Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3646/2024 30.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Qurbanlı Elnur Qubad oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 265 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi” iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 265 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus Fuad İbrahimbəyov küçəsi ev 31 ünvanında yerləşən mənzili "xxxx" MMC tərəfindən qanunsuz olaraq sökülməyə məruz qala bilər. Rəsmi dövlət saytında, eləcə də, Dövlət şəhərsalma və arxitekturası Komitəsi tərəfindən də verilən rəsmi cavabla bildirilmişdir ki, bu şirkət tərəfindən nəzərdə tutulan tikintiyə icazə icraatı həyata keçirilməmişdir. Şirkətin əməkdaşları zəruri olan bütün “icazə”ləri aldıqlarını, icra hakimiyyəti ilə müqavilələri olduqlarını, Yasamal rayon İcra hakimiyyətinin bu işlərlə bağlı müvafiq sərəncamının olmasını qeyd etmişlər. Dəfələrlə Yasamal rayon icra hakimiyyətinə məktub və ərizələrlə müraciət edərək müvafiq sərəncamın ona təqdim edilməsini xahiş etsə də, ona bu sərəncam qərəzli şəkildə təqdim edilməmiş, yalnız "RR CONSTRUCTİONS” MMC tərəfindən ona və ailə üzvlərinə qarşı Yasamal rayon Məhkəməsində iddia qaldırılmış, yalnız həmin iddiaya sənədlər əlavə edilərkən xx.xx.2023-cü il tarixində iddiaçı həmin sərəncamdan məlumatlı olmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixli sərəncamda qeyd edilir ki, müvafiq ərazidə daşınmaz əmlak mülkiyyətçilərinin və xüsusi mülkiyyətdə olan torpaq sahələrinin mülkiyyətçiləri mülki münasibətlərə uyğun qarşılıqlı razılıq əsasında "xxxx" MMC tərəfindən tənzimlənməsi şərti ilə yaşayış və qeyri-yaşayış binalarının tikintisi üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilsin. Həmin sərəncam aşağıda qeyd edilən səbəblərdən qanunsuz və əsassız hesab edilməlidir. Hazırda mənzilinin yerləşdiyi ərazidə podratçı şirkət tərəfindən aparılan söküntü işlərinə görə yollar və kanalizasiyalar elə yaşanılmaz bir vəziyyətə gətirilmişdir ki, ortada hər hansı razılıqdan söhbət belə gedə bilməz. Eyni zamanda, kanalizasiya suları və xətləri qəsdən partladığına görə bu ərazidə antisanitariya vəziyyəti yaranmışdır. Bundan başqa “sərəncam” da qeyd olunan “tikintiyə icazənin təmin olunması” öhdəliyi də icra edilməmişdir. Yəni mənzilin qanunsuz olaraq söküldükdən sonra bu ərazidə doğurdan da hər hansı iri yaşayış və qeyri-yaşayış binalarının tikilib-tikilməyəcəyi də sual altındadır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin - 1.1-ci maddəsinə əsasən, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddicca mümkün sayılır. - 48.2-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Məhkəmə İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq, iddiaçıya yardım etmək, işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə məhkəmə iclaslarını xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərinə təyin etmiş, məhkəmə iclasları barədə iddiaçıya məhkəmə bildirişləri və SMS bildirişləri göndərmişdir. Bundan əlavə məhkəmə tərəfindən iddiaçıya 30 avqust 2024-cü il tarixdə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, 30 sentyabr 2024-cü il tarixə saat 14:20-yə təyin edilmiş məhkəmə iclasında iştirakını (və ya nümayəndəsinin iştirakı) təmin etməməsini, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsində göstərilən hal kimi qiymətləndiriləcəkdir. İş materiallarından göründüyü kimi, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi (xx.xx.2023-cü il) tarixdən məhkəmə prosesi ilə maraqlanmamış, məhkəmənin xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərində keçirilmiş iclaslarına gəlməmiş, işin hallarının və mübahisənin vəziyyətinin müzakirə prosesində iştirak etməmiş, eyni zamanda məhkəmənin xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubuna cavab verməmişdir. Görünür iddiaçı onun iddia ərizəsində göstərilmiş iddia tələbinə məhkəmə tərəfindən baxılmasını istəmir, uzun müddətdir ki, ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayınır. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı “cavabdehin xx.xx.2022-ci il tarixli, 265 nömrəli sərəncamının qanunsuz hesab edilərək ləğv edilməsinə dair qərar qəbul edilməsi” barədə iddia ərizəsi geri götürülmüş hesab edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia ərizəsi geri götürülmüş hesab edilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 2 Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-3646/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3646/2024
30.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver