Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3639/2023 20.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X11 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının 57 yaşdan təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı yaşı və stajının tamamlanması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajının olması nəzərə alınmaqla xx.xx.2018-ci il tarixindən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiyanın hesablanaraq ödənilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1961-ci ildə anadan olmuş və əmək fəaliyyətinə Bakı Kondisioneri zavodunda işə başlamışdır. xx.xx.1979-cu ildə Bakı Kondisionerləri Zavodunun “Quraşdırma qurğuları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmişdir” Əmr N: 867,xx.xx.1979-cu il; xx.xx.1979-cu il tarixində “Əvvəlki işi və dərəcəsi ilə quraşdırma qurğularının boyanması və yığılması sexin keçirilmişdir” Əmr N: 921,xx.xx.1979-cu il; xx.xx.1980-cı ildə Sovet Ordusu sıralarına çağırışla əlaqədar Azərb.SSR Əmək Məcəlləsinin 36-cı maddəsinə əsasən işdən azad edilmişdir. Əmr N:374,xx.xx.1980-cı il; xx.xx.1980-cı ildən xx.xx.1982-ci ilə kimi Sovet Ordusu sıralarında xidmətdə olmuş; xx.xx.1982-ci ildə Bakı Məişət kodisionerləri zavodunda “Yaşıllıq təsərrüfatının abadlıq sexinə 3-cü dərəcəli fəhlə qəbul edilmişdir. Əmr N:531 , xx.xx.1982-ci il; “Bakıkondisioner” İstehsalat Birliyi, Bakı Məişət Kondisionerləri Zavodunu, “Bakıkondisioner” i/b Baş zavodunun yaradılması haqqında SSRİ ETSN 410 saylı əmri SSRİ ETSN “Soyuzelektromaş” ÜİB; xx.xx.1983-cü ildə Nəqliyyat-anbar əməliyyatları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmişdir. Əmr N: 224, xx.xx.1983-cü il; xx.xx.1983-cü ildə “ İkinci peşə-3-cü dərəcəli “Akkumlyatorçu” peşəsi verilmişdir. Əmr N: xx.xx.1983-cü il; xx.xx.1983-cü ildə “Həmin sexdə 3-cü dərəcəli “akkumlyatorçu” işinə keçirilmişdir”. Əmr N: 817., xx.xx.1983-cü il. Hal-hazırda həmin sexdə çalışır. Qeyd edir ki, “Bakıkondisioneri” i/b-də “akkumlyatorçu” peşəsində işlədiyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarına əsasən “Ümumi peşələr ” Bölümünün 35-ci səh. 166 akkumlyatorçu peşəsi “güzəştli təqaüdə çıxmaq hüququ verilir.” Belə ki, o, xx.xx.1961-ci ildə anadan olmuş, fasiləsiz olaraq xx.xx.1979-cu ildən hal hazıra kimi əmək fəaliyyəti göstərmiş və onun əmək fəaliyyətinin 22 ili, xx.xx.1983-cü ildən xx.xx.2006-cı ilə kimi zərərli sahadə 22 il fasiləsiz əmək stajı vardır. xx.xx.2006-cı ilə kimi onun əmək stajı 25 il , 2018-ci ilə kimi isə ümumi əmək stajı 37 il əmək stajı vardır. 12.03. 2018-ci ildən ona 57 yaşında güzəştli şərtlərlə pensiya təyin edilməli olduğu halda, bu edilməmişdir. Belə ki, onun şifahi müracitətinə cavab verilməmiş və o, elə hesab etmişdir ki, ona pensiya düşmür. Lakin, hazırda qüvvədə olan qanunvericilikdə ona 57 yaşında pensiyaya çıxmaq hüququnun olması təsbit edilmişdir. Ona görə də, o, yazılı olaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Onun müraciətinə cavab olaraq bildirilmişdir ki, “əmək kitabçasını araşdırarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 1-2-3-cü səhifələrindəki qeydlər həmin tarixlərdə mövcud olmayan etibarsız, latın qrafikalı möhürlə təsdiqlənmişdir. Eyni zamanda sözügedən əmək kitabçasında və "xxxx" ASC tərəfindən ona dair verilmiş xx.xx.2021-ci il tarixli KŞ-3 nömrəli arayışda xx.xx.1983-cü il tarixdən sonra işdən çıxarma tarixi göstərilməmişdir“. Hesab edir ki, cavabdehin onun əmək kitabçasına şübhə ilə yanaşması əsasızdır. Belə ki, onun "xxxx" ASC-də (əvvəllər Bakı Kondisioner zavodu, daha sonra, “Bakı Kondisioneri İstehsalat” Birliyi) işləməsini yoxlamaq üçün X9 Fondunun bazasına daxil olmaqla müəyyən etmək olar. Həmçinin onun fasiləsiz olaraq "xxxx" ASC-də işləməsini yoxlamaq üçün həmin müəssisənin arxivində işçilərin şəxsi vərəqədən müəyyən etmək olar. Qeyd edir ki, o, uzun müddət həmin müəssisədə işləyir və həmin müəssisədə ona əmək kitabçası açılmış, lakin, əmək pensiyasına çıxmaq üçün əmək kitabçası müəssisədə tapılmadığı üçün ona yeni əmək kitabçası verilmişdir. Həmin, əmək kitabçanın həqiqiliyini müəyyən etmək üçün cavabdeh sorğu ilə müəssisəyə müraciət edə bilərdi. Lakin, cavabdeh öz üzərinə düşən vəzifəni yerinə yetirmədən, onun əmək kitabçasına şübhə ilə yanaşması məntiqsiz və əsasızdır. Belə ki, o, 1979-cu ildən bu vaxta kimi fasiləsiz olaraq "xxxx" ASC-də işləyir. O, pensiya çıxmaq üçün yaşı və stajı kifayət etdiyi üçün qanunla ona pensiya təyin edilməlidir. 2006-cı ilin yanvar ayına kimi qüvvədə olan “X3 Haqqında” Azərbaycan Respublikası Qanununa əsasən kişilər 57 yaşına çatdıqda, ümumi 25 il iş stajı olduqda və həmin iş stajının 12 il 6 ay zərərli iş stajı olduqda pensiya almaq hüququna malikdir. Nəzərə çatırır ki, əmək stajının 25 ildən çoxu 2006-cı ilə kimi toplanmışdır. Ona görə ondan 40400,00 manat sığorta stajı üzrə pensiya kapitalı tələb edilməsi əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
3. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
4. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
5. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.
6. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İddiaçı əmək kitabçasında şübhə doğuran məqamlar olduğundan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanuna uyğun olmuşdur.
Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
7. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür.
8. Cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş 14 oktyabr 2022-ci il tarixli **********3 nömrəli imtina məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 13 iyul 1979-cu il tarixli ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, əmək kitabçasının 1-2-3-cü səhifələrindəki qeydlər həmin tarixlərdə mövcud olmayan etibarsız, latın qrafikalı möhürlə təsdiqlənmişdir. Eyni zamanda, sözügüdən əmək kitabçasında və "xxxx" ASC tərəfindən ona dair verilmiş xx.xx.2021-ci il tarixli KŞ-3 nömrəli arayışda xx.xx.1983-cü il tarixindən sonra işdən çıxma tarixi göstərilməyib. Qeyd edilənləri nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
9. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsi tərəfindən verilmş xx.xx.2021-ci il tarixli 629 nömrəli arayışa əsasən X6 həqiqətən xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək keçmiş Sovet Ordusu sıralarında xidmət etmişdir. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün hərbi qeydiyyatdan çıxarılmışdır.
10. "xxxx" ASC tərəfindən verilmiş KŞ-3 nömrəli xx.xx.2021-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1982-ci il tarixində Bakı Məişət Kondisionerləri Zavodunun məişət xidməti sahəsinə 3 dərəcəli yaşıllaşdırıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.1983-cü ildə nəqliyyat anbarı əməliyyatı sexinə 2-ci dərəcəli köməkçi fəhlə peşəsinə keçirilib. xx.xx.1983-cü ildən həmin sexdə 3 dərəcəli akkumlyatorçu peşəsinə keçirilib. Hal-hazırda işləyir. İddiaçı iş prosesində istehsalın fasiləsiz işini təmin etmək üçün müəssisənin parkında 200-dən artıq akkumlyatorla işləyən elektrokar və avtoyükləyicilərin təmiri ilə məşğul olmuşdur. Bu elektrokar və avtoyükləyicilərdə istifadə olunan akkumlyatorları istifadəyə hazırlamaq üçün onun qurğuşunla təchiz olunmuş banklarına kükürd turşusu və distillə olunmuş su əlavə edilir. Bundan sonra akkumlyator xüsusi aparatla elektriklə qidalandırılr. İş prosesində hər növbədə akkumlyatorlar elektriklə bir neçə dəfə qidalandırılır. Akkumlyatorlar elektriklə qidalandırılarkən onun tərkibində məhlul qaynayır və oradan zəhərli qazlar ayrılır ki, bu da, insan orqanizmi üçün çox zərərlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq İddiaçı “Ümumi peşələr” bölmə 35, səh 166, akkumlyatorçular peşəsi ilə güzəştli təqaüdə çıxmaq hüququ verir, lazımi iş stajı topladıqda.
11. İddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş ИТ-İ seriyalı əmək kitabçasına əsasən xx.xx.1979-cu ildə Bakı X1rğuları sexinə 2-ci (ikinci) dərəcəli yardımçı fəhlə işinə qəbul edilmiş, xx.xx.1979-cu ildə əvvəlki işi və dərəcəsi ilə quraşdırma qurğularının boyanması və yığılması sexinə keçirilmiş, xx.xx.1980-ci ildə Sovet Ordu sıralarına çağırışla əlaqədar işdən azad edilmiş, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə Sovet Ordu sıralarında xidmət etmiş, xx.xx.1982-ci ildə Bakı Məişət Kondisionerləri X4 Abadlıq sexinə 3-cü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1983-cü il tarixdə “Bakkondisioner” i\b, Bakı Məişət Kondisionerləri Zavodunun, “Bakkondisioner” i/b Baş Zavodunun, yaradılması haqqında SSRİ ETSN 410 saylı əmri SSRİ ETSN “Soyuzelektromaş” ÜİB nəqliyyat-anbar əməliyyatları sexinə 2-ci dərəcəli yardımçı fəhlə işinə qəbul edilmiş, 01.11.983-cü ildə ikinci peşə - 3-cü dərəcəli akkumlyatorçu peşəsi verilmiş, xx.xx.1983-cü ildə həmin sexdə 3-cü dərəcəli akkumlyatorçu işinə keçirilmişdir.
12. Məhkəmənin sorğusuna əsasən "xxxx" ASC tərəfindən verilmiş KŞ-2 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla verilmiş cavab məktubuna əsasən İddiaçı Bakı Məişət Kondisionerləri Zavoduna xx.xx.1979-cu ildə işə qəbul olub, xx.xx.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar olaraq işdən azad olunmuş, yenidən xx.xx.1982-ci ildə Bakı Məişət Kondisionerləri Zavoduna işə qəbul olunub və hal-hazırda adı müəssisədə gedir. Məktuba İddiaçı şəxsi vərəqəsi əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
İddianın növü və mümkünlüyü
13. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.
14. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
15. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).
16. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.
17. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
18. Məhkəmə işdə iştirak etmiş proses iştirakçılarının izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.
19. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətindən ona məxsus əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmasına, əmək kitabçasının 1-ci, 2-ci və 3cü səhifələrindəki qeydlərin həmin tarixlərdə mövcud olmayan etibarsız, latın qrafikalı möhürlə təsdiqlənməsinə, eyni zamanda "xxxx" ASC tərəfindən ona verilmiş xx.xx.2021ci il tarixli KŞ-3 nömrəli arayışda xx.xx.1983-cü il tarixindən sonra işdən çıxma tarixinin göstərilməməsi əsası ilə imtina edilmişdir.
20. Sözügedən dövrlər məhkəmə tərəfindən araşdırılmış, iddiaçının müvafiq müəsissədə əmək fəaliyyəti ilə bağlı sorğu göndərilmiş və daxil olmuş cavab məktubuna və ona əlavə edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, həqiqətən iddiaçı xx.xx.1979-cu ildə Bakı Məişəq Kondisionerləri Zavoduna işə qəbul edilmiş, xx.xx.1980-ci ildə hərbi xidmətə getməsi ilə əlaqədar işdən azad edilmiş, yenidən xx.xx.1982-ci ildə Bakı Məişət Kondisionerləri Zavoduna işə qəbul olunmuş və hal-hazırda da, işləməkdə davam edir.
21. Məhkəmə qeyd edilən sübutları nəzərə alaraq aşağıdakı qanunvericiliyin normalarına istinad etməklə hesab edir ki, iddiaçının Bakı Məişət Kondisionerləri Zavodun işlədiyi dövrlər onun sığorta stajına daxil edilməlidir.
22. Belə ki, qüvvədən düşmüş “X3 haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır
24. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarının hərtərəfli araşdırılması zamanı iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliliyi onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiqləndiyindən və eləcə də, həmin müəssisə tərəfindən verilmiş arayışa əsasən onun işlədiyi peşənin güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşə olması müəyyən edildiyindən, iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən, xüsusi iş stajı isə 12 il 6 aydan artıq təşkil etmişdir.
25. Bununla da, məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “X3 haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir.
26. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
27. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş X3nı tənzimləyən normativ aktlar, o cümlədən 2006cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “X3 haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur.
28. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “X3 haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər.
29. “X3 haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır.
30. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır.
31. Beləliklə göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xx.xx.2006cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi hissəsində əsaslı hesab edilməklə təmin edilməlidir.
32. Məhkəmə eləcə də, iddiaçının əvvəlki dövr üzrə ödənilməyən pul məbləğinin ödənilməsi ilə bağlı tələbinə münasibətdə qeyd edir ki, iddiaçının tələbi həmin hissədə də, əsaslı hesab edilməklə təmin edilməlidir.
33. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiyasının 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanununun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
34. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməli olduğundan, iddiaçıya yaranmış pensiya fərqi onun müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməlidir.
35. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana ona yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə müraciət edilmişdir və qanunvericiliyin yuxarıda qeyd edilən tələbləri nəzərə alınmaqla ona xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üçün ödənilməmiş pensiya məbləği ödənilməlidir.
36. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
37. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
38. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir».
39. Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir.
40. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir.
42. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X7 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir.
43. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
44. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
45. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
46. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.
NƏTİCƏ HİSSƏSİ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə
QƏRARA ALDİ:
İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət etdiyi xx.xx.2022-ci il tarixdən əvvəlki üç il üzrə ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Aygün Abdullayeva