrakt sahəsinin reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatına aid bilavasitə Podratçı tərəfin apardığı və ya Əməliyyat Şirkəti vasitəsilə aparılan Neft-Qaz Əməliyyatlarının bütün növləri və bütün digər fəaliyyət növlərini özündə ehtiva edən X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır. Qeyd olunan fəaliyyətlər nəticəsində əldə edilən və məsrəflərin ödənilməsi məqsədləri üçün istifadə edilən gəlir HPBS-nin 15.2-ci maddəsinə uyğun olaraq artıq vergiyə cəlb edildiyini nəzərə alaraq, iştirak payının Daimi ötürülməsi zamanı bu cür xərclərin vergi çıxılmaları məqsədləri üçün nəzərə alınmaması son nəticədə eyni gəlirə münasibətdə iqtisadi cəhətdən ikiqat vergitutma effektinə səbəb olacaqdır. Bu səbəbdəndir ki, HPBS iştirak payının Daimi Ötürülməsi halında Məsrəflərin Ödənilməsi kateqoriyasına (hansı ki həm Ödəniləsi Məsrəflər, həm də Ödənilmiş Məsrəfləri özündə birləşdirir) aid olan bütün xərclərin çıxılmasına icazə verir. HPBS müddəalarının bu cür qurulmasının məntiqi ondan ibarətdir ki, HPBS-dən ayrılan Podratçı Tərəfə əlavə vergilərə məruz qalmadan öz kapitalını (yəni, investisiyasını) geri ala bilmək imkanı təmin edilsin. Vurğulamaq lazımdır ki, HPBS-nin 15.2 (k) maddəsinə əsasən təqvim ili ərzində Podratçı tərəfin Mənfəət vergisi məqsədləri üçün nəzərdə tutulan çıxılmalara Karbohidrogen fəaliyyəti ilə əlaqədar olan Podratçı tərəfin bilavasitə özünün və ya Əməliyyat Şirkəti vasitəsilə Azərbaycan Respublikası və ya başqa yerdə çəkdiyi bütün xərclər aiddir. Bununla bağlı HPBS-də qeyd olunan 15.2 (k) maddəsi altında mənfəət vergisi məqsədləri üçün çıxılmalan özündə əks etdirən amma bununla məhdudlaşmayan siyahı verilmişdir. Lakin, iştirak payının X14 X36 X22 məqsədləri üçün çıxılmalar isə HPBS-nin 15.9 (a) (iii) maddəsində əks olunmuşdur. Xüsusilə, əvəzi ödənilə edilə bilən və əvəzi ödənilməyən xərclərin, habelə bu investisiya ilə bağlı digər xərclərin çıxılmasına icazə verilməlidir. Beləliklə, Mənfəət vergisi və iştirak payının X14 X36 X22 məqsədləri üçün vergitutma bazası və uyğun olaraq gəlirdən çıxılan məsrəflər tamamilə fərqlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 17 noyabr 2023-cü il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş, cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuş, həmçinin, tərəflər işin halları, mübahisənin vəziyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin iddia ilə bağlı yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmuşdur. Cavabdehin etirazları: 11 dekabr 2023-cü il tarixdə “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə təqdim edilmiş cavabdeh Milli Gəlirlər Baş İdarəsinin iddia tələbinə dair xx.xx.2023-cü il tarixli **********849400 №li yazılı etirazı onunla əsaslandırılmışdır ki, Filial (VÖEN: **********) tərəfindən təqdim edilmiş 2021-ci ilin xüsusi vergi rejimli müəssisələrin mənfəət vergisi bəyannaməsinə kameral qaydada hesablanmış verginin tərkibi araşdırılmışdır. Aparılan araşdırılma zamanı xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və “X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında Saziş” üzrə Filiala (VÖEN: **********) məxsus iştirak payın (25%) xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. Filial tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq mənfəət vergisi bəyannaməsi üzrə Xüsusi Məqsədli Hesabat təqdim edilərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus iştirak payının təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Baş İdarə tərəfindən aparılan araşdırılma zamanı Filial tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini nəzərə alaraq, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisinin azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmaması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********809100 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********664500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. Eyni zamanda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********198200 nömrəli podratçı tərəf üzrə xx.xx.1998-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr ərzində X1 əvəzinin ödənilməsi barədə məlumatların təqdim edilməsi haqqında məktubla müraciət edilmişdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (VÖEN **********) xx.xx.2022-ci il tarixli **********358600 nömrəli məktubla xx.xx.2021-ci il tarixdə imzalanmış alqı-satqı müqaviləsinə əsasən Filialın Sazişdəki iştirak payının (25%) “GL İnvestment" MMC-yə satmağa razılaşmış, tərəflər razılaşıb və etiraf edirlər ki, xx.xx.2021-ci i tarixindən qüvvəyə minən Tamamlanma tarixində bütün qanuni hüquq və öhdəliklər İddiaçı şirkətindən "GL İnvestment” MMC-yə keçməli olduğu bildirilmişdir. İştirak payının verilməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi xx.xx.2022-cl il tarixində təqdim edilməsinə baxmayaraq KVY qərarı 60 iş günü müddətini ötürməklə çıxarılmışdır. Bununla bağlı bir daha qeyd olunur ki, vergi ilə bağlı qaydaların müəyyən edilməsi “Azərbaycan Respublikasında Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında Sazişinə əsasən aparılmalıdır. Bu Sazişin 15.3 (d)(ii) bəndinə əsasən “Vergi orqanı hər bir Podratçı tərəfin hər Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamələrini yoxlamaq səlahiyyətinə malikdir. Yoxlama bitdikdən sonra vergi orqanı təklif olunan hər hansı düzəlişi Podratçı tərəf ilə müzakirə edir və lazım gələrsə mənfəət vergisi çərçivəsində əlavə ödəniləsi məbləğ haqqında bildiriş məktubu və ya artıq ödənilmiş məbləğlərin qaytarılması haqqında bildiriş məktubu verir”. Bununla yanaşı Sazişin 15.3 (d)(i) maddəsində “Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyi” müəyyən olunub. Vergi Məcəlləsinin 2.5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. HPBS-nin 15.9-cu maddəsində Neft-Qaz Əməliyyatları ilə bağlı ödənilmiş məsrəflərin HPBS-də iştirak payının X14 X36 gəlirlərdən mənfəət vergisi hesablanması məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması ilə bağlı heç bir tələb qeyd edilməmişdir. Sazişin 15.9 (a) bəndinə əsasən iştirak payı təqdim edilərkən xalis gəlir ümumi gəlir, hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə kumulyativ X7 X25 hissəsi, podratçı tərəfin həyata keçirdiyi və bu sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) qalıq dəyəri və hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər arasındakı fərqdir və xalis gəlirə sazişdə nəzərdə tutulmuş 32% dərəcə tedbiq edilməklə mənfəət vergisi hesablanır. Eyni zamanda sazişin 15.9 (a) (İİ) bəndinə əsasən qalıq dəyər Sazişə əsasən məsrəfləri ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. Beləliklə, xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında Sazişin 15.3 (d)(i) maddəsində təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edilməli, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edilməli, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməməli, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməlidir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X12 məhkəməyə təqdim edilmiş iddia tələbinə dair etirazda qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Əsaslandirma hissəsi İddianın növü və mümkünlüyü. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab olunur. İPM-nin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPM-in 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). İddiaçı hazırki iddia ilə məhkəməyə qanunla müəyyən edilmiş şikayət instansiyası tərəfindən şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində məhkəməyə müraciət etmişdir. İddia mümkündür.
Faktiki hallar və sübutlar:
Filialın Əsasnaməsindən (surəti) müəyyən olunur ki, Filial Azərbaycan Respulikasının Ədliyyə Nazirliyində xx.xx.2003-cü il tarixdə № 1103-N1-1330 qeydiyyat şəhadətnaməsilə qeydiyyata alınmışdır. Milli Gəlirlər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” **********664500 nömrəli xx.xx.2023-cü il tarixli qərarından müəyyən olunur ki, cavabdeh İştirak payının ötürülməsi ilə bağlı Mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabat üzrə iddiaçıya 904480,24 ABŞ dolları əlavə mənfəət vergisi hesablamış və qərar isə onunla əsaslandırılmışdır ki, Sazişin 15.9-cu maddəsində X31-Qaz əməliyyatları üzrə məsrəflərin, iştirak payının satışı ilə bağlı mənfəət vergisi hesablanarkən xərclərə aid edilməsi nəzərdə tutulmadığından, ümumi gəlir (6481 min ABŞ dolları) və 15.9(a)(iii)(aa) (3370,5 min ABŞ dolları) və 15.9(a)(iii)(bb) (284 min ABŞ Dolları) bəndlərinə əsasən xərc məbləğləri nəticəsində yaranmış Xalis gəlir məbləği (6481- 3654,5= 2826,5 min ABŞ dolları) müəyyən edilərək, xx.xx.2022-ci il tarixdə təqdim edilmiş hesabat üzrə 904480,24 (2826500 x 32%) ABŞ dolları məbləğində mənfəət vergisi hesablandı. Qərardan narazı qalaraq iddiaçı yuxarı vergi orqanı olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə inzibati şikayət vermişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, **********719100 nömrəli qərarın surətindən müəyyən olunur ki, İddiaçı Şirkətinin Azərbaycan Respublikasındakı Filialının kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməmiş və qərar onunla əsaslandırılmışdır ki; “- Kameral vergi yoxlaması ilə aparılmış araşdırma zamanı Filial tərəfindən təqdim edilmiş “İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabatf’nda yığılmış neft-qaz xərcləri üzrə 385 964,00 min ABŞ dollarının qeyd edilməsi vergidən yayınma halı kimi qiymətləndirilmişdir. - Qeyd edilən kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə “Bəyannamə göstəricilərinə dair açıqlamanın təqdim edilməsi barədə” xx.xx.2022-ci il tarixli **********809100 nömrəli məktub göndərilmiş, vergi ödəyicisi tərəfindən göndərilmiş məktuba əsaslandırılmış cavab verilmədiyi üçün “İştirak payının ötürülməsi ilə bağlı mənfəət vergisi bəyannaməsi üzrə xüsusi məqsədli hesabatı” üzrə 904480,24 ABŞ dolları hesablanaraq, xx.xx.2023-cü il tarixli **********664500 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar qəbul olunmuş və Filiala ünvanlanmışdır. - Aparılan araşdırma zamanı “Kürsəngi” və “Qarabağlı” Neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında sazişin 2002-ci ildən etibarən səhmdarlarından olan "X37 Si İnternəşnl (Kura) Limited" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (VÖEN: **********) və Filiala (VÖEN: **********) məxsus payların xx.xx.2021-ci il tarixdən etibarən "xxxx" MMC-yə (VÖEN: **********) müqavilə əsasında keçdiyi müəyyən edilmişdir. - Filial tərəfindən xx.xx.2021-ci il tarixində Sazişin 15.9-cu maddəsinə uyğun olaraq bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edərək xx.xx.2021-ci il tarixinə şirkətə məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. - Filialı tərəfindən təqdim edilmiş bəyannamədə iştirak payının satışından gəlir 6481,0 min ABŞ dolları göstərilməsinə baxmayaraq, gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən(xx.xx.1998-ci il) xx.xx.2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. - xx.xx.1998-ci il tarixdə bağlanmış “Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında Saziş”in 15.3 (d)(i) maddəsində Təqvim ili üçün mənfəət vergisinə dair bəyannamə təqdim edilməsi və mənfəət vergisinin müvafiq şəkildə ödənilməsi həmin təqvim ili üçün mənfəət vergisi haqqında bəyannamənin verildiyi tarixdən altmış (60) ay keçəndən sonra həmin təqvim ili üçün mənfəət vergisinə dair bütün öhdəliklərin tam və qəti nizama salınması hesab edildiyini, vergi ödəyicisi tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyini, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilərək mənfəət vergisi azaldılmış nəticədə zərər göstərilərək mənfəət vergisi hesablanmadığını, vergi ödəyicisi yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid edilməli olduğunu nəzərə alaraq, mövcud vəziyyətdə Filialın xx.xx.2023-cü il tarixli inzibati şikayəti təmin edilməməlidir”. İddiaçı bu qərarla da razılaşmayaraq həmin qərardan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və Apellyasiya Şurasının xx.xx.2023-cü il tarixli 58 saylı qərarı ilə iddiaçı şirkətin Azərbaycan Respublikasındakı filialının inzibati şikayəti təmin edilməmiş və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin ‘Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 28 fevral 2023-cü il tarixli **********664500 nömrəli və İnzibati şikayətlərə baxılması baş idarəsinin “İnzibati şikayətin təmin edilməməsi haqqında” 25 iyun 2023-cü il tarixli **********719100 nömrəli qərarları dəyişdirilmədən saxlanılmışdır.
Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Vergi Məcəlləsi. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar. ... 13.2.4. vergi ödəyicisi - bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs. ... Maddə 37. Kameral vergi yoxlaması. 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. 37.2. Kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 90 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz. 37.2-1. Kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.3. Kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. 37.4. Kameral yoxlama nəticəsində vergi bəyannaməsində və ya cari vergi ödəmələrinin hesablanması haqqında arayışda vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. ... Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. ... Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası. 72.1. Bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. 72.2. Bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir. 72.6. Vergi orqanı tərəfindən vergi hesabatının onun barəsində kameral vergi yoxlaması aparıldıqdan sonra və ya hər hansı digər hərəkətlərin həyata keçirilməsi ilə qəbul edilməsinin şərtləndirilməsi yolverilməzdir və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Vergi orqanı tərəfindən vergi hesabatı yalnız aşağıdakı hallardan biri olduqda qəbul edilmir: 72.6.1. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilmədikdə və ya səhv göstərildikdə; 72.6.2. vergi dövrü əks olunmadıqda; 72.6.3. vergi ödəyicisi olan hüquqi şəxs tərəfindən kağız daşıyıcı vasitəsi ilə verilən vergi hesabatı imzalanmadıqda və möhürlə təsdiq olunmadıqda; 72.6.4. vergi ödəyicisi olan fiziki şəxs tərəfindən vergi hesabatı imzalanmadıqda. 72.6.5. Vergi ödəyicisi olan hüquqi və fiziki şəxslər tərəfindən elektron sənəd formasında göndərilən vergi hesabatı müvafiq qanunvericiliyin və ya qaydaların tələlərinə uyğun olmadıqda. 72.7. Bu Məcəlləyə və ya digər qanunvericilik aktlarına müvafiq olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı bu Məcəllənin 72.6.1-72.6.5-ci maddələrində müəyyən edilmiş hallarda qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilir. ... Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması. 83.1. Bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; ... Maddə 103. Vergi ödəyiciləri. 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.
İnzibati icraat haqqında qanun Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
İPM: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi.
Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı hazırda cavabdehin ona əlavə mənfəət vergisi hesablanması barədə xx.xx.2023-cü il tarixli qərarını mübahisələndirir. İddiaçı bu zaman iki əsas hala istinad edir:
1. qərarın kameral vergi yoxlanılması üçün nəzərdə tutulmuş maksimum 60 iş günü müddətinin ötürülməsi ilə qəbul edilməsi;
2. ödənilmiş Məsrəflər də daxil olmaqla, bütün kumulyativ Neft-Qaz Məsrəflərinin iştirak payının X14 X36 X22 məqsədləri üçün çıxılan məsrəflər kimi nəzərə alınmaması. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 2.4-cü maddəsinə əsasən aşağıdakılar istisna olunmaqla, vergi qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına vergitutma və vergi nəzarəti məsələləri daxil edilə bilməz: 2.4.6. X29 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar. VM-n 2.5-ci maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq olaraq qəbul edilmiş normativ hüquqi aktlarla nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin beynəlxalq müqavilələrin müddəaları tətbiq edilir. VM-in 2.7-ci maddəsinə görə bu Məcəllə qüvvəyə minənədək və ya o, qüvvəyə mindikdən sonra qanunla təsdiq olunmuş X29 haqqında, əsas boru kəməri haqqında və digər bu qəbildən olan sazişlərdə və ya qanunlarda, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda bu Məcəllədə və vergilər haqqında digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar müəyyən edildikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir. İşdə olan “Azərbaycan Respublikasında Kürsəngi və X16 daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və X29 haqqında Saziş”ə əsasən: - Maddə 15.1 (a) Bu Saziş üzrə Podratçının öhdəlikləri şərti kimi, Mənfəət vergisinə dair bu 15-ci Maddədə göstərilən öhdəlik istisna edilməklə, X4 Fəaliyyəti ilə əlaqədar meydana çıxan və ya ona bilavasitə, yaxud dolayısı ilə aid olan hər hansı xarakterli heç bir Vergi tutulmur. (v) “X23" - bu Saziş imzalanan vaxt Azərbaycan Rcspııbliksmda tətbiq edilən və bu Sazişin müddəti ərzində qüvvədə qalan otuz iki (32) faiz X23 deməkdir. - maddə 15.2. (a) X35 bu Saziş imzalanan vaxt Azərbaycan Respublikasında ümumiyyətlə tətbiq olunan və qüvvədə olan 24 dekabr 1996-ci il tarixli Müəssisə və X13 haqqında qanuna müvafiq surətdə, bu Sazişin müddəalarından irəli gələn dəyişikliklər nəzərə alınmaqla öz X2 Vergisi üçün ayrıca məsuliyyət daşıyır ("Mənfəət Vergisi"). Azərbaycan Respublikasının daxili qanunvericiliyi ilə bu Saziş arasında hər hansı ziddiyət yarandıqda, Sazişin müddəaları üstün tutulur. X35 özünün Azərbaycan Respublikasında Karbohidrogen Fəaliyyətinə aid olmayan təsərrüfat fəaliyyətinə görə Azərbaycan Respublikasında tətbiq edilən qanunlara və reqlamentlərə uyğun şəkildə Mənfəət Vergisi ödəmək üçün məsuliyyət daşıyır. - maddə 15.9. İştirak payının verilməsi ilə bağlı Mənfəət vergisi Hər hansı X24 payının bütünlükdə, yaxud onun bir hissəsinin Üçüncü tərəfə Satılması, yaxud daimi hüquq və öhdəliklərin verilməsindən alınan Xalis Gəlirlə bağlı hər hansı iştirak payının verilməsi ilə alınan mənfəətdən vergi faizi aşağıdakılar əsasında müəyyən edilir və ödənilir: (a) Bu 15.9 Maddəsinə münasibətdə aşağıdakı anlayışların mənası aşağıdakı kimidir: (i) “Ümumi Gəlir” öz hüquqlarının başqasına verən Podratçı Tərəfin bu Sazişə uyğun olaraq İştirak Payının hər hansı bir hissəsinin başqasına verilməsi üçün aldığı ümumi haqq deməkdir. (ii) “Qalıq Dəyər” bu Sazişə əsasən Məsrəfləri Ödənilməyən hər hansı sərmayənin (kumulyativ məsrəflər) amortizasiya edilməmiş balansı deməkdir. (iii) “Xalis Gəlir” Ümumi Gəlir və aşağıdakılardan ibarət olan Vergi çıxılmalarının ümumi məbləği arasındakı fərq deməkdir: (aa) hüquq və öhdəliklərin ötürülməsinin qüvvəyə mindiyi tarixə çəkilmiş kumulyativ X7 X25 hissəsi, (bb) hüquq və öhdəliklərini başqasına verən Podratçı Tərəfin həyata keçirdiyi və bu Sazişə əsasən X3 aid olmayan sərmayələrin (kumulyativ məsrəflər) Qalıq dəyəri; (cc) hüquq və öhdəliklərin bu cür verilməsi zamanı çəkilən məsrəflər. (b) Hüquq və öhdəliklərin ötürülməsindən alınan əldə olunan Xalis Gəlirə 15.1 (c) (v) bəndində müəyyən olunan X23 tətbiq tətbiq edilir. Ümumi Gəlir əldə edilərkən hüquq və öhdəlikləri verən X32 Gəliri hesablayır və yuxanda göstərilən Vergi Dərəcəsini ona tətbiq edir. (c) 15.9 (a) (iii) (aa) bəndində göstərilən məbləğlər Əməliyyat Şirkətinin qanuni fəaliyyat göstərən auditoru tərəfindən təsdiq edilir, 15.9(a)(iii)(bb) bəndlərində göstərilən məbləğlər isə məsrəfləri çəkən Podratçı Tərəfin və ya X26 şirkətinin qanuni fəaliyyət göstərən auditoru tərəfindən edilir. İş materiallarından görünür ki, iştirak payının verilməsi ilə bağlı Ümumi Gəlir ******* ABŞ dolları, yığılmış Neft-Qaz məsrəflərinə aid edilməmiş xərclər 284000.00 ABŞ dolları təşkil etmişdir. Bu rəqəmlər tərəflər arasında mübahisə doğurmamışdır. İşin mübahisəli halı kumulyativ X7 X25 hissəsi ilə bağlı olmuşdur. İddiaçı Filial tərəfindən 15 dekabr 2021-ci il tarixində bəyannamə (xüsusi məqsədli hesabat) təqdim edilərək, 19 noyabr 2021-ci il tarixində Filiala məxsus payların təqdim edilməsindən zərər göstərilərək ödənilməli mənfəət vergisi olmadığı qeyd olunmuşdur. Həmçinin, Filial tərəfindən təqdim edilmiş bəyannamədə gəlirdən çıxılmalara sazişin bağlandığı tarixdən (15 dekabr 1998-ci il) 19 noyabr 2021-ci il tarixinədək yığılmış neft-qaz xərclərində şirkətin payı cəmi 385964,0 min ABŞ dolları, yığılmış və neft-qaz xərclərinə aid edilməmiş xərclərdə iştirak payı üzrə 284,0 min ABŞ dolları qeyd olunaraq, 379767,0 min ABŞ dolları zərər göstərilmişdir. Məhkəmə iddiaçının mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt reabilitasiya sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin əvəzi ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Həmçinin Sazişin 13.3-cü maddəsinə əsasən: (a) Podratçı Kontrakt kəşfiyyat sahəsi ilə bağlı X1 aşağıdakı qaydada əvəzini almaq hüququna malikdir: (i) birinci növbədə Ümumi hasilat həcmindən bütün Əməliyyat məsrəflərinin əvəzi ödənilir; (ii) sonra Podratçının Əməliyyat məsrəflərinin ödənilməsi üçün lazım olan Xam neft və Sərbəst təbii qaz həcmləri çıxıldıqdan sonra Ümumi hasilat həcmində qalan Xam neftin əlli (50) faizindən və Sərbəst təbii qazın əlli (50) faizindən çox olmayan həcmindən ildə iyirmi (20) faiz dərəcə ilə amortizasiyası ilə bütün Əsaslı məsrəflərin əvəzi ödənilir (“Əsaslı məsrəflərin ödənilməsi üçün Karbohidrogenlər”). (f) Podratçının Neft-qaz əməliyyatlarına çəkdiyi və Əvəzi ödənilməli olan, lakin əvvəlki Təqvim rübündə əvəzi ödənilməmiş kumulyativ məsrəfləri sonrakı Təqvim rüblərində keçirmək hüququ daim təmin edilir. Sazişin 15.2. (m) maddəsinə əsasən X27 Qoyulan Mənfəətini və ya X28 hesablamaq məqsədləri üçün həmin X11 Fəaliyyəti ilə əlaqədar olaraq Qüwəyəminmə tarixinədək çəkdiyi bütün məsrəflər (o cümlədən, lakin bunlarla məhdudlaşdılmadan Azərbaycan Respublikasında və ya digər yerlərdə texniki işlə bağlı çəkilən müstəqim, yaxud dolayı məsrəflər, habelə Podratçı Tərəfin Azərbaycan Respublikasındakı nümayəndəlik ofislərinin məsrəfləri) həmin tarixə çəkilən məsrəflər hesab edilir. Yuxanda deyilənlərə baxmayaraq bu Saziş barəsində danışıqlara, yardımçı tibbi, mədəni və xeyriyyəçilik fəaliyyətinə Saziş bağlananadək çəkilən müstəqim və ya dolayı məsrəflər həmin X27 Qoyulan Mənfəəti və ya X33 hesablanarkən nəzərə alınmır. Beləliklə, istinad olunan normalardan görünür ki, Podratçı Əməliyyat məsrəflərinin əvəzinin ödənilməsi, həmçinin çəkdiyi məsrəflərin mənfəətdən çıxılması hüququna malikdir. İş materiallarındakı 2021-ci il tarixədək illər üzrə olan mənfəət vergisi bəyannamələrindən görünür ki, iddiaçı hər bir il üzrə kontrakt sahəsində kəşfiyyat və qiymətləndirməyə çəkilən xərcləri, hasilata çəkilən xərcləri ümumi xərclərə aid etmiş, nəticədə həmin xərclər çıxılmaqla karbohidrogenlərin təqdim edilməsindən əldə etdiyi mənfəətə vergi tətbiq etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən əvvəlki illərdə çəkilmiş neft-qaz xərcləri müvafiq olaraq əvvəlki illərin mənfəət vergisi bəyannamələrində xərclərə aid edildiyindən, iştirak payının təqdim edilməsi ilə bağlı təqdim edilən mənfəət vergisi bəyannaməsində həmin xərclərin yenidən çıxılmalara aid edilməsi eyni xərclərin təkrar xərclərə aid edilməsinə gətirib çıxarır. Buna görə də nə qədər ki, həmin xərclər artıq bəyan olunmuşdur, iddiaçı yalnız iştirak payını təqdim etdiyi ilin əvvəlindən iştirak payını təqdim edildiyi tarixədək çəkilmiş xərcləri və əvvəlki illərdə çəkilmiş, lakin xərclərə aid edilməmiş xərclərin qalıq dəyərini çıxılmalara aid etmək hüququna malikdir. Sazişin 15.2. (o) maddəsində də göstərilmişdir ki, hər hansı Podratçı Tərəf özünün Sazişdə iştirak payını tamamilə və ya qismən başqasına verdiyi halda onun müvəkkili əgər cari Təqvim ili üçün X34 varsa, həmin zərərin hamısına və ya iştirak payını qismən verdikdə X30 proporsional hissəsinə həmin Təqvim ili üçün çıxılmalar kimi baxa bilməsini iştirak payını verən Podratçı Tərəfin həll etmək ixtiyarı var. Göründüyü kimi, Saziş yalnız zərər olduğu halda onun təqvim ili üçün çıxılmalar kimi nəzərə tutulmasını müəyyən etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.1998-ci il tarixindən (başlanğıc) xx.xx.2021-ci il tarixinədək olan bütün, yəni həmin ödənilmiş, həm də ödənilməmiş məsrəfləri xərcə aid etməkdə haqlı olmamışdır. Cavabdehin kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı müddətə əməl etməməsi məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, Saziş qəbul edildiyi dövrdə Azərbaycan Respublikasının Vergi Məcəlləsi qüvvəyə minməmiş, həmin dövrdə “Müəssisələrin və X13 haqqında” 1996-cı il 24 dekabr tarixli Qanun qüvvədə olmuşdur. Lakin nə həmin Qanunda, nə də Sazişdə kameral vergi yoxlamasının keçirilməsi ilə bağlı hər hansı bir müddət müəyyən edilmişdir. Mübahisəli qərarın qəbul edildiyi dövrdə qüvvədə olan Vergi Məcəlləsinə gəldikdə isə, həmin Məcəllənin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bundan əlavə, Vergi Məcəlləsinin 70.3-cü maddəsinə əsasən vergi hesablamalarına dair sənədlərin və ya vergi qanunvericiliyinə əsasən tərtib edilən digər sənədlərin heç biri, aşağıdakılara əməl edildiyi halda, etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz: 70.3.1. onlar öz məzmununa və mahiyyətinə görə vergi qanunvericiliyinə uyğun gəlirsə; və 70.3.2. vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə Həmçinin, İPM-nin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarının pozulduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Normanın mənasına görə formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunur ki, həmin pozuntu qərara təsir etsin, yəni müddəaya riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Hazırkı halda cavabdeh orqan maddi hüquq normalarını düzgün tətbiq etdiyindən məhkəmə hesab edir ki, onun formal tələblərə əməl etməməsi qərarın ləğvi üçün əsas ola bilməz. Məhkəmə bu zaman onu da nəzərə alır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 73-cü maddəsində təsbit olunmuş vergi ödəmək vəzifəsi dövlətin şərtsiz tələbi kimi bütün vergi ödəyicilərinə şamil olunur. Vergiləri ödəmək (o cümlədən qanunvericiliklə müəyyən edilmiş müvafiq vaxtda və miqdarda) hər bir şəxsin konstitusiya vəzifələrindən biridir. Vergi ödəyicisi qanunla nəzərdə tutulmuş qaydada dövlətin xəzinəsinə müəyyən pul məbləği şəklində ödənilməli olan əmlakının müəyyən hissəsinə dair öz mülahizəsinə uyğun sərəncam verə bilməz və bu məbləği mütəmadi olaraq dövlətin xeyrinə keçirməyə borcludur. Əks təqdirdə dövlətin, həmçinin digər şəxslərin hüquqları və qanunla qorunan maraqları pozulmuş olar. Vergi ödəyicisinin bu vəzifəsində cəmiyyətin bütün üzvlərinin ictimai maraqları öz əksini tapmışdır. Buna görə dövlət yalnız vergi ödəyicilərinin deyil, həmçinin cəmiyyətin digər üzvlərinin də hüquq və qanuni mənafelərinin qorunması məqsədilə vergi hüquq münasibətlərini tənzimləmək sahəsində qanuni tədbirlər görmək hüququna və vəzifəsinə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun 12 yanvar 2011-ci il tarixli, 7 dekabr 2011-ci il tarixli, 12 mart 2012-ci il tarixli, 9 sentyabr 2013-cü il tarixli Qərarları).
NƏTİCƏ HİSSƏSİ
Şərh olunanlara əsasən və İPM-nin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Nəriman Abıyev