Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3647/2020 21.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mənzilə dair digər şəxsin adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4 mkr, ev 5, mənzil 123) ünvanında yerləşən mənzilə dair X1 adına çıxarış verilməsinin cavabdehin üzərinə öhdəlik kimi qoyulmasını xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə 2003-cü ildə rəsmi qaydada nikaha daxil olmuşdur. Onların həmin nikahdan xx.xx.2004-cü il təvəllüdlü X10, xx.xx.2007-ci il təvəllüdlü X7, xx.xx.2012-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. 2017-ci ildə sözügedən nikah Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qətnaməsinə əsasən pozulmuşdur. Həmin qətnamə ilə cavabdehdən aliment tutulması da müəyyən edilmiş, lakin hal-hazırkı tarixədək borclu tərəfindən aliment ödənilməmişdir. Nikah dövründə Hövsan qəsəbəsində E.Məmmədov küçəsi, ev 5, mənzil 123 (Hövsan qəsəbəsi, 4-cü mkr, ev 5, mənzil 123) ünvanında yerləşən 3 otaqlı mənzil X8 ilə bağlanılmış alqı-satqı müqaviləsi əsasında alınmışdır. Alqı-satqı müqaviləsi xx.xx.2005-ci ildə 35 saylı notariat kontorunda X1 adına rəsmiləşdirilmişdir. Sonuncu tərəfindən alqı-satqı müqaviləsi sözügedən mənzilə dair çıxarış alınması üçün DƏDRX-nin Bakı şəhəri ərazi idarəsinə təqdim edilməmişdir. İddiaçı və X3 uşaqları ilə birlikdə həmin mübahisəli ünvanda yaşayır. İddiaçı Bakı şəhəri Suraxanı rayon məhkəməsinə cavabdeh X2 qarşı əmlak bölgüsü barədə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin məhkəmənin mövqeyi bur cür olmuşdur ki, mübahisəli mənzilə dair hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış olmadığından birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü mümkün deyildir. İddiaçı tələbini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.1, 37.2 və 36.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İnzibati Prosessual Məcəllənin45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün məhkəmənin hazırlıq icraatına başlanmışdır. 21 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, o, Bakı şəhəri Suraxanı rayon məhkəməsinə cavabdeh X2 qarşı əmlak bölgüsü barədə iddia ərizəsi ilə müraciət etmişdir. Həmin iş üzrə keçirilmiş məhkəmə iclasına sədrlik edən hakim ona bildirmişdir ki, cavabdeh mənzilə dair alqı-satqı müqaviləsi bağlasa da, hüquqların qeydiyyatı haqqında çıxarış almamışdır ki, belə olan halda da mənzilin bölgüsü mümkün olmayacaqdır. Məhkəmə tövsiyə etmişdir ki, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, X1 adına çıxarış alındıqdan sonra əmlak bölgüsü barədə məhkəməyə müraciət edilməsi məqsəquyğundur. O isə bununla bağlı bildirmişdir ki, onun DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı nümayəndəsi olmadığı üçüncü şəxsin adına hüquqların qeydiyyatı haqqında çıxarış verilməsi üçün müraciət etməyə subyektiv hüququ yoxdur. Müvafiq hərəkətlər onun tərəfindən deyil, cavabdeh X3 tərəfindən həyata keçirilməlidir. Həmçinin, X3 alqı-satqı müqaviləsini DƏDRX-nin 1 saylı Bakı Ərazi idarəsinə təqdim etmədiyi üçün hesab edir ki, bu halda sonuncu tərəfindən müvafiq məsələ ilə bağlı imtinanın verilməsi qanunauyğun olacaqdır. İddiaçı izahatının sonunda mübahisəli məsələnin həlli üçün ona hüquqi yardım göstərilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi hazırkı iddianın qaldırılmasına iddaçının subyektiv hüququ olmadığından iddianın mümkünlüyü məsələsinə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı səbəblərə görə iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati prosessual qanunvericiliyin tələbinə əsasən istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər-tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaçıya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası 27 avqust 2012-ci il tarixli qərarına əsasən subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İşə əlavə edilmiş sənədlərə və işin faktiki hallarına istinadən İddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməsində əsas məqsədi onunla X3 arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlı ümumi məhkəmənin icraatında olan digər mübahisənin həlli məqsədilə sonuncunun adına mübahisə predmeti olan mənzilə dair üçüncü şəxsin hüquqların qeydiyyatı haqqında çıxarışın əldə edilməsindən ibarətdir. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.Bu isə hazırki iddia üzrə iddiaçının mübahisəli mənzillə bağlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi predmetli iddia qaldırmağa dair subyektiv hüququn sahibi olmadığı anlamına gəlir. Belə ki, iddiaçının keçmiş əri X3 hüquqlarının həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi ilə əlaqədar müstəqil şəkildə istənilən orqana müraciət edə bilər və eləcə də, məhkəmədə öz adından iddia qaldıra bilər. O cümlədən, daşınmaz əmlaka dair onun adına çıxarışın verilməsi barədə müvafiq qeydiyyat orqanına öz adından müraciət etmək hüququndan istifadə edə bilər. Əsassız səbəblərdən xahişi təmin edilmədiyi təqdirdə pozulmuş hüquqlarının bərpası ilə bağlı bilavasitə öz adından məhkəməyə müraciət etməsi üçün də subyektiv hüquq daşıyıcısı hesab olunur. İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, iddia mümkün sayılmadığından iddia ərizəsində yol verilmiş formal xətaların aradan qaldırılması və məhkəmə icaatına cəlbetmə ilə əlaqədar məsələlərə baxılmamışdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4 HAKİM: MEHRİBAN QARAYEVA
Məhkəmə qərarları › İş №2-1(112)-3647/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3647/2020
21.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver