Məhkəmə qərarları › İş №2-1(112)-3661/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3661/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3661/2024 16.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X1 Ağa qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması barədə qərarın ləğv edilməsi və pensiya ödənişinin bərpa edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı əmək pensiyasının dayandırılması haqqında qərarının ləğv edilməsi pensiya ödənişinin bərpa edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2021-ci il tarixli **********6 nömrəli qərarın ləğv edilməsi, hərəkətlərin qanunsuz hesab edilməsi, pensiyanın dayandırıldığı xx.xx.2021-ci il tarixindən bərpa edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddiası təmin edilmişdir. ƏƏSMN-nin DSMF -nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı (bundan sonra cavabdeh) apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2299/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş birinci instansiya mıhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh bu qərarla da, razılaşmamış və kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2299/2022 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-2390/2022 saylı qərarı ilə ƏƏSMN-nin DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının kassasiya şikayəti təmin edilməmişdir. Bundan sonra 2023-cü ilin mart ayından pensiya təyin edilmiş 327,21 manatdan ödənişlər edilmişdir, xx.xx.2023-cü il tarixində qanunsuz olaraq pensiya məbləği dayandırılmışdır. Dayandırmanı o, 2023-cü ilin avqust ayında bildikdə dərhal cavabdehə və məhkəməyə ərizə ilə müraciət etmişdir ki, cavabdeh cərimə edilsin, cərimə edilmə barədə ərizə ilə məhkəməyə müraciət etdikdən 2 ay sonra 2023-cü ilin oktyabr ayında 3 ayın ödənişi bir dəfəyə ona ödənilmişdir. Hazırda da, xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14846/2023 saylı əmək pensiyasının dayandırılması haqqında qərarın olması məlum olmuşdur, buna görə də, əmək pensiyasının verilməsində problemlər yaranmışdır. 142 qaynar xətti ilə noyabr ayında əlaqə saxlanılmış və bildirilmişdir ki, pensiyası noyabr ayı üçün hesablanmamışdır və dayandırılmışdır. Əlavə olaraq qeyd edir ki, çalışdığı sahə zərərli olmuşdur, uzun illər bu sahədə çalışmışdır. Zərif -Mahud Kombinatda əyirici işləyərkən yun kələflərdən, sintetik və süni liflərin qarışığından iplərin əyrilməsi, tikişçi işlədiyim vaxtlarda isə yun parçalardan istifadə etmiş, qəbuledici işlədiyi vaxtlarda isə boyalı yun parçaları əl ilə yığıb qəbul etmək işlərində çalışmış, işi əsasən kombinatda əyirici, qəbuledici olmuşdur. İddiaçı zərərli işlərdə çalışdığı üçün məzuniyyət günləri almış, əmək haqqına əlavələr edilmişdir. Bütün bu kimi hallar əmək kitabçasında olan qeydlər və hazırki kombinatın hüquqi varisi tərəfindən təsdiq edilmişdir. Cavabdehin 50000 min manat cərimə edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir, Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə cərimə edilmə barədə vəsatət təmin edilməmişdir. Məhkəmə qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1469/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı icra edilmişdir, ona görə də, cavabdehə cərimə tətbiq edilməsi mümkün deyildir, çünki cavabdeh yeni qərarla pensiya ödənişini dayandırmışdır. Məhkəmə iclasında qəradad qəbul etdikdən sonra məlum olmuşdur ki, cavabdehin belə bir qərarı vardır, onun nümayəndəsi cavabdehə müraciət edəndə belə bir qərarın olması barədə məlumat verilməmişdir, sadəcə xx.xx.2023-cü il tarixli cavabdehin məktubunda dayandırılmadan yazılmışdır. Cərimə edilmə barədə ərizəyə baxışda məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli qərar vardır və həmin qərarı cavabdeh məhkəməyə təqdim etmişdir. Həmin sənədləri məhkəməyə təqdim edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 9.1-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan qadınlar 55 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 63 yaş 6 ayına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilmişdir ki, iddiaçıya vaxtilə əmək pensiyası təyinatı aparılarkən əsas götürülmüş halların pensiya qanunvericiliyinin tələblərinə uyğunluğu tərəflərindən araşdırılmışdır. Sözügedən araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli MT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyirici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkiçi vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib, iddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmayıb. Bu səbəbdən də, onun güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, iddiaçıya Fondun Sabunçu rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Əlavə olaraq bildirilmişdir ki, məhkəmənin 9 mart 2022-ci il tarixli 2-1(112)-1469/2022 nömrəli qərarına əsasən 52 yaşının tamam olduğu 24 sentyabr 2012-ci il tarixindən 327,21 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bərpa edilib. Daha sonra “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna yenidən baxılması üzrə inzibati icraata başlanılıb. Bununla əlaqədar, müvafiq inzibati icraatla bağlı mülahizələrinin dinlənilməsi üçün ona qanunvericiliyin tələbləri izahlı şəkildə göstərilməklə xx.xx.2023-cü il tarixli məktub göndərilməklə 16 iyun 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilmişdir. Lakin. mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Sonra isə, ona vaxtilə pensiya təyin edilməsinə dair qəbul olunmuş qərar tərəflərindən ləğv olunub və güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişinin 2023-cü ilin iyul ayından dayandırılması haqqında inzibati akt qəbul edilib. Əlavə olaraq bildirilmişdir ki, Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya Qanunun 11-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixindən əlilliyə görə əmək pensiyası təyin edilib. Qanunun 39.1ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyasından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, iddiaçıya son üç il üzrə 11014,55 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 11014,55 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə təqdim etməsi xahiş olunmuşdur. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Eyni zamanda hesab edirlər ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz.

5. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxışı iclasında işə tərəflərin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

6. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı xx.xx.1960-cı il təvəllüdlüdür.

7. Cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə 17 avqust 2023-cü i larixli 3- 17-1/2-H-188052/2023 nömrəli məktub ünvanlanaraq bildirilmişdir ki, araşdırma zamanı, İddiaçı vaxtilə pensiya təyin edilərkən təqdim olunmuş 10 may 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyrici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkici vəzifələrində işlədiyinin qeyd olunduğu müəyyən edilib. İddiaçı işlədiyi vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabineti təərfinədn 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmayıb. Bu səbəbdən də, İddiaçı tələb olunan güzəştli iş stajı yoxdur. Göstərilən uyğunsuzluğa baxmayaraq, İddiaçı 52 yaşının tamamlandığı xx.xx.2012-ci il tarixindən Fondun Sabunçu rayon Şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. “Əmək pensiyaları haqqında” Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla İddiaçı ümumilikdə 10190,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlaəv olunur) qaytarmağını xahiş edirlər. Əlavə olaraq bildirilmişdir ki, qeyd edilənlərlə bağlı İddiaçı tərəflərindən 7 iyun 2023-cü il tarixli 3-17-1/2-Ə-128871/2023 nömrəli məktub ünvanlanıb.

8. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-128871/2023 nömrəli “Əmək pensiyası hüququna baxılmasında mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala dəvət haqqında” məktub ünvanlanmışdır.

9. Cavabdeh “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 nömrəli qərarına əsasən İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 21.2-ci, 67,1-ci və 67.8-ci maddələrinin tələblərinə uyğun qaydada ləğv edilməsi adıçəkilən şəxsə əmək pensiyasının ödənişinin dayandırılması və ona artıq ödənilmiş pensiyanın məbləğinin müəyyən edilməsi, “İnzibati icraat haqqında” Qanununun 67.13-cü maddəsinin tələblərinə uyğun qaydada şəxsə məlumat verilməsi barədə qərar qəbul edilmişdir.

10. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 23 fevral 2024-cü il tarixli 3-17-1/2-43982/2024 nömrəli məktubla İddiaçı pensiya işinə dair sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Bakı İnzibati Məhkəməsinin sorğusuna "xxxx" ASC tərəfindən verilmiş İR- 406989 nömrəli 25 yanvar 2022-ci il tarixli arayışa əsasən, İddiaçı həqiqətən xx.xx.1985ci ildən (əmr № 165; xx.xx.1985) xx.xx.1999-cu ilədək (əmr №27; xx.xx.1999) Bakı "xxxx" ASC-də 5-ci dərəcəli əyirici; tikişçi və qəbuledici-çəkici peşələrində işləmişdir. İddiaçı kombinatda əyirici İşləyərkən əsas xammal yun, yun kələflərdən, köməkçi vasitələr sintetik və süni liflərin qarışığından iplərin əyrilməsini; tikişçi işləyərkən yun parçalardan istifadə etməklə, qəbuledici - çəkici işləyərkən boyaq-bəzək istehsalatında boyanmış yun parçanı əl ilə yığıb qəbul etmək, dəri xəzdən olan yarımfabrikat hazır məhsulun qəbuledicisi işləri ilə məşğul olmuş, zərərli işə görə əmək haqqısına əlavə almış, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin əyiricilər (səh. 199-200), Yüngül sənaye adlanan 26-cı bölməsinin 26.7 bəndi qəbuledici peşəsi. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın 2 saylı Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ .verən istehsalatların və peşələrin 2 saylı Əlavəsinin 2 saylı Siyahısına əsasən qəbuledici - kod 2210800a-17259, əyiricilər peşəsi - kod 221G0000-XX yüngül sənaye üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Əlavə olaraq bildirilmişdir ki, "xxxx" ASC-nin idarə binası sökülmüş, sənədlərin bir qismi Milli Arxiv İdarəsinə verilmiş, bir qismi də köç zamanı naməlum səbəblərdən itmişdir. Tələb etdikləri sənəd də, itmiş sənədlərin içərisində olmuşdur. Bu səbəbdən də, tələb edilən sənədin əslini, yaxud surətini təqdim edə bilmirlər. Əlavə olaraq bildirilmişdir ki, “Zərif- Mahud" ASC ləğvedilmə mərhələsindədir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1997-ci il tarixli 1108 saylı qərarına əsasən "xxxx" kombinatı "xxxx" ATSC-nə, səhmdarların ümumi iclasının xx.xx.2012-ci il tarixli 01 saylı protokoluna əsasən "xxxx" ASC-nə çevrilmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb öhdəliyin icrası haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. Öhdəliyin icrası haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə inzibati orqana müraciət etməsidir ki, işdə olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə iddianı mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

17. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia ərizəsini iş üzrə toplanmış sənədlərlə birgə tədqiq edərək, hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, iddiaçıya Fondun Sabunçu rayon Şöbəsi tərəfindən 52 yaşının tamam olduğu xx.xx.2012-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçıya əmək pensiyasının təyin edilməsi haqqında qərarı ləğv edilmiş və həmin tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya ödənişi dayandırılmış və artıq ödənilmiş pensiyasının məbləği müəyyən edilərək iddiaçı tərəfindən ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən qərarın qəbul edilməsinə əsas kimi güzəştli iş stajının olmamasına istinad edilmişdir. 19.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda.

20. İddiaçının qanunvericiliklə nəzərdə tutulmuş pensiya yaşına çatması və ümumi iş stajının olması mübahisəsizdir. Mübahisəli hal iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən peşə olub-olmamasıdır.

21. İddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.

22. Hazırki işin hallarından göründüyü kimi, iddiaçının pensiya ödənişinin dayandırılmasına səbəb olan hal cavabdeh tərəfindən onun 10 may 1984-cü il tarixli İT-İ ******* nömrəli əmək kitabçasında "xxxx" ASC-də xx.xx.1985-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində əyrici, xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində tikişçi, xx.xx.1990-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində boyaq-bəzək istehsalatında qəbuledici çəkici işlədiyi vəzifələrin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərar ilə təsdiq olunmuş Siyahıda nəzərdə tutulmaması göstərilmişdir.

23. Bununla bağlı, iddiaçının Bakı İnzibati Məhkəməsinin icraatında olmuş analoji mübahisəsi üzrə aparılmış məhkəmə araşdırması zamanı "xxxx" ASC-yə aidiyyəti üzrə sorğu göndərilmiş, həmin sorğuya "xxxx" ASC tərəfindən cavab məktubu ünvanlanaraq bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1985-ci ildən (əmr № 165; xx.xx.1985) xx.xx.1999-cu ilədək (əmr №27; xx.xx.1999) Bakı "xxxx" ASC-də 5-ci dərəcəli əyirici; tikişçi və qəbuledici-çəkici peşələrində işləmişdir. İddiaçı kombinatda əyirici İşləyərkən əsas xammal yun, yun kələflərdən, köməkçi vasitələr sintetik və süni liflərin qarışığından iplərin əyrilməsini; tikişçi işləyərkən yun parçalardan istifadə etməklə, qəbuledici - çəkici işləyərkən boyaq-bəzək istehsalatında boyanmış yun parçanı əl ilə yığıb qəbul etmək, dəri xəzdən olan yarımfabrikat hazır məhsulun qəbuledicisi işləri ilə məşğul olmuş, zərərli işə görə əmək haqqısına əlavə almış, o cümlədən əmək məzuniyyətinə çıxarkən əlavə məzuniyyət günləri hüququna malik olmuşdur. Odur ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı”nın toxuculuq istehsalatı adlanan 32-ci bölməsinin əyiricilər (səh. 199-200), Yüngül sənaye adlanan 26-cı bölməsinin 26.7 bəndi qəbuledici peşəsi. Eləcə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 №-li, xx.xx.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəriciləri siyahısı"nın 2 saylı Əlavəsində qeyd olunan toxuculuq istehsalatı dəzgah və maşınlarında çalışanlara əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ .verən istehsalatların və peşələrin 2 saylı Əlavəsinin 2 saylı Siyahısına əsasən qəbulediei - kod 2210800a-17259, əyiricilər peşəsi kod 221G0000-XX yüngül sənaye üzrə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır.

24. Göründüyü kimi, iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən peşələr olması bir daha onun işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təsdiq edilmişdir.

25. Odur ki, iddiaçının işlədiyi peşələr güzəştli şərtlərlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququ verən peşələrdir və və bu səbəbdən məhz “Əmək pensiyaları haqqında” Qanunun 9.1-cu maddəsinə uyğun olaraq güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi əsaslı olmuşdur.

26. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

27. Odur ki, vətəndaşın güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin ləğv edilməsi haqqında qərarlar qanunsuz hesab edilməklə ləğv edilməli və qüvvəyə mindiyi andan hüquqi nəticələri aradan qaldırılmalıdır.

28. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

29. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatın nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

31. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon Şöbəsinin əmək pensiyası təyin edən komissiyasının İddiaçı əmək pensiyası təyin edilməsi haqqında qərarının ləğv olunması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-14771/2023 nömrəli qərarı ləğv edilsin və iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası ödənişi bərpa edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar