Məhkəmə qərarları › İş №2-1(112)-3647/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3647/2021

22.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3647/2021 22.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil qızının, üçüncü şəxs X4 iştirakları ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Polis İdarəsinə qarşı X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmqla yaşayış yeri üzrə qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Xətai Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özünün və üç övladı olan X23, X13 və X5 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına salınmasına dair vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 21.01.2021-ci il tarixli, 2-1(102)-3647/2021 nömrəli qərardadı ilə X12 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddiaçı iddia ərizəsinə əlavə təqdim edərək özünün və azyaşlı övladı olan X23, X17 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə pasport qeydyyatına salınmasına dair vəzifənin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Nizami rayon Məhkəməsinin iş № 2(007)- 685/2019 saylı, 09.09.2019-cu il tarixli qətnaməsi ilə X12 ilə nikahları ləğv edilmiş, övladları onun himayəsinə verilmişdir. Daha sonra məhkəmə qaydasında uzun illər yaşadığı və təsərrüfat apardığı ünvan 1 ünvanına ünvan 3xli qətnaməsi əsasında hər üç övladı olan X23, X17 və X14 ilə birlikdə köçürülmə qərarı verilmişdir. Daha sonra Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən 2(103)-12920/2019 saylı, 04.11.2019-cu il tarixli qətnamə əsasında qüvvədə saxlanılmış və hər üç övladı ilə birlikdə qərarın icrası məqsədi ilə ünvan 1 ünvanında yerləşən özbaşına tikiliyə köçürülmüşlər. Hal-hazırda sözügedən fərdi yaşaıyış evinə qeydiyyata düşmə ilə bağlı cavabdeh orqana müraciət 18.12.2020-ci il tarixində 101-38340K-3220 saylı məktubu imtina ilə cavablandırılmış və bu məsələnin yalnız məhkəmə müstəvisində həll ediləcəyi tövsiyyə olunmuşdur. Üçüncü şəxs X12 iddia ərizəsinə yazılı etiraz təqdim edərək və etirazı onunla əsaslandırmşıdır ki, iddia tələbi qanunsuz və əsasızdır. İlk öncə qeyd etmək istəmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3032/2019 saylı 21.06.2019-cu il tarixli qətnaməsi ilə X10 uşaqları-X23, X17, X14 ilə ona məxsus bələdiyyə torpağında tikilmiş özbaşına tikiliyə köçürülməsi qət edilmişdir. Həmin qətnamədən də göründüyü kimi sözügedən fərdi yaşayış evinin ünvanı yoxdur. İddiaçı isə ünvan 4yış evinə pasport qeydiyyatına alınmasına dair vəzifənin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsində göstərdiyi ünvan şərtidir və kommunal xidmətlərin alınması üçün həmin idarələr tərəfindən formal olaraq müəyyən edilmişdir. Bu səbəbdən də su, işıq və qaz idarələri tərəfindən sözügedən fərdi yaşayış evinə müxtəlif şərti ünvanlar müəyyən edilmişdir ki, bu də iddiaçının həmin ünvanlara qeydiyyata alınmasına əsas ola bilməz. Fərdi yaşayış evinə ünvan verilməsi üçün qeyd olunan əsaslardan heç biri mövcud deyil. Ona görə də fərdi yaşayış evinin rəsmi ünvanı yoxdur. Rəsmi ünvan olmadığı halda iddiaçı da olmayan şərti ünvana pasport qeydiyyatına alına bilməz. Bələdiyyə tərəfindən ilkin torpaq ayıma sənədləri qanunvericiliyin tələblərinə uyğun şəkildə verilmədiyi üçün fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş edilmişdir. Məhkəmə iclaslasında iştirak edən İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X12 iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdeh məhkəməyə rəsmi məktubla müraciət edərək işə iştirakları olmadan baxılmasına etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA ******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı ildə doğulmuşdur. - Bakı şəhəri, Nizami rayon Məhkəməsinin 2(007)-685/2019 №-li, 09.09.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən ilkin və qаrşılıqlı iddia tələbləri qismən təmin еdilmiş, X24 оğlu ilə Kərimova (Ramazanоvа) Günay Nəbi qızı аrаsındа 20 sеntyаbr 2003-cü il tаriхdə Səadət sarayında bаğlаnmış 2228 №-li аkt qеydli nikаhın pоzulması, nikаh pоzulduqdаn sоnrа tərəflərin birgə nikаhındаn dоğulmuş 30 aprel 2007-ci il təvəllüdlü X15, 21 oktyabr 2008-ci il təvəllüdlü X8 və 13 oktyabr 2012-ci il təvəllüdlü X5 аnаlаrı Kərimova (Ramazanоvа) Günay Nəbi qızının yаnındа qаlması, X2 Kərimova (Ramazanоvа) Günay Nəbi qızının xeyrinə 30 aprel 2007-ci il təvəllüdlü X15, 21 oktyabr 2008-ci il təvəllüdlü X8 və 13 oktyabr 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün 09.09.2019-cu il tarixdən başlayaraq hər uşağa görə ayda 100 (yüz) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. - Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 365107 №-li, 04.11.2020-ci il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə X10 nikahına Nizami rayon Məhkəməsinin qətnaməsinə əsasən 10.12.2019-cu ildə xitam verilmişdir. Nikah pozulduqdan sonra kişiyə Kərimov, qadına Ramazanova soyadı verilmişdir. - Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3032/2019 №-li, 21.06.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X10 cavabdeh X9 qarşı iddiası təmin edilmiş, X10 uşaqları X23, X17 və X14 ilə birlikdə ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus bələdiyyə torpağında özbaşına tikiliyə köçürülmələri qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-12920/2019 №-li, 04.11.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, həmin qətnaməyə əsasən apellyasiya şikayəti təmin edilməmiş, hazırki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 21.06.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən verilmiş 19.05.2020-ci il tarixli, 2(011)-3032/2019 №-li icra vərəqəsinin surətindən görünür ki, məhkəmənin 2(011)- 3032/2019 №-li, 21.06.2019-cu il tarixli qətnaməsinə əsasən X21, uşaqları – X23, X17 və X14 ilə birlikdə ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus bələdiyyə torpağında özbaşına tikilən evə köçürülməlidirlər. - Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X6, icra məmuru X22, böyük icra məmuru X18, 34-cü PB-nin sahə rəisi X3, hal şahidi X19 tərəfindən, borclu X4, tələbkar X11 iştirakları ilə tərtib edilərək imzalanmış 11.09.2020-ci il tarixli aktın lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 2(011)-3032/2019 №-li, 21.06.2019-cu il tarixli icra sənədinin icrası ilə bağlı 11.09.2020-ci il, saat 11:00-a icra təyin olunmuş və bu barədə tərəflərə bildiriş verilmişdir. Sözügedən tarixdə Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanına gəlmişlər. Onları borclu X12 qarşıladı. Tərəflərindən ona məhkəmə qərarının tələbi izah və elan olundu. Borclu tələbkarın sözügedən ünvana köçürülməsinə heç bir etirazı olmadığını bildirdi. Evdə yaşlı insanların və hamilə arvadının olduğunu nəzərə almağı, tələbkar və uşaqların Covid-19 testindən keçirilməsini xahiş etdi. Tərəflərində tələbkarla bu barədə söhbət aparıldı. O da öz növbəsində etirazı olmadığını bildirdi. Bu səbəbdən təyin olunmuş icra 5 saat müddətinə təxirə salındı. Bundan sonra 16:00-da Covid-19 testinin cavabı ilə birlikdə şöbəyə gəldilər. Bu zaman borclu R.Kərimov testin cavabı ilə tanış olduqdan sonra tələbkar və uşaqlarının köçürülməsinə heç bir etirazını olmadığını bildirdi. X1, uşaqları X23, X17 və X14 ilə birlikdə Xətai rayonu, 9-cu Əhmədli küçəsi, ev 1 ünvanında yerləşən cavabdehə məxsus bələdiyyə torpağında özbaşına tikilən evə köçürüldü. İcra prosesi zamanı heç bir qanunazidd hadisə baş vermədi. Mənzilin giriş qapısının açarlarını borclu 12.09.2020-ci ildə surətini tələbkara təqdim etməyi öz öhdəsinə götürdü. İcra prosesi 11.09.2020-ci il tarixdə 16:50-də tamamlandı. Tərəflərə birgəyaşayış qaydaları izah edildi. - Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 18.12.2020-ci il tarixli, 101-38340K- 3220 №-li məktubdan görünür ki, yaşayış yeri üzrə qeydiyyata alınması ücün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsindəki sənədləri təqdim etməlidir. Qeyd olunan sənədləri təqdim etdikdən sonra göstərilən ünvana qeydiyyata alınma məsələsi öz müsbət həllini tapacaqdır. Onun qanunvericilikdə nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyi halda məhkəməyə müraciət etmək huququ var. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə üçüncü şəxs Rizvan Kərimov arasında olan nikah məhkəmə qaydasında pozulmuş, tərəflərin birgə nikahlarından olan uşaqlarının anaları, İddiaçı yanında qalmaları qət edilmişdir. Məhkəmə qətnaməsinə əsasən iddiaçının uşaqları ilə birlikdə ünvan 2 ünvanında yerləşən cavabdehə məxsus bələdiyyə torpağında özbaşına tikilən evə köçürülmələri qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra müvafiq icra sənədi verilmiş və həmin icra sənədi icra olunmuşdur. İddiaçı köçürüldüyü ünvana qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilmədiyini əsas gətirərək müraciətin təmin edilməsindən imtina etmişdir. Hazırda iddiaçı cavabdeh inzibati orqanın imtinasını mübahisələndirir. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. - 3-cü maddəsinin 1-ci hissəsinin tələbinə görə Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 8-ci maddəsinin tələblərinə görə müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda imtina edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında” Əsasnamənin 2-ci bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşlara və 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxslərə və onların “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək doğulmuş uşaqlarına (bundan sonra - “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs”) ilk dəfə müvafiq şəxsiyyət vəsiqəsi verilərkən onlar yaşayış yeri üzrə qeydiyyata alınırlar. Bu məqsədlə müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı vətəndaşdan və vətəndaşlığı olmayan şəxsdən “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamədə və “Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin xüsusi sənədləri haqqında” Əsasnamənin 10-cu bəndində göstərilən sənədlərdən əlavə, yaşayış sahəsinə köçmək üçün əsas verən aşağıdakı sənədlərdən birini tələb etməlidir: a) mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış; b) icarəyə verənin və ya kirayəyə verənin müvafiq olaraq icarəçi və ya kirayəçi ilə bağladığı icarə və ya kirayə müqaviləsi; v) yaşayış sahəsinə köçmək üçün əsas verən order və ya Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd; q) vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi mövcud qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması üçün tələb olunan əsasların siyahısını müəyyən etmiş və mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsindən başqa “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd”ləri də həmin sıraya aid etmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı və onun uşaqlarının müvafiq yaşayış sahəsinə köçürülməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur və həmin qətnamə icra edilmişdir. Məhkəmə sözügedən qanuni qüvvəyə minmiş qətnaməni «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində yaşayış yeri üzrə qeydiyyat üçün əsas qismində nəzərdə tutulan “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” kimi çıxış etməsi qənaətindədir və belə qətnamə olduğu halda iddiaçının və uşaqlarının köçürülərək yaşadıqları ünvan üzrə qeydiyyata alınmalarından cavabdeh inzibati orqanın imtinası qanuni zidd olmaqla sonuncuların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməklə İddiaçı, üç övladı olan X15, X8 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, onun uşaqları X15, X8 və X5 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə qeydiyyata alınmaları vəzifəsi cavabdeh Bakı şəhəri, Xətai rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar