Məhkəmə qərarları › İş №2-1(112)-365/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-365/2024

13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-365/2024 13.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Səfərova Aysun Namiq qızının katibliyi, İddiaçı1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin nümayəndəsi X4 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan X15 Agentliyinə (üçüncü şəxs Binəqədi rayonu Binəqədi Bələdiyyəsi) qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan X15 Agentliyinə və Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehlər Azərbaycan X15 Agentliyindən və Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsindən vurduqları maddi ziyana görə hər birinin - İddiaçı1 və İddiaçı2 xeyrinə müştərək qaydada 20000 (iyirmi min) manat, cəmi 40000 (qırx min) manat məbləğinin tutulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı1 və İddiaçı2 müvafiq olaraq Bakı şəhəri, Binəqədi rayon Bələdiyyəsi ilə bağlanılan 29 dekabr 2008- ci il tarixli alqı-satqı müqaviləsinə və Binəqədi rayon Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 388 №li Qərarına, eləcə də Bakı şəhəri Binəqədi rayon bələdiyyəsi ilə imzalanmış 29 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə və Binəqədi Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 393 №li Qərarına əsasən Binəqədi rayon Bələdiyyəsi ərazisində yerləşən Novxanı bağ massivində hər brimiz 800 m2 torpaq sahəsini pulunu tam ödəməklə almışdırlar. Aldıqları torpaq sahələri uzun müddət onların istifadələrində olmuş, həmin torpaq sahələrində abadlıq işləri aparmışdırlar. Aldıqları torpaq sahələri ilə əlaqədar Binəqədi rayon Bələdiyyəsi ilə bağladıqları müqavilənin bütün şərtlərinə əməl etmişdirlər. Yuxarıda adı çəkilən bələdiyyə qərarlarına əsasən aldıqları torpaq sahələrinin onların mülkiyyətlərinə verilməsi məqsədəuyğun hesab edilmişdir. İddiaçılar əllərində olan qanuni sənədlərə arxayın olduqlarına görə aldıqları torpaq sahələrinə 2 metr hündürlüyündə daş hasarların çəkilməsinə, onların abadlaşdırılmasına ən azı hər birimiz 20000 (iyirmi min) manat məbləğində pul sərf etmişdirlər. Yalnız hasar üçün “kubik” daşlarının alınması və hasarların inşa edilməsinə hər biri 10200 manat məbləğində pul sərf etmişdirlər. Ancaq buna baxmayaraq onların xəbərləri olmadan və iddiaçılara bildirilmədən Azərbaycan X15 Agentliyi tərəfindən torpaq sahələrinə çəkdikləri hasarlar dağıdılmış, yaşıllaşma məhv edilmiş, "Novxanı-Pirşağı” (sahil yolu) avtomobil yolunun yenidən qurulması ilə bağlı aldıqları torpaq sahələri zəbt edilmişdir. X15 Agentliyinin qeyri-qanuni hərəkətləri və biləvasitə Binəqədi rayon Binəqədi bələdiyyəsinin səhlənkarlığı nəticəsində onların hər birinə ən azı 20000 (iyirmi min) manat məbləğində maddi ziyan vurulmuşdur. Hesab edirlər ki, vurulmuş maddi ziyan müştərək olaraq cavabdehlər tərəfindən iddiaçılara ödənilməlidir. Belə ki, fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələri və s. dövlət ehtiyacları üçün alınarkən, həmin əmlakın dəyəri bazar qiymətinə müvafiq olaraq əmlak sahibinə ödənilməlidir. Torpaq sahələri onlar kimi əldən çıxmış və həmin torpaq sahələri iddiaçıların torpaq sahələrnin yerləşdiyi ərazidə olan vətəndaşların əksəriyyətinə vurulmuş maddi ziyan ödənilmişdir. İddiaçıların aldıqları məlumata görə iddiaçılara və bir neçə vətəndaşa ödənilməli olan pul vəsaiti Binəqədi Bələdiyyəsində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-365/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh qismində göstərilmiş Binəqədi rayonu Binəqədi Bələdiyyəsini prosessual iştirakına xitam verilmiş, sonuncu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən torpaqların dövlət ehtiyacları üçün alınması ilə əlaqədar iddiaçılara məxsus Binəqədi rayonu, Novxanı bağ sahəsində yerləşən hər birinə məxsus 8002 metr torpaq sahəsinə görə 20.000 manat, ümumilikdə 40.000 (qırx min) manat məbləğin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması xahiş edilmişdir. İddiaçılar iddiasında qeyd elmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu Bələdiyyəsi ilə 29 dekabr 2008ci il tarixli alqı-satqı müqaviləsinə və Binəqədi rayonu Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 388 nömrəli Qərarı. Bakı şəhəri. Binəqədi rayonu Bələdiyyəsi ilə 30 dekabr 2007-ci ıl tarixli alqı-satqı müqaviləsinə və Binəqədi rayonu Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli 393 nömrəli Qərarına əsasən həmin ərazidə yerləşən hər birinə məxsus 8002 metr torpaq sahəsinin pulunu ödəməklə torpaq almışlar. İddiaçılara məxsus torpaq sahəsi Agentlik tərəfindən həyata keçirilən “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi’’ altina düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı cavabdehə müraciət etmişdir. Ona verilmiş rəsmi cavabda göstərilmişdir ki, qaldırdığı məsələnin araşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət olunmuşdur. Alınmış cavabda bildirilmişdir ki, Agentlik tərəfindən həyata keçirilən “Novxanı-Pirşaəı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi’’ layihəsi çərçivəsində iddiaçıların adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Həmin Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hücuqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hak miyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci hissəsinə əsasən, torpaq üzərində hüquqlar qanunvericiliklə müəy/ən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır yə hemin reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67-ci maddəsinin 4-cü hissəsinə müvafiq olaraq, dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Həmin Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan müqavilələr nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alırması məcburidir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi" layihəsinin icrası zamanı, iddiaçıların göstərdiyi yolun tikintisi altına düşən torpaq sahəsi dövlət qeydiyyatından keçmədiyindən, bununla bağlı mülkiyyət və diqər hüquqlarına malik olmamışdır. Beləliklə iddiaçının iddiasında göstərilən torpaq sahələriylə bağlı kompensasiya tələbi əsassızdır. Yuxarıda qeyd edilənlərə əsasən Azərbaycan Respublikası İnzibati-Prosesual Məcəllənin 48-ci maddəsini rəhbər tutaraq, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan X1rşı “vurulmuş ziyana görə kompensasiya tələbinə" dair iddia tələbi əsassız olduğundan təmin edilməməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilibedilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərin surətindən görünür ki: -Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 388 nömrəli vətəndaş İddiaçı1 Novxanı bağ massivində istifadə etdiyi bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında Qərarı ilə Binəqədi rayonu Novxanı bağ massivində vət. İddiaçı1 tərəfindən istifadə olunan 800 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun tərəfindən uzun müddət abadlaşdırıldığını və istifadə edildiyini nəzərə alaraq, alqı-satqı yolu ilə (hər kv.m. üçün YAN ilə 2 man. 72 qəp.) ödəmək şərti ilə vət İddiaçı1 mülkiyyətinə ayrılmışdır. -Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ərazisində olan X17-satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 253 nömrəli, 29 dekabr 2008-ci il tarixli müqavilə ilə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin sədri X11 ilə İddiaçı1 arasında Novxanı bağ massivində 800 kv.m. Binəqədi Rayonu Binəqədi Bələdiyyəsininümumi iclasının 28 dekabr 2007-ci il tarixli Pr №17 iclasının qərarına əsasən fərdi bağ evi üçün alıcı İddiaçı1 verilməsi barədə müqavilə bağlanmışdır. -Binəqədi rayonu, Novxanı bağ massivində İddiaçı1 bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (800 kv.m.) situasiya planı tərtib edilmişdir. Plan Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memar Qulamov F.Ə. tərəfindən imzalanmış və Binəqədi Bələdiyyəsinin möhürü ilə təsdiqlənmişdir. -Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, AAE379673 nömrəli Kassa mədaxil orderinin qəbzindən görünür ki, Quliyev X14 bağ massivində 800 kv.m. X17-satqısı üçün 2176 (iki min yetmiş altı) manat ödəniş etmişdir. -Azərbaycan Respublikası Bakı Şəhəri Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 393 nömrəli vətəndaş İddiaçı2 Novxanı bağ massivində istifadə etdiyi bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi haqqında Qərarı ilə Binəqədi rayonu Novxanı bağ massivində vət. İddiaçı2 tərəfindən istifadə olunan 800 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun tərəfindən uzun müddət abadlaşdırıldığını və istifadə edildiyini nəzərə alaraq, alqı-satqı yolu ilə (hər kv.m. üçün YAN ilə 2 man. 72 qəp.) ödəmək şərti ilə vət. İddiaçı2 mülkiyyətinə ayrılmışdır. -Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin Ərazisində Olan X17-Satqı yolu ilə mülkiyyətə verilməsi haqqında 252 nömrəli, 29 dekabr 2008-ci il tarixli müqavilə ilə Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin sədri X11 ilə İddiaçı2 arasında Novxanı bağ massivində 800 kv.m. torpaq sahəsinin Binəqədi Rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclasının 28 dekabr 2007-ci il tarixli Pr N 17 iclasının qərarına əsasən fərdi bağ evi üçün alıcı İddiaçı2 verilməsi barədə müqavilə bağlanmışdır. -Binəqədi rayonu, Novxanı bağ massivində İddiaçı2 bağ sahəsi kimi istifadə etdiyi torpaq sahəsinin (800 kv.m.) situasiya planı tərtib edilmişdir. Plan Bələdiyyə mülkiyyətinin idarə edilməsi şöbəsinin mühəndis-memar Qulamov F.Ə. tərəfindən imzalanmış və Binəqədi Bələdiyyəsinin möhrü ilə təsdiqlənmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********60 nömrəli məktubunda bildirilmişdir ki, göstərilən ərazidə hər biri 800,0 kv.m olmaqla 2(iki) torpaq sahəsi yerləşir (sərhədləri şərtidir). Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahələr Novxanı bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyətidir. Qeyd olunan hissədə bağların bölgüsünə dair sxematik xəritədə bağ nömrəsi göstərilməmişdir. Sahənin bələdiyyə ərazisi olması barədə heç bir məlumat aşkar edilməmişdir. Şərti sərhədli sahələrin yola və səkiyə düşən hissələrinə dair müqayisəli sxem əlavə olunur. Eyni zamanda bildiririk ki, göstərilən 800,0 kv.m sahələrdən birinin 82,0 kv.m hissəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə üstüstə düşür. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********63 nömrəli məktubunda da həmçinin bildirilmişdir ki, göstərilən ərazidə hər biri 800,0 kv.m olmaqla 2(iki) torpaq sahəsi yerləşir (sərhədləri şərtidir). Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti sərhədlərlə göstərilən sahələr Novxanı bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyətidir. Sahənin bələdiyyə ərazisi olması barədə heç bir məlumat aşkar edilməmişdir. Şərti sərhədli sahələrin yola və səkiyə düşən hissələrinə dair müqayisəli sxem əlavə olunur. Eyni zamanda bildiririk ki, göstərilən sahənin 82,0 kv.m hissəsi digər fiziki şəxslərin mülkiyyətində olan sahələrlə üst-üstə düşür. Bu barədə Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinə **********60 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, **********94 nömrəli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 800 kv.m torpaq sahəsinin Bakı şəhərinin və ya Abşeron rayonunun ərazisinə aid olması haqqında məlumatın verilməsi barədə sorğunuza aidiyyəti üzrə baxılmışdır.Bununla əlaqədar bildiririk ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən sözügedən torpaq sahəsi Bakı şəhəri, Binəqədi rayonunun inzibati sərhədləri daxilində yerləşir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin 10 yanvar 2023-cü il tarixli, 3-35-1/2-44/2023 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 800 kv.m. torpaq sahəsinin İddiaçı2 icarəsinə verilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinə müraciət edilib-edilməməsi, müraciət edilmişdirsə bununla bağlı rəyin verilib-verilməməsinə dair məlumatın müvafiq təsdiqedici sənədlərlə birlikdə məhkəməyə təqdim edilməsi barədə Sizin xx.xx.2022-ci il tarixli 2-1 (112)-11369/2022 nömrəli müraciətinizə baxılmışdır. Bununla əlaqədar bildiririk ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin arxivində mövcud olan müvafiq sənədlərə baxış nəticəsində qeyd edilən məsələ ilə bağlı sənəd aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-16/2-09/3-23-3954/2023 nömrəli məktubunda bildirilmişdir ki, Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 388 nömrəli və xx.xx.2007-ci il 393 nömrəli qərarları Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 3-21-3-60/2-292/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 393 nömrəli Qərarı ilə İddiaçı2 və 388 nömrəli Qərarı ilə İddiaçı1 ayrılmış torpaq sahələrinə dair məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********88 nömrəli məktubunda qeyd edilmişdir ki, idarənin mütəxəssisləri tərəfindən ünvana zamanı məlum olmuşdur ki, faktiki olaraq göstərilən torpaq sahəsinin 800.0 kv.m hissəsi bir tərəfdən mişar daş hasarlanmışdır, üç tərəfdən isə şərtidir. Bundan əlavə sözügedən ərazinin bir hissəsi mişar daş hasarla hasara alınmış ümumi ərazi daxilindədir. Sahənin 184.0 kv.m hissəsi sonradan çəkilmiş asfalt örtüklü dənizkənarı Novxanı-Pirşağı yolunda yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sxemdə “1” ilə göstərilən hissədə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Həmçinin sahənin çox hissəsi **********08 reyestrli sahə ilə üst-üstə düşür. Əlavə olaraq qeyd edirik ki, sxemdə “2” ilə göstərilən 800.0 kv.m torpaq sahəsi digər sahə ilə ümumi hasar daxilindədir. Ara sərhədləri şərtidir, giriş-çıxış yolu sərbəstdir. Həmçinin üzərində mövcud olan tikilinin bir hissəsi yerləşir. Vahid elektron kadastr baza məlumatlarına əsasən sxemda “2" ilə göstərilən ərazidə sxematik xəritədə bağ nömrəsi qeyd olunmayıb. Ərazi tamamilə **********08 və **********9 reyestrli sahələrlə üst-üstə düşür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********17 nömrəli məktubu ilə göndərilmiş mütəxəssis rəyində bildirilmişdir ki, göstərilən hər iki torpaq sahəsi faktiki olaraq 0.08 ha təşkil edir. İddiaçının şərti olaraq göstərdiyi torpaq sahələri ilə bağlı koordinatları əks etdirən izahlı sxem tərtib olunaraq mütəxəssis rəyinə əlavə olundu. Vahid elektron kadastr baza məlumatlarına əsasən ümumi ərazi Novxanı bağlar massivinin yerləri olmaqla Dövlət mülkiyyəti torpağıdır. Hər iki şəxsin adına Bələdiyyə tərəfindən verilmiş cizgilər qeyri dəqiq olmaqla coğrafi yerləşmə göstəriciləri qeyd olunmayıb (hansı əraziyə verilməsi məlum deyil). Şərti olaraq koordinatları verilmiş 0.16 ha sahənin 0.10 ha hissəsi digər şəxslərin xüsusi mülkiyyətində olan **********08 və **********09 reyestr nömrəli torpaq sahəsi (bağ sahələri) ilə üst-üstə düşür (**********08 və **********09 reyestr nömrəli bağ sahələri X7 xüsusi mülkiyyətindədir). Ümumi olaraq qeyd edirik ki, torpaq sahəsinin (ümumi ərazinin) Bələdiyyə torpağı olması (əvvəl və ya indi) barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********68 nömrəli məktubu ilə göndərilmiş **********08 və **********9 reyestrli bağ sahələrinə dair sənədlərin surətindən görünür ki: -Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi Novxanı ərazisindəki 1048t nömrəli bağın istifadəyə verilməsi haqqında 38344 saylı, xx.xx.2006-cı il tarixli Müqavilə ilə X8 Binəqədi rayonu, Novxanı ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 1048f nömrəli bağ sahəsi ayrılmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.12 hektar sahəsi 1048F saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə X12 ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 0.12 hektar olan torpaq sahəsini X7 mülkiyyətinə verir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.12 hektar sahəsi 1048F saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyi Novxanı ərazisindəki 1048g nömrəli bağın istifadəyə verilməsi haqqında 38342 saylı, xx.xx.2006-cı il tarixli Müqavilə ilə X9 Binəqədi rayonu, Novxanı ərazisindəki 0,12 hektar torpaq sahəsi olan 1048g nömrəli bağ sahəsi ayrılmışdır. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.12 hektar sahəsi 1048G saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. -xx.xx.2017-ci il tarixli AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə X13 ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 0.12 hektar olan torpaq sahəsini X7 mülkiyyətinə verir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı kəndində 0.12 hektar sahəsi 1048G saylı bağ sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına xx.xx.2017-ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Azərbaycan X15 Agentliyinin İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli Q-3/16- 386 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının qanununa əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd olunan torpaq sahəsinə dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə yalnız həmin torpaq sahəsi üzərində hüquqlarınızı təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, qeyd olunanlara narazılığınız olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. Binəqədi Rayonu İcra Hakimiyyəti İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli 02/09-11-11/Q-10-130 nömrəli məktubunda bildirmişdir ki, sizin Novxanı bağ massivində olan torpaq sahənizin zəbt olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2020-ci il tarixli 22/Q-102-130 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Məlumat üçün bildirirəm ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmir edilməsi, yenidən qurulması, tikintisi, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması həyata keçirilmir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Novxanı-Pirşağı sahil avtomobil yolunun layihələndirilməsi və tikintisi direktiv göstərişə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməmişdir. Müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət etməyiniz Sizə tövsiyə olunur. Azərbaycan X15 Agentliyinin İddiaçı1 ünvanladığı xx.xx.2020-ci il tarixli Q-3/16- 2437 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan X15 Agentliyi tərəfindən həyata keçirilmiş “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun yenidən qurulması” layihəsi çərçivəsində Sizə dəymiş ziyanla bağlı məsələyə sözügedən torpaq sahəsi üzərində qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə hüquqları təsdiq edən hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətlərini Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Eyni zamanda ərizənizdə qaldırdığınız digər məsələ ilə əlaqədar bildiririk ki, həmin ərazidə eyni ölçüdə torpaq sahəsinin verilməsi Agentliyin səlahiyyətləri xaricindədir. Azərbaycan X15 Agentliyinin İddiaçı2 ünvanladığı xx.xx.2020-ci il tarixli Q-3/16- 387 nömrəli məktubunda bildirmişdir ki, Azərbaycan Respublikasının qanununa əsasən torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, qeyd olunan torpaq sahənizə dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinə yalnız həmin torpaq sahəsi üzərində hüquqlarınızı təsdiq edən daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqmüəyyənedici sənədlərin notarial qaydada təsdiq edilmiş surətləri Agentliyə təqdim edildikdən sonra baxıla bilər. Əlavə olaraq bildiririk ki, qeyd olunanlara narazılığınız olduğu halda məhkəmə orqanlarına müraciət etmək hüququnuz vardır. Binəqədi Rayonu İcra Hakimiyyəti İddiaçı2 ünvanladığı xx.xx.2020-ci il tarixli 02/09-11-11/Q-9-130 nömrəli məktubunda bildirmişdir ki, sizin Novxanı bağ massivində olan torpaq sahənizin zəbt olunması barədə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından xx.xx.2020-ci il tarixli 22/Q-101-130 saylı məktubla Binəqədi Rayon İcra Hakimiyyətinə daxil olmuş müraciətinizə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Məlumat üçün bildirirəm ki, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə əsasən Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən avtomobil yollarının, habelə körpülərin, tunellərin və digər yol qurğularının layihələndirilməsi, istismarı, bərpası, təmir edilməsi, yenidən qurulması, tikintisi, avtomobil yollarının və yol qurğularının qorunub saxlanılması həyata keçirilmir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Novxanı- Pirşağı sahil avtomobil yolunun layihələndirilməsi və tikintisi direktiv göstərişə əsasən Binəqədi Rayon İcra Hakimiyyətinə həvalə edilməmişdir. Müraciətdə qeyd etdiyiniz məsələ ilə əlaqədar aidiyyəti quruma müraciət etməyiniz Sizə tövsiyə olunur. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşlar. İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İPM-in: -30.1-ci maddəsinə əsasən, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər; -30.2-ci maddəsinə əsasən, mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Məhkəmə hazırkı iş üzrə iddiaçıların ailə üzvləri olmaqla eyni bələdiyyənin eyni tarixli, fərqli nömrəli qərarlarına əsasən mülkiyyətlərinə ayrılmış və naturada yan-yana (eyni ərazidə) yeləşən torpaq sahələrinə dair eyni tələblə, eyni cavabdehə qarşı iddia qaldırdıqlarından və mübahisənin yaranma əsası eyni faktiki-hüquqi əsasla-torpaq sahəsinin yolun tikintisi altına düşməsi ilə əlaqədar dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan hesab edir ki, hazırkı iddiaya bir icraatda baxılması prosessual qanunvericiliyin tələbləri baxımından mümkündür. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçılar məhkəmədə iddia qaldırmamışdan əvvəl cavabdehə müvafiq tələblərlə bağlı müraciət etmişlər. İddia mahiyyət üzrə əsassızdır. “Torpaqların dövlət ehtiyacları üçün alınması” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2. sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3. müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4. dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5. dəniz limanının ərazisinin artırılması. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanunun 3-cü maddəsinə uyğunolaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi; qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması; rekvizisiya; müsadirə. Həmin Məcəllənin 203.5-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın dövlətin və cəmiyyətin ehtiyacları üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülki Məcəllənin 210-cu maddəsinə əsasən mülkiyyət hüququna xitam verən Azərbaycan Respublikası qanunu qəbul edildikdə bu qanunun qəbulu nəticəsində mülkiyyətçiyə dəyən zərərin əvəzi, o cümlədən əmlakın dəyəri dövlət tərəfindən ödənilir. Zərərin əvəzinin ödənilməsinə dair mübahisələri məhkəmə həll edir. Həmin Məcəllənin 211-ci maddəsinə əsasən mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Həmin Məcəllənin 1100-cü maddəsinə əsasən dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Hazırkı iş üzrə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014- 2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Novxanı-Pirşağı sahil avtomobil yolunun layihələndirilməsi və tikintisinin cavabdeh Azərbaycan X15 Agentliyi tərəfindən aparıldığı işin mübahisələndirilməyən halıdır. “İnsan hüquqlarının və əsas azadlıqdarın müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin tələblərinə müvafiq olaraq müdaxilə üç şərtə cavab verməlidir: o dövlətdaxili hakimiyyət orqanları tərəfindən istənilən özbaşına hərəkətləri istisna etmək üçün “qanunla nəzərdə tutulmuş şərtlərlə” həyata keçirilməli, “ümumi maraqlara” cavab verməli və mülkiyyətçinin hüquqları ilə cəmiyyətin maraqları arasında ədalətli tarazlığa riayət olunmasını təmin etməlidir. Cəmiyyətin maraqları və mülkiyyətçinin hüquqları arasında ədalətli tarazlığa riayət etmək tələbi ümumilikdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsinin strukturunda öz əksini tapıb və onun birinci cümləsində ifadə olunmuş ümumi prinsip nəzərə alınmaqla şərh olunmalıdır. Xüsusən, istifadə olunan vasitələrlə insanı əmlakından məhrum edən və ya ondan istifadəni məhdudlaşdıran tədbirlərin güddüyü məqsəd arasında ağlabatan balans olmalıdır. Müvafiq hüquqi aktlarla nəzərdə tutulmuş kompensasiyanın ödənilməsi şərtləri mübahisələndirilən tədbirlərin görülməsi zamanı zəruri ədalətli tarazlığa riayət olunub-olunmadığı və xüsusi olaraq, onların ərizəçinin üzərinə qeyri-mütənasib yük qoyub- qoymadığının müəyyən edilməsi üçün əhəmiyyət kəsb edirlər.Bu baxımdan əmlakın, onun dəyərinə ağlabatan dərəcədə uyğun gələn məbləğ ödənilmədən alınması adi şəraitdə Konvensiyaya 1 saylı Protokolun 1-ci maddəsi baxımından haqq qazandırıla bilməyən qeyri-mütənasib müdaxilə deməkdir. X16 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, müəyyən edilməli olan hal iddiaçıların yolun tikintisi altına düşdüklərini iddia etdikləri torpaq sahələrinə dair mülkiyyət hüququ və ya “qanuni gözləntisi”nin olubolmamasıdır. İşin hallarından görünür ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 388 №li Qərarına və Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsi ilə bağlanılan 29 dekabr 2008-ci il tarixli alqı-satqı müqaviləsinə və əsasən Binəqədi rayonu Novxanı bağ massivində vət. İddiaçı1 tərəfindən istifadə olunan 800 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun tərəfindən uzun müddət abadlaşdırıldığını və istifadə edildiyini nəzərə alaraq, alqı-satqı yolu ilə (hər kv.m. üçün YAN ilə 2 man. 72 qəp.) ödəmək şərti ilə vət İddiaçı1 mülkiyyətinə ayrılmışdır. Həmçinin, Bakı şəhəri Binəqədi rayon Binəqədi Bələdiyyəsinin 30 dekabr 2007-ci il tarixli, 393 №li Qərarına və Binəqədi rayon Binəqədi bələdiyyəsi ilə imzalanmış 29 dekabr 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Binəqədi rayonu Novxanı bağ massivində vət. İddiaçı2 tərəfindən istifadə olunan 800 kv.m. bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında onun tərəfindən uzun müddət abadlaşdırıldığını və istifadə edildiyini nəzərə alaraq, alqı-satqı yolu ilə (hər kv.m. üçün YAN ilə 2 man. 72 qəp.) ödəmək şərti ilə vət. İddiaçı2 mülkiyyətinə ayrılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 28 oktyabr 2008-ci il tarixli dəyişikliyə qədər qüvvədə olmuş (iddiaçıya torpaq sahəsinin ayrıldığı vaxt qüvvədə olmuş) 6.5-ci maddəsinin redaksiyasına əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Hazırkı iş üzrə iddiaçıların mülkiyyətinə mübahisəli torpaq sahəsi ayrılarkən qeyd edilən normaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alındığı aşkar olunmamışdır. Belə ki, iddiaçıların hüquqmüəyyənedici sənəd kimi istinad etdikləri Binəqədi bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 388 nömrəli və xx.xx.2007-ci il 393 nömrəli qərarları Bələdiyyələrlə iş mərkəzində qeydiyyatdan keçməmiş, hüquq münasibətlərinin yarandığı dövr qanunvericiliyinə uyğun olaraq bağ evinin tikintisi üçün Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə İnstitutunun müvafiq rəyi əldə olunmamış, alqı-satqı aktı sonuncu qurum tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə, hazırkı işin məhkəmə araşdırması nəticəsində sözügedən torpaq sahəsinin bələdiyyə torpağı olması ilə bağlı əsası da müəyyən edilməmişdir. Belə ki, məhkəmənin sorğularına cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış nəticəsində torpaq sahələrinin kadastr baza məlumtlarını qeydə alan qurum iddia olunan və naturada göstərilən torpaq sahələrinin (ümumi ərazinin) nə torpaq sahəsi ayrılakən, nə də hazırda bələdiyyə ərazisi olması barədə heç bir məlumatın olmadığını bildirmiş, əksinə torpaq sahəsinin yerləşdiyi ərazi, ətraf qonşu sahələr də nəzərə alınmaqla bütövlükdə Novxanı bağ massivinin ərazisi olmaqla dövlət mülkiyyətinə aid torpaq sahələri olduğunu müəyyən etmişdir. Bundan əlavə, yerli baxış nəticəsində şərti göstərilən ümumilikdə 0.16 ha sahənin 0.10 ha hissəsinin Bağlar təsərrüfatının inkişafı və istismarı Birliyinin Novxanı ərazisində yerləşən, ayrı-ayrı şəxslərlə bağladığı icarə müqavilələrinə əsasən istifadəyə verilmiş 1048F və 1048g nömrəli bağ sahələri olmaqla hazırda digər şəxslərin xüsusi mülkiyyətində olan **********08 və **********09 reyestr nömrəli bağ sahələri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun: -1-ci maddəsinə əsasən dövlət torpaq kadastrı — torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. -5-ci maddəsinə əsasən dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. -6-cı maddəsinə əsasən dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarına əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı (şəhadətnamə) ilə rəsmiləşdirilir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya) -4-cü bəndinə əsasən dövlət aktının, şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. -5-ci bəndinə əsasən torpaq üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınır. -67-ci maddəsinin 2-ci bəndinə əsasən dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində habelə qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələri üzərində mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər əsas təsdiqedici və hüquq müəyyənedici sənəddir. (21 aprel 2006-cı il tarixli 100-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər olan redaksiya). -68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Göründüyü kimi iddiaçılara torpaq ayrıldığı vaxt və ayrıldıqdan sonra qüvvədə olan qanunvericiliyə əsasən torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ), habelə alqısatqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq qanunvericiliyi dövlət torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat vermir. Yuxarıda da qeyd edildiyi kimi dövlət torpaq kadastrının məlumatları məhkəmələrin qərar qəbul etməsi üçün əsas olduğundan, kadastr məlumatların əsasən iddia olunan torpaq sahəsinin yerləşdiyi ümumi ərazinin dövlət mülkiyyətində olan bağ massivi ərazisi olduğu, bələdiyyəyə aid torpaq sahələri olmadığı, iddiaçıların torpaq sahələrinə olan əmlak hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, xüsusən də iddiaçı tərəfin iddia etdiyi torpaq sahələrinin böyük hissəsi hazırkı halda digər şəxsin adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış bağ torpaq sahələri ilə üst-üstə düşdüyündən məhkəmə hesab edir ki, iddiaçıların iddia etdikləri torpaq sahələri ilə bağlı kompensasiyanın ödənilməsi tələb etməyə bağlı faktiki və hüquqi əsaslar mövcud deyildir. Beləliklə, yuxarıda da qeyd edilən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya 1 saylı Protokolun müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsasən iddiaçının qeyd edilən torpaq sahəsinə dair əmlak hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” mövcud olmamışdır. Mübahisəli torpaq sahəsinə münasibətdə iddiaçıların istifadə, mülkiyyət hüququ və ya bu hüququnun əldə edilməsi üçün qanuni gözləntiləri olmadığından həmin əmlaklara münasibətdə müvafiq kompensasiyanın ödənilməsini tələb etmək hüquqları da yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar