Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3669/2022 18.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Qasımova Bəsdi İlham qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) “mənzil növbəsinə götürülmə” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mənzil növbəsinə götürülməsi və mənzillə təmin olunanadək ona mənzil kirayəsi xərclərinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirdi ki, 22 iyul 1996-cı il tarixindən 23 iyul 2021-ci il tarixinədək Azərbaycan Silahlı Qüvvələrində 25 (iyirmi beş) təqvim ili müddətində həqiqi hərbi xidmət keçmişdir. 2021-ci ilin iyun ayında Azərbaycan Respublikası müdafiə nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. O, hərbi xidmət keçdiyi dövrdə və ehtiyata buraxıldıqdan sonra daimi yaşayış sahəsi ilə (mənzillə) təmin olunmamışdır. Qanunvericiliyin tələblərinə əsasən yerli icra hakimiyyəti orqanları daimi yaşayış sahəsi olmayan hərbi qulluqçuları ehtiyata və istefaya buraxıldıqdan sonra mənzil uçotuna götürməli, mənzillə təmin etməli və onlara mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərini ödəməlidirlər. O da bu məqsədlə Bakı şəhəri Cavabdehnə rəsmi şəkildə müraciət etmişdir. Lakin cavabdeh 13.10.2021-ci il tarixli məktubla müraciətinin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanunsuz və əsassızdır. O, Azərbaycan Silahlı Qüvvələrində 25 (iyirmi beş) təqvim ili xidmət etdiyindən yerli icra hakimiyyəti orqanında mənzil uçotuna götürülmə, mənzillə təmin olunma, mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi hüququna malikdir. Cavabdeh isə çox absurd bir arqument gətirərək bu hüququnu gerçəkləşdirməsinə mane olur. Cavabdehin birinci arqumenti ondan ibarətdir ki, onun həyat yoldaşının adına Xızı şəhərində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi vardır. Hərbi qulluqçu həyat yoldaşı deyil, o, özüdür. Dövlət də hərbi qulluqçu kimi imtiyazı ona verir. Cavadehin ikinci arqumenti ondan ibarətdir ki, Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evinin yerləşdiyi 0.25 ha torpaq sahəsi ümumbirgə mülkiyyətdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi ev onun həyat yoldaşının atasının evidir. Onun həyat yoldaşı ailə qurduqdan sonra həmin evdən çıxmışdır, orada yaşamır və bu halın ehtiyata buraxıldıqdan sonra mənzil növbəsinə götürülərək kirayə pulu ilə təmin edilməsinə heç bir aidiyyəti yoxdur. Cavadehin üçüncü arqumenti ondan ibarətdir ki, onun adı Azərbaycan Respublikası Prezidentinin 28.12.2011ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçmişdir. Həmin siyahılar ümumi qaydada Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən tutulur, hərbi qulluqçuya növbə nömrəsi verilmir və nə vaxt mənzillə təmin olunacağı da bəlli deyildir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 saylı Fərmanının “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12.3-cü maddəsinə də heç bir aidiyyəti yoxdur. Qanun Fərmandan daha üstün hüquqi qüvvəyə malikdir. Onun daimi yaşayış sahəsi olmadığı üçün hazırda kirayə müqaviləsi əsasında Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsi, 13, M4, m2 ünvanında kirayədə qalır və hər ay 450 (dörd yüz əlli) manat pul vəsaitini kirayə haqqı olaraq ödəyir ki, bu da ona və 5 (beş) nəfərlik ailəsinə maddi çətinliklər yaşadır. O, hərbi xidmətdə olarkən kirayə pulunu Azərbaycan Respublikası Müdafiə Nazirliyi ödəyirdi. Cavabdehin məntiqindən belə çıxır ki, o, kirayədə yaşayaraq kirayə pulu ödəməlidir. Halbuki həm “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci bəndində, həm də Nazirlər Kabinetininin 6 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının 1-ci bəndində ehtiyata və istefaya buraxılmış hərbi qulluqçuların seçilmiş yaşayış yerinə gəldiyi günün 3 aylığından müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya almaq hüququ göstərilmişdir. İstinad olunan hüquqi aktlarda hərbi qulluqçunun həyat yoldaşının adına torpaq sahəsi olarsa və ya Müdafiə Nazirliyində hansısa siyahıda adı olarsa yerli icra hakimiyyətində uçota götürülməsindən və kirayə pulunun ödənilməsindən imtina olunması qeyd olunmamışdır və bu da cavabdehin hüquq normalarını öz bildiyi kimi yozmaqla onun hüquqlarını kobud şəkildə pozduğunu təsdiq edir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında onların iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhər Cavabdeh tərəfindən İddiaçı ünvanlanmış 13.10.2021-ci il tarixli məktubda qeyd edilir: Cavabdehnə ünvanladığınız ərizənizdə, mənzil növbəsinə götürülməyinizi və mənzil ilə təmin olunanadək mənzil kirayəsi xərcinin verilməsini xahiş etmisiniz. Qeyd edirik ki, sənədləriniz araşdırılarkən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrinin 30.09.2021-ci il tarixli arayışından görünür ki, həyat yoldaşınız X2 adına: - Xızı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi 28.09.2012-ci il tarixdə ********** qeydiyyatla mülkiyyət kimi; - Xızı rayonu, Şurabad qəsəbəsində fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi 05.06.2013-cü ildə, ********** nömrə ilə (ümumbirgə) mülkiyyət kimi qeydiyyata alınmışdır. Nəzərinizə çatdırırıq ki, “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən olunmuş qaydada kompensasiya ödənilir. Ərizənizə əlavə etdiyiniz Azərbaycan Respublikası MN Mİİ-nin 31.08.2021-ci il tarixli, 4768 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən Sizin adınız, dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçmişdir. Nəzərə almağınızı xahiş edirik. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən verilmiş 13.09.2021-ci il tarixli Vətəndaşın həqiqi hərbi xidmət keçməsinə dair elektron arayışdan görünür ki, xx.xx.1979-cu il təvəllüdlü polkovnik-leytenant İddiaçı həqiqətən 22.07.1996-cı ildən 23.07.2021-ci il tarixədək həqiqi hərbi xidmət keçmişdir, öz arzusu ilə ehtiyata buraxılmışdır. İş materiallarında olan Ağstafa RİHB-nın Saloğlu qəsəbə inzibati ərazi üzrə nümayəndəliyi tərəfindən 27.09.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı 335762 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X1 27.09.2007-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1979-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 23.02.1988-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 26.09.2008-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X14 26.10.2010-cu il tarixdə doğulmuşdur. İş materiallarında olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X15 30.07.2016-cı il tarixdə doğulmuşdur. İş materiallarında olan Kirayəyə verən X13 ilə Kirayəçi İddiaçı arasında imzalanmış 26.08.2019-cu il tarixli kirayə müqaviləsinin surətindən görünür ki, Kirayəyə verən ona məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, 2 mkr, Hüseyn Seyidzadə küçəsi, ev 1, mənzil 26 (yeni qaydalarla: AZ 1111, ünvan 3 ünvanında yerləşən mənzili Kirayəçiyə kirayəyə verməyi, Kirayəçi isə Kirayəyə verənə aylıq 450 manat kirayə haqqı ödəməyi öhdələrinə götürmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 31.08.2021-ci il tarixli 4768 nömrəli arayışından görünür ki, ehtiyatda olan polkovnik-leytenant İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. İş materiallarında olan Səbail Bələdiyyəsinin 30.08.2021-ci il tarixli arayışlarının surətindən görünür ki, İddiaçı, X4, X5, X11 və X12 Səbail Bələdiyyəsinin ərazisində torpaq sahəsi ayrılmamışdır. İş materiallarında olan Bakı şəhəri Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 13.12.2021-ci il tarixli məktubda qeyd olunur: İddiaçı sənədləri araşdırılarkən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30.09.2021-ci il tarixli arayışa əsasən müəyyən edilmişdir: - Xızı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi 28.09.2012-cı il tarixdə ********** qeydiyyatla mülkiyyət kimi; - Xızı rayonu, Şurabad qəsəbəsində fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi 05.06.2013-cü ildə, ********** nömrə ilə (ümumbirgə) mülkiyyət kimi; - Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 11,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/4 hissəsi paylı mülkiyyət kimi vətəndaş İddiaçı həyat yoldaşı X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 30.09.2021-ci il tarixli arayışdan görünür ki, Xızı şəhərində 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumbirgə mülkiyyətdə İddiaçı adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondunun 6 sentyabr 2021-ci il tarixli, İX/2190598 saylı məktubuna əsasən müəyyən edilmişdir ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 09 fevral 2007-ci il tarixli 16 nömrəli Kredit müqaviləsinə əsasən ünvan 6 ünvanında yaşayış sahəsinin alınması üçün İddiaçı Fondun vəsaiti hesabına 20400 (iyirmi min dörd yüz) manat məbləğində güzəştli İpoteka krediti verilmişdir. Həmin kredit üzrə öhdəliklər 22 iyul 2019-cu il tarixində tam olaraq yerinə yetirilmişdir. İddiaçı ərizəsinə əlavə etdiyi sənədlərdə Parlament prospekti, 3 ünvanı üzrə Azərbaycan Respublikası MN Mənzil İstismar İdarəsinin Bakı Qarnizonu Mənzil-İstismar hissəsinin neçə nömrəli Mənzil-İstismar sahəsində qeydiyyatda olması barədə həmin MKİS-nin Forma 2 arayışı, bağladığı kirayə müqaviləsi üzrə kirayə xərcinin ödənilməsi ilə əlaqədar vergi qəbzləri, eləcə də həyat yoldaşı və övladlarının adına DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışları olmamışdır. Ərizəsinə əlavə etdiyi Azərbaycan Respublikası MN Mənzil istismar idarəsinin 31.08.2021-ci il tarixli, 4768 saylı arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli, 569 nömrəli Fərmanına əsasən İddiaçı adı, dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən 24.09.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı adına Xızı şəhərində 2.20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (ümumibirgə mülkiyyətdə, qeydiyyat nömrəsi və tarixi JN:139, 31.08.1998-ci il) qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən 30.09.2021-ci il tarixli arayışın surətindən görünür ki, X2 adına Xızı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi (mülkiyyət, qeydiyyat nömrəsi və tarixi **********, 28.09.2012-ci il), Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən 11,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/4 hissəsi (paylı mülkiyyətdə, qeydiyyat nömrəsi və tarixi **********, 18.03.2019-cu il), Xızı rayonu, Şurabad qəsəbəsində fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi (ümumibirgə mülkiyyətdə, qeydiyyat nömrəsi və tarixi **********, 05.06.2013-cü il) qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrindən 23.09.2021-ci il tarixli arayışların surətindən görünür ki, X3, X6 və X7 adına daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən X4 ünvanlanmış 03.09.2021-ci il tarixli məktubun surətindən görünür ki, hazırda Fondun mövcud informasiya sistemlərində ona verilmiş ipoteka kreditinə, o cümlədən güzəştli ipoteka kreditinə dair məlumat mövcud deyildir. İş materiallarında olan Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən İddiaçı ünvanlanmış 06.09.2021-ci il tarixli məktubda qeyd edilir: Sizin Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna ünvanladığınız 30 avqust 2021-ci il tarixli müraciətinizə (daxilolma nömrəsi və tarixi: Ə/2180567, 31.08.2021ci il) aidiyyəti üzrə baxılmışdır. Müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Sizinlə “Turanbank" ASC arasında bağlanmış 09 fevral 2007-ci il tarixli №16 saylı kredit müqaviləsinə əsasən ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün Sizə Fondun vasaiti hesabına 20400 məbləğində güzəştli ipoteka krediti verilmişdir. Həmin kredit üzrə öhdəliklər 22 iyul 2019-cu il tarixində tam olaraq yerinə yetirilmişdir. Hal-hazırda Fondun mövcud informasiya sistemlərində Sizin adınıza aktiv ipoteka krediti mövcud deyildir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı 22.07.1996-cı ildən 23.07.2021-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuş və öz arzusu ilə ehtiyata buraxılmışdır. İddiaçı «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının arvadı X2 adına Xızı şəhərində yerləşən 0,04 ha həyətyanı torpaq sahəsi, Xızı rayonu, Şurabad qəsəbəsində fərdi yaşayış evinin yerləşdiyi 0,25 ha torpaq sahəsi (ümumibirgə mülkiyyətdə) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan başqa, iddiaçı ilə “Turanbank" ASC arasında bağlanmış 09 fevral 2007-ci il tarixli №16 saylı kredit müqaviləsinə əsasən ünvan 9 ünvanında yerləşən yaşayış sahəsinin alınması üçün iddiaçıya Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun vasaiti hesabına 20400 məbləğində güzəştli ipoteka krediti verilmişdir, həmin kredit üzrə öhdəliklər 22 iyul 2019-cu il tarixində tam olaraq yerinə yetirilmişdir. Eyni zamanda «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə» Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin edilirlər. İş materiallarından da göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin 28.12.2011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən iddiaçının adı dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısında qeydiyyatdan keçir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən də iddia tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 58.1, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-3669/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3669/2022
18.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver