Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3634/2024 29.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qardaşı) X2, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-12-R-253111/2023 saylı imtinasının əsassız hesab edilməsi və ona 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: I. Təsviri hissə
1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq “cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-12-R-253111/2023 saylı imtinasının əsassız hesab edilməsi və ona 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının hal-hazırda 62 yaşı var, 40 ilə yaxın ümumi iş stajı vardır. 24 ilini fəhlə kimi işləmiş və həmin müddətin də 16 ildən çoxu güzəştli işlərə aid edildiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan sənədləri xx.xx.2023-cü il tarixdə filiala təqdim edilmiş, lakin filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/2-R-253111/2023 saylı məktubu ilə imtina verilmişdir. İmtinaya səbəb kimi müəssisənin verdiyi arayışda qeyd olunan 1995-2000-ci illərdəki güzəştli iş müddəti öz təsdiqini tapmamışdır. İddiaçının müəssisəyə müraciəti əsasında ona şifahi olaraq bildirdilər ki, müəssisə güzəştli arayışlarını Əmək kitabçasına arxiv sənədlərinə əsasən verir. Belə ki, iddiaçı tütün və yarpaq sexlərində müxtəlif işlərdə (tütünün qəbulu, çeşidlənməsi, yarpaqların düzülməsi,tütünkəsən, sexin yığışdırılması, təmizlənib yuyulması ve s.) işləmiş, həmin işlər sex daxilində işləyən fəhlələr arasında mütəmadi olaraq dəyişdirilirdi. Eyni zamanda işlədiyi dövrdə (1995-2020-ci illər) müəsisənin adı, təşkilatı hüquqi forması, idarə heyəti və s, dəyişdirilsə də fəaliət istiqaməti indiyə qədər dəyişdirməyib. Lakin 1995-2000-ci illər ərzində Müəssisənin mülkiyətçiləri (işəgötürənlər) bir neçə dəfə dəyişib. 1995-2000-ci illər ərzində müəssisədə cəmi 8-9 ay xammal (tütün) olmadığına görə işçilər sərbəst buraxılıb. Həmin müddətdə isə işçilərə 66 faizlə kompensasiya verilirdi .Qalan müddətdə isə Müəssisə tam gücü ilə fəaliyyət götərib və bütün fəhlələr də işləyib. Lakin yuxarıdaki səbəblərdən bu bairədə lazımı qeydlər arxivə verilməyib və ya tam verilməyib. Ona görə hesab edirəm ki, işəgötürəni, hər hansı sənədləşmə və qeydiyyat səhvinə görə işçinin hüquqlarının məhdudlaşması doğu deyildir İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı 28 07.2023-cü il tarixdə cavabdeh orqana müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan xx.xx.2023-cü il tarixli 3-17-1/2-R-253111/5/2023 nömrəli imtina məktubunda bildirmişdir ki, iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 1 gün (xx.xx.2000xx.xx.2008-ci il, xx.xx.2016-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Buna görə də güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun qanunvericiliklə tələb olunan güzəştli iş stajı mövcüd olmadığından cavabdehin imtinası əsaslı və qanuni olmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “European Tobacco-Baku" ASC-nin 55 nömrəli 20 sentyabr 2023-cü il tarixli arayışında xx.xx.1995-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində 2 nömrəli Yarpaq Tütün anbarında fəhlə, 24 05.2000-01,06.2008-ci il tarixləri arasındakı dövr ərzində Tütün sexində fəhlə, xx.xx.2008-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində isə Tütün sexində operator köməkçisi, xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində Siqaret sexində operator və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində Tütün sexində fəhlə vəzifələrində işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı yalnız xx.xx.2000- 01.06.200-ci il və xx.xx.2016-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər ərzində Tütün sexində işlədiyi fəhlə vəzifəsinin yuxarıda qeyd olunan istehsalat binalarının yığışdırıcıları ilə eynilik təşkil etdiyi müəyyən edilmişdir. Bu fakt “European Tobacco-Baku" ASC-nin 2 oktyabr 2023- cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (11 il 4 ay 1 gün (xx.xx.2000-xx.xx.2008-ci il, xx.xx.2016xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı iddia ərizəsində 1995-2000-ci illər ərzində müəssisədə xammal olmadığına görə işçilərin sərbəst buraxıldığını qeyd etmişdir. Qeyd olunan illər tərəfimizdən iddiaçının sosial sığorta stajına daxil edilə bilməz. Analoji iş üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filiala qarşı ‘yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (103)-1031/2023 nömrəli, 3 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair iş üzrə 02 avqust 2023-cü il tarixli 2-1(102)- 1597/2023 nömrəli qərarında məhkəmə iddiaçının “Bakı Təcrübə Eksperimental Zavodunda işlədiyi vaxt əmək kitabçasında qeyd edilən xx.xx.1997-xx.xx.2005-ci il tarixlərdə ödənişsiz məzuniyyətdə olmasına münasibət bildirirərkən ödənişsiz məzuniyyətlə bağlı iddiaçının məzuniyyətdə olduğu dövrdə qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinin 74-cü maddəsində əmək haqqını saxlamadan qısamüddətli məzuniyyət verilməsinin nəzərdə tutulduğunu, 1999- 2005-ci illərdə işlədiyi dövrdə qüvvədə olmuş Əmək Məcəlləsinin 129-cu maddəsinin 2-ci bəndinə görə işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bildiyini, həmçinin həmin Məcəllənin 128-cı maddəsinə görə qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququnun olduğunu bildirmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.
İİ. Əsaslandırma hissə
5. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
6. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
7. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur.
8. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
9. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi.
İİİ. Faktiki hallar və sübutlar::
12.AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. 13.İddiaçıya məxsus HЗ seriyalı ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. 14.İddiaçıya məxsus PB seriyalı 030045 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1983-1988-ci illərdə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakultəsinin “Sənayə və mülki tikinti” ixtisası üzrə əyani şöbəsində təhsil almışdır. 15.İddiaçıya məxsus ИT seriyalı ******* №-li əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci ildən – xx.xx.1979-cu ilədək “ÜETGİ”nun Azərbaycan Bəlməsində 4-cü dərəcəli fəhlə kimi işləmiş, xx.xx.1979-cu ildən – xx.xx.1982ci ilədək hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildən – xx.xx.1983-cü ilədək PTK-da motorolla sürücüsü kimi fəaliyyət göstərmiş, 1983-cü ildən –1988-ci ilədək Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakultəsinin “Sənayə və mülki tikinti” ixtisası üzrə əyani şöbəsində təhsil almış, xx.xx.1988-ci ildən – xx.xx.1989-cu ilədək Bakı Marqarin Zavodunda mühəndis-fəhlə kimi işləmiş, xx.xx.1989-cu ildən – xx.xx.1994-cü ilədək Rayonlar arası tikinti quraşdırıcı idarəsində usta kimi fəaliyyət göstərmiş, xx.xx.1994-cü ildən – xx.xx.1995-ci ilədək X7 Kompasiyasında rəngsaz kimi işləmiş, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək 2 nömrəli Bakı Ayaqqabı Fabriki İcarə müəssisəsi 4 nömrəsi sexdə 5ci dərəcəli çilingər kimi fəaliyyət göstərmiş, xx.xx.1995-ci ildən – xx.xx.2000-ci ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatı 2 nömrəli Yarpaq Tütün anbarıda fəhlə kimi işləmiş, xx.xx.2000-ci ildən – xx.xx.2008-ci ilədək Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının (xx.xx.2002-ci ildən sonra "xxxx" ASC adlandırılıb) Tütün sexində fəhlə kimi fəaliyyət göstərmiş, xx.xx.2008-ci ildən – xx.xx.2016-cı ilədək "xxxx" ASC-nin Siqaret sexində operator köməkçisi kimi işləmiş, xx.xx.2016-cı – xx.xx.2016-cı ilədək həmin sexdə operator vəzifəsində işləmiş, xx.xx.2016-cı ildən – xx.xx.2017-ci ilədək "xxxx" ASC-nin Tütün sexində fəhlə kimi fəaliyyət göstərmiş, xx.xx.2017-ci ildən – xx.xx.2020-ci ilədək "xxxx" ASC-nin Tütün sexində fəhlə kimi işləmişdir. xx.xx.2020-ci ildə öz xahişi ilə işdən azad edilmişdir.
16. “X8”nun 55 nömrəli, xx.xx.2023-cü il tarixli (“X8” ASC-nin arxiv fondunun sənədlərinə əsasən) arayışından görünür ki, İddiaçı həqiqətən Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında xx.xx.1995-ci il tarixində 2 nömrəli Yarpaq Tütün anbarına 2-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul edilib (əmək kitabçası və əmək haqqı cədvəli). xx.xx.1999-cu il tarixində 3 aylıq sınaq müddəti ilə fəhlə vəzifəsinə keçirilib (sədrin dərkənarı ilə şəxsi ərizəsi, xx.xx.1999-cu il tarixli №-5-ш/h saylı əmr). xx.xx.2000-ci il tarixində Tütün sexinə fəhlə vəzifəsinə keçirilin (sədrin dərkənarı ilə şəxsi ərizəsi və fabrik direktorunun razılığı, 23 may 2000-ci il №-70- ш/h saylı əmr). xx.xx.2008-ci il tarixində Tütün sexinə operator köməkçisi vəzifəsinə keçirilib (İH-nin sədrin dərkənarı ilə şəxsi ərizəsi və əmək müqaviləsi, 02 iyun 2008-ci il №-71- ш/h saylı əmr). xx.xx.2016-cı il tarixində Siqaret sexinə 3 aylıq sınaq müddəti ilə operator vəzifəsinə keçirilib (İH-nin sədrinin dərkənarı ilə şəxsi ərizəsi və əmək müqaviləsi, xx.xx.2016-ci il №-18-ş/h saylı əmr). xx.xx.2016-cı il tarixində Tütün sexində fəhlə vəzifəsinə keçirilib (İH-nin sədrinin dərkənarı ilə şəxsi ərizəsi və əmək müqaviləsi, xx.xx.2016-ci il №-18-ş/h saylı əmr). xx.xx.2017-ci tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib (İddiaçı xx.xx.2017-ci il tarixli ərizəsi, 21 iyun 2017ci il tarixli №-467/ş saylı əmr). xx.xx.2017-ci il tarixində Tütün sexinə fəhlə vəzifəsinə işə qəbul edilib (İddiaçı ilə xx.xx.2017-ci il tarixində bağlanmış 225 saylı əmək müqaviləsi və işə qəbul ərizəsi, 22 iyun 2017-ci il tarixli №-492/ş saylı əmr). xx.xx.2020-ci il tarixində AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilib (İddiaçı xx.xx.2020-ci il tarixli ərizəsi, xx.xx.2020-ci il tarixli №-39/ş saylı əmr). İddiaçı işlədiyi dövrdə yuxarıda göstərilən müəssisələrin əsas istehsalat sahələrində tam iş günü işləmişdir. İddiaçı xx.xx.1995-xx.xx.1999 (4 il 2 ay 4 gün), xx.xx.1999xx.xx.2000 (8 ay 16 gün), xx.xx.2000-xx.xx.2008 (8 il 10 gün), xx.xx.2016-xx.xx.2018 (7 ay 14 gün), xx.xx.2017-xx.xx.2020 (2 il 7 ay 20 gün), ümumilikdə xx.xx.2020-ci il tarixinə kimi 16 il 2 ay 4 gün güzəştli şərtlərlə iş stajı mövcuddur. Yuxarıda göstərilən peşələr AR Nazirlər Kabinetin 21 iyun 1993-cü il tarixli 320 saylı qərarına əsasən təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin “2 nömrəli Siyahısının XXİİ “Yeyinti sənayesi” bölməsinin 2240500a-19258 “İstehsalat binalarının yığışdırıcıları”, 2240500a-14234 “Tütün kəsən maşın maşinistləri” bəndlərində nəzərdə tutulmuşdur. Qeyd: Tütün sexinin zərərli olsa səbəbi, orada çalışanların bilavasitə tütün tozu ilə təmasda olmasıdır. xx.xx.1996-cı tarixində R.J.Reynolds Tobbacco-Baku Qapılı” Tipli Səhmdar Cəmiyyəti yaradılmışdır. 15 iyul 1999-cu ildə isə “R.J.Reynolds Tobacco-Baku” ləğv edilib Batkı Tütün kombinatının bazasında "xxxx" X10 Cəmiyyəti yaradılıb. 16 fevral 2000-ci il tarixindən "xxxx" ATSC "xxxx" ATCS adlandırılıb. 01 iyun 2002-ci il tarixindən etibarən isə "xxxx" ATSC "xxxx" ASC adlandırılmışdır. 17.Azərbaycan Memarlıq və İnşaat Üniversitetinin xx.xx.1983-cü il tarixli, 250u/p saylı əmrindən çıxarışdan görünür ki, İddiaçı xx.xx.1993-cü il, 250u/p saylı əmrlə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakültəsinin əyani şöbəsinə qəbul olmuşdur. 1988-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakultəsinin “Sənayə və mülki tikinti” ixtisası üzrə əyani şöbənin tam kursunu bitirmiş və Dövlət İmtahan Komissiyasının 25 iyun 1988-ci il tarixli qərarı ilə ona “İnşaat-mühındisi” ixtisası verilmişdir. Diplom PB № 030045, qeydiyyat №774. Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 07 aprel 2000-ci il tarixli 693 saylı qərarına əsasən Azərbaycan İnşaat Mühəndisləri İnstutunun adı dəyişdirilin, Azərbaycan Memarlıq və İnşaat Universiteti olub.
18. Məhkəmənin müvafiq sorğusuna əsasən, "xxxx" ASC-nin 107 №-li, xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı yarpaq tütün anbarında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işləmişdir. Yarpaq tütün anbarının fəhləsinin iş funksiyaları (vəzifə təlimatları) aşağıdakılardır: Müəssisənin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. Fabrika daxil olan və çıxan malların yüklənməsi və boşaldılması, istehsalatın materiallarla təmin olunması, istehsalatdan materialların geri daşınması, gün ərzində anbarda olan cari işlərin yerinə yetirilməsi. Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizı normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət etməlidir. Anbarın fəaliyyətinə aid digər məsələləri həll etmək. Vəzifənin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir.İddiaçı yarpaq tütün anbarında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi dövrün tütün istehsalı ilə əlaqədar olmadığından düşünürlər ki, güzəştli şərtlərə düşmür. Belə ki, NK-nin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında sırf istehsalla əlaqəli peşələr zərərli sahəyə aid edilmişdir.
İV. Tətbiq edilən hüquq:
19. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsində göstərilmişdir ki, hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsində göstərilmişdir ki, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
20. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddı 9.1. (13 may 2022-ci il tarixədək olan redaksiyası) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. (13 may 2022-ci il tarixdən sonraki redaksiyası) axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
21. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir.
22. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən; 4.1.4. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr – 1991-ci il yanvarın 1-nə olan dövr üzrə əmək kitabçasına, əmək kitabçasının mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda işəgötürəndə və ya dövlət arxivində saxlanılan məlumatların müvafiq olaraq işəgötürən və ya dövlət arxivi tərəfindən təsdiq edilmiş surətləri də əlavə edilməklə Fondun və işəgötürənin və ya dövlət arxivinin nümayəndələrinin iştirakı ilə tərtib olunan akta əsasən, 1991-ci il yanvarın 1-dən sonrakı dövr üzrə isə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsini təsdiq edən sənədlərə əsasən.
Məhkəmənin mövqeyi.
19. Məhkəmə işin materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi və işlədiyi peşənin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısına uyğun olması müəyyən edilməlidir.
20. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 2 şərtə birlikdə əməl olunmalıdır: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan peşələrdə işləməli; 12 il 6 ay güzəştli iş stajının və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır; Yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1961-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixində, yəni 60 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçının ümumi iş stajı ilə bağlı məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Məhkəmə iddiaçının ümumi iş stajı ilə bağlı münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilmiş qanunvericilik normalarına görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır.
22. İş materiallarında olan iddiaçının əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “ÜETGİ”nun Azərbaycan Bölməsində 4-cü dərəcəli fəhlə kimi 10 ay, 17 gün işləmiş, xx.xx.1979-cu ildən – xx.xx.1982-ci ilədək (03 il, 01 ay, 08 gün) hərbi xidmətdə olmuş, motorollerin sürücüsü kimi 06 ay, 10 gün 19 saylı mağazada işləmiş, 1983-cü ildən – 1988-ci ilədək (5 il) Azərbaycan Mühəndis İnşaat İnstitutunun “İnşaat” fakultəsinin “Sənayə və mülki tikinti” ixtisası üzrə əyani şöbəsində təhsil almış, Bakı Marqarin Zavodunda mühəndis-inşaatçı gənc mütəxəssis kimi 07 ay, 09 gün işləmiş, Azərb SSR Dövlət Aqrarsənaye Rayonlararası Tikinti Quraşdırıcı İdarəsində usta kimi 04 il, 08 ay, 24 gün fəaliyyət göstərmiş, “Yeyintisənaye” X6 Tikinti Quraşdırıcı İdarəsində rəngsaz kimi 11 ay, 10 gün işləmiş, 2 nömrəli Bakı Ayaqqabı Fabriki İcarə müəssisəsi 4 nömrəli sexində 5-ci dərəcəli çilingər kimi 03 ay, 01 gün işləmiş, Qırmızı Oktyabr adına Bakı Tütün kombinatında 05 iyul 1995-ci ildən xx.xx.2020-ci ilədək (xx.xx.2002-ci ildən sonra "xxxx" ASC adlandırılıb) 24 il, 07 ay, 07 gün işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasında qeydlər əsasında ümumi iş stajı 40 il, 07 ay, 26 gün təşkil edir ki, bu isə özlüyündə sonuncu tərəfindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş ümumi stajının ödənildiyini sübut edir.
23. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki: “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır.” Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Şərh olunan normaların məzmundan da müəyyən olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmaq iddiasında olan şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu barədə işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməlidir. Ona görə də, İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələmək məqsədilə iddiaçının işlədiyi “X8” ASC-yə sorğu verilmişdir. İddiaçının əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1995-ci ildən Qırmızı Oktyabr adına Bakı Tütün kombinatının (xx.xx.2002-ci ildən sonra "xxxx" ASC adlandırılıb) Yarpaq tütün anbarında fəhlə kimi işə başlamış, xx.xx.2000-ci ilədək orada işləmişdir. Sonradan həmin müəssisənin tütün sexində fəhlə kimi (xx.xx.2000-xx.xx.2008 və xx.xx.2016xx.xx.2020) və operator (operator köməkçisi) (xx.xx.2008-xx.xx.2016) kimi işləmişdir. Məhkəmənin müvafiq sorğusuna əsasən,”European Tobacco- Baku”ASC-nin 107 nömrəli, 07 may 2024- cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı yarpaq tütün anbarında işlədiyi dövrün tütün istehsalı ilə əlaqədar olmadığından, güzəştli şərtlərə düşmür, belə ki, NK-nin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında sırf istehsalla əlaqəli peşələr zərərli sahəyə aid edilmişdir. Yarpaq tütün anbarının fəhləsinin iş funksiyaları : da xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək (əmək kitabcası üzrə xx.xx.2000-ci ilədək) işləmişdir. Yarpaq tütün anbarının fəhləsinin iş funksiyaları (vəzifə təlimatına görə) aşağıdakılardır: Müəssisənin məqsəd və hədəfləri istiqamətində çalışmalıdır. Əmək və nizam-intizam qaydalarına riayət etməlidir. Fabrika daxil olan və çıxan malların yüklənməsi və boşaldılması, istehsalatın materiallarla təmin olunması, istehsalatdan materialların geri daşınması, gün ərzində anbarda olan cari işlərin yerinə yetirilməsi. Əməyin mühafizəsi, əmək-icra intizamı, yanğından mühafizı normaları, texniki təhlükəsizlik, sanitar-gigiyena və mülki-müdafiə qaydalarına riayət etməlidir. Anbarın fəaliyyətinə aid digər məsələləri həll etmək. Vəzifənin icrası ilə əlaqədar digər tapşırıqları yerinə yetirməlidir. İddiaçı yarpaq tütün anbarında xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək işlədiyi dövrün tütün istehsalı ilə əlaqədar olmadığından güzəştli şərtlərə düşmür. Belə ki, NK-nin 12 saylı xx.xx.2007-ci il tarixli qərarında sırf istehsalla əlaqəli peşələr zərərli sahəyə aid edilmişdir. Beləliklə görünür ki, iddiaçı sözügedən müəssisədə 24 il, 7 ay, 7 gün işləmişdir. Lakin işlədiyi peşələrin hamısı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı peşələrə uyğun gəlmir. Yalnız xx.xx.2008-xx.xx.2016-ci illərdə işlədiyi peşə - tütün sexində operator (operator köməkçisi) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı “tütünkəsən maşın maşinistləri” peşəsinə uyğun gəlir. Bununla da, iddiaçının güzəştli iş stajı 07 il, 08 ay, 29 gün təşkil edir. Əlavə olaraq iddiaçının mübahisələndirdiyi xx.xx.1995-xx.xx.2000-ci illər, xx.xx.2000xx.xx.2008-ci illər və xx.xx.2016-xx.xx.2020-ci illər aralığında işlədiyi dövrün güzəştli iş stajı hesab edilməsidir. İddiaçı xx.xx.1995-xx.xx.2000-ci illərdə Yarpaq Tütün anbarında fəhlə kimi işləmişdir və həmin peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı heç bir peşəyə uyğun gəlmir. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş sorğuya cavabdan görsənir ki, Yarpaq Tütün anbarında fəhlə peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”ndakı heç bir peşəyə uyğun deyildir. İddiaçının xx.xx.2000-xx.xx.2008-ci illər və xx.xx.2016-xx.xx.2020-ci illərdə Tütün sexində fəhlə kimi işləmişdir. Məhkəmə qeyd edir ki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 27-ci fəslinin (yeyinti sənayesi) 27.5.1-ci bəndinin (Tütün istehsalı) a (fəhlələr) yarımbəndindən görünür ki, aşağıdakı fəhlələr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrdir: tütün üzrə kupajçılar, pnevmatik qurğu maşinistləri, papiros-siqaretin mexanikləşdirilmiş axın xəttinin və maşınlarının maşinistləri, tənzimləşdirici maşinistlər, tütünkəsən maşın maşinistləri, tütün keşinin presləyiciləri, tütünyumşaldanlar, tütün yarpaqlarını düzənlər, tütünü çəkib bükənlər, tütün çeşidləyiciləri, tütün quruducuları, istehsalat binalarının yığışdırıcıları, avadanlığın təmizləyiciləri. Sözügedən Siyahıdan da görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ bütün tütün sexində çalışan fəhlə peşələrə deyil, yalnız Siyahıda sadalanan fəhlə peşələrə aiddir. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2000-xx.xx.2008-ci illər və xx.xx.2016xx.xx.2020-ci illərdə Tütün sexində fəhlə kimi işləməsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə hesab edilməsi mümkün deyildir. Belə olan halda, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan ümumi stajı (25 il) ödənilsədə, güzəştli iş stajı 7 il, 08 ay, 29 gün olmaqla qanunla nəzərdə tutulmuş 12 il 6 aydan azdır. Cavabdeh tərəfindən iddiaçının müraciətindən imtina edilməsi qanuni və əsaslı, iddiaçının ona güzəştli şərtlərlə pensiyanın təyin edilməsi barədə tələbi əsassızdır.
24. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
26. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.
28. Yuxarıda göstərilənlərə əsasən və İPM-nin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.
Hakim Miminat Hacıbəyova