Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-365/2025 02.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xəstəlik haqqında 12776 nömrəli xx.xx.2022-ci il tarixli şəhadətnamə əsasında ona müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə anadan olmuşdur. xx.xx.2011-xx.xx.2017-ci illər ərzində Azərbaycan Respublikasının Silahlı Qüvvələrində motaatıcı olaraq xidmətdə olmuşdur. Xidmətdə olduğu dövr ərzində xx.xx.2016-cı il tarixdə hərbi xidmət tapşırığını yerinə yetirərkən yaralanmışdır. Belə ki, Mərkəzi Hərbi Həkim Komissiyasının qərarına əsasən də qeyd edilmişdir ki, travma “Hərbi travmadır, Azərbaycan Respublikası müdafiəsi zamanı alınmışdır”. Bununla bağlı iddiaçıya 12776 nömrəli 27 oktyabr 2022-ci il tarixli xəstəlik haqqında şəhadətnamə də təqdim edilmişdir. Qeyd olunmalıdır ki, iş üzrə məhkəmə- tibbi ekspertizasının təyin edilməsi barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Ekspertiza rəyinə əsasən də, aldığı xəsarət öz əksini tapmışdır. Qeyd olunmalıdır ki, iddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh qurum ərizəyə 28 iyul 2023-cü il tarixli imtina ilə cavab vermişdir. Belə ki, imtina məktubunda qeyd olunmuşdur ki, iddiaçıya qoyulan diaqnoz əlillik səbəbi təyin etmir. Lakin qeyd olunmalıdır ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Hansı ki, hərbi xidmət dövrü ilə əlaqədar alınmış əlilliyi təyin etmək üçün qanunvericiliyin tələb etdiyi bütün hüquqi sənədlər cavabdehə təqdim olunmuşdur. Lakin cavabdeh qanunsuz olaraq iddiaçıya əlilliyin təyin edilməsindən imtina edir. Bu səbəbdən də cavabdehin bu hərəkətindən məhkəməyə müraciət olunması zərurəti yaranmışdır. Aşağıda qeyd olunan qanunvericilik normalarından da görünür ki, cavabdehin imtinası tamamilə qanunsuzdur. Cavabdeh məhkəməyə təqdim etdiyi iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Lökbatan Tibb Mərkəzinin xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, QKBT-dən sonrakı vəziyyət. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1990-cı il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin D00035241VSZ nömrəli xx.xx.1990-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS **********3). Yenidən əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarfna müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi etiraza uyğun çıxış edərək iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İşdə olan xx.xx.2022-ci i tarixli 12776 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki: 12-ci bənd- Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuzi yanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2016) baş beyin silkələnməsinin tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş X13, depressiv epizod, anamnezində qıcolma tutmları və koqnitiv funksiyanın enməsi ilə. Sağ baldırın qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı. Baş beynin sol ənsə payının lipoması. Onurğa kanalının L5-S4 səviyyəsində Tariov kistaları; 13-cü bənd – HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 23a, 14b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızdır. MƏRKƏZİ HƏRBİ HƏKİM KOMİSSİYASİNİN QƏRARİ: DİAQNOZ:”Keçirilmiş qapalı kəllə-beyin travması (xx.xx.2016) baş beyin silkələnməsinin tez-tez təkrarlanan generalizə olunmuş qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş X13, depressiv epizod, anamnezində qıcolma tutmaları və koqnitiv funksiyanın enməsi ilə. Sağ baldırın qəlpə yaralanmasına görə aparılmış yaraların birincili-cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı”. “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”; DİAQNOZ - ”Baş beynin sol ənsə payının lipoması. Onurğa kanalının L5-S4 səviyyəsində Tariov kistaları”.“ÜMUMİ XƏSTƏLİKDİR” səbəb əlaqəsi ilə. İş materiallarından görünür ki, iddiaçı barəsində xx.xx.20223-cü il tarixdə Bakı Lökbatan Tibb Mərkəzi tərəfindən F00104531QXA nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) verilmiş, göndərişdə iddiaçıya Əsas diaqnoz T90.5.- Kəllədaxili travmaların nəticələri, Azərbaycan Respublikasının müdafiə Nazirliyi Hərbi Hissə N2605 X10 əsasən xx.xx.2016-cı il tarixdə düşmən təxribatının qarşısını alarkən kəllə beyin travması alıb, Ağırlaşma G40.2- Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, - Kəllə beyin travmasından sonra epileptik tutmalar ayda 5-6 dəfə qıcolma tutmaları olur., Yanaşı xəstəliklər- F06.3- Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi mənşəli affektiv pozuntu 2 Nömrəli X1 Xəstəlik vərəqəsi N-924(xx.xx.2022-xx.xx.2022) əsasən və Yanaşı xəstəliklər- F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntu. 2 Nömrəli X1 Xəstəlik vərəqəsi N-924(xx.xx.2022-xx.xx.2022) əsasən” diaqnozları qoyulmuşdur. İşdən görünür ki, həmin göndəriş üzrə iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən əlavə əyani müayinə aparılmış və xx.xx.2023-cü il tarixdə “diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Qərar bununla əsaslandırılmışdır ki, “İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 12776 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Keçirilmiş qapalı kəllə beyin travması (xx.xx.2016) baş beyin silkələnməsinin tez-tez təkrarlanan generalize olunmuş qıcolma tutmaları ilə təzahür edən posttravmatik ensefalopatiya şəklində nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş X13, depressiv epizod, anamnezində qıcolma tutmaları və koqnitiv funksiyanın enməsi ilə. Sağ baldırın qəlpə yaralanmasına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən sonrakı bərkimiş dəri çapığı," diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və “Baş beynin sol ənsə payının İipoması. Onurğa kanalının L5-S4 səviyyəsində Tariov kistalari’ diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Ümumi xəstəlikdir" kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı qıcolma tutmalarının olmasından şikayətlənmiş, anamnestik məlumatlarda qıcolmanın xarakterini izah edə bilməmiş, qəbul etdiyi medikamentoz dərman preaparatlarından Epinex qəbul etdiyini ifadə etmiş, təqdim etdiyi resept blankı 2022-ci ilə aid olmuşdur. Anamestik məlumatlarda ekspertiza üçün əhəmiyyətli qıcolma tutmalarına aid video çəkilişin olduğunu ifadə etsə də, komissiyada təqdim etməmiş, telefonundan silindiyini qeyd etmişdir. Obyektiv baxış zamanı nevroloji və psixi statusunda əlillik təyinatına verən əsas ocaqlı patologiya aşkar edilməmiş, təqdim edilmiş ekspertiza üçün əhəmiyyəti EEQ dalğalarında epitutmalar öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı güclü başağrıları, qıcolma tutmaları, əsəbilik, gərginlikdən şikayət etmişdir. Anamnestik məlumatlarında bayılmadan öncə özünü narahat hiss etdiyini, qulaqlarında uğultu sesinin olduğunu, tutmaların 7-8 dəqiqə davam etdiyini, özünə getdikdən sonra yuxulu olduğunu bildirmiş, medikamentoz preparatlardan “Liberan”, “Tipran”, “Foraspin”, “Depax”, “Epinex 500”, “Kepro” qəbul etdiyini qeyd etmişdir. Vətəndaş tutma anının video çəkilişin təqdim etmiş, lakin tutmaların epileptik olmadığı müəyyənləşdirilmişdir. Həmçinin vətəndaşda lipoma aşkarlanması səbəbi ilə Türkiyədə müayinələrdən keçdiyini qeyd etmiş, lakin lipomanın lokalizasiyası epiaktivlik üçün uyğun olmamış, və Türkiyəyə məxsus tibbi müayinə və müalicə sənədləri təqdim etmiş, həmin sənədlərdədə epilepsiya xəstəliyi təsdiqlənməmişdir. Vətəndaşın halhazırda aktiv əmək müqaviləsi olduğu aşkarlanmış, psixi statusunda depressiv pozuntu, koqnitiv funksiyaların enməsi əlamətləri müşahidə edilməmişdir. Psixi Sağlamlıq Mərkəzinin xx.xx.2022-ci il tarixli 9940 nömrəli Tibbi rəydə diaqnoz “X13, depressiv epizod, anamnezində qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə" kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. 2 saylı X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli 9524/22 nömrəli Çıxarışda diaqnoz “Üzvi affektivpozuntu, depressiv epizod, koqnitiv funksiyaların enməsi ilə, tez-tez tərkarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. M.Ə.Əfəndiyev adına X12 xx.xx.2023-xx.xx.2023-cü il tarixli 701 nömrəli Çıxarışda diaqnoz “Keçirilmiş qapalı kəllə beyin travması, beyin silkələnməsi teztez təkrarlanan qıcolma tutmaları ilə (ayda 6-7 dəfə), posttravmatik ensefalopatiya. Kəllə daxili hipertenziya” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. X14-in xx.xx.2022-ci il tarixli Gecə Video-EEQ-monitorinq müayinəsinin nəticəsi “Əsas ənsə ritmi norma daxilindədir. Bölqələrarası paylaşma saxlanılıb. Ənsə arxa orta gicgah nahiyədə alfa-diapazonda D>S yarımkürələrarası amplituda assimteriyası müşahidə edilir. Sağ ənsə arxa gicgah nahiyəsində periodik regional teta-ləngiməsi üzərində regional iti potensiallar və yuxu zamanı iti-ləng dalğa kompleks şəklində aşağı amplitudlu epileptiform aktivlik meydana çıxır. Fizioloji patternlər itiləşib. Yuxu mərhələlərinin keçidi hamarlaşıb. Yuxu narahat parsial oyanışlar ilə. NREM3 mərhələ fraqmentardır. Tutma patterni qeyd edilmir” kimi qeyd olunmuşdur. X8 Xəstəxanasının xx.xx.2022-ci il tarixli Kranial MRG müayinəsinin nəticəsi “Vertebrobaziler arterler beyin sapı düzeyinde tortiozite (hastanın kronik hipertansiyon açısından araştırılması önerilir), sol anterior temporalde 2x1x1.5cm. boyutunda araknoid kist, sol lateral ventnkül içerisinde 9x6x10 m m boyutlarında lipoma. Belirqin nazal konka hipertrofisi ve nazofarenkste inflamatuar kalınlaşma, hava pasajının ileri derecede daralması, yodun kronik sinüzit bulquları, sağ mastoid hücrelerde kronik mastoidit sekeli değişiklikler ve eşlik eden effüzyon" kimi qeyd olunmuşdur. West Hospitalın xx.xx.2022-ci il tarixli MR müayinəsinin nəticəsi “Solda orta kəllə çuxurunda 18x10 m m ölçüdə araxnoidal kista. Sağda kaudat nukleusun cismində 3 mm ölçüdə genişlənmiş perivaskulyar məsafə/neyroqlial kista. Sol yan mədəciyin arxa buynuzunda 9x7 mm ölçüdə intraventrikulyar lipoma. Sağ maksillar sinusda selikli qişa qalınlaşması və 22 mm ölçüdə retenziya kistası. Sağda inferior mastoid hücrələrdə az miqdarda maye yığıntısı” qeyd olunmuşdur. İstanbul EEG-EMG-nin xx.xx.2023-cü il tarixli EEG müayinəsinin nəticəsi “Bu EEG incelemesi sağda belirqin olmak üzere her iki frontotemporal bölqede orqanizasyon bozukluğunun varlığını qöstermektedir. Şikayetlerinin devamı halinde uzun uyku EEG önerilir” kimi qeyd olunmuşdur. İstanbul EEG-EMG-nin xx.xx.2023-cü il tarixli EEG müayinəsinin nəticəsi “Bu EEG incelemesi sağda belirqin olmak üzere her iki fronto-temporal bölqede orqanizasyon bozukluğunun varlığını göstermektedir. Şikayetlerinin devamı halinde uzun uyku EEG önerilir” kimi qeyd olunmuşdur. İddiaçı hazırda cavabdeh tərəfindən barəsində qəbul edilmiş bu qərar ilə razılaşmayaraq ona əlillik təyin edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. - 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: -1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. -1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. -1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. -2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. -2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. -2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. -2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. -2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. -2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Sadalanan normalardan müəyyən olunur ki, şəxsin əlilliyinin müəyyən edilməsi barədə qərarın qəbul edilməsi üçün:
1. tibb müəssisəsinin həkim-məsləhət komissiyası şəxsin müraciətdən 7 iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 iş günündən) gec olmayaraq araşdırma aparır (zərurət olduqda bu müddət əlavə olaraq 10 iş gününədək artırılır) və araşdırma bitdikdən sonra 3 iş günü müddətindən gec olmayaraq göndəriş verilməsi barədə qərar qəbul edir.
2. Göndəriş “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra Əlillik altsisteminə ötürülür.
3. TSEK 10 iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir (əlavə araşdırma tələb olunduğu hallarda, bu müddət 15 iş gününədək uzadıla bilər), əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. İşdən görünür ki, iddiaçıya xx.xx.20223-cü il tarixdə Bakı Lökbatan Tibb Mərkəzi tərəfindən F00104531QXA nömrəli tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (Forma 88) əsasında Əsas diaqnoz T90.5.- Kəllədaxili travmaların nəticələri, Azərbaycan Respublikasının müdafiə Nazirliyi Hərbi Hissə N2605 X10 əsasən xx.xx.2016-cı il tarixdə düşmən təxribatının qarşısını alarkən kəllə beyin travması alıb, Ağırlaşma G40.2- Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, - Kəllə beyin travmasından sonra epileptik tutmalar ayda 5-6 dəfə qıcolma tutmaları olur., Yanaşı xəstəliklər- F06.3- Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi mənşəli affektiv pozuntu 2 Nömrəli X1 Xəstəlik vərəqəsi N-924 (xx.xx.2022-xx.xx.2022) əsasən və Yanaşı xəstəliklər- F06.7- Yüngül koqnitiv pozuntu, Yüngül koqnitiv pozuntu. 2 Nömrəli X1 Xəstəlik vərəqəsi N-924 (xx.xx.2022xx.xx.2022) əsasən” diaqnozları qoyulmuşdur. İşdə olan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, 01 fevral 2024-cü il tarixdə Almasov X7 Təkrari ekspertizalar şöbəsində müayinədən keçirildi. Deməsinə görə 2016-cı ilin aprel döyüşlərində döş qəfəsindən və sağ ayağından yaralanmışdır. Bununla əlaqədar MN MHKH-da müalicədə olmuş və TSEK tərəfindən İİ qrup əlillik təyin edilmişdir. 2022-ci ilin oktyabr ayında əlilliklə əlaqədar aldığı pensiya müavinəti dayandırıldığı üçün İnzibati Məhkəməyə müraciət etmişdir. Beləliklə, vətəndaş İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına “Bakı Lökbatan Tibb Mərkəzi”ndə tərtib edilmiş xx.xx.2023-cü il tarixli, F00104531QXA Forma 088-də göndərişində qeyd edilən diaqnozda olan xəstəliklərə hazırda da rast gəlinir və diaqnoz şəxsin əyani müayinəsi zamanı instrumental müayinələrə göndərilərkən öz təsdiqini bir daha tapmışdır. Ekspert belə nəticəyə gəlmişdir ki, “Bakı Lökbatan Tibb Mərkəzi”ndə onun adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli, F00104531QXA Forma 088 göndərişində qeyd edilən “T90.5-kəllədaxili travmaların nəticələri, G40.2-kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya, epileptik sindromlar, kəllə-beyin travmasından sonra epileptik tutmalar ayda 5-6 dəfə qıcolma tutmaları; F06.3-əhvalın üzvi mənşəli affektiv pozuntusu; F06.7-yüngül koqnitiv pozuntu” xəstəliklərindən əziyyət çəkməsini inkar etmək də olmaz. Belə ki, diaqnozlar ona stasionarda müayinə və müalicələri zamanı müəyyən edilmişdir. Həmçinin işdə olan «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» publik hüquqi şəxsinin04.022025-ci il tarixli 328 saylı rəyindən görünür ki, iddiaçı zahirən bir qədər gərgindir. Düşüncəsi pozulmayıb. Bələdliyi özünə, zaman və məkana görə saxlanılıb. Ünsiyyətə bir qədər həvəssiz qoşulur. Verilən sualları qısa, məğzinə uyğun şəkildə cavablandırır. Nitqi və təfəkkürü bir qədər ləngdir. Mühakimələri ümumən məntiqlidir. Müayinə zamanı hər hansı psixopatoloji simptomatika (sayıqlama fikirləri, qavrama pozuntuları və s.) aşkarlanmır. Kobud yaddaş pozuntuları aşkar edilmir. Təsəvvür və bilik ehtiyatı aldığı təhsilə, yaşayış tərzinə uyğundur. Əhvali-ruhiyyə fonu dəyişkəndir, enməyə meyllidir. Baş ağrılarından, yaddaş zəifliyindən, əsəbilikdən şikayət edir. Emosional reaksiyaları labildir. Xarici qıcıqlara qarşı həssaslığı artmışdır. Ekspert sonda belə nəticəyə gəlmişdir ki, Yoxlanılan şəxs İddiaçı hal-hazırda “X13, Depressiv Epizod, X5, X6 İlə (F 06.3)” diaqnozu qeyd edilmişdir. Bunu inzibati iş materialları, anamnestik məlumatlar (kəllə-beyin travməsı alması, bundan sonra psixi vəziyyətinin dəyişməsi, əsəbi olması, bundan sonra əhval- mhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli “X3’da “X13. Depressiv epizodlar. Koqnitiv funksiyaların enməsi, Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Əfəndiyev adına Xətai Tibb MərkəzTdə “X13. Depressiv epizodlar. Koqnitiv funksiyaların enməsi, Tez-tez təkrarlanan qıcolma tutmaları ilə (ayda 5-6 dəfə)” diaqnozu ilə həmin müəssisədə stasionar müalicədə olması) və halhazırkı psixiatrik müayinənin nəticələri {zahirən bir qədər gərgin olması, ünsiyyətə həvəssiz qoşulması, əhval-mhiyəsinin aşağı olması, xarici qıcıqlara qarşı həssas olması və s). sübut edir. Yoxlanılan şəxs İddiaçı X13, depressiv epizod, anamnezində qıcolma tutmaları, koqnitiv funksiyaların enməsi ilə (F 06.3) müəyyən olunur. Göründüyü kimi, iş materialları ilə iddiaçının sağlamlıq vəziyyətinin “T90.5-kəllədaxili travmaların nəticələri, G40.2-kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizə olunmuş (fokal) (parsial) simptomatik epilepsiya, epileptik sindromlar, kəllə-beyin travmasından sonra epileptik tutmalar ayda 5-6 dəfə qıcolma tutmaları; F06.3-əhvalın üzvi mənşəli affektiv pozuntusu; F06.7-yüngül koqnitiv pozuntu” diaqnozuna uyğun gəlməsi öz təsdiqini tapır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə “Əlilliyin müəyyən olunması meyarları” təsdiq edilmişdir və həmin Meyarlar əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Meyarlardan görünür ki, şəxsə əlillik onun sağlamlığının pozulması, yəni qoyulmuş diaqnoz üzrə xəstəliyin onun özünəqulluq bacarığı; sərbəst hərəkətetmə bacarığı; istiqamətseçmə bacarığı; ünsiyyət bacarığı; davranışına nəzarətetmə bacarığı; öyrənmə bacarığı; əmək fəaliyyəti bacarığına təsir etmə imkanı nəzərə alınmaqla qiymətləndirilir. Yəni şəxsdə hər hansı bir xəstəliyin olması ona əlillik təyin edilməsi üçün hələ əsas deyildir. Həmin xəstəlik Meyarlarda göstərilən qiymətləndirmə göstəricilərinə uyğn dəyərləndirilməli, yalnız bundan sonra həmin xəstəliyin əlillik təyin edib etməməsi müəyyən olunmalıdır. Meyarların 6.1-ci bəndinə əsasən Başın travmalarının nəticələri – T90, 7.6.2-ci bəndinə əsasən isə baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular şəxsə əlillik təyin edilməsi üçün Meyarlara aiddir. İşin materiallarını araşdıran məhkəmə hesab edir ki, göstərilən qiymətləndirmə Meyarlarının iddiaçıda olması yuxarıda qeyd edilən sübutlarla təsdiq edildiyindən iddiaçı tələbində haqlıdır və təmin edilməlidir. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialar məcburetmə haqqında iddialara aiddir. İPM-in 33.1-ci madəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Habelə İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı əlilliyinin müəyyən edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Qənbərova