Məhkəmə qərarları › İş №2-1(112)-3663/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3663/2020

20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3663/2020 20.05.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Emin Etibar oğlu Eminzadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7”nin Səbail rayon şöbəsi rəisi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7”nin Səbail rayon şöbəsinəqarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: ünvan 1 Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7”nin Səbail rayon şöbəsinə qarşıiddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında yaşayan 20 noyabr 2019-cu il tarixdə vəfat etmiş X3 barəsində ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək məqsədilə hazırlıq icraatına başlanmışdır. xx.xx.2020-ci il tarixdə məhkəməyə daxil olmuş 595 saylı, xx.xx.2020-ci il tarixli məktubda aşağıdakılar göstərilmişdir ki, 1927-ci il təvəllüdlü mərhum X1 meyiti Bakı şəhəri Səbail rayon prokurorluğunun qərarı əsasında xx.xx.2019-cu il tarixdə Birliyin Səbail rayon şöbəsində məhkəmə-tibbi ekspertiza müayinəsindən keçirilmiş və prokurorluğun icazəsi ilə dəfn olunması üçün verilmişdir. Lakin X1 meyitini götürən şəxs mərhumun şəxsiyyət vəsiqəsini və mərhumla qohumluq əlaqəsini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, qüvvədə olan Təlimata əsasən mərhumun ölümünün səbəbinə dair “Ölüm haqqında tibbi şəhadətnamə”nin həmin şəxsə verilməsi mümkün olmamış və o, bu barədə yazılı şəkildə məlumatlandırılmışdır. Mərhum X1 ölüm faktının qeydiyyata alınma zəruriliyini nəzərə alaraq onun Səbail rayon prokurorluğunda olan şəxsiyyət vəsiqəsinin surəti Birliyin Səbail rayon şöbəsinin təşəbbüsü ilə xx.xx.2020-ci il tarixdə götürülmüş və həmin gün göstərilən şöbədə mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” tərtib olunaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinə təqdim olunmuşdur. İş üzrə hazırlıq icraatı ilə bağlı 20 may 2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi bildirdi ki, mərhum X2 aid ölüm haqqında tibbi şəhadətnamə artıq İddiaçı təqdim edilmişdir. Bu səbəbdən nümayəndə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7”nin Səbail rayon şöbəsi rəisi X5 595 saylı, xx.xx.2020-ci il tarixli məktubda göstərilənləri təsdiq etdi və mübahisə məhkəmədənkənar qaydada öz həllini tapdığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, işdə olan sənədləri araşdıraraq belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. İnzibati Prosessual Məcəllənin 39.3-cü maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş müddət ərzində inzibati akt qəbul edildikdə və ya şikayət təmin olunduqda iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 67.3-cü maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında mübahisə mövcud olmadığı üçün hazırki vəziyyətdə işin icraatına Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.3 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X7”nin Səbail rayon şöbəsinəqarşı «ölüm haqqında tibbi şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi» tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Bu qərardaddan şikayət verilə bilməz. HAKİM: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar