Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3650/2024 18.03.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “həqiqi hərbi xidmətdən ehtiyata buraxılma” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının xx.xx.2023-cü il tarixli raportuna uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə” maddəsi ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması və hüquqi yardım və iddia ərizəsinin tərtib edilməsi üçün ödədiyi 500 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 950 polkovnik-leytenant hərbi rütbəsində zabit qismində həqiqi hərbi xidmət keçir. Artıq 16 ildir ki, zabit kimi xidmət edir. xx.xx.2023ci il tarixdə, Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin 6-cı maddəsinin tələblərinə uyğun olaraq komanda üzrə raportla müraciət edərək “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunun sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmasını xahiş etmişdir. Raportunun üzərinə yuxarı rəislər tərəfindən müvafiq dərkənarlar qoyulmuşdur. Lakin müraciəti cavablandırılmamış və nəticəsiz qalmışdır. Müraciətinin cavablandırılmadığını görərək mən xx.xx.2023-cü il tarixdə etibarnamə üzrə nümayəndəm vasitəsi ilə cavabdehə və xidmət keçdiyi N №-li hərbi hissənin komandirinə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixli raportuna uyğun olaraq “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Ordusunun sıralarından həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı üçün köməklik göstərilməsi xahiş edilmişdir. Lakin bu müraciətləri də bu günədək cavabsız və nəticəsiz qalmışdır. Cavabdeh tərəfindən ərizənin cavablandırılmamasını imtina kimi qiymətləndirir, imtinanı isə qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsinə əsasən iş üzrə iddia tələbi “xx.xx.2023-cü il tarixli raportuna uyğun olaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndinə əsasən (“öz arzusu ilə” maddəsi ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə olunması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) hərbi xidmətdən ehtiyata buraxılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi aşağıdakı səbəblərə görə təmin edilə bilməz və rədd edilməlidir. İddiaçı polkovnikleytenant İddiaçı 22 avqust 1985-cu ildə Qazax rayonunda anadan olmuşdur. xx.xx.2003cı ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdədir və halhazırda Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət edir. İddiaçı polkovnikleytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 16 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət edir və buna görə də kifayət qədər təcrübəli zabitdir. Eyni zamanda, polkovnik-leytenant İddiaçı peşəkar və təcrübəli zabit olduğunu, Azərbaycan Respublikası Müdafiə Nazirliyin müvafiq hərbi hissələrində ixtisasına uyğun hazırlanmış və hal-hazırda Silahlı Qüvvələrdə xidmət etməsini həmçinin yüksək səviyyəli ixtisaslı mütəxxəsis olmasını nəzərə alaraq, onun barəsində ehtiyata buraxılmağa dair qərar məqsədəuyğun hesab edilməmişdir. Bundan başqa, “hərbi vəzifə Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın son yaş həddi kiçik zabitlər (o cümlədən, mayor,polkovnikleytenant hərbi rütbəsində olanlar) üçün 48 yaş həddi müəyyən edilmişdir. Göründüyü kimi, həqiqi hərbi xidməti davam etdirməsini istisna edən əsaslar olmadığı halda, mayor hərbi rütbəsində olan hərbi qulluqçular 48 yaşa, yəni həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatana kimi hərbi xidmətdə qala bilərlər. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində ixtisasına uyğun istifadə olunmaq üçün zabitlər 10 il müddətində peşəkar bir zabitə çevrilir, yüksək səviyyəli təcrübə toplayır, öz vəzifəsi üzrə praktik vərdişlər əldə edir, hərbi xidmət zamanı yiyələndiyi bilik, təcrübə və bacarıqlarından gənc zabitlərin hazırlanmasında böyük rolu olur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin tərkibində 10 ildən artıq müddətdə zabit heyəti vəzifələrində xidmət etmiş hərbi qulluqçuların könüllü olaraq ehtiyata buraxılmaq arzusunu hal-hazırda məhkəmə qətnamələri əsasında həyata keçirilməsi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin peşəkar, təcrübə toplamış zabitlərin itirilməsi, bununla da müharibə şəraitində yaşayan Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kadrlarının böyük çatışmazlığına gətirib çıxaracaqdır. Nəticədə, Azərbaycan Respublikasının mənafeyinin, suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin müdafiəsi üçün yaradılmış Silahlı Qüvvələr qarşısında tərəfindən qoyulan əmr və tapşırıqların tam, dəqiq və vaxtında yerinə yetirilməsinə təsir göstərə bilər. Hal-hazırda ölkədə hərbi vəziyyət elan olunmasını, Ermənistan Republikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə əks həmlə əməliyyatlarının keçrilməsini, bu əməliyyatlarda aviasiyanın geniş tətbiqi olunmasını, bu zaman yüksək peşəkarlıqlı aviasiyya mütəxəsisslərinə ehtiyac olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İPM-nin 47.2.-ci maddəsini rəhbər tutaraq, məhkəmədən iddiaçı polkovnik-leytenant İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Silahlı Qüvvələrin sırasından ehtiyata buraxılmasına dair iddianın rədd edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən təqdim edilmiş 116 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən polkovnik-leytenant İddiaçı həqiqətən xx.xx.2007-ci il tarixdən Azərbaycan Ordusunda, hal-hazıra kimi N nömrəli hərbi hissədə zabit kimi xidmət edir. İddiaçı dair MN seriyalı ******* saylı xx.xx.2018-ci il tarixli şəxsi vəsiqədən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.2018-ci il tarixli 09R nömrəli əmri ilə mayor hərbi rütbəsi verilmişdir. Silahli Qüvvələrin Baş Qərargah rəisinin 15 iyun 2017-ci il tarixli 0275 nömrəli əmri ilə N nömrəli hərbi hissənin şöbə rəisinin baş köməkçisi təyin edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 0305zt saylı xx.xx.2021-ci il tarixli əmri ilə polkovnik-leytenant hərbi rütbəsi verilmişdir. N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinin (A6) informasiya texnologiyaları sistemləri bölməsi rəisinin şəbəkə planlama və idarəetmə üzrə baş köməkçisi polkovnik-leytenant İddiaçı tərəfindən N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinin (A6) informasiya texnologiyaları sistemləri bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportla “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “J” bəndini (öz arzusu ilə) əsas tutularaq Azərbaycan Ordusu sıralarından ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinin (A6) informasiya texnologiyaları sistemləri bölməsinin rəisi polkovnik-leytenant Ceyhun Möhsünov tərəfindən N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinin (A6) informasiya texnologiyaları sistemləri bölməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportla polkovnik-leytenant İddiaçı Şahmardan oğlunun raportuna əsasən komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinin (A6) rəisi polkovnik Mehman Ağamalıyev tərəfindən N nömrəli hərbi hissənin rabitə və informasiya texnologiyaları sistemləri şöbəsinə (A6) ünvanlanmış xx.xx.2023-cü il tarixli raportla polkovnik-leytenant X2 raportuna əsasən komandanlıq qarşısında vəsatət qaldırılması xahiş edilmişdir. N nömrəli hərbi hissə komandirinin birinci müavini-qərargah rəisi polkovnik Məzahir Rüstəmov tərəfindən N nömrəli hərbi hissənin komandirinə ünvanlanmış xx.xx.2023-cü il tarixli raportla polkovnik X1 raportuna əsasən qarşısında vəsatət qaldırılmışdır. İddiaçı ərizə ilə müraciət edərək işə iştirakı olmadan baxılmasını və iş üzrə yekun qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir (nümayəndəsinin iştirakını təmin etməmişdir). II. İddianın növü və mümkünlüyü “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). Odur ki, ehtiyata buraxılma barədə əmr qeyd edilən əlamətlərə malik olduğundan iddiaçıya münasibətdə inzibati akt hesab edilməli və hazırki iddia məcburetməyə dair iddiadır. İddiaçı inzibati orqanın üzərinə arzuladığı inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasını tələb edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İddiaçı müvafiq tələblə ilkin olaraq raportla xx.xx.2023-cü il tarixdə hərbi hissənin bölmə rəisinə müraciət etmiş, müraciətinə cavab verilmədiyi üçün xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişdir. Barəsində ehtiyata buraxılma barədə qərar qəbul edilmədiyi üçün xx.xx.2023-cü il tarixdə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddia “məcburetmə” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 5-ci hissəsinə əsasən, Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçının şəxsiyyətini təsdiq edən sənədlə müəyyən edilir ki, o, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata alınmışdır. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı inzibati Məhkəməsində müraciət etməkdə haqlı olmuşdur. İddia mümkündür. III. Məhkəmənin mövqeyi "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunundan: 30.2. Aşağıdakı hərbi rütbələr müəyyən olunur: Hərbi qulluqçuların və Hərbi rütbələr hərbi vəzifəlilərin tərkibi Ümumqoşun Hərbi Dəniz Əsgərlər və matroslar Əsgər (kursant) Matros (kursant) Baş əsgər Baş matros Çavuşlar Kiçik çavuş Kiçik çavuş Çavuş Çavuş Baş çavuş Baş çavuş Gizirlər və miçmanlar Kiçik gizir Kiçik miçman Gizir Miçman Baş gizir Baş miçman Zabitlər: Kiçik leytenant Kiçik leytenant Kiçik zabitlər Leytenant Leytenant Baş leytenant Baş leytenant Kapitan Kapitan-leytenant Baş zabitlər Mayor 3-cü dərəcəli kapitan Polkovnik-leytenant 2-ci dərəcəli kapitan Polkovnik 1-ci dərəcəli kapitan Ali zabitlər General-mayor Kontr-admiral General-leytenant Vitse-admiral General-polkovnik Admiral Ordu generalı 39.1.Dinc dövrdə həqiqi hərbi xidmətdə olmağın aşağıdakı son yaş hədləri müəyyən edilir: 39.1.1. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları üçün - 36,5 yaş; 39.1.2. müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, gizirlər və miçmanlar üçün - 45 yaş; 39.1.3. kiçik zabitlər üçün - 48 yaş; 39.1.4. baş zabitlər üçün: 39.1.4.1. mayor, polkovnik- leytenant və onlara müvafiq hərbi rütbələri olan zabitlər üçün - 48 yaş; 39.1.4.2. polkovnik və ona bərabər hərbi rütbəsi olan zabitlər üçün - 53 yaş; 39.1.5. ali zabitlər üçün - general-mayor, kontr-admiral, general-leytenant, vitse-admiral - 58 yaş, generalpolkovnik, admiral rütbələrində - 63 yaş. 39.4. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçular dinc dövrdə ehtiyata və ya istefaya buraxılırlar (zabitlər, gizir və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququnu əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər). 39.5. Həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatmış hərbi qulluqçuların razılığı ilə onlar hərbi qulluqçuların müvafiq heyəti üçün ehtiyatda olmağın son yaş həddindən artıq olmamaqla həqiqi hərbi xidmətdə saxlanıla bilərlər. 41.0. Ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədən:
8. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyətinə həqiqi hərbi xidmət keçən, «Hərbi xidmət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada kiçik leytenant və ondan yuxarı (bu maddədə, ümumqoşun hərbi rütbələrinin göstərildiyi digər maddələrdə və bu Əsasnamənin 10-cu maddəsində göstərilən onlara bərabər hərbi rütbələr) hərbi rütbələr verilmiş hərbi qulluqçular aiddirlər. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabit heyəti hərbi rütbələrdən asılı olaraq aşağıdakılara bölünür: kiçik zabit heyətinə (kapitan daxil olmaqla kiçik leytenantdan kapitana qədər); baş zabit heyətinə (polkovnik daxil olmaqla mayordan polkovnikə qədər); ali zabit heyətinə (ordu generalı daxil olmaqla general-mayordan ordu generalına qədər); hərbi xidməti özünə peşə seçmiş, bu Əsasnamənin 13-cü və 14-cü maddələri ilə zabitlər üçün nəzərdə tutulmuş qaydalar və şərtlər daxilində həqiqi hərbi xidmət keçən zabit heyətindən olan şəxslər kadr zabiti heyətinə aiddirlər.
155. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada aparılır: a) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmamışlarsa, səhhətlərinə görə dinc, yaxud müharibə dövründə hərbi xidmətə yararlıdırlarsa, ehtiyata buraxılırlar; b) əgər buraxılanlar ehtiyatda olmağın son yaş həddinə çatmışlarsa, yaxud hərbi həkim komissiyaları tərəfindən hərbi xidmətə yararsız sayılıblarsa, hərbi uçotdan silinməklə istefaya buraxılırlar. Hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması bu Əsasnamənin 156 — 159-cu maddələrindən birinin nəzərdə tutduğu əsasla icra edilir.
156. hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: j) öz arzusu ilə — yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 22-ci maddəsinin 2-ci bəndinə əsasən müəyyən olunmuş təminatın qane etməməsi, hərbi qulluqçular barəsində komandirlərin (rəislərin) və ya başqa hərbi qulluqçuların qanunsuz xidməti sərəncamları (hərəkətləri) barəsində, hərbi-xidmət münasibətlərinin başqa məsələləri barəsində şikayətlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nizamnamələrində nəzərdə tutulan qaydada verilir, nəzərdən keçirilir və həll edilir, 4-cü bəndinə əsasən hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciətləri (təklifləri, ərizələri, şikayətləri) daxil olduğu gündən etibarən ən geci 15 iş günü ərzində baxılır. Beləliklə, məhkəmə müəyyən edir ki, iddiaçı xx.xx.2007-ci il tarixdən hal-hazıra kimi Azərbaycan Ordusunda, N nömrəli hərbi hissədə zabit kimi xidmət edir və onun öz arzusu ilə ehtiyata buraxılmaq hüququ vardır. Odur ki, onun müvafiq müraciətinin edildiyi vaxtdan (xx.xx.2023-cü il) 15 iş günü ərzində, yəni 20 oktyabr 2023-cü il tarixdən ehtiyata buraxılmaq hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbinin N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 20 oktyabr 2023-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması kimi təmin edilməsi iddiaçının niyyətinə, hüquqi marağına və iddia tələbinin məzmununa uyğun olmaqla ondan kənara çıxma kimi qiymətləndirilməməlidir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi məhkəmə tərəfindən konkret qərarın qəbul edilməsi ilə şərtlənmədiyindən təmin edilməlidir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsaəsn, iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1, 23.1, 58.7, 69, 75, 78–79, 81, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARAALDİ: İddia təmin edilsin. N nömrəli hərbi hissənin hərbi qulluqçusu polkovnik-leytenant İddiaçı 20 oktyabr 2023-cü il tarixdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin “j” bəndinə əsasən (öz arzusu ilə) Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılması ilə bağlı əmrin verilməsi vəzifəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Aysev Almazova