Məhkəmə qərarları › İş №2-1(112)-3648/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3648/2022

20.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3648/2022 20.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanlarının təhkim olunması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı- İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinə qarşı “avtomobilə dövlət qeydiyyat nişanlarının təhkim olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun avtomobilinə 77-777 (eyni və fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanının) dövlət qeydiyyat nişanlarından birinin verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 02.08.2021-ci il tarixdə DİN Baş X1 İdarəsinin İmtahan-Qeydiyyat İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsində İİ qrup Qarabağ müharibəsi əlili olduğunu bildirmiş və dövlət hesabına “NAZ LİFAN 320” markalı minik avtomobili ilə təmin olunduğunu qeyd etmişdir. Ərizəsinə müvafiq sənədləri qoşma kimi əlavə edərək, minik avtomobilinə “77” kodu ilə başlayan, əks olunan rəqəmləri “777” və seriyası eyni hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim olmasını istəmişdir. DİN Baş DYPİ-nin İmtahan-Qeydiyyat idarəsinin əməkdaşlarının imzası ilə göndərilən 09.08.2021-ci il tarixli, 016-88737S- 3221 saylı cavab məktubunda bildirilmişdir ki, “arzu etdiyi dövlət qeydiyyat nişanları sərfiyyatda olmadığından xahişinin nəzərə alınması mümkün olmamışdır” 10.08.2021-ci il tarixdə Təkrar qrifi ilə həmin idarəyə ərizə yazmış və xahiş etmişdir ki: “ əgər eyni hərflərdən ibarət seriyalı nişan təhkim edilməsi mümkün deyilsə, avtomobilinə “77” rəqəmi ilə başlayan, əks olunan rəqəmlərin kombinasiyasına “777” və seriyası müxtəlif hərflərin konfiqurasiyasından ibarət dövlət qeydiyyat nişanı təhkim etsinlər. 25.08.2021-ci il tarixli, № 016-88737/2Ş-3221 saylı cavab məktubunda qeyd edilmişdir ki:".Onun, avtomobilinə “77” kodlu eyni hərflərin kombinasiyasından ibarət sonu 777 olan dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsi ilə bağlı DİN BDYPİ-nə ünvanladığı təkrar müraciətinə baxılmış və bildirilmişdir ki, toxunulmuş məsələ ilə bağlı əvvəlki müraciətinə 09.08.2021-ci il tarixli 016-88737Ş-3221 nömrəli məktubla cavab verilmişdir.” Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi imtina etməklə qanunazidd hərəkət etmiş və onun hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin 22.11.2021-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin iddia tələbinə dair yazılı münasibəti (etiraz) məhkəməyə daxil olmamışdır. Məhkəmə iclaslarının (hazırlıq və şifahi məhkəmə baxışı iclası) vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərsar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib və işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarına əlavə olunmuş; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1955-ci ildə İmişli şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsi tərəfindən verilmiş 23.11.2016-cı il tarixli AC N seriyalı 854333 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, buraxılış ili 2015-ci il, ban № LLV1C2A1XG0081744, Boz metalik rəngli, ** BX *** dövlət qeydiyyat nişanlı “Nazlifan” minik markalı nəqliyyat vasitəsi İddiaçı məxsusdur (qeydiyyat üçün əsas ƏƏSMN-nin 03/06 5796 saylı məktubu). İddiaçının hazırki tələblə bağlı müraciətlərinə cavabdeh tərəfindən verilmiş eyni məzmunlu cavab məktublarında bildirilmişdir ki, “77” kodlu eyni hərflərin kombinasiyasından ibarət sonu 777 olan dövlət qeydiyyat nişanının təhkim edilməsi ilə bağlı müraciətinə baxılmışdır. Müraciətdə göstərilən sonu 777 rəqəmləri ilə qurtaran dövlət qeydiyyat nişanları hal-hazırda sərfiyyatda yoxdur. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X1 İdarəsinin 07.03.2022-ci il tarixli ********* №-li və 21.04.2022-ci il tarixli 016-47706-1222 №-li cavab məktubunda qeyd olunur ki, hazırda sərfiyyatda “77” kodla başlayan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət son rəqəmləri 777 olan dövlət qeydiyyat nişanları mövcud deyil. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ** BX *** dövlət qeydiyyat nişanlı “Nazlifan” minik markalı avtomobilin sahibidir, cavabdehə müraciət edərək həmin avtomobilə sonu 777 olan eyni və ya fərqli hərflərin kombinasiyasından ibarət dövlət qeydiyyat nişanlarından birinin təhkim edilməsini xahiş etsə də müraciəti təmin edilməmişdir. Cavabdeh buna əsas kimi sərfiyyatda həmin nömrənin olmamasını göstərmişdir. İddiaçı cavabdehin imtinasının qanunsuz hesab edərək, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakı əsaslarla iddiaçının iddiasını haqlı hesab etmir: “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 21ci bəndinə əsasən nəqliyyat vasitələrinin qeydiyyatını, özgəninkiləşdirilməsinin sənədləşdirilməsini və onların uçotunu aparmaq, ipoteka müqaviləsinin dövlət qeydiyyatına alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışı, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini və dövlət qeydiyyat nişanlarını vermək yol hərəkəti sahəsində dövlətin vəzifələridir. Həmin Qanunun 27-ci maddəsinə müvafiq olaraq qeydiyyat üzrə daimi uçota alınan nəqliyyat vasitələrinin sahiblərinə nəqliyyat vasitəsinin dövlət qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanları verilir. Mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatını Azərbaycan Respublikasının rayon, şəhər və bölgələrində hüquqi və fiziki şəxslərə məxsus olan (Azərbaycan Respublikası Silahlı Qüvvələrindən və digər birləşmələrdən başqa) və mühərrikinin işçi həcmi 50 kub/sm və daha çox, konstruktiv maksimal sürəti saatda 50 kilometrdən artıq olan bütün tipli, markalı və modelli mexaniki nəqliyyat vasitələrinin, onların qoşqularının və yarımqoşqularının - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Həmin maddənin İV bəndinə görə, hüquqi və fiziki şəxslər hüquqi ünvanı və ya yaşayış yeri üzrə bu maddənin ikinci və üçüncü hissələrində nəzərdə tutulmuş orqanlarda: əldə edildiyi vaxtdan on gün ərzində; fiziki şəxsin yaşayış yeri və hüquqi şəxsin olduğu yer dəyişildiyi vaxtdan on gün ərzində; nəqliyyat vasitələrinin ipoteka müqaviləsi bağlandığı vaxtdan on gün ərzində; 4) nəqliyyat vasitəsinin mühərrik, ban və şassi nömrələri dəyişdirildiyi və ya qeydiyyat məlumatlarının dəyişdirilməsini tələb edən digər halların yarandığı vaxtdan on gün ərzində onlara məxsus olan mexaniki nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirməli və daimi uçota aldırmalıdırlar. Həmin maddənin İV) bəndinin 7) yarımbəndinə uyğun olaraq dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəm və ya hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması, habelə dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyalarını xüsusi terminallar vasitəsilə, o cümlədən internet vasitəsi ilə sərbəst seçmək və sifariş etmək, həmçinin dövlət rüsumunu ödəmək imkanının yaradılması qeydiyyatı aparan orqanın vəzifəsi olaraq müəyyən edilir. Həmin Qanunun 29-cu maddəsinə əsasən, İİ-İ. Dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar müvafiq icra hakimiyyəti orqanının internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahan-qeydiyyat məntəqələrində və digər yerlərdə quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. İİİ. Azərbaycan Respublikası ərazisində dövlət qeydiyyatına alınmış nəqliyyat vasitəsi özgəninkiləşdirildikdə dövlət qeydiyyatı üzrə daimi uçota alınması zamanı həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı saxlanılır. Belə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı yalnız nəqliyyat vasitəsini satan şəxsin istəyi ilə və nəqliyyat vasitəsini alan şəxsin razılığı ilə nəqliyyat vasitəsini satan şəxsin digər nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada verilir. Nəqliyyat vasitəsini satan və alan şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanını saxlamaq istəmədikdə həmin dövlət qeydiyyat nişanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təhvil alınır və nəqliyyat vasitəsini alan şəxsin nəqliyyat vasitəsinə bu maddənin İİ hissəsində nəzərdə tutulmuş qaydada digər dövlət qeydiyyat nişanı verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 20 dekabr tarixli 345 nömrəli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinə rəqəmlərin və hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilmə Qaydası”nın 1.2-ci bəndinə əsasən, avtonəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsinin dövlət qeydiyyatına alınması zamanı verilir. Nəqliyyat vasitəsinin sahibi dövlət qeydiyyatı zamanı verilmiş dövlət qeydiyyatı nişanının rəqəm və hərf kombinasiyasının dəyişdirilməsi üçün müraciət edə bilər. Həmin Qaydanın 1.3-cü bəndinə müvafiq olaraq dövlət qeydiyyat nişanının verilməsi üçün nişanda əks olunan rəqəmlərin və hərflərin kombinasiyasına müvafiq olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.6-cı maddəsi ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. Həmin Qaydanın 2.1-ci bəndinə görə, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləği, mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatlar və elektron müraciətlərin qəbulu üçün xidmətlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsinin internet səhifəsində yerləşdirilir. Mövcud olan rəqəm və ya hərf kombinasiyaları barədə məlumatların öyrənilməsinə və dövlət rüsumunun ödənilməsinə imkan verən və istifadəsi sadə olan elektron avadanlıqlar həmin orqanın imtahanqeydiyyat məntəqələrində quraşdırılır, habelə hər kəsin yaxşı görə biləcəyi yerlərdə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğini əks etdirən lövhələr yerləşdirilir. Həmin Qaydanın 2.2-ci bəndinə uyğun olaraq dövlət qeydiyyat nişanının verilməsi zamanı aşağıdakılar təmin olunmalıdır: 2.2.1. dövlət qeydiyyat nişanının alınması ilə bağlı internet vasitəsilə elektron formada müraciət etmə imkanı və həmin şəxsin növbəsi barədə (tarix və vaxt göstərilməklə) eyni qaydada məlumatın verilməsi; 2.2.2. dövlət qeydiyyat nişanının verilməsi işinin elektron idarəetmə sistemi əsasında, növbələrin yaranmasını istisna edən şəraitdə, fasiləsiz və “bir pəncərə” prinsipi ilə təşkili...; 2.2.4. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə dövlət qeydiyyat nişanlarının verilməsinə görə dövlət rüsumunun məbləğinin, mövcud olan rəqəmlərin və hərflərin kombinasiyaları barədə məlumatların açıqlanması; 2.2.5. dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və hərflərin kombinasiyalarını xüsusi elektron terminallar, o cümlədən internet vasitəsilə sərbəst seçmək və sifariş etmək imkanı. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kollegiyasının 30.11.2012-ci il tarixli Q74-001-12 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyasının sifariş verilməsi üzrə inzibati reqlament”in 3.1-ci bəndinə əsasən, dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə sifarişin verilməsi istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz. Həmin reqlamentin 3.2.1-ci yarımbəndinə müvafiq olaraq sorğunun formalaşdırılması: istifadəçi tərəfindən DİN BDYPİ-nin internet informasiya ehtiyatının elektron xidmət bölməsində rəqəmlərin və ya hərflərin kombinasiyalarının ardıcıllığı üzrə dövlət qeydiyyat nişanı sərbəst seçilərək sifariş verilməsi üçün ərizə forması elektron xidmətin təqdim edildiyi internet ünvanından yüklənərək doldurulur və bu reqlamentin 2.6.1-ci yarımbəndində göstərilənlərdən aidiyyəti olanlarla birlikdə həmin elektron ünvana təqdim edilir. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Yuxarıda göstərilən müddəaların tələbləri baxımından məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, avtonəqliyyat vasitəsinə dövlət qeydiyyat nömrəsinin verilməsi cavabdehin diskresion səlahiyyətlərinə aid məsələdir. İnzibati orqan dövlət qeydiyyat nişanlı nömrəni verdikdə, müvafiq olaraq bazada sərfiyyətdə olan eyni və fərqli kombinasiyaların olub-olmamasını araşdırdıqdan sonra ərizəçəyə məlumat verir. Buna görə, cavabdeh bu səlahiyyətini qanunla müəyyən olunmuş hədlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirdikdə məhkəmə həmin məsələyə müdaxilə edə bilməz. Bu mənada, belə işlərdə məhkəmə nəzarətinin həddi onunla məhdudlaşır ki, işin müəyyən olunmuş faktiki halları nəzərə alındığında diskresion səlahiyyətlər qanunla müəyyən olunmuş həddlərdə və həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirilmişdirmi? Məhkəmə qeyd edir ki, iddiaçı sonu 777 olan dövlət qeydiyyat nişanlarından birinin verilməsini xahiş etsə də, ona növbəlik qaydasında, inzibati orqanın rəsmi səhifəsində (https://dyp.gov.az) göstərilmiş müvafiq ərazi üzrə sərfiyyatda olan nömrə nişanlarının kodları əsasında təqdim edilməlidir. “77” qeydiyyat nömrə nişanının kodu Azərbaycan Respublikasının bütün ərazilərinə aid edildiyini, həmçinin sonu “777” olan dövlət nömrə nişanının sərfiyyatda olmamasını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunazidd deyildir. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iddiaçının izahatlarına və tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar