Məhkəmə qərarları › İş №2-1(112)-3653/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3653/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3653/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X4 kаtibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, peşəsi vəkil), cavabdehin nümayəndəsi X5 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, böyük mütəxəssis vəzifəsində işləyir) iştirаkı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya qanunla hüququnun yarandığı gündən, yəni 57 yaşı tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin güzəştli şərtlərlə pensiya təyin olunmasından imtinaya dair 18 noyabr 2020-ci il tarixli, **********0 nömrəli məktubunun qanunsuz hesab edilməsi, 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi və həmin Qanununa 13.07.1997-ci il tarixli 321- İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişiklik nəzərə alınmaqla iddiaçıya qanunla hüququnun yarandığı gündən, yəni 57 yaşı tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması və ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur. 03.10.1977-ci ildən 11.04.1979-cu ilədək Azərbaycan SSR Bakı şəhəri X1 icraiyyə komitəsi Bakı Baş tikinti idarəsinin “Hündüryaşayıştikinti” trestinin 303 nömrəli tikinti idarəsində fəhlə işləmiş, (1 il 6 ay 08 gün); 18.04.1979-cu ildən 24.04.1981-ci il tarixədək hərbi xidmətdə olmuş, (2 il 6 gün), 13.07.1981-ci ildən 01.04.1982-ci il tarixdək həmin idarədə fəhlə (8 ay 18 gün), 01.04.1982-ci ildən 01.12.1987-ci ilədək həmin idarədə elektrik qaynaqçısı (5 il 8 ay), 01.12.1987-ci il tarixdən (02.01.1989-cu il tarixdə Azərbaycan SSR Bakı şəhəri X1 icraiyyə komitəsi Bakı Baş tikinti idarəsinin “Hündüryaşayıştikinti” trestinin 303 nömrəli tikinti idarəsinin adı dəyişdirilmiş və “Bakımonolitikinti” Layihə-İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı tikinti idarəsi adlandırılmışdır) 14.04.1989-cu il tarixdək həmin idarədə tikinti ustası (1 il 4 ay 13 gün), 14.04.1989-cu il tarixdən (02.01.1990-cı il tarixdə “Bakımonolitikinti” Layihə-İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı tikinti idarəsinin adı dəyişdirilmiş və “Bakıyaşayıştikinti” 303 saylı tikinti idarəsi adlandırılmışdır) 01.01.1992-ci il tarixədək həmin idarədə iş icraçısı (2 il 08 ay 17 gün), 02.01.1992-ci ildən 14.07.1992-ci ilədək “xxxx” Kiçik Müəssisəsində iş icraçısı (06 ay 12 gün), 14.07.1992-ci ildən 14.12.1993-cü ilədək “Zəngi” sahələrarası təsərrüfat birliyinin “Qarabulaq” firmasında direktor müavini (1 il 5 ay), 15.12.1993-cü ildən 03.10.1996-cı ilədək “Məişəttəmirtikinti” trestinin 9 saylı İxtisaslaşdırılmış Təsərrüfathesablı Təmir Tikinti İdarəsində iş icraçısı (2 il 9 ay 18 gün), 02.10,1996-cı ildən 01.04.1997-ci ilədək 2 nömrəli Trestin nəzdindəki 7 nömrəli TTİ-də iqtisadçı (5 ay 29 gün), 08.04.1997-ci ildən 03.01.2000-ci ilədək “X2 və istismarı birliyinin nəzdindəki 4 saylı Təmir Tikinti idarəsində” iqtisadçı-mühəndis (2 il 8 ay 26 gün), 26.03.2002-ci ildən 21.12.2006-cı ilədək “xxxx” MTK-da baş mühəndis (4 il 8 ay 25 gün), 03.01.2007-ci ildən 10.05.2011-ci ilədək X7 Təsərrüfatında təsərrüfat rəhbərinin tikinti və təmir işləri üzrə müavini (4 il 4 ay 7 gün), 01.06.2011-ci ildən 21.05.2014-cü ilədək “xxxx” ASC-nin Sənaye və Mülki Tikinti İdarəsinin tamamlama və abadlaşdırma sahəsinə 10-cu dərəcə iş icraçısı (07.01.2013-cü ildə struktur dəyişikliyi ilə əlaqədar “xxxx” ASC-nin Sənaye və Mülki Tikinti İdarəsinin yarımstansiyaların təmiri sahəsinə 10-cu dərəcə iş icraçısı, 08.07.2013-cü ildən həmin idarənin yarımstansiyaların tikinti sahəsinə 10-cu dərəcə iş icraçısı vəzifəsinə keçirilmiş) (2 il 11 ay 20 gün), 21.05.2014-cü ildən 17.06.2014-cü ilədək həmin idarənin təmir sahəsində 10-cu dərəcəli usta (16 gün), 17.06.2014-cü il tarixdən hal-hazıradək “xxxx” ASC-nin X6 tikinti layihəsinə 15-ci dərəcəli layihə rəhbəri vəzifəsində işləmişdir. (iddiaçıya cavabdeh tərəfindən imtina edildiyi 18.11.2020-ci il tarixədək sonuncu vəzifədə iş stajı 6 il 5 ay 01 gün). Qeyd edilənlərə əsasən 01.01.2006-cı il tarixədək iddiaçının ümumi iş stajı 25 il 9 ay olmuşdur ki, həmin iş stajının, 13 il 1 ayı əmək şəraiti ağır olan peşələrdə (elektrik qaynaqçısı, tikintidə usta və iş icraçısı) çalışmışdır. Cavabdeh inzibati orqanın qənaətinə görə “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavəyə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışı təqdim olunduqdan sonra iddiaçının müraciətinə baxıla bilər. İddiaçı cavabdeh orqana müraciət edərkən, əmək kitabçasının və şəxsiyyət vasiqəsinin surətləri təqdim olunmuş, sonradan cavabdehin tələbi ilə əmək kitabçasının əsli və son iş yerindən güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayış təqdim olunmuşdur. Lakin onun 01.04.1982-ci ildən 01.12.1987-ci ilədək Azərbaycan SSR Bakı şəhəri X1 icraiyyə komitəsi Bakı Baş tikinti idarəsinin “Hündüryaşayıştikinti” trestinin 303 nömrəli tikinti idarəsində elektrik qaynaqçısı, 01.12.1987-ci ildən 14.04.1989-cu ilədək “Bakımonolittikinti” Layihə- İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı tikinti idarəsində tikinti ustası, 14.04.1989-cu ildən 01.01.1992-ci il tarixədək “Bakıyaşayıştikinti” 303 saylı tikinti idarəsində iş icraçısı, 02.01.1992-ci ildən 14.07.1992-ci ildək “xxxx” Kiçik Müəssisəsində iş icraçısı, 15.12.1993cü ildən 03.10.1996-cı ilədək “Məişəttəmirtikinti”nin 9 saylı İxtisaslaşdırılmış Təsərrüfat hesablı Təmir Tikinti İdarəsində iş icraçısı vəzifələrində (güzəştli şərtlərlə pensiya hüququ verən işlərdə işləməyini təsdiq edən arayışlar almağı mümkünsüzdür, ona görə ki, həmin hüquqi şəxslər ləğv olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. İddiaçıya ünvanlanmış 18.11,2020-ci il tarixli **********0 nömrəli cavab məktubunun məzmunundan göründüyü kimi hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, əksinə müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Lakin belə olan halda cavabdeh kimi cəlb edildiyiləri məsələdə nə inzibati aktı qəbul etməkdən imtina etmişlər, nə də hərəkətsizliyə yol vermişlər. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi N.Rüstəmli iddia ərizəsinə etirazda göstərilən məzmuna uyğun izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə Beyləqan rayonu, Örənqala qəsəbəsində anadan olmuşdur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 18 noyabr 2020-ci il tarixli, **********0 nömrəli bildirişindən görünür ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla biləcəyi bildirilmişdir. “xxxx” ASC-nin arayışına əsasən, İddiaçı həqiqətən də, 01.06.2011-ci ildə (29/9-kş nömrəli, 26.06.2011-ci il tarixli əmr) “xxxx”ASC və Mülki Tikinti İdarəsinin Tamamlama və Abadlaşdırma sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə qəbul edilib, 07.01.2013-cü ildə (10/9-kş nömrəli, 29.01.2013-cü il tarixli əmr ) Həmin idarənin Təmir sahəsinə 10-cu dərəcəli iş icraçısı vəzifəsinə keçirilib, 03.06.2013-cü ildə (34/9-kş nömrəli, 18.06.2013-cü il tarixli əmr) vəzifə və dərəcəsi saxlanılmaqla həmin İdarənin Yarımstansiyaların təmiri sahəsinə keçirilib, 08.07.2013-cü ildə (104/18-kş nömrəli, 29.07.2013-cü il tarixli) həmin İdarənin 2 vəzifə və dərəcəsi saxlanılmaqla Yarımstansiyaların Tikintisi sahəsinə keçirilib, 21.05.2014-cü ildə (72/18-kş nömrəli, 20.05.2014-cü il tarixli) Təmir sahəsinə 10-cu dərəcəli usta vəzifəsinə keçirilib, 17.06.2014-cü ildə (84/18-kş nömrəli, 18.06.2014-cü il tarixli əmr) X6 Tikinti Layihəsinə 15-ci dərəcəli layihə rəhbəri vəzifəsinə keçirilib və halhazırkı dövrədək işləyir. Göstərilən vəzifələr, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 nömrəli qərarının “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri”ni nəzərdə tutan 29-cu fəslinə əsasən bilavasitə zərərli sahələr hesab edilir və “Tikinti və quraşdırma işləri”nə uyğun olduğu üçün zərərli əmək şəraitində işləyən vəzifələr hesab edildiyindən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Güzəştli pensiya üçün staj: 02 il, 11 ay, 20 gün təşkil edir. Məlumat üçün bildiririk ki, Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komtitəsinin 09.10.2008-ci il 323 nömrəli sərəncamına əsasən “xxxx”ASC adlandırılıb. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada Azərbaycan dilinə tərcümə edilmiş və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 03.10.1977-ci ildə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş, 01.08.1978-ci ildə 2-ci dərəcəli fəhlə dərəcəsi verilmiş, 11.04.1979-cu ildə Sovet Ordusunun sıralarına çağırılması ilə əlaqədar işdən azad edilmişdir. 11.04.1979-cu ildən 02.15.1981-ci ilə qədər Sovet Ordusundə xidmət etmiş, 13.07.1981-ci ildə 2-ci dərəcəli fəhlə dərəcəsi verilmiş, 01.04.1982-ci ildə 3-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 02.01.1984-cü ildə 4-cü dərəcəli elektrik qaynaqçısı dərəcəsi verilmiş, 01.12.1987-ci ildə tikinti ustası işinə keçirilmiş, 02.01.1989-cu ildə BBTİ “Hündüryaşayıştikinti” trestinin 303 saylı Tİ “Bakımonolittikinti” Layihə - İstehsalat Tikinti Birliyinin (LİTB) 303 saylı Tİ adlandırılmışdır. 14.04.1989-cu ildə iş icraçısı vəzifəsinə keçirilmiş, 02.01.1990-cı BBTİ “Bakımonolittikinti” LİTB 303 saylı Tİ “Bakıyaşayıştikinti” 303 saylı Tİ adlandırılmış, 01.01.1992-ci ildə şəxsi istəyi ilə işdən azad olunmuş, 14.07.1992-ci ildə “X3 Assosiasiyasının “Qarabulağ” firmasının direktor müavini vəzifəsinə qəbul olunmuş, 14.12.1993-cü ildə 9 saylı TTİ-nə keçirilmə yolu ilə işdən azad edilmiş, 15.12.1993-cü ildən 03.10.1996-cı ilədək “Məişəttəmirtikinti” 9 saylı KT TTİ-nə iş icraçısı, 26.03.2002-ci ildən 21.12.2006-cı ilədək “xxxx” MTK da baş mühəndis, 03.01.2007-ci ildən 26.10.2011-ci ilədək X7 təsərrüfatına təsərrüfat rəhbərinin tikinti və təmir işləri üzrə müavini vəzifəsində çalışmışdır. Hərbi biletə əsasən iddiaçı 18 aprel 1979-cu ildən 24 aprel 1981-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1960cı ildə anadan olmuş, 03.10.1977-ci ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı onun 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən 57 yaşı tamam olduğu 04.10.2017 tarixindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İddiaçının «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısının 27-ci bölməsində (Bina,qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri (bənd: ********) “yeni tikinti və quraşdırma işlərinin ustaları” (2290000b-23419 yarımbəndi); həmin siyahının, həmin bölmənin, həmin bəndin 2290100b—24441 yarımbəndinə əsasən “iş icraçıları”; həmin siyahının 33-cü bölməsinin 23200000—19906 yarımbəndinə əsasən “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsində güzəştli iş stajı 12 il 09 ay 22 gün, ümumi iş stajı 25 il 09 ay 18 gün olduğu üçün onun 57 yaşı tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 19.1-ci maddəsinə əsasən iddiaçı tərəfindən təqdim olunan sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Cavabdeh tərəfindən iddiaçının təqdim etdiyi sənədlərdəki məlumatların həqiqətə uyğun olmadığı və ya saxta olması sübuta yetirilməmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun . 32.1.-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 04 oktyabr 2017-ci il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 30.10.2020-ci ilin mart ayında müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qаrşı iddiası təmin edilməli, cavabdehin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilməli, iddiaçıya 57 yaşı tamam olduğu 04.10.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilsin, İddiaçı 57 yaşı tamam olduğu 04 oktyabr 2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar