Məhkəmə qərarları › İş №2-1(112)-3668/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3668/2021

02.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3668/2021 02.11.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 113 saylı, 21.07.2010-cu il tarixli Sərəncamı ilə ona ünvan 1ndə xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. Həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib edilmiş və Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 24.12.2013-cü il tarixdə razılaşdırılmışdır. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidməti tərəfidən 30.07.2014-cü il tarixdə müsbət rəy verilmişdir. O, cavabdehə ərizə ilə müraciət edərək, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmaqla dövlət reyestrindən çıxarışın və texiki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası tamamilə qanunsuz və əsassızdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, müvafiq qeyri-yaşayış binasının tikinsi üçün torpaq sahəsinin ayrılması barədə sənəd, faktiki vəziyyətə dair razılaşdırılmış eskiz layihəsi və qəbul komissiyasının aktı (istismara icazə sənədi) təqdim edilməmişdir. Bu səbəbdən də iddia tələbi əsassızdır. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 18.12.2020-ci il tarixli, **********92 saylı məktubda qeyd edilir: ünvan 1ndə yerləşən qeyri-yaşayış obyektinin sənədləşdirməsi ilə bağlı ********** nömrəli, 16.10.2020-ci il tarixli ərizənizə tərəfimizdən baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, qeyri-yaşayış binasının tikinsi üçün torpaq sahəsinin ayrılması barədə sənəd, faktiki vəziyyətə razılaşdırılmış eskiz layihəsi və qəbul komissiyasının aktı (İstismara İcazə sənədi) təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunun 8.0.9cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunun 8.0.9.2.-cu maddəsinə əsasən çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı təqdim edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunun 8.0.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilmiş tikililərə dair: “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının qanunun 8.0.10.1-ci maddəsinə əsasən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə sənədi təqdim edilməlidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının 21.07.2010-cu il tarixli 113 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Yeni Günəşli “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində, situasiya planında (əlavə olunur) göstərilmiş sahədə, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20.07.2010-cu il tarixli 18/03-8/1440 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq xidmət məntəqəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 09.09.2014-cü il tarixli 18574 nömrəli rəyinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “ünvan 1ndə qeyri-yaşayış obyekti”nin işçi layihəsi, bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır. Sifarişçi İddiaçı, layihə sənədləri razılaşdırılmışdır – Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.12.2013-cü il tarixli 18/03-8/3094 nömrəli məktubu ilə (eskiz layihə) və Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 30.07.2014-cü il tarixli YTNƏŞ-1291 nömrəli rəyi ilə. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 30.07.2014-cü il tarixli 1291 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində zirzəmili, 1 mərtəbəli, mansardlı xidmət məntəqəsinin tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barəsində rəyinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, “Azkommunlayihə” Layihə İnstitutu tərəfindən tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın, 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın, 2.04.02-84 “Su təchizatı. Xarici xəttlər və qurğular” TN və Q-nın, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” TN və Q-nın; 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın, DTN 2.02-01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nin, “Elektrik qurğularının quraşdırılması qaydaları”-nın tələblərinə uyğundur. Avtomatika qurğularının quraşdırılması X6 Xidmətindən xüsusi razılıq (lisenziya) almış təşkilatlar tərəfindən həyata keçirilməli olduğunu nəzərə çatdırıl. Qeyd: Layihələndirmə dövründə elektrik və qaz təchizatının yanğın hadisəsi zamanı dərhal dayandırılmasının ani mümkünlüyü üçün ərazinin giriş hissəsində açarların (siyirtmələrinin) dəqiq yerləri göstərilməli, razılaşdırılmış layihə sənədlərinin bir nüsxəsi yanğın təhlükəsizliyi baxımından nəzarətin təmin edilməsi məqsədilə ərazi (regional) X6 İdarəsinə təqdim edilməlidir. İş materiallarında olan Eskiz Layihənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi Samir Cəfərov küçəsində Xidmət Məntəqəsinin və Abadlaşdırılan ərazidə köməkçi tikililərin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır (24.12.2013-cü il, № 18/03-8/3094). Sifarişçi: İddiaçı. İş materiallarında olan İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında imzalanmış Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 22.10.2021-ci il tarixli 946 nömrəli müqavilənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanındakı qeyriyaşayış binasının yerləşdiyi 441.9 kv.m torpaq sahəsi İcarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Həmin Qanunun 6-cı maddəsinə əsasən dövlət torpaqlarının istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 48-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər. Həmin Məcəllənin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin (Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə qüvvədən düşmüşdür) 31-ci maddəsinə əsasən icra hakimiyyəti başçısının rayonun, şəhərin və şəhər rayonunun planlaşdırılması sxemlərinin və layihələrinin hazırlanmasını təşkil etmək və onları təsdiq etmək, həyata keçirilməsini təşkil etmək, rayon və şəhərlərin ərazisində aparılan tikintilərin layihələrini və titul siyahılarını qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq etmək, sosial-məişət və mənzil tikinti obyektlərinin qəbul edilməsi üzrə dövlət komissiyaları yaratmaq və onların istifadəyə verilməsi haqqında aktları qəbul etmək səlahiyyətləri vardır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanunun 8.0. maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 139-1.1.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının 21.07.2010-cu il tarixli 113 nömrəli sərəncamına əsasən İddiaçı Yeni Günəşli “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində, situasiya planında (əlavə olunur) göstərilmiş sahədə, Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 20.07.2010cu il tarixli 18/03-8/1440 saylı məktubuna və razılaşdırılmış eskiz layihəsinə uyğun olaraq xidmət məntəqəsinin tikintisinə icazə verilməsi qərara alınmışdır. Suraxanı rayonu, Yeni Günəşli “V” yaşayış sahəsi Samir Cəfərov küçəsində Xidmət Məntəqəsinin və Abadlaşdırılan ərazidə köməkçi tikililərin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Eyni zamanda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsinin 09.09.2014-cü il tarixli 18574 nömrəli rəyinə əsasən ünvan 1ndə qeyri-yaşayış obyektinin işçi layihəsi, bütün işlərin icrasının Azərbaycan Respublikasının qanunvericiliyində müəyyənləşdirilmiş qaydada həyata keçirilməsi şərti ilə razılaşdırılmışdır (layihə sənədləri razılaşdırılmışdır - Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin 24.12.2013-cü il tarixli 18/03-8/3094 nömrəli məktubu ilə (eskiz layihə) və Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 30.07.2014-cü il tarixli YTNƏŞ-1291 nömrəli rəyi ilə) və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X6 Xidmətinin 30.07.2014-cü il tarixli 1291 nömrəli Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi “V” yaşayış sahəsi, S.Cəfərov küçəsində zirzəmili, 1 mərtəbəli, mansardlı xidmət məntəqəsinin tikintisi üçün tərtib olunmuş layihə sənədlərinin yanğın təhlükəsizliyi ekspertizasının nəticələri barəsində rəyinə əsasən “Azkommunlayihə” Layihə İnstitutu tərəfindən tərtib olunmuş layihə sənədləri qüvvədə olan 2.6-1 “Şəhər, qəsəbə və kənd yaşayış məskənlərinin planlaşdırılması və tikilib abadlaşdırılması” AzDTN-nın, 2.08.02-89 “İctimai bina və qurğular” TN və Q-nın, 2.04.02-84 “Su təchizatı. Xarici xəttlər və qurğular” TN və Q-nın, 2.04.01-85 “Binaların daxili su kəmərləri və kanalizasiya” TN və Q-nın; 2.04.09-84 “Bina və qurğuların yanğın avtomatikası” TN və Q-nın, DTN 2.02-01-97 “Bina və qurğuların yanğın təhlükəsizliyi” DTN-nin, “Elektrik qurğularının quraşdırılması qaydaları”-nın tələblərinə uyğundur. Bundan başqa, İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə İcarəçi İddiaçı arasında imzalanmış Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 22.10.2021-ci il tarixli 946 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 441.9 kv.m torpaq sahəsi İcarəyəverən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən İcarəçi İddiaçı icarəyə verilmişdir. Göründüyü kimi, Bakı şəhəri Suraxanı rayonu İcra hakimiyyəti başçısının 21.07.2010-cu il tarixli 113 nömrəli sərəncamına əsasən iddiaçıya ünvan 1ndə xidmət məntəqəsinin tikintisinə icazə verilmişdir. Həmin tikintinin yerləşdiyi torpaq sahəsi iddiaçıya icarəyə verilmişdir, tikili və onun yerləşdiyi torpaq sahəsi uzun müddətdir iddiaçının qanuni istifadəsindədir. Həmin tikilinin eskiz layihəsi Bakı şəhəri İcra Hakimiyyətinin Memarlıq Şəhərsalma Baş İdarəsi tərəfindən razılaşdırılmışdır, eləcə də həmin qeyri-yaşayış obyektinin işçi layihəsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 X1 Ekspertiza Baş İdarəsi tərəfindən razılaşdırılmışdır. Hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar "Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Qanunun 15-ci maddəsində sadalanmışdır və məhkəmə araşdırması zamanı həmin halların heç biri hazırki iş üzrə müəyyən edilmədi. Qeyd olunan sərəncam, müqavilə və digər sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti başçısının 21.07.2010-cu il tarixli 113 nömrəli sərəncamına əsasən İddiaçı tikintisinə icazə verilmiş ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi və həmin qeyri-yaşayış sahəsinə dair texniki pasportun tərtib edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar