Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3633/2024 07.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, Məmmədli Səidə Səfər qızının katibliyi ilə, İddiaçı X5 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə (üçüncü şəxslər X30 və X28) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı X12 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdchlər xx.xx.2002-ci il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü X17 iddiaçıya X18ma məxsus olan, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu küçəsi, ev 1 ünvanda yerləşən 17 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binqədi rayon məhkəməsi tərəfindən xx.xx.2014-cü il tarixində X19 iddiaçının oğlu X25 qarşı “nikahın pozulması’' tələbi ilə iddia qaldırmış, həmin iddia Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə təmin edilərək tərəflər arasındaki nikah pozulmuşdur. Birgə nikahdan doğulmuş övladı xx.xx.2002-ci il tarixli təvəllüdlü X30 anasının himayəsində saxlanılmışdır və uşağın saxlanılması üçün X13 aliment pulu kəsilmişdir. Nikahın pozulmasından sonra X19 yetkinlik yaşına çatmayan oğlu ilə uzun müddət anasının evində yaşayırdı. Eyni zamanda, nikahın pozulmasından sonra X19 naməlum şəxsdən doğulmuş ikinci oğlan övladma nə X5, nə də onun oğlunun xəbəri və razılığı olmadan Binəqədi Rayon Qeydiyyat şöbəsində xx.xx.2014-cü il təvəllüdlü ikinci oğlan övladına Xammədov soyadını və atalığını X26 yazdırmışdır. Nikahın pozulmasına və öz anasının evinə köçüb yaşamasına baxmayaraq X19 həmin ikinci oğlan uşağını nə X5, nə də onun oğlunun xəbəri və razılığı olmadan ünvan 1 ünvanda yerləşən və X5 mülkiyyətində olan mənzilə qeydiyyata salmışdır. Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 2(001)-10196/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə X20 xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş X14 atası olmadığı müəyyən edilməsi və doğum akt qeydində dəyişil iklik edilərək ata haqqında məlumatlar ləğv edilməsi qəl edilmişdir və icra Binəqədi Rayon Qeydiyyat şöbəsi tərəfindən icra olunmuşdur (Binəqədi Rayon Qeydiyyat şöbəsinin xx.xx.2023 tarixli.3-16-5/7-15-1857/23 nömrəli cavab məktubu). Bakı şəhəri. Binqədi rayon məhkəməsinin 2(001 )-4928/2019 saylı. 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X10 13000 (on üç min) manat kompensasiya verilməklə Bakı şəhəri. Binqədi r-nu. Biləcəri yolu küçəsi, 1 saylı evin 17 saylı mənzilinə istifadə hüququna xitam verilmişdir. Pul kompensasiyasının ödənilməsi ilə cavabdeh X7 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunmalı idi. Qətnaməyə əsasən pul kompensasiyası ödənildikdən sonra cavabdeh X7 Bakı şəhəri, Binqədi r-nu, Biləcəri yolu küçəsi,1 saylı evin 17 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsas kimi qət edilmişdir. Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 2(001)-10196/2017 saylı, 11 sentyabr 2017-ci il tarixli və Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 2(001)-4928/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnamələr qüvvəyə mindiyi və icra edildiyi zaman həm xx.xx.2002-ci il tarixli təvəllüdlü X30.həm də xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş X28 yetkinlik yaşma çatmamışdırlar və anasının himayəsində olmuşdurlar və bu günə kimi onun himayəsindədirlər və onunla birlikdə Binqədi rayonu.ünvan 2 ünvanda bu günə kimi yaşayırlar. ünvan 34 dekabr 2019-cu il tarixli qətnamə qəbul edərkən X27ma təklif edilən kompensasiya davamlı surətdə və uzun müddət ərzində başqa yerdə mübahisəli mənzillə müqayisədə oxşar şəraitdə, hal- hazırda birgə yaşadığı 2 uşağı ilə yaşamaq imkanı təmin edə biləcək məbləğini və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsindən yaşayış sahəsi ilə təminatsız qalmağ imkanı nəzərə alınmışdır. X1 mülkiyyətində olan və ünvan 4 ünvanda yerləşən 17 saylı mənzildən kompensasiya verilməklə X19 onun himayəsində olan 2 yetkinlik yaşma çatmamış uşağları ilə xx.xx.2002-ci il təvəllüdlü X30 və xx.xx.2014-cü il təvəllüdlü X28 ilə birlikdə Binəqədi Rayon Polis İdarəsi tərəfindən pasport qeydiyyatından çıxarılmalı idilər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 08 avqust 2023-cü il tarixli , ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışından isə görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X30 və xx.xx.2014-cü il təvəllüdlü Xammədov YusifElşən oğlu X5 mülkiyyətində olan və ünvan 5 ünvanda yerləşən 17 saylı mənzildən bu günə kimi qeydiyyatdan çıxarılmamışdırlar.Bununla da Bakı şəhəri, Binqədi rayon məhkəmənin 2(001 )-4928/2019 saylı, 04 dekabr 2019-cu il tarixli qətnaməsi tam icra edilməmişdir. Hazırda, ünvan 6 ünvanda yerləşən 17 saylı mənzil X5 mülkiyyətindədir və həmin mənzildə kənar şəxslərin pasport qeydiyyatında olması ilə X5 mülkiyyət hüquqları kobudcasına pozulması deməkdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Bakı şəhəri, Binqədi rayon məhkəməsinin 2(001)- 4928/2019 saylı. 04 dekabr 2019-cu il tarixli qətmanəsini tam icra etmək üçün tədbir görərək xx.xx.2002-ci il təvəllüdlü X24 və xx.xx.2014-cü il təvəllüdlü Xammədov YusifElşən oğlunu X5 mülkiyyətində olan və ünvan 7 ünvanda yerləşən 17 saylı mənzildən qeydiyyatdan çıxarılması barədə iddiaçı Babazadə Ş.D. Azərbaycan Respublikasının DİN Binəqədi Rayon Polis İdarəsinə və Binəqədi rayon məhkəməsinə müraciət etmişdir. 30 oktyabr 2023-cü il tarixli. 3-13-46/2-B-410xx/xx/2023 nömrəli məktubla Azərbaycan Respublikasının DİN Binəqədi Rayon Polis İdarəsi iddiaçının müraicətinə əsassız olaraq imtina edərək qeydiyyatdan çıxarılmanı yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən həyata keçirilməsini izah edərək cavablandırmışlar. xx.xx.2002-ci il təvəllüdlü X21 və xx.xx.2014-cü il təvəllüdlü X14 faktiki yaşamadıqları və iddiaçının xüsusi mülkiyətində olan mənzildə qeydiyyatda sağlamaqla 20 il ərzində mənzilin yaşayış sahəsindən istifadə edən və dövlət tərəfindən tanınan və qorunan X5 mənzilə olan hüquqları pozularaq mübahisəli vəziyyət yaranır.Azərbaycan Respublikası DİN Baş Pasport qeydiyyat və Miqrasiya İdarəsinin işçilərinin qanunsuz hərəkətləri nəticəsində iddiaçının yaşayış hüquqlarının pozulması nəticəsində X8 iddia tələbləri irəli sürmək imkan verən subyektiv hüququn sahibi kimi mübahisəyə əsas verir. 20 il ərzində iddiaçının istifadəsində olan və sahiblik etdiyi Bakı şəhəri, Binqədi r-nu, Biləcəri yolu küçəsi, ev 1, 17 saylı mənzildə kənar şəxslərin pasport qeydiyyatında olması onun hüquqlarını kobudcasına pozur. Cavabdehlərin mənzildən pasport qeydiyyatından çıxarılmaması Qanunla iddiaçıya verilmiş hüquqlarından istifadə etməyini məhdudlaşdırır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında’" Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 24 sentyabr 2021-ci il tarixli Qərarında “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəalarda göstərilən bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmasına məhkəmələrin diqqətini cəlb etmək tövsiyə olunur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər Azərbaycan Respublikası Konstitusiya məhkəməsi Plenumunun 24 sentyabr 2021-ci il tarixli Qərarına əsasən “ Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir." 30 oktyabr 2023-cü il tarixli, 3-13-46/2-B-410xx/xx/2023 nömrəli məktubla Azərbaycan Respublikasının DİN Binəqədi Rayon Polis İdarəsi cavab məktubunda “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanuna istinad edib iddiaçının xahişinin həllindən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-15879/2023 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə X15, X22 iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında tərəflərin iştirakları olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş ÖM seriyalı 177239 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsi, 1a saylı evin 17 saylı mənzili X5 adlna xüsusi mülkiyyət kimi xx.xx.2004-cü il tarixdə 30/95858 nömrəsi ilə qeydiyyata alınmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)- 6573/2014 saylı qətnaməsi ilə X19 ilə cavabdeh X31 arasında xx.xx.2001-ci il tarixə Biləsuvar rayo VVADQ şöbəsində 01 sayla qeydə alınmış nikahın pozulması, X13 uşağı xx.xx.2002-ci il təvəllüdlü X2 üçün hər ay 110 manat sabit pul məbləğində alimentin xx.xx.2014-cü il tarixdən etibarən uşaq yetkinlik yaşına çatana kimi tutulub X10 verilməsi, birgə nikahdan olan uşağın ananın yanında qalması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)-10196/2017 saylı qətnaməsi ilə Binəqədi rayon məhkəməsinin 2(001)-6573/2014 saylı, 03 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx.xx.2002-ci il təvəllüdlü X21 yetkinlik yaşına çatanadək saxlanılması üçün X13 həm qazancının 1/4 hissəsi miqdarında, həm də 96,64 manat sabit pul məbləğində aliment tutularaq X10 ödənilməsi, alimentin tutulmasının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanması, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin olunması, X20 15 oktyabr 2014-cü ildə Bakı şəhərində anadan olmuş X14 atası olmadığı müəyyən edilmiş və doğum akt qeydində dəyişiklik edilərək ata haqqında məlumatların ləğv edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(010)-4928/2019 saylı qətnaməsi ilə cavabdeh X10 13000 (on üç min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsi, 1a saylı evin 17 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və pul kompensasiyasının ödənilməsi ilə cavabdeh X7 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi eyni vaxtda icra olunması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(001)-4928/2019 saylı məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə elektron məhkəmə vasitəsi ilə 30 oktyabr 2023-cü il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Ərizədə “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsini və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-10196/2017 saylı 11 sentyabr 2017-ci il tarixli qətnaməsini tam icra etmək üçün tədbir görülməsi xahiş edimiş və ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Daxili İşlər Nazirliyinin 08 avqust 2023-cü il tarixli ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında Arayışdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X30 və xx.xx.2014-cü il təvəllüdlü X14 X5 mülkiyyətində olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu küçəsi, ev 1 ünvanında yerləşən 17 saylı mənzildən bu günə kimi qeydiyyatdan çıxarılmamışdırlar. Bununla da Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi tam icra edilməmişdir. Bildirilir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh X10 13000 (on üç min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsi, 1a saylı evin 17 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və pul kompensasiyasının ödənilməsi ilə cavabdeh X7 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə eyni vaxtda icra olunması qət edilmişdir. Həmin qətnamə müvafiq qaydada icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X3 xx.xx.2020-ci il tarixli icraata xitam verilməsi barədə qərarla, icra sənədində qeyd olunan tələb təmin olunduğundan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Həmçinin mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin xx.xx.2020-ci il tarixli məktubu ilə müəyyən edilir ki, X29 ünvan 8 ünvanından pasport qeydiyyatından çıxarılmışdır. Yuxarıda qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi tam şəkildə icra edilmişdir. Məhkəmə qətnaməsində qeyd edilməyən şəxslərin iddiaçıya məxsus mənzildə qeydiyyatdan çıxarılması ilə əlaqədar isə məhkəmə tərəfindən müvafiq icra tədbirləri həyata keçirilə bilməz. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2- 37973/23 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X28 xx.xx.2022ci il və xx.xx.2002-ci il təvəllüdlü X30 xx.xx.2015-ci il tarixdən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin tələbinə əsasən həmin tarixdə yaşayış yeri üzrə qeydiyyatda olan anaları Natəvan Xammədovanın qeydiyyat ünvanı üzrə sənədləşdirilərək hal-hazıradək ünvan 9 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmənin sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********99 nömrəli məktubunda bildirilmişdir ki, X6, X9 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu küçəsi, ev 1, 17 saylı mənzilə dair istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. Həmin məktub ilə təqdim olunmuş sənədlərin təsdiq olunmuş surətindən görünür ki: -Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx.xx.2002-ci il tarixli 49 saylı sərəncamı ilə Bakı şəhəri, Biləcəri yolu küçəsində yerləşən la saylı evin yaşayış sahəsi 46,05 kv. metr olan 3 otaqlı 17-ci mənzilin icarə müqaviləsi 2 nəfər ailə üzvü ilə (özü və oğlu) vətəndaş X5 adına dəyişdirilməsi və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Xüsusi təyinatlı MKTB-nin 113 saylı mənzilkommunal istismar sahəsinin xx.xx.2024-cü il tarixli, 41 nömrəli məlumatda qeyd edilmişdir ki, ünvan 10 ünvanına tərəfimizdən baxış keçirildi .Göstərilən ünvanda qonşuların dediyinə görə aşağıda adlarını qeyd etdiyimiz şəxslər yaşayırlar. l)X12 xx.xx.1940 2)X31 xx.xx.1971 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Binəqədi rayon Qeydiyyat şöbəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı məktubda bildirilmişdir ki, Binəqədi rayon məhkəməsinin 2(001 )-10196/201 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən, X20 xx.xx.2014-cü ildə doğulmuş X14 atası olmadığı müəyyən edilmiş, Binəqədi rayon qediyys şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2015-ci il tarixli 578 saylı doğum haqqında akt qeydində ata haqqında məlumatlar xx.xx.2018-ci ii tarixdə ləğv edilmişdir. 24.11 2022-ci il tarixdə X10 AZ İV 759945 seriyalı doğum haqqında şəhadətnamə və tək ana olması haaqında arayış təqdim olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin iddiaçının müraciətinə cavab olaraq ünvanladığı imtina məktubda bildirilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı xx.xx.2019-cu il tarixli qərarı Binəqədi RPİ-nin QMB -si tərəfindən icra olunmuş, qərarda adı qeyd edilən vətəndaş X19 xx.xx.2020-ci il tarixdə ünvan 15 ünvanından qeydiyyatdan çıxarılmışdır. Qətnamədə adı qeyd edilməyən vətəndaşlar X30 və X14 Azərbaycan 'Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Qanunun 9-cu maddəsinin tələblərinə əsasən ünvan 15 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən üçüncü şəxslərin qeydiyyatdan çıxarılması ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə görə on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti, o, yetkinlik yaşına, yəni on səkkiz yaşına çatdıqda tam həcmdə əmələ gəlir. Həmin Məcəllənin 28.3-cü maddəsinə görə 7 yaşınadək olan yetkinlik yaşına çatmayanların (azyaşlılar) fəaliyyət qabiliyyəti yoxdur. 7 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların məhdud fəaliyyət qabiliyyəti vardır. Həmin Məcəllənin 35.6-cı maddəsinə görə yetkinlik yaşına çatmayan fiziki şəxslərin qəyyumları və himayəçiləri öz qəyyumluğunda və ya himayəsində olanlarla birlikdə yaşamalıdırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Eyni Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli, 773-İQ saylı Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 14-cü bəndində göstərilmişdir ki, vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır. Sadalanan normalardan görünür ki, qanunvericilik fiziki şəxsin başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı məhz daimi yaşadığı yer üzrə qeydiyyata alınmasını zəruri sayır. Bunun məntiqi davamıdır ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməli, habelə müvafiq dövlət orqanı tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmalıdır. Eyni zamanda müəyyən olunur ki, yetkinlik yaşına çatmayanlar bir qayda olaraq qanuni nümayəndələri ilə birlikdə yaşayırlar. 14 yaşına çatmayanların yaşayış yeri onların qanuni nümayəndələrinin yaşayış yeridir. Qanunverici on dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların yaşayış yerini onların qanuni nümayəndələrinin-müvafiq olaraq valideynlərinin razılığı ilə müəyyən etmişdir. İşin sadalanan hallarından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsi, 1a saylı evin 17 saylı mənzili xx.xx.2004-cü il tarixdən X5 xüsusi mülkiyyətindədir. İddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslərdən xx.xx.2002-ci il təvəllüdlü X30 iddiaçının oğlu cavabdeh X19 ilə X31 arasında birgə nikahdan doğulmuş nəvəsidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(001)- 6573/2014 saylı qətnaməsi ilə X19 ilə cavabdeh X31 arasında xx.xx.2001-ci il tarixli nikahın pozulması, xx.xx.2002-ci il təvəllüdlü X21 uşağın anası X7 yanında saxlanılması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(001)- 10196/2017 saylı qətnaməsi ilə isə iddiaçının oğlu X20 digər üçüncü şəxs xx.xx.2014-cü il təvəllüdlü X14 atası olmadığı müəyyən edilmişdir. Həmçinin müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli qətnaməsi ilə X10 13000 (on üç min) manat kompensasiya verilməklə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri yolu küçəsi, 1a saylı evin 17 saylı mənzilinə istifadə hüququna xitam verilməsi və pul kompensasiyasının ödənilməsi ilə cavabdeh X7 yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə eyni vaxtda icra olunması qət edilmiş, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4928/2019 saylı 04 dekabr 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Hazırkı halda X29 ünvan 8 ünvanından pasport qeydiyyatından çıxmış, lakin onun övladları xx.xx.2002-ci il təvəllüdlü X30 və xx.xx.2014-cü il təvəllüdlü X14 X5 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu küçəsi, ev 1 ünvanında yerləşən 17 saylı mənzildə qeydiyyatda qalmışlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Məhkəmə qeyd edir ki, Qanunun göstərilən maddəsində birbaşa olaraq mülkiyyətçinin ərizəsi əsasında daşınmaz əmlakla bağlı hər hansı qanunla qorunan hüquq sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanı nəzərdə tutulmamışdır, lakin bu hal həmin şəxslərin qeydiyyatdan çıxarılmalarına mane təşkil etməməlidir. Belə ki, Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər”. Beləliklə, hazırki halda iddiaçının qeydiyyatdan çıxarılmasını tələb etdiyi üçüncü şəxslərdən biri iddiaçının nəvəsidir. Üçüncü şəxslər iddiaçıya məxsus mübahisəli evdə yaşamırlar. Üçüncü şəxs X30 məhkəmə qətnaməsi ilə anasının himayəsinə verilmiş, digər üçüncü şəxs X4 Natəvan Qulu qızının himayəsində olmuşdur. Məhkəmə hesab edir ki, uşaqlar analarının himayəsində olduqlarından onların qanunla yaşayış yeri himayəsinə verilmiş anaları X7 yaşadığı yer sayılır. X19 iddiaçıya məxsus sözügedən ünvanda yaşamır və qeydiyyatda deyil, onun istifadə hüququna qanuni qüvvəsini almış qətnamə ilə xitam verilmiş, qətnamə ilə icra sənədi icra olunmuşdur. Hər iki üçüncü şəxs qeydiyyata alındıqları tarixdə anaları X7 himayəsində olmuş, hazırda da iddiaçıya məxsus mənzildə yaşamırlar. Üçüncü şəxslərin iddiaçıya məxsus ünvanda qeydiyyatda qalmalı olmasına dair hüquqi və faktiki əsas yoxdur. Belə ki, mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Qeyd edildiyi kimi hazırda mübahisə predmeti olan mənzil üçüncü şəxsin X21 deyil, iddiaçı X5 mülkiyyətindədir. Sözügedən mənzildə X21 qeydiyyatda olması ona mülkiyyətçinin razılığı olmadan övladını həmin mənzilə köçürməyə və ya eyni əsasla qeydiyyata salmağa, qeydiyyatda saxlamağa əsas vermir. Ailə Məcəlləsinin 75, 89-cu maddələrinin tələblərinə əsasən də hazırkı halda iddiaçının nəvəsini saxlamaq vəzifəsi yoxdur. Üçüncü şəxs analarının himayəsində olmaqla onunla birgə yaşayırlar. Beləliklə, müəyyən olunur ki, üçüncü şəxslər faktiki yaşamadıqları və qanunla yaşayış yeri hesab olunmayan ünvan üzrə qeydiyyatdadırlar. Belə olan halda iddiaçının onunla birgə yaşamayan üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuş, cavabdeh Binəqədi Rayon Polis İdarəsinin imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2002-ci il təvəllüdlü X21 və xx.xx.2014-cü ildə X14 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri yolu küçəsi, ev 1 ünvanda yerləşən 17 saylı mənzildən pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində İnzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. X21 və X14 ünvan 16 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-3633/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3633/2024
07.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver