Məhkəmə qərarları › İş №2-1(112)-3667/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3667/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3667/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə, İddiaçı (Bakı şəhərində qeydiyyatdadır,teplovoz maşinisti, “xxxx” MMC-də teplovoz maşinisti işləyir), cavabdehin nümayəndəsi X5 oğlunun (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil işləyir) iştirаkı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddiа ərizəsi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “15 may 2019-cu il tarixdən 57 yaşından, 01 yanvar 2006-ci il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında”Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, xx xxx 1961-ci ildə Kəlbəcər rayonunun Babaşlar kəndində doğulmuşdur və hal-hazırda Mingəçevir şəhərinda yaşayır. 004.05.1980- 29.06.1982-ci il tarixinə kimi həqiqi hərbi xidmətdəolmuşdur. Hərbi xidmətdən sonra Babaşlar kəndində 1 may kolxozunda 15 avqust 1982- 25 oktyabr 1983cü il tarixdə quraşdırıcı çılingər işləmişdir. 01 noyabr 1983- 13 avqust 1984-cü il tarixində Hidrosantexnikiquraşdırma Azərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çilingər, 17 avqust 1984-cü ildən etibarən isə, Azərbaycan Dövlət İstilik Elektrik X1tartərtibatçısı vəzifəsində qəbul edilmişdir.Həmin müəssisədə 05 sentyabr 1985-ci il tarixində teplovoz maşinisti köməkçisi vəzifəsinə keçirilmiş və 21 mart 1989-cu il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 17 avqust 1984- 01.01.2006-ci illər rasındakı əmək stajı güzəştli əmək stajı sayılmalıdır. İşlədiyi müddət ərzində 17 avqust 1984-cü il tarixdən hal-hazıradək zərərli sahədə 12 saatlıq iş günü ərzində kimyəvi maddələr mr/m3 təhlükəlilik sinfi 3-4, səs küy, nəmlilik, havanın cərəyan sürətinin, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. İş şəraitinin ağır və zərərli olduğuna görə ona 17.08.1984-ci il tarixdən hal-hazıradək əmək haqqına 12 % miqdarında əlavə əmək haqqı ödənilir. Əmək şəraitizərərli olduğu üçün əmək məzuniyyətinə 17.08.11984-cü il tarixdən hal-hazıradək 06 təqvim günü əlavə məzuniyyət günü verilmişdir. 23.01.2007-ci il tarixli 12 saylı Qərar ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın da işlədiyi vəzifə 21.4 dəmiryol nəqliyyatı, dəmir yol lokomotiv briqadasının fəhlələri və ayrı- ayrı kateqoriyalı işçilər yarımbölməsində teplovoz maşinistləri, maşinisti köməkçiləri və qatar tərtibatçiları kateqoriyasına uyğundur və bütün bu qeyd etdiklər xxxx MMC-nin arayışı ilə təsdiq olunur. X6 sexi xxxx MMC-nin mülkiyyətində olan dəmiryollarının istismarınıhəyata keçirir və bu sexdə çalışan işçilərin əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında çalışan eyni kateqoriyalı işçilərin əmək funksiyaları ilə eynilik təşkil edir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh iddiaya dair etiraz edərək bildirmişdir ki,iddiaçıya görə 01 yanvar 2006-ci ilədək 25 il ümumi, 12 il 6 ay güzəştli iş stajını toplayıb. Buna görə də 57 yaşının tamam olduğu 15 may 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Filail 14.12.2020-ci il tarixli **********5 saylı məktubla iddiaçının müraciətinin icrasından imtina edib. İmtina belə əsaslandırılıb ki, iddiaçının 05.09.1985-ci ildən “Azərbaycan DRES“ X7 çalışdığı teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti peşələri dəmiryol nəqliyyatına aiddir. Lakin iddiaçının çalışdığı sahə dəmiryol nəqliyyatına aid deyildir. İddiaçı Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiqlənmiş Siyahının 21.4-cü bəndinə istinad edir. Lakin nəzərəalmaq lazımdır ki, iddiaçı 12 saylı deyil NK-nın 01.06.1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıya istinad edə bilər. Belə ki, iddiaçı pensiya hüququnun 01 yanvar 2006-ci il tarixədək yarandığını iddia edir. NK-nın 320 saylı Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda “teplovoz, elektrovoz maşinistləri və maşinist köməkçiləri(kod: 23001000- 142241) peşəsi nəzərdə tutulmuşdur. Həmin peşə 2 saylı Siyahının “XXVİİİ.Nəqliyyat ” bölməsinin (kod: ********)”1.Dəmiryol nəqliyyatı.Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı ayrı kateqoriyalı işçiləre adlanan 1-ci alt-bəndində (kod ********) öz əksini tapmışdır. İddaçının nəqliyyat sahəsinə aid olan müəssisədə çalışmadığı mübahisəsizdir. Belə ki, iddiaçı “xxxx” MMC-də çalışmışdır. Dolayısı ilə , iddiaçı “Nəqliyyat” bölməsinə istinad etməkdə haqlı deyildir. “xxxx” MMC-nin 22 dekabr 2020-ci il tarixli İstehsalat fəaliyyəti haqqında arayışı mötəbər sayıla bilməz. Çünki MMC onun fəaliyyət sahəsinə aid olmayan peşənin nəzərdə tutulduğu bölməyə istinad edib. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2.2-ci mаddəsinə əsаsən inzibаti оrqаn tərəfindən inzibаti аktın qəbul еdilməsi ilə bağlı olan müvafiq öhdəliyin qoyulmasına dаir iddiаlаrа və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddiа) inzibаti məhkəmə icrааtı qаydаsındа bахılır. Həmin Məcəllənin 33.1-ci mаddəsinə əsаsən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçı iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi D.Novruzov ümumi stajının olmadığını bildirərək iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçını, cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, iddia tələbinə etirazı nəzərdən keçirərək, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiaçının iddiа tələbi əsassızdır. Belə ki, iş materiallarına əlavə edilmiş: Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı İddiaçı xx.xx.1961-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşıdır. ИT-İ ******* nömrəli 25.10.1983-cü il tarixdə açılmış əmək kitabçasına əsasən, iddiaçı 1 may kolxozunda 15.08.1982-ci il tarixdən 25.10.1983-ci il tarixədək quraşdırıcı çılingər, Hidrosantexnikquraşdırma Azərbaycan Quraşdırma İdarəsində quraşdırıcı çılingər, Azərbaycan Dövlət İstilik Elektrik X1tar tərtibatçısı, 05 sentyabr 1985-ci il tarixdən21 mart 1989-cu il tarixindək teplovoz maşisti köməkçisi, 21 mart 1989-cu ildən bu günkü günədək teplovoz maşinisti peşəsində işləyir Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 14 dekabr 2020-ci il tarixli, **********5 nömrəli məktubuna əsasən iddiaçıya bildirilmişdir ki,” Azərbaycan Respublikası Nazirlər Kabinetiinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotov briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) teplovoz, elektrovooz maşinistləri və maşinist köməkçiləri vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi filialına təqdim edilən 25.10.1983-cü il tarixli əmək kitabçasında 05.09.1985-ci il tarixindən bugünədək “Azərbaycan DRES” X7 teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti vəzifələrində qeyd olunmuşdur. Göründüyü bu sahə dəmiryol nəqliyyatına aid deyil. Bu səbəbdən də 01 yanvar 2006-ci il tarixinədək güzəştli iş stajı yoxdur. Qeyd edilnləri nəzərə alaraq gözəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçıya məxsus НЗ4019661 nömrəli hərbi biletinin surətinə əsasən, iddiaçı 04.05.1980-ci il tarixdən 25.06.1982-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. “Azərenerji ASC “ xxxx” MMC -nin 22.12.2020-ci il tarixli 07-179 nömrəli İstehsalat fəaliyyəti haqqında arayışına əsasən, o həqiqətən 17.08.1984-cü ildən 05.09.1985-ci ilədək “Azərbaycan DRES”-nin (“Azərbaycan İES MMC”X7 (YNS) “lokomotiv briqadasında” qatar tərtibatçısı, 05.09.1985-ci ildən 21.03.1989-cu ilədək teplovoz maşinisti köməkçisi, 21.03.1989-cu il tarixdən hal-hazıradək Yanacaq Nəqliyyat sexinin Lokomotiv heyyətində teplovoz maşinisti vəzifəsində işləyir. Yanacaq Nəqliyyat sexi stansiyanın mülkiyyətində olan dəmir yollarının (respublika dəmir yollarının istismarı və xidmətində çalışan sex işçilərinin teplovoz maşinistlərinin və köməkçilərinin, qatar tərtibçılərı, dispetçilərin, çilingərlərin və s. əmək funksiyaları respublika tabeçiliyində olan dəmir yollarında məşğul olan eyni peşələrdə çalışan işçilərin əmək funksiyaları və iş şəraiti ilə eynilik təşkil edir. Beləliklə, iş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1961-cü il təvəllüdlüdür, onun 01.01.2006-ci il tarixinə əmək kitabçasına əsasən iş stajı 25 il 06 ay 05 gündür, İddiaçı zərərli və ağır olan peşədə “Azərbaycan DRES-nin X7 teplovoz maşinisti köməkçisi və teplovoz maşinisti peşəsində işlədiyi nəzərə alaraq ona 15 may 2018-ci ildə 57 yaşı tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün inzibati orqana müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətini təmin etməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinə edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Göründüyü kimi, qanunvericiliyə görə iddiaçıya 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyın edilməsi üçün «Əmək pensiyaları haqqında” qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixinə 25 il ümumi iş stajı, 12 il 06 ay əmək şəraiti zərərli və ağır olan işlərdə işləməsi ilə bağlı staj olmalıdır. Lakin «Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qüvvəyə mindiyi günə 01.01.2006-cı il tarixə qədər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərinin” 2 nömrəli siyahısında iddiaçının işlədiyi teplovoz maşinisti peşəsi nəzərdə tutulsa da, iddiaçının işlədiyi istehsalata( istilik elektrik stansiyasına) aid bölməsində deyil, “XXVİİİ. Nəqliyyat. Dəmiryol nəqliyyatı bölməsində nəzərdə tutulmuşdur. İddiaçının istinad etdiyi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” 23.01.2007-ci il tarixli, 12 saylı qərarının bölmə 21.4. Dəmiryol nəqliyyatı. –də göstərilmiş peşəyə iddiaçının “Azərbaycan DRES“ X7 işlədiyi peşəsi uyğun gəlmir. Beləliklə, işin faktiki hallarının tədqiqi, iş materiallarında olan sənədlərin təhlili, qanunvericiliyin normalarının tədbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddiaçının 01.01.2006-ci il tarixinə ümumi iş stajı 25 ildən artıq olmasına baxmayaraq, əmək fəaliyyəti dövründə işlədiyi peşəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə olmaması təsdiq edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə yuxarıda sadalananlara məcmu şəkildə qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbi əsassızdır və bu səbəbdən də rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 33-cü, 68-ci , 69-cu , 85-ci, 110-maddələrini rəhbər tutaraq, məhkəmə QƏRАRА АLDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” bаrədə iddia tələbi rədd edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar