Məhkəmə qərarları › İş №2-1(112)-3657/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3657/2023

06.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3657/2023 06.09.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun 65 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1956-cı ildə Bakı şəhərində anadan olmuşdur. Əmək fəaliyyətinə başladığı müddətdən hal-hazırkı vaxtadək olan iş yeri barədə qeydlər əmək kitabçasında qeyd edilmişdir. O, 65 yaşı müddət tamam olduqdan sonra yaşa görə əmək pensiyası təyin edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəz filialına müraciət etmiş, ona xx.xx.2022-ci il tarixli **********6 saylı məktubu ilə imtina edilnmişdir və bildirilmişdir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunvericilikdə tələb olunan 25 il tamamlanarsa, əmək fəaliyyəti dövrlərinə yenidən baxıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci iilər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına İmkan verdikdə sığorta stajından asıiı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyuiun 1-dən başlayaraq 2021- ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyuiun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər ii 6 ay artırılır. Beləliklə, Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) Fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) Pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilir. Həmin Qanunun - 1.0.1 -ci maddəsinə əsasən, əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” 2020-ci il 15 may tarixli Qərarında da qeyd etmişdir ki, pensiya təminatı sisteminin məhz sosial sığorta prinsipləri və qazanılan pensiya hüquqları ilə şəxsin fərdi hesabında qeydə alınan vəsaitlər arasında tarazlaşdırma mexanizmləri əsasında qurulması baxımından “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2 və 1.0.5-ci maddələrinin tələblərinə görə, sığortaolunanlara pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və (və ya) qulluq keçdiyi dövrdə almadıqları və ya məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin və ya onlara edilən əlavələrin əsas götürülməsi qanunun tələblərinə uyğun deyildir. Bildiririk ki, İddiaçı təqdim etdiyi əmək kitabçası, hərbi bilet və təhsil haqqında diplomun surətlərinə əsasən sığorta stajı 22 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamarıda 01.01,2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 17246,06 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, X6 Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1978-ci i! tarixdən xx.xx.2007-ci il tarixədək işlədiyi dövr araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, V.Petroviç xx.xx.1978-ci il tarixli № 566 saylı əmrlə işə qəbul olunmuş və 14.01,1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad olunmuşdur. Akta əsasən iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1908-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğundan və əmək kitabçasında qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işiəmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə uyğun olaraq iddiaçıya xx.xx.2021-ci il tarixdən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. Beləliklə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Yuxarıda qeyd edilənləri və AR İRM 47-ci maddəsinin tələblərini rəhbər tutaraq məhkəmədən, İddiaçı 2-1(112)-14094/2022 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Ш 674180 nömrəli Diplomun surətindən görünür ki, İddiaçı 1971-ci ildə SSRİ Yollar Nazirliyinin Bakı X3 daxil olmuş və xx.xx.1975-ci ildə mexanik ixtisasını bitirmişdir. İş materiallarına əlavə edilmiş H3 № ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1977-ci ildə hərbi xidmətdən tərxis olunmuşdur. İş materiallarına əlavə edilmiş əmək kitabçasının surətindən görünür ki, X7 xx.xx.1974-cü ildə 1 №-li texniki baxış məntəqəsində hərəkət tərkibinin təmiri üzrə birinci dərəcəli çilingər olaraq istehsalat təcrübəsi keçdiyi müddətə qəbul edilmişdir, xx.xx.1974cü ildə İstehsalat təcrübəsini bitirdiyindən azad edilmişdir, xx.xx.1974-cü ildə 1 №-li depoya üçüncü dərəcəli baş çilingər qəbul edilmişdir, xx.xx.1975-ci ildə istehsalat təcrübəsi başa çatdığından azad edilmiş, xx.xx.1975-ci ildə deponun təmir sexinə dördüncü dərəcəli baş çilingər qəbul edilmiş, xx.xx.1975-ci ildə Sovet ordusu sıralarına qəbul edilməsi ilə əlaqədar azad edilmişdir. xx.xx.1978-cii ildə «X8» Ümumittifaq sənaye birliyinin Tikinti Quraşdırma İdarəsinə Qüllə kranının beşinci dərəcəli krançısı qəbul edilmişdir, xx.xx.1978-ci ildə altıncı krançı dərəcəsi verilmişdir, xx.xx.1978-ci ildə Azərbaycan SSR ƏhQK-nin 37-ci maddəsinə əsasən (öz arzusu ilə) azad edilmişdir, xx.xx.1978-ci ildə “Bakı Baş Tikinti”nin 2 No-li Evtikmə kombinatında quraşdırma sahəsinə dördücü dərəcəli krançı qəbul edilmiş, xx.xx.1981-ci ildə Qüllə kranı krançısının beşinci dərəcəsi bərpa olunmuş, xx.xx.1981-ci ildə Dəmir-beton məmulatları quraşdırıcısının 2-ci dərəcəsi verilmiş, xx.xx.1983-cü ildə Bakı Baş Tikintinin 2 N-li Evtikmə kombinatı “Baş Bakı Tikinti”nin İripanelli Evtikmə Tikinti X2 yaradılması haqqında əmrinə müvafiq olaraq, Tikinti X2 adı dəyişdirilərək, Bakı Baş Tikintinin İripanelli Evtikmə Tikinti X2 2 N-li Evtikmə kombinatı olmuşdur. Bakı Baş Tikintinin İripanelli Evtikmə Tikinti X2 2 N-li Evtikmə kombinatının adı qismən dəyişdirilərək, Bakı Baş Tikintinin İTOH/İ 2 N-li Evtikmə kombinatı olmuşdur, xx.xx.1987-ci ildə X11 Partiyasının Mərkəzi Komitəsinin SSRİ Nazirlər Sovetinin və X1 Şurasının xx.xx.1986-cı il tarixli 1115 N-li qərarına əsasən, tikitidə təkrar tarif təyin edilməsindən keçmiş və dördüncü dərəcəli krançı dərəcəsi müəyyən edilmişdir, xx.xx.2007-ci ildə tutduğu vəzifədən azad edilmişdir. İnzibati icraat materiallarına əlavə edilmiş cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli Aktda qeyd olunmuşdur ki, akt tərtib edildi ondan ötəri ki, həqiqətən də İddiaçı əmək kitabçasında qeyd olun xx.xx.1978-xx.xx.2007-ci illərin əmək stajı araşdırıldı. Araşdırma zamanı müəyyən olundu ki, İddiaçı xx.xx.1978-ci il tarixdə (əmr №566) işə qəbul olunub. xx.xx.1998-ci il tarixdə işdən azad olunub. (əmr №7), xx.xx.1994cü il tarixdən öz hesabına ödənişsiz məzuniyyətdə olub. Əmək kitabçasında işdən çıxma tarixi və əmri (xx.xx.2007-ci il, əmr № 56) öz əksini tapmadı. Məhkəmənin sorğusuna cavab olaraq Bakı İnşaat -2 ASC-nin xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, işçi, İddiaçı 90-cı illərdə 2 №-li ev tikmə kombinatında çalışmışdır, 2003-cü ilədək olan bütün sənədlər isə 2008-ci il tarixində Milli Arxiv idarəsinə təhvil verilmişdir. Odur ki, aidiyyəti üzrə Milli Arxiv İdarəsinə müraciət etməyiniz xahiş olunur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasi Dövlət Arxivinin Baki Filialının 26 may 2023-cü il tarixli, 3-48-2F/2-03695/2023 nömrəli məktubunda qeyd olunmuşdur ki, həqiqətən Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 2 saylı X12 natamam arxiv sənədlərinin əmr kitablarında 1956-cı il təvəllüdlü vət. İddiaçı xx.xx.1978-ci il tarixli, 566 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 4-cü dərəcəli krançı vəzifəsinə işə qəbul olunması və 1992 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Həmin idarənin 1998, 1999, 2000-ci illərə dair əmək haqqı cədvəllərində barəsində heç bir məlumat yoxdur. 2000-ci ildən sonrakı dövr üçün arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. Mövcud dövrlər üçün tərtib olunmuş arxiv arayışı əmək haqqı cədvəli təqdim olunur. Cədvəlin surətindən görünür ki, İddiaçı 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-aprel, 1995-ci ilin iyul-avqust, 1996-cı ilin fevral-mart, may-dekabr, 1997-ci ilin yanvar-iyul, sentyabr-noyabr ayları üçün ödənişlər edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC-nin 25 iyun 2023-cü il tarixli,07/23 nömrəli məktubunda qeyd olunmuşdur ki, keçmiş 2 X4 çalışmış İddiaçı aid olan sənədlər qeyd etdiyiniz kimi arxivə verilmişdir. Bundan əlavə halhazırda həmin işçinin 2 X9 aid olan işçilərin əmək kitabçalarının qeydiyyat jurnalına əsaslanaraq, həmin jurnalda 634 nömrə ilə qeyd olunan İddiaçı işə qəbul tarixi xx.xx.1978 Əmr 566 və işdən azad olma tarixi 7 nömrəli əmrə əsasən xx.xx.1998-ci il qeyd olunmuşdur. Həmin qeydiyyat jurnalının bu səhifəsinin surətini Sizə göndəririk. Buna əsaslanaraq işçinin əmək kitabçasının surətində işdən azad olunma tarixi (xx.xx.2007-ci il) qeydiyyat jurnalında öz. əksini tapmır və eyni zamanda keçmişdə 2 X4 çalışanlardan topladığımız məlumata görə şirkətin 1999-cu illərin sonundan sonra fəaliyyəti olmamışdır. Həmin işçi xx.xx.1998-ci ildə işdən azad olunduğu üçün hazırki şirkətin ("Bakı İnşaat-2” ASC) arxivindən digər sənədlər tapılmamışdır. İşçinin xx.xx.1998-ci ilə qədər çalışdığını sübut edən sənədlərdən biri də Azərbaycan Respublikasının Milli Arxiv İdarəsindən Sizə təqdim olunan əmək haqqı cədvəlidir. Təəssüf ki, bütün bu sənədlər keçmiş dövrü əhatə etdiyinə görə xx.xx.2008-ci il tarixində 2 saylı Evtikmə Kombinatı Azərbaycan Respublikasının 63 nömrəli Sərəncamına əsasən "Bakı İnşaat-2” Açıq Səhimdar Cəmiyyətinə çevrildiyi zaman əməkdaşların müvafiq sənədləri Təhvil-Təslim edilmədiyinə görə bu və digər sənədlər arxivdə tapılmadığı üçün Sizə təqdim edə bilmirik. Həmin məktubla göndərilmiş işçilərin tabel cədvəlində 634-cü sırada İddiaçı adı qeyd edilmiş, işə qəbul əmri xx.xx.1978-ci il tarixli əmr № 566, işdən azad edilmə əmrinin tarixi xx.xx.1998-ci il tarixli 7 nömrəli əmr göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli, **********6 nömrəli yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş ərizənizə tərəfimizdən baxılmışdır. Məlumat üçün bidliririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Ganununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Hazırda kişilərin pensiya yaşı 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Belə ki, 2019-2022-ci illərdə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2.006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Bildiririk ki, təqdim etdiyiniz əmək kitabçası, hərbi bilet və təhsil haqqında diplomun surətlərinə əsasən sizin sığorta stajınız 22 il 7 ay olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 22 il 7 ay sığorta stajına uyğun olaraq 17246,06 manat olmaqla qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Eyni zamanda bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Fondun Sosial ödənişlərin Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.1978-ci il tarixindən xx.xx.2007-ci il tarixinədək işlədiyiniz dövr araşdırılmışdır. Araşdırma nəticəsində məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixli № 566 saylı əmrlə işə qəbul olunmuş və xx.xx.1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad olunmuşunuz. Akta əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olduğunuzdan və əmək kitabçanızda qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından həmin dövrlər sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq sizə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Sözügedən maddənin tələblərinə uyğun olaraq sizə xx.xx.2021-ci il tarixindən 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir. xx.xx.2021-ci il tarixli müraciətinizdə qeyd etdiyiniz 1-ci suala cavab olaraq bildiririk ki, xx.xx.2021-ci il tarixli Akta əsasən əmək kitabçanızda qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığından və sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq qeyd etdiyiniz xx.xx.2006-xx.xx.2007-ci illər üzrə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları ödənilmədiyindən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsinə pensiya kapitalı qeydə alınmamışdır. Eyni zamanda ərizənizə əsasən həmin dövrlərdə əmək fəaliyyətinizin olması araşdırma zamanı öz əksini tapmadığından Dövlət Sosial Müdafiə Fondunun qeyd olunan dövrlər üzrə məcburi dövlət sosial sığorta haqqını tələb etməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. 2-ci sualınıza cavab olaraq bildiririk ki, Fondun Sosial ödənişlərin Təyinatı üzrə X10, daxili nəzarət və monitorinq departamentinin Monitorinq və araşdırma şöbəsinin əməkdaşları və "xxxx" ASC-nin kadrlar şöbəsi rəisinin iştirakı ilə tərtib olunmuş xx.xx.2021-ci il tarixli akta əsasən xx.xx.1994-cü il tarixindən xx.xx.1998-ci il tarixinədək öz hesabınıza ödənişsiz məzuniyyətdə olmusunuz (xx.xx.2021-ci il tarixində sözügedən aktın surəti sizə göndərilmişdir). Əlavə yaranmış sualınıza cavab olaraq bildiririk ki, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında" Azəraycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli № 320 saylı qərarına əsasən şəxslərə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi Fondunun Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aid olmadığından aidiyyəti üzrə müraciət etməyiniz tövsiyə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Beləliklə, işin hallarından görünür ki, iddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh iddiaçının xx.xx.2006-cı ilədək sığorta stajının 25 ildən az, yəni 22 il 07 ay olduğunu, xx.xx.2018-ci ilədək fərdi hesabın sığorta hissəsində kapital olmadığını, xx.xx.1994-xx.xx.2007-ci ilədək əmək fəaliyyətinin öz təsdiqini tapmadığını əsas götürərək müraciətin təminindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona yaşa görə əmək pensiyasının təyin edilməsini mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddia mahiyyət üzrə əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun qeyd olunan normasından görünür ki, yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatmalı, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Qanunun 7-ci maddəsinin tələbinə əsasən 1 iyul 2020-ci il tarixdən kişilər üçün pensiya yaşı həddi 65 yaşdır. İddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla 65 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti, “ğ” bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxildir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr isə onun ümumi iş stajı ilə müəyyən edilir. Nəzərə alınmalıdır ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla əmək fəaliyyəti, hərbi xidmət və təhsil dövrü ümumi iş stajına daxil edilir. Bu zaman qanun yalnız üst-üstə düşən iş stajı dövrlərindən birinin tam hesaba alınmasını mümkün sayır. İddiaçıya məxsus hərbi bilet, diplom, əmək kitabçası qeydlərinə əsasən xx.xx.1971xx.xx.1975-ci ilədək təhsil dövrü (əmək kitabçasında qeyd edilən xx.xx.1974-xx.xx.1974cü ilədək, eləcə də xx.xx.1974-cü ildə xx.xx.1975-ci ilədək istehsalat təcrübəsi müddəti təhsil müddətinə aid olmaqla onunla üst-üstə düşdüyündən (əhatə olunduğundan) həmin dövr müstəqil olaraq staja hesablanmır, bu zaman yalnız təhsil dövrü ümumi staja daxil edilir) 03 il 09 ay 26 gün,xx.xx.1975-xx.xx.1977-ci il tarixədək 02 il 01 ay 03 gün hərbi xidmət dövrü, xx.xx.1975- xx.xx.1975-ci ilədək 02 ay 01 gün, xx.xx.1978- xx.xx.1978-ci ilədək 09 ay 15 gün olmaqla əmək fəaliyyəti dövrü ümumi sığorta stajına daxil edilir. Cavabdeh iddiaçının xx.xx.1978-ci il tarixdən işə qəbul olunduğu və xx.xx.1998-ci il tarixli № 7 saylı əmrlə işdən azad edildiyi, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğu və əmək kitabçasında qeyd olunan xx.xx.2007-ci il tarixli № 56 saylı işdən çıxma əmri araşdırma zamanı öz əksini tapmadığını əsas götürərək həmin dövrləri sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə qismən razılaşır. Belə ki, iddiaçının xx.xx.1978-ci ildə 2 N-li Evtikmə kombinatında quraşdırma sahəsinə dördücü dərəcəli krançı qəbul edildiyi, xx.xx.1981-ci ildə Qüllə kranı krançısınm beşinci dərəcəsi bərpa olunduğu, xx.xx.1981-ci ildə Dəmir-beton məmulatları quraşdırıcısının 2-ci dərəcəsi verildiyi, xx.xx.1986-cı il tarixli dördüncü dərəcəli krançı dərəcəsi müəyyən edildiyi barədə qeydlər vardır. Həmin qeydlər əmək kitabçasında öz əksini tapmaqla işəgötürənin imza və möhürləri ilə təsdiq edilmiş, əmək kitabçasının doldurulma ardıcıllığı pozulmamış və həmin qeydləri şübhə altına alan hər hansı müəyyən edilməmişdir. İddiaçının dövlət arxivindən əldə edilmiş arxiv sənədlərində də BBTİ 2 saylı X12 natamam arxiv sənədlərinin əmr kitablarında iddiaçının xx.xx.1978-ci il tarixli, 566 saylı əmrlə xx.xx.1978-ci il tarixdən 4-cü dərəcəli krançı vəzifəsinə işə qəbul olunması və 1992 1993, 1994, 1995, 1996 və 1997-ci illərə dair hesabat cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar vardır. Göründüyü kimi xx.xx.1978-ci ildən 1998-ci ilədək olan dövr əlavə olaraq arxiv arayışı ilə də öz təsdiqini tapmışdır. Cavabdeh iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək öz hesabına ödənişsiz məzuniyyətdə olduğunu qeyd edərək bu barədə akt tərtib etsə də həmin aktın tərtib edilməsinə əsas olan iddiaçının özənişsiz məzuniyyətdə olması ilə bağlı əmrləri təqdim etməmiş, belə bir əmr və ya məlumat sözügedən idarənin dövlət arxivinə təhvil verilmiş 2000-ci il tarixədək olan sənədləri arasında müəyyən olunmamışdır. Eləcə də dövlət arxivindən əldə olunmuş məlumatlardan müəyyən olunur ki, iddiaçıya 1992-ci ilin yanvar-dekabr, 1993-cü ilin yanvar-dekabr, 1994-cü ilin yanvar-aprel, 1995-ci ilin iyulavqust, 1996-cı ilin fevral-mart, may-dekabr, 1997-ci ilin yanvar-iyul, sentyabr-noyabr ayları üçün əmək haqqı ödənişləri edilmişdir. Beləliklə, cavabdeh orqan iddia etdiyi 1994-1998-ci ilıərdə ödənişsiz məzuniyyətdə olma faktı ilə bağlı mötəbər sənəd təqdim etməmiş, həmin dövrü sığorta stajına hesablamasını istisna edəcək halı sübuta yetirməmişdir. İddiaçının sözügedən müəssisədə işdən azad edildiyi tarixə gəlincə əmək kitabçasında iddiaçının 2 X5 xx.xx.2007-ci il tarixli 56 nömrəli əmri ilə işdən azad qeyd kadrlar şöbəsinin rəisi L.Əhmədova tərəfindən imzalanaraq idarənin möhürü ilə təsdiq edilsə də həmin əmr dövlət arxivinə təhvil verilməmiş, eləcə də idarənin özəlləşmə nəticəsində xx.xx.2008-ci il tarixində yarandığı hüquqi varis- "Bakı İnşaat-2” ASC-də də sözügedən əmr aşkar edilməmiş, ASC-nin təqdim etdiyi 2 X5 işçilərinin tabel cədvəlində iddiaçının işdən çıxma barədə əmr kimi xx.xx.1998-ci il tarixli 7 nömrəli əmr qeyd olunmuşdur. Həmçinin, dövlət arxivində 1998-ci ilədək əmək haqlarının ödənilməsi, sonrakı illərin əmək haqqı cəvəllərində iddiaçı barəsində məlumatın olmaması, eləcə də xx.xx.2006-cı il tarixdən fərdi uçot yarandıqdan sonra işdən azad edildiyi xx.xx.2006-cı il tarixdən xx.xx.2007-ci ilədək dövr üzrə iddiaçının fərdi hesabına həmin idarə tərəfindən məcburi sosial sığorta haqqının ödənilməməsi iddiaçının 2007-ci il tarixdə deyil, ASC-nin təqdim etdiyi tabel cədvəlində olduğu kimi xx.xx.1998-ci il tarixdə işdən azad edildiyi qənaətinə gəlməyə əsas verir. İddiaçının xx.xx.1971-xx.xx.1975-ci ilədək təhsil dövrü 03 il 09 ay 26 gün, xx.xx.1975-xx.xx.1977-ci il tarixədək 02 il 01 ay 03 gün hərbi xidmət dövrü, xx.xx.1975xx.xx.1975-ci ilədək 02 ay 01 gün, xx.xx.1978-xx.xx.1978-ci ilədək 09 ay 15 gün, xx.xx.1978-xx.xx.1998-ci ilədək 19 il 01 ay 20 gün əmək fəaliyyəti dövrü də daxil olmaqla ümumi sığorta stajı 26 il 05 gün təşkil edir. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan 25 il ümumi iş stajı tələbi ödənilir. Cavabdehin pensiya təyin edilməsindən imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarını pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə qeyd edilənlərə əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçıya 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilməlidir İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı 65 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalı̇ nı̇ n Sosı̇ al Müdafı̇ əsi Nazı̇ rlı̇ yı̇ nin tabelı̇ yı̇ ndə Dövlət Sosı̇ al Müdafı̇ ə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzı̇ Fı̇ lı̇ alına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar