Məhkəmə qərarları › İş №2-1(112)-3649/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3649/2020

16.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3649/2020 16.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun döyüş bölgəsində iştirakını təqdim etdiyi sübütlarla onun barəsində qanuna müvafiq qərar yəni N saylı hərbi hissədə hərbi xidmətini döyüş əməliyyatlarında iştirakını təstiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1982-ci ildən 2011-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit rütbəsində hərbi xidmətdə olmuşdur. 1990-cı ildən 1995-ci ilə qədər səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi rəisinin müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsində mayor rütbəsində xidmət etmişdir. Həmin dövrdə Şirvan şəhər şöbəsinin rəisi hərbi komissar polkovnik X5, kapitan X6, operator X2 olmuşdur. Həmin dövrdə, yəni müharibə gedən zaman 1992-1994-cü ilin may ayınadək Müdafiə Nazirinin telefonoqramasına əsasən hərbi komissarınn əmri ilə o cəbhə bölgələrinə ezam olunaraq şəxsi heyət, texnikalar hərbi hissələrə təhvil vermişdir. Müdafiə Nazirinin əmrinə əsasən o, hərbi komissarın müavini kimi Ağdam rayonu Uzundərə kəndində yerləşən hərbi anbarlardan hərbi sursatları Biləcəri qəsəbəsində yerləşən hərbi sursat bazasına yük maşınları ilə daşıyırdırlar. Onun qeyd etdiyi cəbhə bölgələrinə Füzuli, Tər-Tər, Ağdam, Goranboy rayonlarında yerləşən hərbi hissələrə ezam olunaraq döyüşlərdə iştirak etməyini yuxarıda adlarını qeyd etdiyim şəxslər təsdiq edə bilərlər. Yuxarıda qeyd etdiklərindən başqa o, Şirvan şəhər hərbi komissarının müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsində işlədiyi zaman Azərbaycan Reapublikasmm Ali Baş Komandanı Respublika Hərbi Komissarlığında xidmətdə olan peşəkar zabitləri döyüş bölgələrində yerləşən hərbi hissələrə xidmətə göndərilməsi haqqında sərəncam vermişdir. Müdafiə Nazirinin xx xxxxxx 1994-cü il tarixli əmrinə əsasən o, N saylı hərbi hissəyə tabor komandirinin müavini, qərargah rəisi vəzifəsinə ləyin olunmuşdur. xx xxxxxx 1994-cü il tarixdə Müdafiə Nazirinin göndəriş vərəqəsi ilə həmin dövürdə N saylı hərbi hissənin komandiri polkovnik leytenant Murad Əliyevin qəbuluna girərək həmin hərbi hissəyə xidmətə təyin olunduğunu bildirərək göndəriş vərəqini ona təqdim etmişdir. X9 göndəriş vərəqini ondan alandan sonra hərbi hissənin qərargah rəisinin köməkçisi mayor Ömər Novruzovu yanına çağırtdırıb onun göndəriş vərəqəsini ona verib bildirmişdir ki, mayor İddiaçı 2-ci tabora komandirin müavini, qərargah rəisi vəzifəsinə təyin olunub, sənədlərini götür əmrlər kitabına işlə. O, həmin mayor Ömər Novruzovun otağına getmiş, sənədlərini əmrlər kitabının içinə qoyub demişdir ki, o getsin xidmət yerinə. O, otaqdan çıxıb xidmət yerinə Tovuz rayonunun Əlibəyli kəndində yerləşən 2-ci tabora getmişdir. Taborun qərargah rəisi kimi xidmətini başlamışdır. Həmin dövrdə döyüş əməliyyatları gedirdi, o da həmin döyüşlərdə iştirak etmişdir. Tabor komandiri Ehtibar Əmiraslanov, həmçinin o dövürdə tibb məntəqəsində xidmət edən hərbi qulluqçu X1 onu hərbi hissədə xidmətini təsdiq edə bilərlər. xx.xx.1994-cü ilədək həmin taborda mayor rütbəsində xidmət etmişdir. 1994-cü ilin 05.02 tarixində Müdafiə Nazirinin Baş Qərargah rəisinin əmrinə əsasən o, Şirvan şəhər hərbi komissarının müavini, səfərbərlik şöbəsinin rəisi vəzifəsinə təyin olunmuşdur. Elə həmin gün vəzifəsi təhvil verib yeni xidmət yerinə getmişdir və xidmətini davam etdirmişdir. Döyüş əməliyyatlarında iştirakı əlaqədar müharibə veteranı adının və vəsiqəsinin alınması üçün zəruri sənədlərini toplayıb müharibə veteranı adının verilməsi üzrə Cavabdehndə yerləşən komisiyaya təqdim etmişdir. Təqdim etdiyi sənədlərdə onun döyüş əməliyyatları gedən hərbi hissədə xidmətini və döyüşlərdə iştirakını Müdafiə Nazirinin təsdiq etdiyi əmrlərin surətini materiala əlavə etmişdir. Lakin həmin sənədlərin içərisində Cavabdeh Arxivindən daxil olunmuş sənəddə onun N saylı hərbi hissədə xidmət etdiyi qeyd olunmamışdır. Müdafiə Nazirinin bu barədə əmirləri olmasına baxmayaraq veteran komisiyası qeyd etdiyi əmrinin sənədlərinin əslini Cavabdehndən götürmədən Müdafiə Nazirinin əmrini hüquqi sənəd kimi hesab etməyərək arxivdən daxil olunmuş sənədə istinadən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən xx.xx.2020-ci il tarixdə imtina etmişdir. O Veteran Komisiyasının bu qərarı ilə razı deyildir. Cavabdeh iddia tələbinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində Cavabdeh aparatı nəzdində veteran adlarının və vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubunu mübahisələndirmişdir. İddiaçı xidməti arxiv arayışı ilə təsdiq olunmadığından ona “Müharibə veteranı” adının verilməsindən imtina olunmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: -Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü ildə Əli-Bayramlı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası Cavabdeh 051 №-li, xx.xx.1994-cü il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin əmrə əsasən mayor İddiaçı Əli-Bayramlı şəhər hərbi komissarlığı –hərbi komissarının müavini N №-li hərbi hissə motoatıcı taburunun qərarqah rəisi-komandir muavini təyin edilmişdir. - Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərarqah rəisinin 067 №-li, xx.xx.1994-cü il tarixli əmrindən çıxarışın surətindən görünür ki, həmin əmrə əsasən N №li hərbi hissə motoatıcı taburunun qərarqah rəisi-komandir muavini mayor İddiaçı tutduğu vəzifədən azad edilmiş və Əli-Bayramlı şəhər hərbi komissarlığı səfərbərlik bölməsinin rəisi – hərbi komissarın müavini təyin edilmişdir. - Azərbaycan Respublikası Cavabdeh İşlər İdarəsi Mərkəzi Arxivinin 9/2-19138 №-li, xx.xx.2019-cu il tarixli iddiaçıya ünvanlanan məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin yanvar-fevral 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində, zabit və gizir heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 130 №-li, xx.xx.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1986-ci il tarixədək Bakı Ali Biriəşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 14-cü motoatıcı alayında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Mir-Bəşir rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Ağsu rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-cı il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0575 saylı, xx.xx.2001-ci il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 158-ci maddəsinın “a” bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 553 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli, 19 №-li arayışdan görünür ki, 1963-cü il təvəllüdlü istefada olan kapitan İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1986-ci il tarixədək Bakı Ali Biriəşmiş Komandanlıq Məktəbində kursant, xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 14-cü motoatıcı alayında, xx.xx.1988-ci il tarixdən xx.xx.1990-ci il tarixədək Mir-Bəşir rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1990-cı il tarixədək Ağsu rayon Hərbi Komissarlığında, xx.xx.1990-cı il tarixdən xx.xx.1994-cü il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Əli Bayramlı şəhər Hərbi Komissarlığında, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə xx.xx.2000-cı il tarixdən xx.xx.2000-ci il tarixədək N saylı hərbi hissədə, xx.xx.2000-cı il tarixdən xx.xx.2001-ci il tarixədək N saylı hərbi hissədə həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0575 saylı, xx.xx.2001-ci il tarixli əmri ilə “Hərbi Xidmətkeçmə Haqqında” Əsasnamənin 158-ci maddəsinin “a”’ bəndinə (törətdiyi cinayətə görə azadlıqdan məhrum olunduğu üçün) əsasən Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2003-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində (keçmiş Əli Bayramlı şəhər Hərbi Komissarlığında) hərbi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin 553 №-li, xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş İddiaçı aid şəxsi işin surətindən görünür ki, Dadaşov X3 Nazirinin 051 №-li, xx.xx.1994-cü il tarixli əmrinə əsasən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Cavabdeh N saylı hərbi hissənin motoatıcı taburu qərargah rəisi – komandir müavini işləmişdir. Müdafiə Nazirinin 051 №-li, xx.xx.1994-cü il tarixli əmri şəxsi işin materiallarında mövcuddur. - Azərbaycan Respublikası Cavabdeh 11/3484 №-li, xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə olunmuş X4 Arxivinin 9/2-726 №-li, xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.1994-cü il tarixli 051 №-li, xx.xx.1994-cü il tarixi 067 №-li əmrləri və onların verilməsinə əsas olan sənədlər MN-nin Mərkəzi Arxivinə daxil olmamışdır. - Azərbaycan Respublikası Cavabdeh Hüquq İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 11/4722 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, vəzifəyə təyin edilməsi iddiaçıya “Müharibə veteranı” adının verilməsinə əsas ola bilməz, çünki həmin hərbi hissədə xidmət keçməyi nizami hissə üzrə əmrlərlə (şəxsin həqiqətən də hərbi hissəyə daxil olması və s.) təsdiq olunmamışdır. - Azərbaycan Respublikası Cavabdeh Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanan 1/D №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Cavabdeh aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrin verilməsi komissiyası”nın xx.xx.2020-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivinin xx.xx.2019-cu il tarixli, 9/2-19138 nömrəli arayışına əsasən N nömrəli hərbi hissədə hərbi xidməti təsdiqlənmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi mövcud qanunvericiliyin tələblərinə əsasən mümkün deyil. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, “Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 1995-ci il tarixli, 216 №-li qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən müharibə veteranı adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikası Cavabdehnə etdiyi müraciəti ilə bağlı "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına müvafiq olaraq aparılmalı olan inzibati icraat cavabdeh inzibati orqan tərəfindən tam aparılmamış, İddiaçı şəxsi işində olan əmrlər, tutduğu vəzifələr və digər halların mövcudluğu araşdırılmamış, iddiaçının izahatı, şahid ifadələri alınmamış, onunla birlikdə döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müəyyən edilərək onlara “müharibə veteranı adı və vəsiqəsi” verilib-verilməməsi, verilmişsə eyni vəziyyətlə bağlı olub-olmaması əsasları araşdırılmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: - 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. - 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 22.1-ci maddəsinə əsasən inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. - 28.1.1-ci maddəsinə əsasən iddiaçının ərizəsi inzibati icraatın başlanması üçün əsas kimi çıxış etmişdir. - 28.2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. - 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. - 45.2-ci maddəsinə əsasən inzibati icraat zamanı inzibati orqan tərəfindən aşağıdakı sübutetmə vasitələrindən: sənədlərdən; tərəflərin və işdə iştirak edən üçüncü şəxslərin izahatlarından; şahid ifadələrindən; müvafiq müayinələrin aparılmasından; ekspert rəylərindən; hüquqi yardım qaydasında digər inzibati orqanlar tərəfindən təqdim olunmuş arayışlardan; işin düzgün həlli üçün əhəmiyyət kəsb edən digər sübutlardan istifadə oluna bilər. - 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. - 47.2-ci maddəsinə əsasən maraqlı şəxslərin arzusu ilə inzibati orqan qəbul edəcəyi inzibati aktı əsaslandırmaq istədiyi bütün faktlar, dəlillər və ya sübutlar barədə, habelə inzibati aktın qəbulu üçün təklif etdiyi hüquqi əsas barədə onlara izahat və ya şərh verməyə borcludur. - 52.1-ci maddəsinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh orqan tərəfindən yuxarda qeyd olunan qanunvericiliyin normalarına uyğun inzibati icraat aparılmadığından, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cavabdehin üzərinə iddiaçının müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəlik qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. - 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı “müharibə veteran” adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. İddiaçı “müharibə veteran” adı və vəsiqəsi verilməsinə dair müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar