Məhkəmə qərarları › İş №2-1(112)-3677/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3677/2021

05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3677/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hаcıbəyоvа Miminаt Tаcib qızının sədrliyi, X1 kаtibliyi, İddiaçının vəkili Vəkil (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, vəkil), cavabdehin nümayəndəsi X3 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası hüquqşünas, aparıcı mütəxəssis vəzifəsində işləyir) iştirakı ilə, iddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi” bаrədə iddiа tələbi üzrə inzibati işə məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “İddiaçı 57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Cəbrayıl rayonunda anadan olmuşdur. 31.07.1979-cu ildən 07.12.1979-cu ilədək Bakı Dəniz Limanında Liman emalatxanalarının çilingəri, 07.12.1979-cu ildən 08.10.1980-ci ilə qədər Liman emalatxanalarının 1-ci dərəcəli çilingər təmirçisi vəzifəsində işləmişdir. 23.11.1980ci ildən 22.12.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Bundan sonra 10.02.1983-cü ildən 11.03.1983-cü ilə qədər Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doker-mexanizator şagirdi, 11.03.1983-cü ildən 01.04.1986-cı ilə qədər doker-mexanizator, 05.08.1988-ci ildən 19.10.1989-cu ilə qədər talman, 19.10.1989-cu ildən 26.01.2016-cı ilə qədər isə doker-mexanizator vəzifəsində işləmişdir. 26.01.2016-cı il tarixdən hal-hazıradək “xxxx” MMC-də doker mexanizator vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət edərək ona güzəştli şərtlərlə 57 yaşdan pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddiaçının müraciətinə 23.12.2020-ci il tarixli, **********1 nömrəli məktubla imtina etmişdir; imtinanın əsası kimi “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya sonradan əlavə edildiyi göstərilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh təqdim etdiyi iddia tələbinə etirazında göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 21.2-ci bəndinin “c” yarımbəndinə Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli 236 nömrəli Qərarı ilə aşağıdakı məzmunda beşinci abzas əlavə edilmişdir:“Limanlarda yükvurmayükboşaltma işlərində çalışma kompleks mexanizatorları (doker- mexanizatorlar)”.Mərkəzi Filiala təqdim etdiyi 6 avqust 1979-cu il tarixli əmək kitabçasında və “xxxx” MMC-nin iddiaçıya dair 27 avqust 2020-ci il tarixli TCS-M-018/20 nömrəli arayışında 10.02.1983-cü il tarixindən bugünədək doker-mexanizator vəzifəsində işlədiyi qeyd edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunla müəyyən edilmiş tələblərə uyğun olaraq iddiaçının hazırda 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təminatına baxılarkən yuxarda qeyd olunanlara əsasən müəyyən edilir ki, 01.01.2006-cı il tarixindən əvvəlki qanunvericiliyə görə doker mexanizator vəzifəsi güzəştli şərtlərlə təminat verən vəzifələr sırasına daxil edilmədiyi üçün həmin tarixədək güzəştli iş stajı tamamlanmayıb. Göstərilənlərə əsasən cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiаçının vəkili Vəkil məhkəmə iclаsındа iddiа ərizəsində göstərilən məzmundа çıхış еdərək iddiа tələbinin təmin еdilməsini məhkəmədən хаhiş еtmişdir. Cavabdehin nümayəndəsi T.Kərimov iddia ərizəsinə etirazda göstərilən məzmunda izahat verərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin və cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, təqdim еdilmiş sənədləri nəzərə аlаrаq, işin fаktiki hаllаrınа və sübutlаrа qiymət vеrərək hеsаb еdir ki, iddiа tələbi təmin edilməlidir. İş materiallarında olan: Şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1962-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuşdur. “xxxx” MMC-nin 27 avqust 2020-ci il tarixli, TCS-M-018/20 nömrəli arayışına əsasən, İddiaçı həqiqətən “doker mexanizator” vəzifəsində 10.02.1983-cü il tarixindən bu günədək işləyir. İddiaçıya məxsus İT-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı 31.07.1979cu ildə Liman emalatxanaların çilingər şagirdi kimi qəbul edilmiş, 07.12.1979-cu ildə Liman emalatxalarının 1-ci dərəcəli çilingər-təmirçisi təyin olunub, 08.10.1980-ci ildə Sovet Ordusu sıralarına getdiyi üçün limandan azad edilmişdir. 23.11.1980-ci ildən 22.12.1982-ci ilədək Sovet Ordusundə xidmət etmiş, 10.02.1983-cü ildə imtahanları verdikdən sonra 1 saylı yük rayonunun doker-mexanizatorunun şagirdi qəbul edilmiş, 11.03.1983-cü ildə 4-cü dərəcəli doker-mexanizator hesab edilmiş, 01.04.1986-cı ildə 1 saylı istehsalat-yüklənmə kompleksinin 4-cü dərəcəli doker-mexanizator təyin edilmiş, 05.08.1988-ci ildə həmin yerdə talman (qəbuledici-təhvil verən) şagirdi keçirilmiş, 07.10.1988-ci ildə imtahanları verdikdən sonra həmin yerdə talman (qəbuledici-təhvil verən) hesab edilmiş, 19.10.1989cu ildə həmin yerdə 4-cü dərəcəli doker-mexanizator keçirilmiş, 01.01.1991-ci ildə 1 saylı İYK (istehsalat-yüklənmə kompleksinin) strukturunun dəyişikliyi ilə əlaqədar olaraq 1 saylı yük rayonunun 4-cü dərəcəli doker-mexanizator hesab edilmiş, 23.04.1993-cü ildə imtahanları verdikdən sonra 3-cü sinif doker-mexanizator hesab edilmiş, 17.05.2006-cı ildə liman ixtisas komissiyasının protokoluna əsasən 2-ci əsas doker-mexanizator sayılmış, 26.01.2016-cı ildə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 26.01.2016-cı ildə “X4” MMC-yə doker-mexanizator vəzifəsinə qəbul edilmiş, 18.08.2020-ci ildə təsisçinin 12.08.2020-ci il tarixli qərarı ilə “X4” MMC 18.08.2020-ci il tarixdən “xxxx” MMC adlandırılmışdır. İddiaçı hal-hazırda işləyir. SSN **********276 nömrəli Dövlət Sosial Sığorta Şəhadətnaməsinin surətindən görünür ki, iddiaçı sosial sığorta ödəyicisidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı 23 dekabr 2020-ci il tarixli, **********1 nömrəli məktubundan görünür ki, iddiaçının pensiya təyin edilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. İş materiallarında olan sənədlərdən məhkəmə müəyyən etdi ki, iddiaçı xx.xx.1962ci ildə anadan olmuş, 23 noyabr 1980-ci ildən 22.12.1982-ci ilə qədər hərbi xidmətdə olmuş, 31.01.1979-cu ildən əmək fəaliyyətinə başlamışdır. İddiaçı onun 09 avqust 2019-cu il tarixinə ümumi iş stajı 25 ildən çox olması, bu stajın 12 il 6 aydan çox müddəti güzəştli staj təşkil etdiyindən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə cavabdehə müraciət etsə də, cavabdeh iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin etməkdən imtina etmiş, imtinanı onunla əsaslandırmışdır ki, “doker-mexanizator” peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş siyahıya sonradan əlavə edilmişdir. Məhkəmə cavabdehin iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin etməsindən imtinasını əsassız hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl qüvvədə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt mövcud olmalıdır. : 01.01.2006-ci ilə qədər azı 25 il ümumi iş stajının olması, bu müddətin azı 12 il 6 ayının güzəştli iş stajı olması. İşin müəyyən olunmuş hallarına görə, iddiaçı 10.02.1983-cü il tarixindən bu günədək Bakı Beynəlxalq Dəniz Ticarət Limanında doker-mexanizator işləyir. İddiaçının iş stajı “xxxx” MMC-nin arayışı və əmək kitabçası ilə təsdiq edilir. Məhkəmə tərəfindən tədqiq olunmuş əmək kitabçasının qeydlərinə əsasən müəyyən edilmişdir ki, iddiaçının 01.01.2006-ci il tarixinədək hərbi xidmət dövrü də daxil olmaqla 26 il 1 ay 18 gün ümumi, 21 il 7 ay 6 gün iş stajı mövcuddur. İddiaçının çalışdığı doker mexanizator Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü ol 21 iyun tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrinvə göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır, lakin həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na 2008-ci il 06 oktyabr tarixli 12 nömrəli qərara daxil edilmişdir. Beləki, “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarına əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2008-ci il tarixli, 236 nömrəli Qərarına əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 21.2-ci bəndinin «c» yarımbəndinə aşağıdakı məzmunda beşinci abzas: «limanlarda yükvurma- yükboşaltma işlərində çalışan kompleks briqadaların mexanizatorları (dokermexanizatorlar) əlavə edilmişdir». İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında, o cümlədən 2-1(102)-644/2020 nömrəli, 10.03.2020-ci il tarixli, 2-1(102)-572/2020 nömrəli, 25.02.2020-ci il tarixli, 2-1(102)-680/2020 nömrəli, 01.07.2020-ci il tarixli, 2-1(102)- 799/2020 nömrəli, 22.05.2020-ci il tarixli qərarlarında göstərilmişdir ki,” qanunvericiliyin iradəsini həyata keçirən səlahiyyətli dövlət orqanı (“Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı) 2008-ci il 06 oktyabr tarixli Qərarı ilə həmin vaxtadək mövcud olmuş “dokermexanizator” peşəsinin əmək şəraiti xüsusilə zərərli və ağır iş olduğunu tanımış və təsdiq etmişdir. Odur ki, bu peşə güzəştli şərtlə yaşa görə pensiya hüququ verən peşə kimi qəbul edilmişdir. “ Həmin peşənin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»na daxil edildiyi 2008-ci ildə qüvvədə olan”Əmək pensiyaları haqqında””Qanunun 9.1-ci maddəsinin redaksiyasına görə, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır ilan işlərdə (istehsalatların,peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçı 01.01.2006-ci il tarixə 25 ildən artıq sığorta stajına malik olmuş və bu müddətin azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə(istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışmış, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 2008-ci ildə qüvvədə olan redaksiyasında təsbit olunmuş sığorta stajlarına dair şərtləri ödəməklə güzətli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu qazanmışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirilən normativ- hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1. –ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun . 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. İşin həqiqi hallarına əsasən, iddiaçının 57 yaşı 09 avqust 2019-cu il tarixdə tamam olmuş, o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə 17.09.2020-ci ildə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “İddiaçı 57 yaşı tamam olduğu yəni 09.08.2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin ödənilməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikiasının İnzibati Prosessual Məcəlləsinin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2-ci, 33cü, 68-ci, 69-cu, 85 –ci, 110-ci mаddələrini rəhbər tutаrаq QƏRАRА АLDİ: İddiа tələbi təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi qanunsuz hesab edilsin, İddiaçı 57 yaşı tamam olduğu 09 avqust 2019-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərаrdаn apellyasiya şikayəti qərar tərəfə təqdim edildiyi gündən 30 gün müddətində Bаkı şəhəri, Z.Хəlilоv küç, 540-cı məhəllə ünvаndа yеrləşən Bаkı Аpеllyаsiyа Məhkəməsinin inzibati kollegiyasına Bаkı İnzibаti Məhkəməsi vаsitəsilə vеrilə bilər. Hаkim Miminаt Hаcıbəyоvа

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar