Məhkəmə qərarları › İş №2-1(112)-3669/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3669/2021

02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3669/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra Filial) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 dekabr 2019-cu il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 57 yaşının tamam olduğu 15 dekabr 2019cu il tarixinə kimi 38 ildən çox ümumi, 20 ildən çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün qeyd edilən tarixə kimi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinə əsasən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və hal-hazıra kimi ona ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi xahişi ilə cavabdehə rəsmən müraciət etmişdir. Lakin cavabdeh 15 dekabr 2020-ci il tarixli, **********9 nömrəli məktubla onun xahişini yerinə yetirməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı ilə qədər topladılığı ümumi is stajı staj 25 ildən az təşkil edir və eyni səbəblə, qanunvericiliyin tələbləri baxımından ona güzəştli şərtlərlə yasa görə əmək pensiyası təyinatı mümkün hesab edilmir. Xahişi cavabdeh tərəfindən rədd edildiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O xx xxxxxx 1962-ci ildə Kəlbəcər rayonunun Əsrik kəndində doğulmuşdur və hal-hazırda Bakı şəhəri, Hovsan qəsəbəsi, Hovsan yolu küçəsi, ev 15B, mənzil 12-də yaşayır. Orta məktəbi bitirdikdən yaşadığı Əsrik kəndində fəaliyyət göstərən K.Marks adına kolxoz üzvlüyünə 03.07.1980-ci il tarixində qəbul edilmişdir və hərbi xidmətə gedən günə qədər həmin kolxozda işləmişdir. 24.04.1981-15.06.1983-cü il tarixinə kimi həqiqi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən sonra Əsrik kəndində K.Marks adına kolxozda əmək fəaliyyətini davam etdirmişdir və 11.11.1983-cü ildə həmin kolxozdan ayrılmışdır. 28.11.1983-cü ildə Bakı Dəniz Portunda Yupiter teploxodunda ocaq maşinisti şagirdi vəzifəsinə işə götürülmüşdür. 03.01.1984-cü il tarixli əmrə əsasən məzuniyyətdə olan işçinin əvəzinə qazanxana maşinisti vəzifəsinə keçirilmişdir 12.01.1984-cü il tarixdə “Yupiter” gəmisində qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 10.12.1984-cü il tarixdə “Maştaqi” gəmisinə qazanxana maşinisti, 07.06.1985-ci il tarixdə əsasən “Yupiter” gəmisində qazanxana maşinisti, 20.12.1985-ci il tarixdə “Maştaqi" gəmisində qazanxana maşinisti, 07.01.1986-cı il tarixdə “Yupiter” gəmisinə qazanxana maşinisti, 13.10.1986-cı il tarixli əmrə əsasən 1 dərəcəli motorçu - matros vəzifəsinə keçirilmişdir. 01.12.1986-cı il tarixdə qazanxana maşinisti vəzifəsinə, 16.02.1987-ci il tarixdə “Maştaqi” gəmisinə qazanxana maşinisti, 11.12.1989-cu ildə “Buxtoviy” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 16.04.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisinə 1 dərəcəli matros/yanğınsöndürən vəzifəsinə, 06.08.1990-cı il tarixdə “PKJ” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə, 16.10.1990-cı il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə, 22.10.1990-ci il tarixli əmrə əsasən “Nargen" gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə, 14.02.1991-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə, 04.11.1991-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə, 24.02.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə, 11.05.1992-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə böyük mexanik vəzifəsinə, 10.07.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə, 10.09.1992-ci il tarixli əmrə əsasən “Bozqurd” gəmisinə növbə mexaniki vəzifəsinə, 01.03.1993-cü il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsinə, 12.03.1993-cü il tarixli əmrə əsasən “Aypara” gəmisinə növbə mexaniki vəzifəsinə, 21.01.1994-cü il tarixli əmrə əsasən DXK texniki xidmət bazasına mühəndistexnoloq vəzifəsinə keçirilmişdir. Daha sonra 10.05.1994-cü il tarixli əmrə əsasən “Şuşa” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmiş, 12.05.1995-ci il tarixli əmrə əsasən müvəqqəti olaraq böyük mexanik vəzifəsinə, 17.08.1995-ci il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 16.09.1996-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki vəzifəsinə, 22.10.1996-ci il tarixli əmrə əsasən “E.Kazımov” gəmisinə böyük mexanik vəzifəsinə, 21.07.1997-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə, 28.11.1997-ci il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsinə, 19.02.1998-ci il tarixli əmrə əsasən Kür gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzi fəsinə,05.03.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 16.07.1998-ci il tarixli əmrə əsasən “Pəhləvan” gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzifəsinə, 31.07.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 19.10.1998-ci il tarixli əmrə əsasən “Şəfəq” gəmisinə böyük mexanik- növbə kapitan köməkçisi vəzifəsinə, 01.12.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 11.01.1999-cu il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 05.01.2001-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 12.02.2001-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 04.07.2002-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə, 08.11.2002-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə, 16.09.2003-cü il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə, 30.12.2007-ci il tarixli əmrə əsasən Kür gəmisinə böyük mexanik vəzifəsinə, 29.01.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisinə böyük mexanik vəzifəsinə, 29.02.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisində qrup mexaniki vəzifəsinə keçirilmişdir və 25.01.2010-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Onun hazıradək əmək fəaliyyəti iki əmək kitabçasında qeyd edilməkdədir: birincisi AZE ******* seriyalı kolxozçunun əmək kityabçasıdır ki, onun 03.07.1980-11.11.1983-cü illərdə Kəlbəcər rayonu, Əsrik kəndindəki K.Marks adına kolxozda topladığı əmək stajı, ikincisi isə İT № ******* seriyalı əmək kitabçasıdır ki, 28.11.1983-cü il tarixdən hal-hazıra kimi topladığı iş stajını əks etdirir. Onun kolxozda əmək stajı 01 il 2 ay 19 gün, hərbi xidmət dövrü 2 il 1 ay 22 gün və İT № ******* seriyalı əmək kitabçası üzrə ümumi əmək stajı 28.11.1983-01.01.2006-cı illər arasındakı dövr üçün 22 il 1 ay 4 gün olmaqla ümumilikdə 25 il 5 ay 13 gün təşkil edir ki, bu da cavabdehin imtinasının əsassız olduğunu bildirir. Həmin müddətin 13 il 11 ay 16 günü güzəştli iş stajıdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, İddiaçı 25 sentyabr 2020-ci il tarixində Mərkəzi Filiala ərizə ilə müraciət etmişdir. Həmin müraciətlə bağlı tərəflərindən aparılmış inzibati icraat tədbirlərinin nəticəsi barədə bildirmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahıya görə güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 24 gün) təşkil edir. Bu səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd olunanlara əsasən iddiaçının iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AZE ******** №-li şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci ildə Kəlbəcər rayonunda doğulmuşdur. - İddiaçı məxsus NZ ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 24.04.1981-ci ildən 10.06.1983-cü ilə qədər (2 il 1 ay 17 gün) Sovet ordu sıralarında hərbi xidmət keçmişdir. - İddiaçı məxsus AZE № ******* nömrəli kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 03.07.1980-cı ildən 11.11.1983-cü ilə qədər K.Marks adına kolxozda kolxozunun üzvü kimi qəbul edilmişdir. İctimai təsərrüfatda illik əməkdə iştirakı minimumunun yerinə yetirilməsi 1980-cı ildə 212 (adam günü norması 120), 1981-ci ildə 10 (adam günü norması 120) (hərbi xidmətdə olmuş, Vİ- hərbi xidmətdən qayıtmışdır), 1983-cü ildə 108 (adam günü norması 120) gün olmuşdur. - İddiaçı məxsus əmək kitabçasının tərcümə olunmuş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 24.04.1981-ci ildən 15.06.1983-cü ilə qədər Sovet Ordu sıralarında (2 il 1 ay 22 gün), 28.11.1983-cü ildən 16.02.1987-ci ilə qədər Bakı Dəniz portu Port donanmasının “Yupiter” teploxodunda şagird, maşinist və 1-ci dərəcəli motorçu, 1-ci dərəcəli matros, 16.02.1987-ci ildən 10.10.1987-ci ilə qədər “Maştağa” teploxodunda 1-ci dərəcəli motorist və maşinist köməkçisi, 17.10.1987-ci ildən 29.10.1987-ci ilə qədər “Nargen” teploxodunda 1-ci dərəcəli matros və motorçu, 04.12.1987-ci ildən 09.12.1989cü ilə qədər “Yupiter” teploxodunda, 09.12.1989-cu ildən 16.04.1990-cı ilə qədər “Buxtovıy” teploxodunda, 16.04.1990-cı ildən 16.10.1990-cı ilə qədər “PJK-2” teploxodunda, 16.10.1990-cı ildən 22.10.1990-cı ilə qədər “Yupiter” teploxodunda, 22.10.1990-cı ildən 14.02.1991-ci ilə qədər “Nargen” teploxodunda, 14.02.1991-ci ildən 04.11.1991-ci ilə qədər “Yupiter” teploxodunda, 24.02.1992-ci ildən 11.05.1992-ci ilə qədər “Nargen” teploxodunda, 11.05.1992-ci ildən 10.07.1992-ci ilə qədər “Yupiter” teploxodunda, 10.07.1992-ci ildən 11.09.1992-ci ilə qədər Bozqurd teploxodunda, 01.12.1992-ci ildən 28.02.1993-cü ilə qədər “Aypara” teploxodunda, 28.02.1993-cü ildən 20.03.1993-cü ilə qədər “Əhmədli” teploxodunda, 20.03.1993-cü ildən 21.01.1994-cü ilə qədər “Aypara” teploxodunda, 21.01.1994-cü ilə qədər 13.05.1994-cü ilə qədər TƏX texniki bazasında mühəndis-texnoloq, 13.05.1994-cü ildən 12.05.1995-ci lə qədər “Şuşa” teploxodunda mexanik və böyük mexanik, 06.09.1996-cı ildən 23.10.1996-cı ildən “N.Şirinov” teploxodunda növbə mexanik, 23.10.1996-cı ildən 21.07.1997-ci ildən “E.Kazımov” böyük mexanik və növbə mexaniki, 01.12.1997-ci ildən 20.03.1998-ci ildən “Əhmədli” növbə mexaniki, 20.02.1998-ci ildən 01.08.1998-ci ilədək Kür gəmisində mexanik, kapitan, 01.08.1998-ci ildən 19.10.1998-ci ilə qədər “Pəhləvan” gemisində kapitan, 19.10.1998-ci ildən 01.01.2008-ci ilə qədər “Şəfəq” gəmisində böyük mexanik, mexanik, 01.01.2008-ci ildən 30.01.2008-ci ilə qədər Kür gəmisində böyük mexanik, 30.01.2008-ci ildən 25.01.2010-cu ilə qədər S.Babayev gəmisində böyük mexanik (26 il 1 ay 28 gün) vəzifələrində işləmiş, 25.01.2010-cu ildən hal-hazıra qədər “Socar” ASM-də baş mexanik vəzifəsində işləyir. - “xxxx” QSC-nın İRD №-li, 26.12.2019-cu il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən 28.11.1983-cü ildə Bakı Dəniz Limanında (indiki “xxxx” QSC) 1742/л saylı əmrə əsasən “Yupiter” gəmisinə qazanxana maşinisti şagirdi vəzifəsinə işə qəbul edilmişdir. 7/л saylı, 03.01.1984-cü il tarixli əmrə əsasən məzuniyyətdə olan işçinin əvəzinə qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 68/л saylı, 12.01.1984-cü il tarixli əmrə əsasən “Yupiter” gəmisində qazanxana maşinisti vəzifəsinə keçirilmişdir. 2046/л saylı, 10.12.1984-cü il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana vəzifəsində keçirilmişdir. 900/л saylı, 07.06.1985-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 1976/л saylı, 20.12.1985-ci il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 31/л saylı, 07.01.1986-cı il tarixli əmrə əsasən “Yupiter" gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 1748/л saylı, 13.10.1986-cı il tarixli əmrə əsasən 1 dərəcəli motorçu matros vəzifəsinə keçirilmişdir 2202/л saylı, 01.12.1986-cı il tarixli əmrə əsasən qazanxana maşinisti vəzifəsinə keçirilmişdir 300/л saylı, 16.02.1987-ci il tarixli əmrə əsasən “Maştaqi” gəmisinə qazanxana maşinisti vəzifəsində keçirilmişdir. 2166/л saylı, 11.12.1989-cu il tarixli əmrə əsasən “Buxtoviy” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 516/л saylı, 16.04.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisinə 1 dərəcəli matros/yanğınsöndürən vəzifəsində keçirilmişdir.1207/л saylı, 06.08.1990-cı il tarixli əmrə əsasən “PKJ” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir.1668/л saylı, 16.10.1990-cı il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 1727/л saylı, 22.10.1990-ci il tarixli əmrə əsasən “Nargen" gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 254/л saylı, 14.02.1991-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə 1 dərəcəli motorçu-matros vəzifəsində keçirilmişdir. 1683 л saylı, 04.11.1991-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə keçirilmişdir. 223/л saylı, 24.02.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 517/л saylı, 11.05.1992-ci il tarixli əmrə əsasən “Yupiter” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 836/л saylı, 10.07.1992-ci il tarixli əmrə əsasən “Nargen” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 1117/ш saylı, 10.09.1992-ci il tarixli əmrə əsasən “Bozqurd" gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 311/ш saylı, 01.03.1993-cü il tarixli əmrə əsasən “Əhmədli” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 384/ш saylı, 12.03.1993-cü il tarixli əmrə əsasən “Aypara” gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 65/ш saylı, 21.01.1994-cü il tarixli əmrə əsasən DXK texniki xidmət bazasına mühəndis-texnoloq vəzifəsinə keçirilmişdir. 75/k saylı, 10.05.1994-cü il tarixli əmrə əsasən “Şuşa” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 102/k saylı, 12.05.1995-ci il tarixli əmrə əsasən müvəqqəti olaraq böyük mexanik vəzifəsinə keçirilmişdir. 160/k saylı, 17.08.1995-ci il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 101/k saylı, 16.09.1996-ci il tarixli əmrə əsasən “N.Şirinov” gəmisinə növbə mexaniki vəzifəsinə keçirilmişdir. 125/k saylı, 22.10.1996-ci il tarixli əmrə əsasən “E.Kazımov" gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 76/k saylı, 21.07.1997-ci il tarixli əmrə əsasən növbə mexaniki vəzifəsinə keçirilmişdir. 132/k saylı, 28.11.1997-ci il tarixli əmrə əsasən “Əhmədli" gəmisinə növbə mexaniki vəzifəsində keçirilmişdir. 17/k saylı, 19.02.1998-ci il tarixli əmrə əsasən “Kür gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 25/k saylı, 05.03.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 63/k saylı, 16.07.1998-ci il tarixli əmrə əsasən “Pəhləvan gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 68/k saylı, 31.07.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 111/k saylı, 19.10.1998-ci il tarixli əmrə əsasən “Şəfəq" gəmisinə böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 128/k saylı, 01.12.1998-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 05/k saylı, 11.01.1999-cu il tarixli əmrə əsasən böyük mexaniknövbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 03/k saylı, 05.01.2001-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 11/k saylı, 12.02.2001-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir, 04/k saylı 04.07.2002-ci il tarixli əmrə əsasən kapitan-növbə mexaniki vəzifəsinə keçirilmişdir. 143/k saylı, 08.11.2002-ci il tarixli əmrə əsasən böyük mexanik-növbə kapitan köməkçisi vəzifəsinə keçirilmişdir. 105/k saylı, 16.09.2003-cü il tarixli əmrə əsasən böyük mexanik vəzifəsinə keçirilmişdir. 162/k saylı, 30.12.2007-ci il tarixli əmrə əsasən “Kür” gəmisinə böyük mexanik vəzifəsində keçirilmişdir. 14/k saylı, 29.01.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisinə böyük mexanik vəzifəsinə keçirilmişdir. 27/k saylı, 29.02.2008-ci il tarixli əmrə əsasən “S.Babayev” gəmisində qrup mexaniki vəzifəsinə keçirilmişdir. 02/n saylı, 25.01.2010-cu il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısım” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmağına əsas verir. Güzəştli pensiya üçün staj: 18 il 9 ay təşkil edir. - “xxxx” QSC tərəfindən məhkəməyə ünvanlanmış 2/02-09/409 №-li, 30.03.2021-ci il tarixli məktubdan görünür ki, cəmiyyətin sabiq işçisi İddiaçı 28.11.1983-cü il tarixindən 25.01.2010-cu il tarixinə kimi xxxxnda (hazırda “xxxx” QSC) işləmişdir. İddiaçı Cəmiyyətdə işlədiyi dövr ərzində “Yupiter”, “Maştaqi”, “Buxtovıy”, “PKJ”, “Nargen”, “Bozqurd”, “Əhmədli” (əvvəlki adı “Nargen”), “Aypara”, “Şuşa” (əvvəlki adı “Maştaqi”), “N.Şirinov” (əvvəlki adı “Bozqurd”), “E.Kazımov” (əvvəlki adı “Aypara”), “Kür”, “Pəhləvan”, “Şəfəq”, “S.Babayev” gəmilərdə müxtəlif vəzifələri icra etmişdir və qeyd edilən gəmilərin üzmə rayonu Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsidir. Gəmilərin kateqoriyası ilə bağlı məlumatlar aşağıda qeyd edilir: “Yupiter”- yanacaq daşıyan gəmi, “Şuşa”- tanker gəmisi, “Buxtovıy”- yedək gəmisi, “PKJ”- yanğın söndürən gəmi, “Nargen”- yanacaq daşıyan gəmi, “N.Şirinov" -yedək gəmisi, “E.Kazımov”- yedək gəmisi, “Kür”-neft yığan gəmi, “Pəhləvan”- kran gəmisi, “Şəfəq”-neft yığan gəmi və “S.Babayev”-yedək gəmisidir. - Milli Arxiv İdarəsi Kəlbəcər Rayon İcra Hakimiyyəti Kəlbəcər rayon Dövlət Arxivi tərəfindən məhkəməyə ünvanlanmış 10 №-li, 05.05.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı Kəlbəcər rayon K.Marks adına kolxozunda 0X.07.1980 ci il tarixdən 02.11.1983 cü il tarixə qədər işləməsi barədə Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində heç bir əsaslı fond işi mövcud deyildir. Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Ermənistan Silahlı Birləşmələri tərəfindən işğal edildiyi üçün Kəlbəcər rayonunun idarə, müəssisə və təşkilatlarının, eləcə də kolxoz və sovxozlarının 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayon Dövlət Arxiv idarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. - Cavabdehin iddiaçının 25.09.2020-ci il tarixli ərizəsinə cavab olaraq verdiyi 15.12.2020-ci il tarixli, **********9 №-li məktubdan görünür ki, Mərkəzi Filiala təqdim etdiyi sənədlərdən göründüyü kimi 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (24 il 2 ay 24 gün) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, hər bir şəxsin sosial təminat hüququ var. «Andreyeva Latviyaya qarşı» işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vasitələrindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. - 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçı İddiaçı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün üç element mövcud olmalıdır:

1. İddiaçının 57 yaşının tamam olması;

2. İddiaçının 01.01.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması;

3. İddiaçının 01.01.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçıya məxsus AZE № ******* nömrəli kolxozçunun əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, əmək kitabçasında iddiaçının K.Marks adına kolxozda faktiki olaraq işlədiyi adam günü və kolxoz üzrə müəyyən olunmuş adam günü normaları qeyd olunmuşdur. Həmin qeydlərə əsasən iddiaçı 1980-cı ildə 212 gün, 1981-ci ildə 10 gün, 1983-cü ildə 108 gün, ümumilikdə 330 gün, yəni 11 ay iş stajına malik olmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının kolxozda işlədiyi, hərbi xidmətdə olduğu və xxxxnda (hazırda “xxxx” QSC) işlədiyi müddətlər nəzərə alınmaqla 01.01.2006-cı ilədək ümumi iş stajının 25 il 1 ay 24 gün təşkil etməsi müəyyən edilmişdir. İddiaçının güzəştli iş stajı ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı xxxxnda (hazırda “xxxx” QSC) işlədiyi vəzifələr “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının” təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarında 21 saylı bölmənin 21.2-ci bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda maşinistlər, bütün adlarda motorçular, mexaniklər onların köməkçiləri, baş və böyük mexaniklər” vəzifələrinə uyğun olmaqla 01.01.2006-cı ilədək güzəştli iş stajı 13 il 11 ay 16 gün təşkil edir. Göründüyü kimi hər üç hal (yaş, ümumi iş stajı və güzəştli iş stajı) iddiaçıya münasibətdə mövcud olduğundan cavabdeh inzibati orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh inzibati orqanın imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməli və İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2019-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşı tamam olduğu tarixdən, yəni 15.12.2019-cu ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər.

Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar