Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3647/2024 27.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “riskli vergi ödəyiciləri siyahısından çıxarılma və qərarın ləğvi” iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İ. Mübahisəli hüququn qısa xülasəsi
1. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş İdarəsinin 29 mart 2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” və “Hesablanmış vergilərinin, sosial sığorta və işsizlik sığortası haqlarının xülasəsi” barədə 11 sentyabr 2023-cü il tarixli qərarları ləğv edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 üzrə Baş idarəsinin 29 mart 2023-cü il tarixli “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi” barədə qərardan görünür ki, həmin qərar əsasında vergi ödəyicisi İddiaçı riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Adıçəkilən qərarda qeyd olunmuşdur ki, vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixdə cəmi 109.700 manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə “Şayba x20, Kəpənək probka, Şlanq N50 və s.” satışda qeyd olunduğu müəyyən edilmiş, lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Bu səbəbdən də iddiaçı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi hesab olunmuşdur. Nəzərə alınmalıdır ki, 2022-ci ilin gəlir vergisi ilə bağlı keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçı barəsində 11 sentyabr 2023-cü il tarixli qərar qəbul edilmiş və 19.700 manat məbləğində əlavə vergi hesablanmışdır. Hesab edilmişdir ki, həmin qərarlar əsassız olmaqla yanaşı iddiaçının əlavə vergi məsuliyyətinə cəlb olunmasına səbəb olduğundan, həmin qərarlar ləğv edilməlidir. Qeyd olunmalıdır ki, VM-nin: 13.2.82. riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın: 1.1.Bu Meyarlar Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (bundan sonra - Vergi Məcəlləsi) 13.2.82-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarını müəyyən edir. 1.3.Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur. 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.2. aparılmış vergi nəzarət tədbirləri çərçivəsində vergi ödəyicisinin əmtəəsiz əməliyyatlar aparması aşkar edildikdə; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 2.1.4. vergi ödəyicisi tərəfindən əldə edilmiş və fəaliyyət növünə (fəaliyyət növlərinə) uyğun olmayan malların (vergi ödəyicisi tərəfindən öz təsərrüfat fəaliyyətində istifadə edilməsi üçün əldə etdiyi ofis ləvazimatları, inventar və digər bu kimi aktivlər istisna olmaqla) vergi nəzarəti zamanı sənədləşdirilmədən təqdim edilməsi aşkar edildikdə; 2.1.5. vergi ödəyicisinin satış məqsədləri üçün son 6 ay üzrə (vergi ödəyicisinin malların mövsümi xarakterindən asılı olaraq, habelə əvvəlcədən sifariş edilən və müqavilədə (razılaşmada) müəyyən edilən müddətdə təhvil verilməsi nəzərdə tutulan hallar istisna olmaqla) idxal etdiyi və ya əldə etdiyi malların həcmi onun müvafiq dövr üzrə dövriyyəsindən azı 3 dəfə artıq olduqda; 2.1.6. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan fiziki şəxsin icra orqanının rəhbəri və ya təsisçisi olduğu hüquqi şəxs; 2.1.7. bu Meyarların 2.1.1-2.1.5-ci yarımbəndləri ilə müəyyən edilmiş riskli vergi ödəyicisi olan hüquqi şəxsin icra orqanının rəhbərinin və ya təsisçisinin təsis etdiyi və ya icra orqanının rəhbəri olduğu hüquqi şəxs; 2.1.8. beşdən çox hüquqi şəxsin icra orqanının rəhbəri olan fiziki şəxslər və onların icra orqanının rəhbəri olduğu hüquqi şəxslər. 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə). Bəhs edilən qanunvericiliyin müddəalarından göründüyü kimi riskli vergi ödəyicisi - AR Nazirlər Kabinetinin təsdiq etdiyi Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları-na cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar AR İqtisadiyyat Nazirliyi tərəfindən qəbul edilir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab olunmasının əsasları yuxarıda adıçəkilən Meyarların 2.1-ci bəndində nəzərdə tutulmuşdur. Qeyd olunmalıdır ki, cavabdeh inzibati orqan iddiaçını riskli vergi ödəyicisi kimi hesab etsə də, onun tərəfindən hansı əməliyyatların riskli olduğunu əsaslandıra bilməmiş, ümumiyyətlə formal əsaslara söykənərək iddiaçını riskli vergi ödəyicisi hesab etmiş və onu əlavə məsuliyyətə cəlb etmişdir. Digər tərəfdən qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə, vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. Lakin vergi orqanın qərarlarında bu maddənin tələbinə zidd olaraq, vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, yəni vergilərin azaldılması vəziyyəti və bu pozuntuları təsdiq edən sənədlər və digər məlumatlar göstərilməmişdir. Qərar vergi qanunvericiliyinin tələblərinə zidd olaraq, çox səthi və formal formada hazırlanmışdır. İddiaçının riskli vergi ödəyicisi hesab olunması barədə qərarın əsassız olması ilə yanaşı, həmçinin onun barəsində qəbul edilmiş 11 sentyabr 2023-cü il tarixli qərarın əsassız olmağından da söhbət açılmalıdır. Belə ki, həmin qərar ilə 2022-ci ilin gəlir vergisi ilə bağlı keçirilmiş kameral vergi yoxlaması nəticəsində iddiaçıya 19.700 manat məbləğində əlavə vergi hesablanmışdır, iddiaçı həmin vergi məbləğini hesablayarkən iddiaçının riskli vergi ödəyicisi olduğunu nəzərə almış, eyni zamanda alınan mallar ilə bağlı alış aktının olmadığına əsaslanmışdır. Halbuki, cavabdeh iddiaçı tərəfindən alınan malların Bakı Sədərək Ticarət Mərkəzindən alındığını, həmin malların alınmasını təsdiq edən qaimə fakturaların olduğunu nəzərə almamış, bununla da iddiaçını əlavə vergiyə cəlb etmişdir. Bundan başqa qeyd olunur ki, qanunvericilikdə malların vergi orqanında qeydiyyatda olmayan fiziki şəxslərdən almasını qadağan edən və ya məhdudlaşdıran hər hansı hüquq norması mövcud deyildir, (bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-854/2023 saylı qərarı) Başqa sözlə desək hazırki halda hətta, hətta alış aktının və ya elektron qaimə-fakturanın olmaması belə vəziyyəti iddiaçının ziyanına dəyişmir. Çünki, iddiaçının malların aldığı fiziki və ya hüquqi şəxslər ilə arasında qaimə fakturalar mövcuddur. Hesab edir ki, həmin qərar əsassız olduğundan və iddiaçını əlavə məsuliyyətə cəlb etdiyindən ləğv olunmalıdır.
3. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, hazırda mübahisə predmetini təşkil edən qərarlar vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi və bununla əlaqədar ona hesablanmış kameral vergi məbləği ilə bağlıdır. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə görə, riskli vergi ödəyicisi - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Maddədə qeyd olunan meyarları təsdiq edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) dedikdə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzərdə tutulur. AR Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları” sözügedən məsələni tənzimləyir. Belə ki, sözügedən meyarlar üzrə aparılmış təhlillər zamanı iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın 2.1.1 -ci, 3.1.1 -ci və 2.1.3-cü yarımbəndlərinə uyğun olaraq riskli vergi ödəyicisi hesab olunmuş və bununla bağlı xx.xx.2023-cü il tarixli **********109700 nömrəli Qərar qəbul olunaraq göndərilmişdir. Həmin qərarda xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Şayba x20, kəpənək probka, şlanq N 50 və s." qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə-faktura üzrə vergi ödəyicisinin alışında və idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Təhlil zamanı vergi ödəyicisinin cari tarixədək riskli əməliyyatlarla əlaqədar təqdim etdiyi qaimə-fakturaları ləğv etmədiyi, o cümlədən əldə edilmiş vəsaitin bank hesabı vasitəsilə geri qaytarılmadığı aşkar edilmişdir. İddiaçı öz ərizəsində yuxarıda qeyd olunan halları formal əsaslar adlandırsa da, qeyd olunan əsaslar Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq olunmuş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nda öz əksini tapdığından heç bir formallıqdan söhbət gedə bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən riskli əməliyyatların tam aradan qaldırılmadığı aşkar edilmiş və riskli vergi ödəyicisi siyahısından çıxarılması mümkün olmamışdır. Kameral hesablamaya münasibətdə isə bildirilmişdir ki, iddiaçının riskli vergi ödəyicisi siyahısına daxil edilməsinə baxmayaraq, onun tərəfindən təqdim edilmiş bəyannamədə 75 faiz güzəşt hüququnun tətbiq edilməsi vergidən yayınma halı kimi qiymətləndirilərək kənarlaşmanın yaranmasına səbəb olmuşdur. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 03 dekabr 2021-ci il tarixli 406-VİQD №-li Qanun əsasında Vergi Məcəlləsinin 102.1.30-cu və 106.1.20-ci maddələrinə dəyişiklik edilərək, mikro sahibkarlıq subyektlərinin sahibkarlıq fəaliyyətlərindən əldə etdikləri gəlir və mənfəətlərinə 75 faiz həcmində güzəştin verilməsi üçün onlar tərəfindən gəlir və xərclərinin uçotunun aparılması şərti Vergi Məcəlləsinə daxil edilmişdir. Bildirilmişdir ki, gəlirlərin və xərclərin uçotunu hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq aparmalıdırlar. Vergitutma məqsədləri üçün gəlirlər və xərclər Vergi Məcəlləsinə əsasən müəyyən edilir. Qeyd olunanlarla əlaqədar vergi orqanı tərəfindən “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********460500 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilən uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2022-ci il üçün 19700,16 manat gəlir vergisi hesablanmış və “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023cü il tarixli **********120800 nömrəli Qərar qəbul olunmuşdur. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, X5ni keçirmək, 23.1.2-ci maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Həmin Məcəllənin 24.0.1-ci və 24.0.2-ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 37.1 -ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən, vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən, kameral yoxlama aparmaq üçün vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamə və cari vergi ödəmələrinin hesablanması haqqında arayışla bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən həmin məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə görə, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
4. Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********109700 nömrəli qərara əsasən vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023cü il tarixdə cəmi 109.7 min manat dəyərində təqdim edilmiş qaimə fakturalar üzrə "Şayba x20, Kəpənək probka, Şlanq N 50 və s." satışda qeyd olunduğu müəyyən edilmişdir. Lakin elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən mallar (iş, xidmət) müəyyən edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarlarının 2.1.1-ci və 3.1.1-ci yarımbəndlərinə əsasən vergi ödəyicisi riskli hesab olunmuş, vergi ödəyicisi İddiaçı (**********) riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir.
5. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli **********120800 nömrəli qərar ilə İddiaçı kameral yoxlama nəticəsində 2022-ci il üçün əlavə 19.700,16 manat gəlir vergisi məbləği hesablanmışdır.
6. İş materiallarına gəlir vergisinin bəyənnamaləri, NKA üzrə kassa əməliyyatları (onlayn kassa), sadələşdirilmiş verginin bəyannamələri, sədələşdirilmiş verginin bəyannaməsinə əlavələr və vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumat, çoxsaylı qaimələr, şəxsi hesab vərəqəsi əlavə edilmişdir.
7. Məhkəmə iclasında iştirak iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.
İİ. İddianın növü və mümkünlüyü
9. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
10. Mübahisələndirilən aktlar iddiaçıya münasibətdə hüquqi nəticə yaradır.
11. Məhkəmə qeyd edir ki, mübahisələndirilən qərarların iddiaçıya nə vaxt təqdim edildiyi müəyyən edilmir. İddiaçı buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.
12. İddiaçı xx.xx.2023-cü il tarixində məhkəməyə müraciət etmişdir.
13. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.
14. Vergi Məcəlləsindən: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi meyarlara cavab verən, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 13.2.82-ci maddənin birinci cümlədə “meyarlara” sözü “risk meyarlarına” sözləri ilə əvəz edilmişdir və həmin cümlədən “, o cümlədən əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan” sözləri çıxarılmışdır və ikinci cümlə yeni redaksiyada verilmişdir: 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir;
15. Cavabdeh qurumun adı Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi kimi dəyişdirilmişdir.
16. İddiaçı Bakı şəhərinin ərazisində (Səbail rayonu) müvəqqəti qeydiyyatdadır. Bu səbəbdən işə baxmağa səlahiyyətli məhkəmə Bakı İnzibati məhkəməsidir.
17. Məhkəmə qeyd edir ki, riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulu qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) (Nazirlər Kabineti) tərəfindən müəyyənləşdirilməmişdir. Lakin həmin tənzimləmənin mövcud olmaması ödəyicinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərarın qəbulunu istisna edə bilməz. Odur ki, məhkəmə hesab edir ki, bu zaman nəzərə alınmalı olan hal ödəyicinin riskli hesab edilməsi üçün müəyyən edilmiş əsasların davam edib-etmədiyini aydınlaşdırmaq, eləcə vergi ödəyicinin riskli hesab edilməsi əsaslarının qanuniliyinə qiymət verməkdir. Odur ki, işin hallarından asılı olaraq riskli vergi ödəyicisi hesab olunma haqqında qərarın ləğvi və ya riskli vergi ödəyicisi siyahısından çıxarılma haqqında qərarın qəbulu vəzifəsinin qoyulması hazırkı işdə olduğu kimi eyni hüquqi nəticələrə səbəb ola bilər. İşin halından asılı olaraq, bu, iddia tələbinin ifadə tərzi ilə bağlı olan məsələdir.
18. İddia mümkündür.
İİİ. Məhkəmənin mövqeyi
19. X8 Məhkəməsinin qərarlarında bildirilir ki: - ifadə edilən fikir ayrıca deyil, ümumi kontekstdə araşdıralaraq hərtərəfli qiymətləndirilməlidir (Bax: Yəhova şahidləri dini icmasının Azərbaycana qarşı iş üzrə X8 Məhkəməsinin qərarı ərizə 52884/09, xx.xx.2020-ci il tarixli qərar § 36-37). - istənilən sənəd tətbiq edilərkən onun hazırlanma məqsədi, eləcə də hazırlıq sənədləri (fransızca “travaux préparatoires”) nəzərə alınmalıdır (bax: Nolan Rusiyaya qarşı iş § 48, Marks Belçikaya qarşı iş § 63 və s.). - İstənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamların izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşaiyət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri-müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. Hüquq müddəasının müxtəlif cür təfsir olunması özü-özlüyündə öncədən görmə tələbinin pozulmasına gətirib çıxarmır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər. (Böyük Palatanın CentroEuropa 7 S.R.L. və X6rşı iş üzrə 7 iyun 2012-ci il tarixli Qərarı, §141; X3 və digərləri Polşaya qarşı iş üzrə 17 Fevral 2004-ci il tarixli Qərarı, § 65; X1rşı iş üzrə 20 May 1999-cu il tarixli Qərarı § 34). - Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
20. İddiaçı gəlir vergisi ödəyicisidir. Belə ki, iddiaçının gəlir vergisi ödəyicisi hesab edilməsi barədə xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli müraciətləri əsasında bildirilmişdir ki, onun uçot-baza məlumatlarına əsasən xx.xx.2020-ci il tarixdən gəlir vergisi üzrə aktiv mükəlləfiyyətinin olduğu müəyyən edilmişdir.
21. Mübahisənin yaranmasının səbəbi vergi ödəyicisi tərəfindən xx.xx.2022-xx.xx.2023-cü il tarixlərdə ümumilikdə 109,7 min manat dəyərində təqdim edilmiş qaimə-fakturalar üzrə "Şaybax20, kəpənək probka, şlanq№50 və s." qeyd olunmasına baxmayaraq, elektron qaimə faktura üzrə vergi ödəyicisinin alışında, idxalında qeyd edilən malların (iş, xidmət) müəyyən edilməməsidir.
22. İddiaçı təqdim etdiyi bəyannamədə hesabat dövrünün 28.336,98 manat zərərlə başa vurduğunu bəyan etmişdir.
23. İddiaçının qeyd edilən dövr üzrə daxil olmasının 103.593,80 manat olması ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Cavabdeh qurum gəlirin əldə edilməsi ilə bağlı yalnız 5092,98 manat xərci nəzərə almış (gəlirdən çıxılan xərc), belə olan təqdirdə vergiyə cəlb olunan gəlir 98500,82 manat olmaqla mübahisələndirilən qərarla cəmi 19700,16 manat gəlir vergisi (98500,82x20%) hesablanmışdır.
24. Şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçı tərəfindən qeyd edilən dövrdə cəmi 4443,30 manat gəlir vergisi, 1795 manat sadələşdirilmiş vergi, cəmi 6238,30 manat ödəmiş (ödəmə mənbəyində vergi nəzərə alınmadan), 431,87 manat artıq ödəmə məbləği mövcuddur.
25. İddiaçı isə əldə etdiyi gəlirlərlə bağlı xərc sənədlərini təqdim edə bilməmiş, gəlir vergisi bəyannaməsində vergi öhdəliyini bəyan etməmiş, buna baxmayaraq ödəmə mənbəyində vergi nəzərə alınmadan hesabat dövründə cəmi 6238,30 manat olmaqla gəlir vergisi və sadələşdirilmiş vergi ödəmişdir.
26. Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə xx.xx.2023cü il tarixli **********120800 nömrəli qərarına əsasən kameral yoxlama nəticəsində əlavə hesablanmış gəlir vergisi məbləği 19.700,16 manatdır.
27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən: 1.4. Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması barədə qərar çıxarılmış vergi ödəyicilərinə dair məlumat vergi ödəyiciləri tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalında elektron qaimə-faktura sistemi vasitəsilə aparılan əməliyyatlar zamanı xəbərdarlıq xarakterli bildirişlərdə əks olunur. 2.1. Aşağıdakı meyarlardan ən azı birinə cavab verən vergi ödəyicisi riskli vergi ödəyicisi hesab olunur: 2.1.1. bu Meyarların 3-cü hissəsində nəzərdə tutulan riskli əməliyyatları aparan şəxs olduqda; 2.1.3. idxalatçının, istehsalçının və ya idxalatçı olmayan ticarət fəaliyyəti həyata keçirən şəxsin vergi orqanında qeydiyyatda olan anbarı (o cümlədən icarəyə götürdüyü anbarı) və ya digər təsərrüfat subyekti (obyekti) olmadıqda və yaxud qeydiyyatda olan anbarın və ya digər təsərrüfat subyektinin (obyektinin) sahəsi ilə idxal və ya əldə edilən malların həcmi uyğunluq təşkil etmədikdə (digər şəxslər üçün sifariş əsasında gətirilən və bilavasitə sifarişçilərə təhvil verilən (sifarişçi vergi ödəyicisi olduqda VÖEN-i, fiziki şəxs olduqda adı, soyadı, atasının adı və FİN-i) mallar və hər bir sifarişçi üzrə sifarişin məbləği barədə məlumatların vergi orqanına təqdim edildiyi hallar istisna olmaqla); 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3 dekabr 2021-ci il tarixli 406-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddəyə “mikro” sözündən əvvəl “bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan” sözləri əlavə edilmişdir. 5 dekabr 2023-cü il tarixli 1033-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 102.1.30-cu maddə aşağıdakı yeni redaksiyada verilmişdir. 102.1. Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır: 102.1.30. müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir. Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilən şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir; əvvəlki redaksiyada deyilirdi: 102.1.30. bu Məcəllə ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi;
28. İddiaçı pərakəndə ticarət fəaliyyəti ilə məşğuldur.
29. Məhkəmə qeyd edir ki, vergi orqanı tərəfindən aparılmış kameral vergi yoxlaması nəticəsində 103.593,80 manat gəlirin 2.494 manat hissəsi malların təqdim edilməsindən, 101.099,80 manat hissəsi isə işlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlirdir. Odur ki, iddiaçı tərəfindən məhz xidmət göstərilmişdir, digər tərəfdən təqdim edilən mal və xidmətin xüsusiyyəti nəzərə alınaraq əldə edilmiş xammal əsasında hazırlanıb təhvil verilməsinin mümkünlüyü cavabdeh tərəfindən nəzərə alınmamışdır. Eyni zamanda iddiaçının təqdim etdiyi xidmət nəticəsində gəlirini qəbul etdiyi təqdirdə, həmin xidmətin göstərilməsi nəticəsində xərclərin çəkilməsinin mümkünlüyünü nəzərə almamışdır.
30. Məhkəmə hesab edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”nın tətbiqi zamanı qərarın hərfi təfsirinə yol verilməməli, müvafiq maddələr tənzimləmənin ümumi məqsədi nəzərə alınaraq tətbiq edilməlidir. Belə ki, hüquq normasını tətbiq etməzdən əvvəl onun həqiqi məzmununu aydınlaşdırmaq, tənzimləyicinin sözlə ifadə etdiyi mahiyyətin aşkara çıxarılması lazımdır.
31. Belə ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblərə əməl etməyən vergi ödəyicilərinin müvafiq risk amilləri nəzərə alınmaqla riskli vergi ödəyicisi olaraq qeydiyyata alınması vergidən yayınma hallarının qarşısının alınması, nəticədə isə vergi inzibatçılığının inkişaf etdirilməsi məqsədi ilə müəyyənləşdirilmişdir.
32. Məhkəmə hesab edir ki, qeyd edilən Qaydaların 3.1.1-ci bəndinə əsasən alınan və təqdim edilən mal çeşidləri əlaqəsiz olduqda, əvvəlkinin emalının nəticəsi olmadıqda və ya vergi ödəyicisi qeyd edilən halı ağlabatan şəkildə əsaslandıra bilmədikdə vergi ödəyicisi üçün məsuliyyət yarada bilər.
33. Satışında olmasına baxmayaraq, alışında və ya idxalında həmin əmtəənin olmaması avtomatik olaraq əməliyyatın riskli olması və ya ödəyicinin əmtəəsiz əməliyyat aparmasını şərtləndirə bilməz. Bu, yalnız ödəyicinin xərc(lər)ini təsdiq etməməsi ilə nəticələnə bilər. Odur ki, nəticə etibarilə, ödəyici riskli vergi ödəyicisi hesab edilə bilməz. Bu zaman vergi orqanı tərəfindən araşdırılmalı olan hal, ehtimallar əsasında (vergi ödəyicisinin əleyhinə gəlinən qənaətlə) deyil, qarşılıqlı yoxlama və ya vergi nəzarəti tədbirləri nəticəsində (X5) həmin əmtəə və ya xidmətin həqiqətən təqdim edilmiş olmasını yoxlamaqdır. Əgər müvafiq təqdimetmə əmtəəsiz hesab edilirsə, o zaman həmin əməliyyatdan əldə edilmiş gəlir də vergitutma obyekti kimi nəzərə alınmamış olmalıdır. Lakin vergi orqanı tərəfindən həmin təqdimetmədən əldə edilən gəlir(lər) haqlı olaraq vergitutma obyekti kimi qiymətləndirilir.
34. Vergi məsuliyyəti müəyyən edən qərara münasibətdə cavabdehin dəlilləri ondan ibarətdir ki, iddaçı gəlirlərin və xərclərin uçotunu aparmadığı üçün mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququndan istifadə edə bilməz. Belə ki, bu (avtomatik olaraq) onunla şərtlənir ki, ödəyicisi riskli vergi ödəyicisi hesab olunmuşdur. Cavabdeh bildirir ki, mikro sahibkarlıq subyekti olan fərdi sahibkara münasibətdə müvafiq güzəşt hüququndan məhrum olma riskli vergi ödəyicisi hesab edilmə barədə qərarın nəticəsidir.
35. Məhkəmə qeyd edir ki, normaların təhlilinə əsasən riskli vergi ödəyicisi hesab olunma birmənalı olaraq ödəyicinin gəlirlərin və xərclərin uçotunu aparmadığını şərtləndirmir. Odur ki, həmin qərarın nəticəsində əlavə araşdırma aparmadan (avtomatik olaraq) ödəyicisinin qeyd edilən güzəşt hüququndan məhrum edilməsi qanuni hesab edilə bilməz.
36. Məhkəmə qeyd edir ki, iddiaçı hesabat dövründə gəlir vergisi ödəyicisi olsa da, ödəyici tərəfindən (yanlışlıqla) ödənilmiş sadələşdirilmiş vergi, eləcə də gəlir vergisi cavabdeh tərəfindən nəzərə alınmamış, bu isə iddiaçı üçün əlavə vergi öhdəliyi yaratmışdır. Halbuki vergi orqanı tərəfindən iddiaçının vergiyə cəlb olunan gəliri 98500,82 manat olmaqla nəzərə alındığı və mikro sahibkarlıq subyekti olan fərdi sahibkar kimi sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faiz güzəşt hüququ tətbiq edildiyi təqdirdə iddiaçının vergi öhdəliyi 4.925,04 manatdan çox təşkil etməməli (98.500,82 manat-75%=24.625,20 manat; 24.625,20 manat x20%=4.925,04 manat) idi. Vergi orqanı nəzərə almamışdır ki, iddiaçı tərəfindən müvafiq bəyannamədə göstərilməsə belə, 4443,30 manat gəlir vergisi və 1795 manat sadələşdirilmiş vergi (sadələşdirilmiş vergi ödəyicisi olmamasına baxmayaraq), cəmi 6238,30 manat ödəmişdir. Belə olan təqdirdə, iddiaçıya münasibətdə əlavə hesablama ədalətli hesab edilə bilməz.
37. Məhkəmə həm də nəzərə alır ki, məhkəmə araşdırmasının gedişində (məhkəmənin hüquqi yardımı əsasında) iddiaçı tərəfindən 2022-ci hesabat ili üçün (rüblər üzrə) dəqiqləşdirilmiş sadələşmiş vergisi bəyannaməsi (0) təqdim edilmiş, lakin buna baxmayaraq, hesablanmış gəlir vergisi məbləğində hər hansı dəyişiklik baş verməmişdir.
38. Məhkəmə hesab edir ki, cavabdeh qurum iddiaçının gəlir və xərclərinin uçotunun aparılmamasını sübut edən hər hansı dəlil təqdim etməmişdir. Əksinə, e-qaimə əsasında iş və xidmət təqdim edir, vergi orqanına hesabatlarını verir. Digər tərəfdən mikro sahibkarın riskli hesab olunması nəticəsində avtomatik olaraq onun vergi güzəştlərindən məhrum edilmiş hesab edilməsinə dair hər hansı müddəa yoxdur. Təsadüfi deyildir ki, həmin maddəyə (102.1.30) edilmiş dəyişiklik nəticəsində də maddənin tətbiqi şərtləri konkretləşdirilmiş, vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda həmin maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmədiyi qeyd edilmişdir.
39. Təqdim edilmiş hesabatlara əsasən müəyyən edilir ki, iddiaçı hesabatlarının təqdim edilməsində və vergi mükəlləfiyyətlərinin icrasında yanlışlığa yol vermiş, bu isə onun vergi güzəştindən məhrum edilməsinə əsas ola bilməz. Odur ki, iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olması cavabdeh tərəfindən sübut edilməli olan haldır və məhkəmə iddiaçının Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparmayan mikro sahibkar olduğu qənaətinə gəlmir.
40. Odur ki, iddiaçının əmtəəsiz əməliyyat apardığını və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların Meyarları”na əsasən iddiaçının riskli vergi ödəyicisi hesab olunmasını əsaslandıran hər hansı dəlil təqdim edilməmişdir.
41. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
42. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidməti Bakı şəhəri X7 üzrə Baş İdarəsi tərəfindən (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X5 və Uçotun Təşkili Baş İdarəsi) qəbul edilmiş İddiaçı riskli vergi ödəyicisi hesab edilməsi barədə xx.xx.2023-cü il tarixli **********109700 nömrəli qərarı və xx.xx.2023-cü il tarixli **********120800 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarları ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva