Məhkəmə qərarları › İş №2-1(112)-3633/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3633/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3633/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun dövlət qulluğundaki əmək stajının 23 il götürülməklə Təhsil Nazirliyinin Sektor müdirinin vəzifə maaşının 80 faizi miqdarında pensiyanın hesablanması 2019-cu ildən məhkəməyə müraciət etdiyi günə qədər, “Əmək pensiyaları haqqında” Qanunun 10-cu və 27-ci maddələrinin tələbləri əsasında hesablanıb, birdəfəyə ona ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun dövlət qulluqçusu kimi Təhsil Nazirliyinin Sektor müdirinin vəzifə maaşının 80 faizi miqdarında pensiyanın təyin edilməsi və 60 yaşının tamam olduğu 2015-ci il tarixindən pensiyasının hesablanaraq məhkəməyə müraciət etdiyi tarixədək ona ödənilməsi ilə bağlı lazım olan hərəkətlərin icra edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə tərəfindən həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşının tamam olduğu gündən, yəni 21.08.2015-ci il tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmə tərəfindən həmin ərizə icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 16.08.1977-ci ildən Gədəbəy rayonunun Arabaçı kənd orta məktəbində müəllim kimi pedaqoji fəaliyyətə başlamışdır. 1980-ci ildə məktəb direktoru, 1983-cü ildən Maarif Nazirliyində metodis, baş metodis, 1992-ci ildən Təhsil Nazirliyində baş inspektor, aparıcı mütəxəsis, baş mütəxəsis (sektor müdiri) vəzifələrində çalışmışdır. 2004-cü ildən Bakı şəhəri, 20 №-li yaradıcılıq mərkəzində direktor vəzifəsində çalışmış, bütövlükdə 44 il pedaqoji fəaliyyəti olub. 2019-cu ildə dövlət qulluqçusu kimi pensiyaya çıxmışdır. Hazırda 270 manat pensiya alırdı. Son vaxtlar onun da 50 manatını heç bir əsas olmadan azaldıblar. Hesab edir ki, ona pensiya düzgün təyin edilməmişdir. Ona görə də pensiya yenidən hesablanmalıdır. Eyni zamanda həmin illər ərzində pensiyada yaranmış, fərqi yəni ödənilməmiş pensiya ona verilməlidir. Qeyd edir ki, ona pensiya təyin edilərkən onun əmək stajı da düzgün hesablanmamışdır. Beləliklə cavabdeh onun dövlət qulluqçusu olmağını nəzərə almadan və əmək stajını düzgün hesablamadan pensiya təyin etmiş, nəticədə də pensiya ilə təmin edilmə hüququnu pozmuşdur. Cavabdehdən əmək pensiyasını yuxarıda qeyd olunan qaydada yenidən hesablanmasını xahiş etsə də, ona rəsmi cavab verilməmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmşıdır ki, iddiaçı N.O.Aİİahverdiyev Filiala müraciət edərək, dövlət qulluqçusu kimi pensiya təyin edilməsini xahiş etmişdir. Filialı tərəfindən iddiaçı N.O.Aİİahverdiyevə verilmiş cavab məktubunda dövlət qulluqçusu kimi iş stajının 15 ildən az (13 il 10 ay) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanmasının qanunvericiliyin tələbləri baxımından mümkün olmadığı bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin qanunun 20.1.7-ci maddəsinə əsasən əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ qrup əlil olmuş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. Həmin Qanunun 20.11.1-ci və 20.11.2ci maddələrinə və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Göründüyü kimi, əmək pensiyaçılarına dövlət qulluğu stajına görə əlavələrin təyin clunması üçün onun dövlət qulluqçusu statusuna malik olması zəruri və mütləq dispozisiya şərtidir. İddiaçı N.O.Aİİİahverdiyev 1983-1988-ci illərdə işlədiyi dövrlərin dövlət qulluqçusu kimi iş stajına daxil edilməli olduğunu iddia etmişdir. Lakin Azərbaycan Respublikası X3 08.02.2022-ci il tarixli, PHŞ/3-2-2022-266 saylı məktubu ilə müəyyən ediimişdir ki, N.O.Aİİİahverdiyevin 1983-1988-ci illərdə Azərbaycan SSR Marif Nazirliyinin Uşaqların İxtiraçılıq Yaradıcılığı üzrə Respublika Metodika Mərkəzi, Tərbiyə İşləri üzrə X2, Respublika Təliim-Metodika Kabinetində və 1989-cu ildən 1991-ci ilin oktyabrn 18-dək Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Respublika Təlim Metodika Mərkəzində müxtəlif vəzifələrdə işlədyi müddət dövlət qulluğunda qulluq stajına daxil deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci ildə doğulmuşdur. - “H.Zərdabi adına” X4 İnstitutu tərəfindən verilmiş 27 iyun 1977-ci il tarixli, Q-İ 032197 №-li diplomun surətindən görünür ki, 1973-cü ildə İnstituta daxil olmuş və 1977-ci ildə azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitirmişdir. - İddiaçıya məxsus ИТ-İ1108687 №-li, 29 iyun 1982-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 16.08.1977-ci ildən 25.10.1982-ci ilədək Arabaçı kəndi səkkizillik orta məktəbində müəllim, 29.09.1982-ci ildən 16.02.1983-cü ilədək Lenin rayonu, Maştağa qəsəbəsi Pioner və Şagirdlər evində dərnək rəhbəri, 16.02.1983-cü ildən 12.12.1988-ci ilədək Azərbaycan SSR Maarif Nazirliyində metodost, 10.03.1989-cu ildən 05.02.2003-cü ilədək Azərbaycan SSR Xalq Təhsil Nazirliyində böyük metodist, inspektor, aparıcı inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis, 12.05.2004-cü ildən Səbail rayon Təhsil Şöbəsi Uşaq Yaradıcılıq Mərkəzinə (Bayıl bölgəsi) direktor vəzifələrində işləmişdir. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********2 №-li, 17.12.2021-ci il tarixli məktubdan görünür ki, ona 21.02.2020-ci il tarixdən 31.12.2020-ci il tarixədək 249.38 manat əvəzinə 244.19 manat (iki yüz qırx dörd manat 19 qəp), 01.01.2021-ci il tarixdən 30.09.2021-ci il tarixədək isə 277.80 manat əvəzinə 272.03 (iki yüz yetmiş iki manat 03 qəp) pensiya ödənilmişdir. Nəticədə 105.44 manat (bir yüz beş manat 44 qəp) artıq ödəmə yaranmış və həmin məbləğ 2 yerə bölünərək 52.72 manat olmaqla 2021-ci ilin oktyabr və noyabr aylarında pensiya məbləğindən çıxılmışdır. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış 04/04-22/3174 №-li, 03.12.2021-ci il tarixli məktubdan görünür ki, məsələyə rəy verilməsi üçün 1983-1988-ci illər üçün Azərbaycan SSR Maarif Nazirliyinin hüquqi statusunu, strukturunu, həmin nazirliyin Uşaqların ixtiraçılıq yaradıcılığı üzrə Respublika metodika mərkəzi, Tərbiyə işləri üzrə Respublika metodika kabineti və Respublika təlimmetodika kabinetinin hüquqi statusunu, 1989-2003-cü illər üzrə Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin hüquqi statusunu, strukturunu, həmin nazirliklərin Respublika təlim metodika mərkəzinin hüquqi statusunu müəyyən edən sənədlərin Mərkəzə təqdim edilməsi məqsədilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə sorğu verilmişdir. Qeyd edilən sənədlər əldə edildikdən sonra məsələyə dair müvafiq rəy veriləcəkdir. - Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən məhkəməyə ünvanlanmış PHŞ/3-2-2022-266 №-li, 08.02.2022-ci il tarixli məktubdan görünür ki, 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında və 1991-ci il oktyabrın 18-dən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (31 avqust 2003-cü il tarixədək) Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) dövlət orqanlarında mövcud olmuş dövlət qulluğu vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısına əsasən həyata keçirilir. İddiaçı 1983-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Uşaqların ixtiraçılıq yaradıcılığı üzrə respublika metodika mərkəzi, Tərbiyə işləri üzrə respublika metodika kabineti, Respublika təlimmetodika kabinetində və 1989-cu ildən 1991-ci ilin oktyabrın 18-dək Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Respublika təlim metodika mərkəzində işlədiyi dövrə dair bildirilir ki, yuxarıda adı çəkilən Siyahının 1.15-ci bəndində Azərbaycan SSR nazirliklərinin aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. “Azərbaycan SSR Maarif Nazirliyinin aparatının strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 25 fevral 1969-cu il tarixli 90 nömrəli qərarına əlavəyə əsasən Azərbaycan SSR Maarif Nazirliyinin mərkəzi aparatında Uşaqların ixtiraçılıq yaradıcılığı üzrə respublika metodika mərkəzi, Tərbiyə işləri üzrə respublika metodika kabineti, Respublika təlim-metodika kabineti nəzərdə tutulmamışdır. “Respublikada xalq təhsilinin təşkili və idarəetmənin strukturu haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 11 oktyabr 1988-ci il tarixli 354 nömrəli qərarına 2 nömrəli əlavəyə əsasən Xalq təhsili üzrə Respublika təlim metodika mərkəzi və Estetik tərbiyə və uşaq yaradıcılığı Respublika təlim metodika mərkəzi Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin mərkəzi aparatının struktunda deyil, yanında fəaliyyət göstərən təşkilatların siyahısında nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən İddiaçı 1983-1988-ci illərdə Azərbaycan SSR Maarif Nazirliyinin Uşaqların ixtiraçılıq yaradıcılığı üzrə respublika metodika mərkəzi, Tərbiyə işləri üzrə respublika metodika kabineti, Respublika təlim-metodika kabinetində və 1989-cu ildən 1991-ci ilin oktyabrın 18-dək Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin Respublika təlim metodika mərkəzində müxtəlif vəzifələrdə işlədiyi müddət dövlət qulluğunda qulluq stajına daxil deyildir. Azərbaycan Respublikası Xalq Təhsili Nazirliyinin, Azərbaycan Respublikasının Maarif Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika təlim metodika mərkəzinin hüquqi statusuna dair müvafiq sənədlər əldə edilmədiyindən İddiaçı 1991-ci ilin oktyabrın 18-dən 2003-cü ilədək həmin Mərkəzdə işlədiyi müddətin dövlət qulluğunda qulluq stajına daxil edilib-edilməməsi məsələsinə rəy verilməsi mümkün olmamışdır. - Filial tərəfindən iddiaçıya ünvanlanan **********4 №-li, 06.03.2020-ci il tarixli məktubundan görünür ki, ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası ödənilir. Həmin Qanunun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, dövlət qulluqçusu kimi iş stajı 15 ildən az (13 il 10 ay) olduğundan ona dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı 29.09.1982-ci ildən 16.02.1983-cü ilədək Lenin rayonu, Maştağa qəsəbəsi Pioner və Şagirdlər evində dərnək rəhbəri, 16.02.1983-cü ildən 12.12.1988-ci ilədək Azərbaycan SSR Maarif Nazirliyində metodost, 10.03.1989-cu ildən 05.02.2003-cü ilədək Azərbaycan SSR Xalq Təhsil Nazirliyində böyük metodist, inspektor, aparıcı inspektor, aparıcı mütəxəssis, baş mütəxəssis işləmişdir. İddiaçı hüququnun yarandığı vaxtdan, yəni 21.02.2020-ci il tarixdən (64 yaş 6 ay) 01.01.2006-cı il tarixədək 30 il 10 ay iş stajı və 01.01.2006-cı il tarixdən 11 il 2 ay əmək fəaliyyəti dövründüə topladığı 12975,04 manat pensiya kapitalı nəzərə alınmaqla 249.38 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı 16.02.1983-cü ildən 12.12.1988-ci ilədək Azərbaycan SSR Maarif Nazirliyində, 10.03.1989-cu ildən 05.02.2003-cü ilədək Azərbaycan SSR Xalq Təhsil Nazirliyində və Azərbaycan Respublikası Təhsil Nazirliyində işlədiyi vəzifələrin dövlət qulluğu kimi nəzərə alınaraq ona pensiya təyin edilməsi barədə müraciəti cavabdeh inzibati orqan tərəfindən dövlət qulluqçusu kimi iş stajı 15 ildən az (13 il 10 ay) olması əsas gətirilərək təmin edilməsindən imtina etmişdir. “Dövlət qulluqçularının pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (hazırda həmin Qanun qüvvədən düşmüşdür): - 2.1.2-ci maddəsinə əsasən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda nəzərdə tutulmuş şərtlərə əməl olunmaqla dövlət pensiyası (bundan sonra - pensiya) almaq hüququ vardır. - 5.1-ci maddəsinə əsasən bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla pensiya təyin edilməsi üçün müraciət etdiyi zaman dövlət qulluğunda olmayan və dövlət qulluğunda azı 5 il çalışmış dövlət qulluqçusunun müvafiq qanunvericiliyə əsasən pensiya yaşına çatdıqda və ya əlil olduqda bu Qanunla pensiya almaq hüququ vardır. - 5.2-ci maddəsinə əsasən pensiya almaq üçün dövlət qulluqçusunun qulluq stajına aşağıdakılar daxil edilir: “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindikdən sonra dövlət qulluğu vəzifəsində qulluq stajı; 1991-ci il oktyabrın 18dən "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında iş stajı; 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti. - 5.3-cü maddəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada hesablanır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış və dövlət büdcəsindən maliyyələşdirilən dövlət qulluqçularının qurumu dövlət orqanıdır. Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin Nizamnaməsi”nin 2.1.1-ci bəndinə əsasən Mərkəz dövlət qulluğu sahəsində dövlət siyasətinin formalaşdırılmasında iştirak edir və bu siyasətin həyata keçirilməsini təmin edir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.7-ci maddəsinə əsasən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. 01 iyul 2017-ci ilə qədər qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11-ci maddəsinə əsasən bu Qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə— dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; 20.11.3. dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun hazırda qüvvədə olan 20.1.7-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması” Siyahısının 1-ci bəndinə əsasən 1991-ci ilin ktyabrın 18dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Həmin siyahının 1.15-ci yarımbəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında mövcud olmuş vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifatı Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin edilməsi üçün onun işlədiyi vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğun olmalıdır. İddiaçı Azərbaycan SSR Maarif Nazirliyində, Azərbaycan SSR Xalq Təhsil Nazirliyində və Azərbaycan Respublikası Təhsil Nazirliyində işlədiyi vəzifələrin isə dövlət qulluğu vəzifələrinə aid edilməməsi müəyyən edilmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, dövlət qulluqçularına əmək pensiyası yaşı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır; Həmin maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Hazırki mübahisə üzrə İddiaçı əmək pensiyası yaşı 64 yaş 6 ay müəyyən edilmişdir və ona iddia etdiyi kimi 60 yaşından pensiyanın təyin edilmə olması barədə irəli sürdüyü dəlil də qanunvericiliyin tələblərinə uyğun deyildir. İşin qeyd olunan hallarına qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluqçusu kimi iş stajı olmadığından cavabdeh inzibati orqanın ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsindən imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası qanuni olduğundan və iddia tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən tələb rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar