Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-366/2020 26.02.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X3 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı “məlumat vərəqəsinə əsasən pensiyanın yenidən hesablanması və s. tələbi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, 26 iyul 2019-cu il tarixli məlumat vərəqəsinə əsasən pensiyanın 23 manat düzəliş hissəsinin yığılıb qalmış hissəsini 2000-ci il tarixdən 2019-cu il tarixədək hesablanması və tam şəkildə onun plastik kart hesabına ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinən ehtiyat buraxılarkən Müdafiə Nazirliyinin əmri ilə GM023 saylı Xidmətkeçmə haqqından Əsasnamənin 156-cı maddəsinin “A” bəndi ilə yəni xidmətinin başa çatdığına görə ehtiyata buraxılmışdır. 26 iyul 2019-cu il tarixdə Müdafiə Nazirliyinin Maliyyə Büdcə İdarəsi tərəfindən yeni məlumat vərəqəsi hazırlanaraq Azərbayan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanına Hərbi Qulluqçular və Xüsusi Rütbəlilərin İşləri üzrə İdarəsinə göndərilsə də qərar bu günədək icra edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X2 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin pensiya təminatı ilə bağlı funksiyaların həyata keçirilməsi Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 495 və 499 nömrəli Fərmanlarının 2.2-ci və 4-cü bəndlərinə əsasən 2007-ci il 01 yanvar tarixdən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən həri qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xəcrliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda ddəyişikliklər dilməsi barədə, qanunun 32.1-1 maddəsinə əsasən “əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir”. İddiaçıya qanunvericiliyinin tələblərinə uyğun olaraq son 3 il olmaqla əmək pensiyası ödənilmişdir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabehin nümayəndəsi X2 etiraz ərizəsinə uyğun izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: ASAN 2 tərəfindən 20.08.2019-cu il tarixdə verilmiş AA1025320 saylı şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, 1970-ci il təvəllüdlüdür, Zəngiln rayonu, ünvan 1 ünvanında qeydiyyatdadır. ZE-50779 nömrəli MN seriyalı Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqindən görünür ki, İddiaçı 01 mart 2000-ci il tarixdən 2-ci qrup əlliliyə görə pensiya təyin edilmiş, pensiyanın ümumi məbləği 189,15 manat təşkil edilmişdir. Əmək pensiyasının yenidən hesablanması haqqında 04 sentyabr 2019-cu il tarixli qərarından görünür ki, İddiaçı təminat xərcinin 642,45 manat məbləğinin 80% olaraq yenidən hesablanmış pensiya məbləği 513,96 manat təşkil etmişdir.Həmin qərardan görünür ki, 01.09.2016-31.08.2019-cu il tarixə qədər 828 manat alınmamış pensiya məbləği, 01.09.2019cu il tarixdə isə 513,96 manat pensiya məbləği hesablanmışdır. İddiaçı 2019-cu ilin avqust ayında cavabdehə müraciət edrək 2000-ci ildən 2019-cu ilə qədər olan müddət üçün pensiya fərqinin ödənilməsini xahiş etsə də müraciəti tam təmin edilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 24 sentyabr 2019-cu il tarixli imtina məktubundan qeyd edilmişdir ki, 01 mart 2000-ci il tarixində Azərbaycan respublikası Müdafiə Nazirliyi tərəfindən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixindən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müafiə Fondu həyata keçirdiyindən İddiaçı əmək pensiyası həmin tarixdən etibarən idarə tərəfindən ödənilir.Sözügedən orqan tərəfindən İdarəyə təqdim olunmuş yeni məlumat vərəqəsinə əsasən əmək pensiyası cari ilin sentyabr ayında keçmiş üç il müddət üçün yenidən hesablanmışdır. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün hesablanmış 828 manat məbləğində fərq cari aydan etibarən həmin maddənin tələblərinə uyğun qaydada hissə-hissə pensiyasının üzərinə əlavə olunmaqla müvafiq kart hesabına köçürüləcəkdir. Yeni məlumat vərəqəsində sonuncu xidmət keçdiyi vəzifə üzrə vəzifə maaşı 395 manat, rütbə maaşı 108 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşı 15 faizi miqdarında əlavəsi 75,45 manat və ərzaq payı əvəzinə verilən kompensasiya 64 manat olmaqla cəmi təminat xərcliyinin 642,45 manat göstərilmişdir. Yeni məlumat vərəqəsinə uyğun olaraq “Əmək pensiyaları haqqına” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müafiəsi ilə əlaqədar” İİ qrup əlilliyə görə təminat xərcliyinin (642,45 manat) 80 faizi -513,96 manat məbləğində əmək pensiyası müəyyən edilmişdir. Məhkəmə araşdırılması zamanı iş üzrə zərurət yarandığından Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu göndərilmiş, sorğuya 02 dekabr 2019-cu il tarixli cavab məktubu göndərilərək qeyd edilmişdir ki, İddiaçı 17.03.2008-ci il tarixdə tibbi-sosial ekspert komissiyasında təkrar müayinə edilmiş və “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəbi ilə müddətsiz ikinci dərəcə əlilliyinin təyini barədə qərar verilmişdir. Beləliklə iş materiallarından aydın olur ki, iddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbçisi olmuş və 01.03.2000-ci il tarixdən ona İİ qrup əlliyinə görə əmək pensiyası təyin edilmişdir. 25 iyul 2019-cu il tarixdə iddiaçı barəsində Müdafiə Nazirliyi tərəfindən Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbayan Respublikası Dövlət Sosial Müdafiə Fonduna yeni məlumat vərəqi verilmiş, Azərbayan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin əmək pensiyasının yenidən hesablanması barədə qərarından görünür ki, iddiaçıya pensiya yenidən hesablanarkən 01.09.2016-cı il tarixdən 01.09.2019-cu il tarixədək olan dövr hesablanmışdır. Lakin iddiaçı pensiyanın sonuncu 3 il üzrə deyil, pensiya hüququ yarandığı 2000-ci il tarixdən hesablanaraq ona ödənilməsini də cavabdehdən tələb edir. Göründüyü kimi, cavabdeh “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1 və 37.7-ci maddəsinə əsasən istinad edilərək, Qanuna dəyişikliyin 2017-ci ilin iyulun 1-dən qüvvəyə mindiyini əsas gətirərək, iddiaçıya son 3 il üzrə pensiya fərqini hesablamışdır. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır. İddiaçı barəsində tam xidmət illəri nəzərə alınmaqla yeni məlumat vərəqi 25.07.2019-cu il tarixdə verilsə də, lakin ona pensiya 01.03.2000- ci il tarixdən təyin edilmişdir. Cavabdehin istinad etdiyi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.7-ci maddəsində qeyd edilir ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsində qeyd edilir ki, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə qeyd edir ki, cavabdehin istinad etdiyi normalardan aydın görünür ki, həmin normalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi gündən sonra əmək pensiyasının təyin edilməsi ilə bağlıdır. Hazırki iddia ilə iddiaçı əmək pensiyasının yeni məlumat vərəqəsi əsasında pensiya hüququ yarandığı gündən hesablanaraq ödənilməsini xahiş edir. Cavabdeh isə pensiyanın yenidən hesablandığını lakin əvvəlki üç il üzrə hesablanmış fərq məbləğinin ödənilməli olduğunu bildirir. Göründüyü kimi, pensiyanın yenidən hesablanması ilə bağlı mübahisə yoxdur. Mübahisə pensiyanın iddiaçıya pensiya təyin edildiyi vaxtdan yoxsa məlumat vərəqəsi əsasında əvvəlki 3 il üzrə hesablaması ilə bağlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin 1-ci hissəsində göstərilir ki, hamı məhkəmə və qanun qarşısında bərabərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə görə mülki qanunverciliyin əsas prinsiplərindən biri də mülki hüquq subyektlərinin bərabərliyi prinsipidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xəcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu Qaydaların əlavəsində göstərilmiş əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fıziki və hüquqi şəxslərin hüquqi vaziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixədək qüvvədə olmuş 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci, 31.1-ci, 31.2, 37.7-ci maddələrinin tələblərinə əsasən iddia tələbi əsaslı hesab edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Həmin Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 31.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Həmin Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Beləliklə, Məhkəmə qeyd edilən normaların tələblərindən çıxış edərək, habelə İddiaçı pensiya hüququ 01.03.2000-ci il tarixdən yarandığını nəzərə alaraq hesab etmişdir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, İddiaçı 01.03.2000-ci ildən 01.09.2016-cı il tarixədək yaranmış pensiya fərqi yenidən hesablanaraq ödənilməsi cavabdehə həvalə edilməlidir “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddia tələbi qismən təmin edilsin. İddiaçı yeni məlumat vərəqəsi əsasında 01.03.2000-ci ildən 01.09.2016-cı il tarixədək yaranmış pensiya fərqi yenidən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-366/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-366/2020
26.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver