Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3658/2021 06.10.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X8 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov prospekti, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzilinin adına özəlləşdirilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzili - Bakı şəhəri İcra Hakimiyəti Başçısının birinci müavini E.Əzizovun imzası ilə təsdiq edilmiş 08.04.1992-ci il tarixli, 310/30 saylı sərəncam, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 001900 saylı, 24.02.1993-cü il tarixli order əsasında üç nəfər ailə üzvü ilə onun sahibliyinə və istifadəsinə verilmişdir. Cavabdehə müraciət etmiş və yuxarıda göstərilən ünvanda yerləşən iki otaqlı mənzilin onun adına özəlləşdirilməsini xahiş etmiş və 28.12.2020-ci tarixdə cavabdeh tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin iki otaqlı 46 saylı mənzilinin xidməti mənzil olması əsas gətirilmiş və mənzilin özəlləşdirilməsindən imtina edilmişdir. Qeyd olunduğu kimi, mənzil sahəsinin hərbi qulluqçu olaraq onun və ailə üzvlərinin istifadəsinə verilməsinə əsas olan a) Bakı şəhəri, İHBnin birinci müavini E.Əzizovun imzası ilə təsdiq edilmiş, 08.04.1992-ci il tarixli 310/30 saylı sərəncamda; b) Mənzil sahəsinin ayrılması üçün əsas sənəd hesab edilən 001900 saylı, 24.02.1993-cü il tarixli orderdə Bakı şəhəri, Binəqədi rayonu Əcəmi Naxçivani küçəsi, 3 saylı evin 46 saylı mənzilinin xidməti mənzil olaraq onun adına rəsmiləşdirilməsi barədə heç bir qeyd mövcud deyil. Azərbaycan Respublikası Müdafiə Nazirli Mənzil İstismar İdarəsinin 4033 saylı 13.09.2019-cu il tarixli məktubla balans saxlayıcı – Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil İstismar İdarəsi təsdiq edir ki, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı, 2 otaqlı, 46 saylı mənzilə verilmiş 001900 saylı 24.02.1993-cü il tarixli order xidməti yox, daimi orderdir. «Mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsi məlum halda Binəqədi rayonu Ə.Naxçivani küçəsi 3 saylı evin 46 saylı mənzilinə şamil olunmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3 ünvanında yerləşən, 2 otaqlı, 46 saylı mənzilin mülkiyyət hüququ üzrə onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilmsəi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşmiş ərizə icraata qəbul edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən məhkəməyə etiraz təqdim edilərək bildirilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyətinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarına əsasən verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçivani küçəsi, 3 saylı evin, 46 saylı mənzili xidmətidir. Mənzilin daimi verilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır. Qeyd olunan mənzilin daimi verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Bu səbəbdən, ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********98 saylı, 28.12.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin ərizəsi əsasında aparılır, həmçinin hüquqların dövlət qeydiyyatı üçün bu Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri təqdim olunmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən, məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İşdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 28.12.2020-ci il tarixli, **********98 nömrəli imtina məktubunun surətindən görünür ki, iddiaçının mübahisəli mənzilə dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə müraciətinə cavab olaraq bildirilmişdir ki, aparılan araşdırma zamanı Nəsimi rayon İcra Hakimiyyətinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarına əsasən verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, 3 saylı evin, 46 saylı mənzili xidmətidir. Mənzilin daimi verilməsinə dair hər hansı sənəd təqdim olunmamışdır. Qeyd olunan mənzilin daimi verilmsəi haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş sərəncam təqdim ediləcəyi təqdirdə ərizəsinə yenidən baxıla bilər. İşdə olan Azərbaycan Respublikası Müdafə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş 13.09.2019-cu il tarixli, 4033 nömrəli arayışdan görünür ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 08.04.1992-ci il tarixli, 310/30 nömərli sərəncam əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3, 46 nömrəli mənzilə verilmiş 24.02.1993-cü il tarixli, 001900 nömrəli order daimi orderdir. İşdə olan 1 saylı Bakı “Asan xidmət” Mərkəzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışın surətindən görünür ki, İddiaçı 29.06.2003-cü il tarixdən ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmin ünvanda İddiaçı başqa, 28.08.1964-cü il təvəllüdlü X3 və 23.09.1998-ci il təvəllüdlü X5 qeydiyyatdadırlar. İşdə olan notarial qaydada təsdiq edilmiş X3 tərəfindən verilmiş 14.02.2019-cu il tarixli, **********705 nömrəli ərizənin surətindən görünür ki, o, ünvan 3 ünvanda yerləşən 46 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə və reyestrdən çıxarış verilməsinə etiraz etmir. İşdə olan 102 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 04 sentyabr 2019-cu il tarixli, 722 nömrəli arayışın surətindən görünür ki, İddiaçı ünvan 3 ünvanda yerləşən 46 saylı mənzildə qeydiyyatdadır. Bina tikilib təhvil verildiyi gündən, hal-hazırradək Binəqədi rayonu 102 saylı Mənzil Kommunal İstismarı Sahəsinin balansındadır. İşdə olan Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 001900 nömrəli, 24.02.1993-cü il tarixli orderin surətindən görünür ki, Ə.Naxçıvani küçəsi, ev 3 ünvanda yerləşən, 30.15 kv.m sahəsi olan, 2 otaqlı, 5-ci mərtəbədə 46 saylı mənzil 3 nəfər ailə tərkibi (özü, arvadı 1964-cü il təvəllüdlü X3 və 1993-cü il təvəllüdlü qızı) ilə İddiaçı ayrılmışdır. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 07.11.2018-ci il tarixli, M-179 nömrəli Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarından arxiv çıxarışının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinə ünvanlanmış ünvan 5l tarilxi, 74 saylı məktubu ilə hərbi qulluqçulara orderlərin təsdiqi və verilməsi üçün 12.02.1992-ci il tarixli və 25.03.1992-ci il tarixli, N saylı hərbi hissə komandirinin təsidq edilmiş siyahısı təqdi medilmişdir. Sovet Ordusu və Hərbi Dəniz Donanmasının Mənzil Müavinətlərinin, Mənzil- İstismar Xidmətinin 4-cü fəslinin 26-cı b. və 12.09.1986-cı il tarixli, 7/8139 saylı BŞİ məktubuna əsasən hərbi qulluqçulara orderlər verilmiş: 4. İddiaçı – gizir, 3 nəfərlik ailə tərkibi ilə, (özü, arvad, qızı) 30.15 kv.m sahəsi olan, 2 otaq, Naxçıvani küçəsi, ev 3, mənzil 46. İşdə olan məhkəmənin sorğusuna 102 saylı Mənzil-Kommunal İstismarı Sahəsi tərəfindən verilmiş cavab olaraq verilmiş 495 nömrəli, 17.06.2021-ci il tarixli məktubdan görünür ki, Ə.Naxçıvani küçəsi, ev 3, mənzil 46 ünvanı barədə 102 saylı MKİS-də olan məlumata əsasən vətəndaş İddiaçı adına 01900 nömrəli, 24.02.1993-cü il tarixli orderə əsasən mənzilin sahibidir və hal-hazırda orada aşağıdakı ailə üzvləri ilə birlikdə qeydiyyatdadır və yaşayır – 1. İddiaçı – özü, 2. X2 – arvadı, 3. X5 – oğlu. İşdə olan notarial qaydada tərcümə və təsdiq edilmiş ərizənin surətindən görünür ki, X6 ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, işin bu cür hallarında daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydə alınmasına dair cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunsuzdur. Belə ki, məhkəmə ilk öncə cavabdehin imtinasına münasibətdə qeyd edir ki, cavabdeh öz imtinasının əsasında sözügedən mənzilin Nəsimi rayon İcra Hakimiyyətinin 08.04.1992-ci il tarixli, 310/30 saylı qərarına əsasən verilmiş xidməti mənzil olduğuna istinad etsə də, iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilmiş arayışla bildirilmişdir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən 08.04.1992-ci il tarixli, 310/30 nömrəli sərəncam əsasında Bakı şəhəri, Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 3, 46 sayı mənzilə verilmiş 24.02.1993-cü il tarilxi, 001900 nömrəli order daimi orderdir. Beləliklə də, sözügedən arayış cavabdehin arqumentinin əsassız olmasına dəlalət edir. Eləcə də, məhkəmə iş üzrə əhəmiyyət kəsb edən sübutlara məcmu halında qiymət verərək qeyd edir ki, işdə olan kifayət qədər mötəbər sübutlarla (qərar, order və s,) müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən 46 saylı mənzil iddiaçının ailə üzvləri ilə birlikdə daimi istifadəsinə verilmiş, həmin mənzil 1993-cü il tarixdən iddiaçının və ailə üzvlərinin daimi istifadəsindədir. Hazırda mənzildə iddiaçının arvadı 1964-cü il təvəllüdlü X3 və 1998-ci il təvəllüdlü X5 qeydiyyatdadır və həmin şəxslər də notarial qaydada ərizə təqdim edərək, mübahisəli mənzilin İddiaçı adına özəlləşdirilməsinə etiraz etmirlər. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçının həmin mənzilə dair hüquqlarının 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə yaranması, onun 01 oktyabr 2009-cu il tarixdən əvvəlki dövrdə həmin mənzilin qanuni istifadəçisi olması işdə olan kifayət qədər mötəbər sübutlara əsasən müəyyən edilərək, təsdiqləndiyindən, iddiaçının mənzil münasibətləri də, həmin dövrdə qüvvədə olan qanunvericiliklə (əvvəlki Mənzil Məcəlləsi) tənzimlənməlidir. Beləliliklə, göründüyü kimi, İddiaçı qanuni əsaslarla mübahisəli mənzilin sahibi və istifadəçisidir, həmin mənzilə dair onun adına hüquqmüəyyənedici sənədlər mövcuddur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqularını saxlayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13 maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X1 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçəməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi əsas hesab edilir. 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 4-cü maddəsinə əsasən dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu) mənzil fonduna daxildir. Həmin Məcəllənin 5-ci maddəsinin 1-ci abzasına əsasən dövlət mənzil fondu yerli xalq deputatları Sovetlərinin (yerli Sovetlərin mənzil fondu) və nazirliklərin, dövlət komitələrinin və baş idarələrin (idarə mənzil fondu) ixtiyarındadır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən mənzil fondunun özəlləşdirilməsinin əsas prinsipləri aşağıdakılardır: - mənzillərin özəlləşdirilməsinin tam könüllülüyə əsaslanması; - mənzillərin (evlərin) özəlləşdirilməsinin pulsuz olması; - yaşadıqları mənzillərin bu Qanunda müəyyən edilmiş şərtlər və qaydalarla mülkiyyətə verilməsini tələb etmək barəsində vətəndaşların hüququnun təmin olunması; - özəlləşdirmənin aşkarlığı, özəlləşdirmə üzərində dövlət nəzarəti və ictimai nəzarət. Həmin Qanunun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci abzasına əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra iyirmi gün ərzində həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib həmin çıxarışı mənzilin mülkiyyətçisinə verir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 04 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. ünvan 8 ünvanında yerləşən, 2 otaqlı, 46 saylı mənzilin mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov prospekti 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3658/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3658/2021
06.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver