Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3641/2022 28.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə qarşı iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsinə qarşı “Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ İdarəsi tərəfindən öz üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən (mənzil təhvil verilmədiyindən) 100000(yüz min) rubl yəni 10000 (on min) manat məbləğində pul vəsaitinin məhkəmə yekun akt qəbul etdiyi gündən dəyərinə uyğun olaraq hesablanıb ödəniməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə 28 aprel 2022-ci il tarixdə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsinə İdarəsinə qarşı iddia ərizəsi ilə 05.11.2021-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ İdarəsi tərəfindən öz üzərinə götürülmüş öhdəlik icra edilmədiyindən (mənzil təhvil verimədiyindən) 100000(yüz min) rubl yəni 10000 (on min) manat məbləğində pul vəsaitinin məhkəmə yekun akt qəbul etdiyi gündən dəyərinə uyğun olaraq hesablanıb ödəniməsi öhdəliyini cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsinini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin iş üzrə 23.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilərək cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddiaya qarşı yazılı etirazı 06.12.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. 11.11.2021-ci il tarixli məktubla İPM-in 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin dəqiqləşdirilməsi, həmçinin dəqiqləşdirilmiş iddia tələbi ilə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin (poçt qəbzi və s.) olmasına dair müvafiq sübutların məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Cavabdeh inzibati orqanın iddiaya münasibətində məhkəməyə ünvanladığı 06.12.2021-ci il tarixli etiraz-vəsatət məktubunda qeyd edilir ki, İddiaçı Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə 09.06.2021-ci il tarixdə ərizə ilə müraciət edərək 19.05.1993-cü il tarixdə mənzil növbəsinə dair 3 otaqlı mənzilin 40% dəyəri olmaqla 100 000 rublu “Sənaye Tikinti” Bankına ödədiyi vəsaiti geri qaytarılmasına köməklik göstərilməsini xahiş etmiş, BŞİH-nin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən 22.06.2021-ci il tarixli məktubu ilə cavablandırılmış, lakin ərizədə göstərilən ünvan düzgün olmadığı qeydi ilə poçt məktubu geri qayıtmışdır. İddiaçı ərizəyə əlavə etdiyi kserosurətlərdən də göründüyü kimi 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına 100 000 rubl ödəmişdir. Göründüyü kimi iddiaçı pulu 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödəmişdir. Belə olan halda iddiaçı hansı əsaslarla BŞİH-nin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsininə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir? Yəni ödəniş qəbzindən də göründüyü kimi mənzil haqqının 40 faizini 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödəmişdir. Qalan hissəsinin isə (60 faizi) ödənilib- ödənilmədiyi məlum deyil. Sadalananlardan da göründüyü kimi iddiaçı cavabdeh olaraq 197 saylı mənzil-tikinti kooperativinə qarşı iddia qaldırmalı olduğu halda (çünki ödənişi həmin MTKnın hesabına ödəmişdir) heç bir əsas olmadan BŞİH-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. AR MPM-nin 54-cü maddəsinə əsasən İddia tələbi hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə qarşı verildikdə məhkəmə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Mənzil-Tikinti Kooperativlərində birləşən payçıların fəaliyyəti Azərbaycan SSR Nazirlər Sovetinin 03.06.1983-cü il tarixli 252 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR-də Mənzil Tikinti Kooperativinin” numunəvi nizamnaməsinə əsasan həyata keçirilmişdir. Həmin vaxtlarda və hal-hazırda kooperativ mənzil üçün ödənilən pay haqqları mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödənilirdi. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı idarəsi Bakı Şəhər İcra Hakimiyyətinin struktur bölməsi kimi fəaliyyət göstərir. BŞİH-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi bina inşa etmir. Yalnız 01.10.2009-cu il tarixə kimi Bakı şəhərində yerləşən və pay haqqını tam ödəmiş kooperativ üzvlərinin mənzillərinə order verilməsi səlahiyyətlərinə malik olmuşdur. Nə əvvələr, nə də hal-hazırda kooperativ mənzil üçün ödənişlər Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin hesablaşma hesabına ödənilmir. Hal-hazırda dövlət tərəfindən kooperativ mənzil tikintisi üçün kredit ayrılmadığından Bakı şəhərində tikintilər vətəndaşların öz vəsaitləri hesabına aparılır. İddia tələbi AR Mülki Məcəlləsinin 18-ci maddəsinin tələblərinə ziddir. Beləki, qanunvericiliyin tələbinə görə «mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydada və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir». İddiaçı iddia etdiyi məbləği 197 saylı mənzil-tikinti kooperativinin hesablaşma hesabına ödədiyi halda qanunla müəyyənedilmiş qaydada nəyə görə həmin mənzil-tikinti kooperativini cavabdeh olaraq göstərməmişdir? İddiaçı 100 000 rubl vəsaiti kooperativ mənzil üçün ödədiyini iddia edir. Bununla bağlı həmin məbləği ödədiyi 197 saylı mənziltikinti kooperativinə niyə müraciət etməmişdir? Yaxud bununla bağlı hansı tədbirləri görmüşdür? Aradan uzun müddət, yəni 28 ildən artıq vaxt keçdikdən sonra AR MM-nin 373-cü maddəsinə əsasən iddia müddətini buraxdıqdan sonra məhkəməyə müraciət etməkdə məqsədi nədir? Göründüyü kimi iddiaçı iddia müddətini də buraxmışdır. Sadalanan normaların tələbinə əsasən hesab edirlər ki, BŞİH-nın Mənzil-Kooperativ Təsərrüfatı İdarəsi hazırkı iş üzrə cavabdeh ola bilməz və əsl cavabdeh olaraq 197 saylı mənzil-tikinti kooperativi cəlb edilməlidir. Məhkəmə 02.03.2022-ci il tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya təkrar hüquqi yardım göstərərək cavabdehin və həmin cavabdehə qarşı yönəldilən iddia tələbinin inzibati məhkəmə icraat qaydasında baxılan iddia növünə uyğun dəqiqləşdirməyi, iddia tələbində göstərilən tələblə əvvəlcə cavabdeh inzibati orqana müraciətinin olmasına dair müvafiq sübutların təqdim edilməsini təklif etmişdir. İddiaçı məhkəmədən hüquqi yardım barədə yazılı məktub göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi iddiaçıya izah edilmiş, eyni zamanda növbəti məhkəmə iclası 28.04.2022-ci il tarixı (saat 10:00) təyin edilməsi ilə bağlı məhkəmənin 09.03.2022-ci il tarixli hüquqi yardım məktubu iddiaçıya təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə növbəti məhkəmə iclası 28.04.2022-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə lazımi qaydada məlumat verilmiş və məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinə mahiyyəti üzrə baxıb, iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxı və yeri barədə xəbərdar edilmiş, lakin səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinin tələbinə uyğun olaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə tərəfin izahatını dinləyərək, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iddia İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı müvafiq mənzil ona təhvil verimədiyindən, 100000(yüz min) rubl yəni 10000 (on min) manat məbləğində pul vəsaitinin məhkəmə yekun akt qəbul etdiyi gündən dəyərinə uyğun olaraq hesablanıb ona ödəniməsini tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, iddiaçının tələb etdiyi 100000(yüz min) rubl yəni 10000 (on min) manat məbləğində pul vəsaitinin iddiaçı tərəfindən Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinə deyil, 197 saylı mənzil-tikinti kooperativinə ödənilməsi işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. İş materiallarından görünür ki, iddiaçıya İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, cavabdehin dəqiqləşdirilməsi təklif edilsə də, iddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsindən imtina etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfatı İdarəsinin əsl cavabdeh 197 saylı mənziltikinti kooperativi ilə əvəz edilməsinə razılıq versə də belə, 197 saylı mənzil-tikinti kooperativi inzibati orqan olmadığından, məhkəmə cavabdehin əvəz edilməsini məqsədəmüvafiq hesab etmir. Belə ki, 197 saylı mənzil-tikinti kooperativinə hər hansı normativ-hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hüquqi şəxs deyildir. Eyni zamanda, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28.08.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdeh 197 saylı mənzil-tikinti kooperativi inzibati orqan kimi müəyyən olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndi ilə məhkəmələrə tövsiyə olunmuşdur ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4 saylı Qərarında göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Məhkəmə hesab edir ki, mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Belə ki, mübahisənin inzibati xarakterli olması üçün bütün hallarda tərəflərdən biri bir qayda olaraq inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Azərbaycan Rəspublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarı ilə “inzibati orqanların Təsnifatı” təsdiq edilmişdir ki, həmin təsnifatda əsl cavabdeh qismində çıxış etməli olan 197 saylı mənzil-tikinti kooperativi inzibati orqan kimi müəyyən olunmamışdır. Eyni zamanda 197 saylı mənzil-tikinti kooperativi ilə iddiaıç arasında yaranmış mübahisə publik hüquq münasibətlərinə aid deyildir. Bu səbədən məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Beləliklə, məhkəmə qeyd edir ki, mövcud qanunvericiliyə uyğun olaraq Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kooperativ Təsərrüfat İdarəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, əsl cavabdeh qismində çıxış etməli olan 197 saylı mənziltikinti kooperativi isə inzibati orqan olmadığından, hazırkı iddia mümkün sayılmamalıdır. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li Qərarının 15-ci bəndində nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır.” İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-3641/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3641/2022
28.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver