Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-3673/2024 22.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması» tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı «torpaq sahəsi üzərində hüququn qeydiyyata alınması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilir ki, İddiaçı 1967-ci ildə doğulmuşdur, ailəlidir. ünvan 1 ünvanında yerləşən yaşayış binasının hissəsi kimi 43 kv.m yaşayış sahəsi olan 2 otaqlı mənzil mülkiyyət hüququ ilə ona məxsusdur. Bu hüquq 12 yanvar 2013-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata aİınmışdır (********** qeydiyyat nömrəsi ilə). Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, onun daşınmaz əmlak üzərində yaranmış hüququ barədə 181 nömrəli reyestr kitabının 19413 nömrəli vərəqində müvafiq qeydlər aparılmışdır. Müvafiq mənzil XX əsrin 2-ci yarısında Bakı şəhərində taxta konstruksiyalardan inşa edilmiş “fin” tipli yaşayış binasının hissəsidir. Əvvəllər bu mənzilin bir neçə sahibi dəyişmişdir. Buranı əldə edəndən sonra iddiaçı mənzildə heç bir yenidənqurma və tikinti işləri aparmamışdır. Mənzilin kommunal xərclərini, istehlak etdiyi işıq, qaz və suyun sərfiyyatı üzrə haqqları müntəzəm olaraq ödəmişdir. Mənzilin hazırkı vəziyyət onun abadlığı iddiaçını qane edir və gələcəkdə burada hər hansı bir dəyişiklik edilməsini planlaşdırmır. Yaşayış binasının digər payçıları olan qonşularla ümumi istifadədə olan yardımçı və köməkçi sahələr yoxdur. Binanın bərabərhüquqlu payçıların paylarının sərhədləri mişar daşından hörülmüş divarlarla bir-birindən ayrılmışdır. Eləcə də hazırki vəziyyətdə hər 3 payçıya xidmət edən istinad divarları, mənzilləri birləşdirən pilləkən meydançaları, birgə istifadədə olan pilləkənlər, liftlər (bina 1 mərtəbəlidir, onun zirzəmisi və şaxtası yoxdur), su anbarları, sanitar qovşaqları, ümumi yanğından mühafizə qurğuları və avadanlıqları yoxdur. Həmçinin binanın daxilində olan və ümumi payçılara xidmət etmək üçün nəzərdə tutulan sanitar-texniki, elektrik, yaşıllaşdırma və abadlaşdırma elementlərindən ibarət ortaq məntəqələr yoxdur. Binanın taxta konstruksiyaları ləğv olunmuş, taxtadan çəkilmiş hasarlar daşdan tikilmiş hasarlarla əvəz olunmuşdur. İddiaçıya məxsus mənzilin daxili və xarici divarlarının mişar daşından hörülməsi barədə texniki pasportda aparılmış qeydlər də sadalananları təsdiq edir. Mənzilə verilmiş texniki pasportda mənzilim tikinti altındakı torpaq sahəsi 226 kv.m təşkil edir. Bu sahə ona müddətsiz olaraq istifadəyə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş sənədlərlə torpağın ona hansı müddətdə istifadəyə verilməsi barədə müddət göstərilmədiyindən, iddiaçı hesab edir ki, torpaqdan istifadə hüququ daimi rəsmiləşdirilməlidir. Çöl divarı ilə ətrafla əlaqəsi olmayan bu 226 kv.m sahəyə heç kimin iddiası yoxdur və heç bir vaxt mübahisə hədəfinə çevrilməmişdir. İddiaçı mənzilin altındakı bu torpaq sahəsini özəlləşdirmək və onun üzərində xüsusi mülkiyyət hüququnun tanınmasında israrlıdır. O, qeyd olunan məsələ ilə bağlı cavabdeh “Daşınmaz Əmlakın Kadastrı və Reyestri” publik hüquqi şəxsinə müraciət etmişdir. Cavabdeh həmin torpaq sahəsi ilə bağlı heç bir hüquqmüəyyənedici sənədlərin təqdim edilmədiyini, sahənin üç bərabər hüquqla payçılara xidmət etdiyini bildirərək, eləcə də Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə istinad edərək, məsələnin müsbət həllini təmin etməmişdir. Mənzil sahibləri bu günədək dəyişdiyindən, ünvanla bağlı ilkin dövlət aktları, order və müqavilə sənədləri, sərəncam və müvafiq şəhər və rayon XDS İK-nın əmr və qərarları olmadığından iddiaçı mənzilə aid olan müvafiq sənədləri və məlumatları almaq məqsədi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə, Bakı ŞİH MKTD 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinə və Bakı ŞİH MKTD-nin Mərkəzi Ofisinə müraciətlər ünvanlamışdır. Verilən cavablardan Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov (keçmiş Paruşin) 42 ünvanında yerləşən yaşayış binasının, “Azərneftyanacaq” İB-nin balansından Bakı Şəhər MKTD-nin balansına qəbul edildiyi və bu ünvanla bağlı order, sərəncam, Bakı Şəhər XDS İK-nın qərarı və s. olmadığı müəyyən olunmuş, cavablarda göstərilən torpaq sahəsinin özəlləşdirilməsi və bununla bağlı hansısa arayışın və hüquqverici sənədin verilməsinin imkan xaricində olduğu bildirilmişdir. Göstəriənlərə əsaslanaraq, məhkəmədən iddiaçının ünvan 1 ünvanında müddətsiz istifadəsində olan mənzilaltı torpaq sahəsinin xüsusi mülkiyyətinə verilməsi və hüquqlarının daşınmaz əmlak dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. Cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin məhkəməyə ünvanlanmış 30 dekabr 2023-cü il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin» 1.3-cü bəndinə əsasən publik hüquqi şəxs bu Nizamnamədə nəzərdə tutulan vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatının aparılması, qeydiyyatın rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən çıxarışın təqdim olunması, həmçinin texniki sənədlərin (torpaq sahəsinin planı və ölçüsü, texniki pasportun) tərtib edilməsi publik hüquqi şəxsin ərazi idarələri tərəfindən həyata keçirildiyi üçün cavabdehin əsl cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi xahiş olunur. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Qanunun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1382 nömrəli 26 iyun 2021-ci il tarixli Fərmanının 7-ci bəndində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın: - (7.2) Dövlət Komitəsinin strukturuna daxil olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Nizamnaməsi»nin 1.3-cü bəndinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi bu nizamnamədə nəzərdə tutulmuş vəzifələrini və hüquqlarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və tabeliyində olan qurumları vasitəsilə həyata keçirir. Nizamnamənin 2.0.1-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini tərtib etmək və aparmaq, dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatını həyata keçirmək Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin fəaliyyət istiqamətlərinə aiddir. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin Əsasnaməsinin 1.1-ci bəndinə görə həmin İdarə daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtib edilməsi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı, daşınmaz əmlakın inventarlaşdırılması və qiymətləndirilməsi sahəsində Bakı şəhəri üzrə fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanının 8-ci hissəsinə uyğun olaraq “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyinə verilmiş ixtisaslaşdırılmış hüquqi şəxsir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli 319 nömrəli qərarı ilə təsdiq edilmiş «Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları»nın 1.1-ci bəndinə görə bu Qaydalar «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 937-İVQD nömrəli Qanununun tətbiqi və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 iyun tarixli 182 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri, onların rayon (şəhər) şöbələri, mobil səyyar xidmət bölmələri və “ASAN xidmət” mərkəzlərindəki xidmət bölmələri tərəfindən daşınmaz əmlak üzərində hüquqların, onların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı, həmçinin məhv olmuş daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının və hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) ləğv edilməsi ilə bağlı tələb olunan sənədlərin qəbulu, yoxlanılması və verilməsi prosedurunu tənzimləyir. Qeyd olunmalıdır ki, hazırkı inzibati məhkəmə icraatında iddiaçının tələb etdiyi məsələ cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin deyil, həmin publik hüquqi şəxsin yerli qurumlarının – ərazi idarələrinin səlahiyyətlərinə aiddir və bu qurumlar inzibati icraatl müstəqil inzibati orqan kimi aparırlar. Lakin nəzərə alınmalıdır ki, iddia ərizəsindən və iş materiallarından iddiaçının məhkəmədə hazırkı iddianı qaldırmamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin yerli quruma müraciət etdiyi müəyyən olunmur. Ona görə də məhkəmə iş üzrə cavabdehin dəyişdirilməsini iddiaçıya tövsiyə etməmişdir. Hazırkı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə gəldikdə isə, məhkəmə belə nəticəyə gəlir ki, həmin cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi təsdiqini tapmadığından, iddia mümkün sayıla bilməz. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə məhkəmənin qənaətinə görə iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə və İPM-in 23, 35-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-3673/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-3673/2024
22.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver