Məhkəmə qərarları › İş №2-1(112)-3677/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3677/2023

18.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3677/2023 18.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Vəkil, üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayon Polis İdarəsinə qarşı X22, X23, X18, X24, X25, X26, X9 üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Mübahisəli hüququn qısa xülasəsi: İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X22, X23, X18, X24, X25, X26, X1 ona məxsus ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv/m. olan fərdi yaşayış evindən pasport qeydiyyatdan çıxarılması öhdəliyinin Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 3 (yeni qaydalarla ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 200,40 kv/m. olan fərdi yaşayış evi xx.xx.2022-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. X3, X23, X18, X24, X25, X26, X9 ilə heç bir əlaqəsi yoxdur. Üçüncü şəxslər ona məxsus fərdi yaşayış evində heç vaxt yaşamamışlar və üçüncü şəxslərin həmin evdə qeydiyyatı formal xarakter daşıyır. Bundan başqa üçüncü şəxslərin mübahisəli ünvanda qeydiyyatda olmaları onun mülkiyyət hüquqlarının məhdudlaşmasına və əlavə kommunal xərclərinin ödənilməsinə səbəb olur. O, üçüncü şəxslərin qeydiyyatda çıxarılması ilə bağlı ərizə ilə Sabunçu Rayon Polis İdarəsinə müraciət etmiş, lakin müraciəti cavablandırılmamışdır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin (bundan sonra İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış, X22, X23, X18, X24, X25, X26, X9 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar, İPM-nin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə və üçüncü şəxslərə təqdim edilmiş, cavabdehdən və üçüncü şəxslərdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh inzibati orqan və üçüncü şəxslər tərəfindən iddia tələbinə dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim olunmamışdır. Şifahi məhkəmə baxışı iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar olunmuş, digər üçüncü şəxslər (X22, X23, X18, X24, X25 və X9) məhkəmə iclasına gəlməmişlər, cavabdeh inzibati orqan isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər üçüncü şəxslərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclaslarında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X26 izahat verərək bildirdi ki, o və digər üçüncü şəxslər İddiaçı sahibliyində və istifadəsində olan fərdi yaşayış evində deyil, eyni ünvanlı bir-birindən təcrid olunmuş digər fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə ki, Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən üçüncü şəxslər həmin ünvana qeydiyyata alınmışlar, onların həmin ünvandan istifadə hüquqları var. Beləliklə onlar faktiki olaraq özlərinə məxsus olan fərdi yaşayış evində qeydiyyatdadırlar. Həmin fərdi yaşayış evinin iddiaçıya məxsus fərdi yaşayış evi ilə heç bir aiddiyyəti yoxdur, sadəcə ünvanları eynidir. İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. İddiaçı tərəfindən hazırkı tələblə bağlı cavabdeh inzibati orqana ərizə ilə müraciət olunsa da (000247 nömrəli poçt qəbzi – Sabunçu RPİ iddiaçının ərizəsini xx.xx.2022-ci ildə qəbul etmişdir), 35 gün küçməsinə baxmayaraq iddiaçının müraciəti sonuncu tərəfindən cavablandırılmamışdır. İddia mümkündür. İşin halları İş materiallarında olan; AZE seriyalı ******** №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1987-ci ildə Rusiya Federasiyası, Saratov şəhərində doğulmuş İddiaçı Ağdam rayonu, Mərzili kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” **********24-10301 reyestr nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə İddiaçı adına xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2-401 nömrəli 2005-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X6 atası X19 ilə birlikdə Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi 4 “a” saylı evə pasport qeydiyyatına alınmaları qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1455/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnəməsindən müəyyən olunur ki, İddiaçı cavabdehlər X10 X11, X7, X12, X13, X20, X14 və X15 qarşı iddia predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs X29 cəlb edilməklə yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehlər X22, X23, X18, X24, X25, X30, X27, X26, X2 iddiaçının xüsusi mülkiyyətində olan ünvan 3 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüququnun itirilmiş hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qeyd olunan qətnamə ilə iddianın qismən təmin edilməsi, cavabdehlər X16, X8 İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əli Kərim küçəsi ev 4A saylı (yeni qaydalarla ünvan 1 mənzilinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. xx.xx.2022-ci il tarixdə “Asan 6” tərəfindən verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* №-li arayışından görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X22, xx.xx.2003-cü il təvəllüdlü X23, xx.xx.1978-ci il təvəllüdlü X18, xx.xx.2009-cü il təvəllüdlü X24, xx.xx.2008-ci il təvəllüdlü X25, xx.xx.1975ci il təvəllüdlü X26 və xx.xx.2007-ci il təvəlüldlü X9 ünvan 3 fərdi yaşayış evində qeydiyyatdadırlar. Bakı şəhər Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 5-18-1/2-413/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, X26 ünvan 3 ünvanında qeydiyyatdadır. X28 məhkəmə qətnaməsi əsasında göstərilən ünvana qeydiyyata alınmışdır. Məhkəmənin müvafiq sorğularına cavab olaraq verilmiş; Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-ci il tarixli, 18/2-9201/2023 nömrəli məktubundan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X31 29.11,2003-cü il tarixdə, xx.xx.1975-ci il təvəllüdlü X26 xx.xx.2005-ci il tarixdə, xx.xx.2007-ci il təvəllüdlü X17, xx.xx.2009-cu il təvəllüdlü X24, xx.xx.2003-cü il təvəllüdlü X23 azyaşlı kimi anaları K.Xəlilovanın ünvanı üzrə xx.xx.2018-ci il tarixdə, xx.xx.2003-cü il təvəllüdlü X22 və xx.xx.2008-ci il təvəllüdlü X25 müvafiq olaraq xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixlərdə ataları N.Quluzadənin ünvanı üzrə ünvan 4diyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilmişlər. Yuxarıda qeyd olunan şəxslərin yaşayış yeri üzrə qeydiyyata alınmasına əsas olmuş sənədlərinin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən məhkəməyə göndərilməsi mümkün deyildir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin məktubuna qoşma kimi əlavə edilmiş; - Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin MH seriyalı 035251 nömrəli Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 4A X4 (üçüncü şəxs – X5 atası) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. - 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsinin 22 yanvar 2021-ci il tarixli, AZ-İİ 153705 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X21 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 12-ci ayının 04-cü günündə 892 nömrəsi ilə qeyd edilmişdir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək, hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddia əsassızdır. Belə ki, iddianın hüquqi əsası “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu təşkil edir. Həmin Qanunun 9-cu maddəsinin 1-6-cı yarımbəndlərinə əsasən, şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış yerini dəyişdikdə-yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; başqa ölkədə yaşayış yeri seçdikdə-müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ömürlük azadlıqdan məhrum edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə-ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında əsasında çıxarılır. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir ki, bu əsaslar olmadan hər hansı şəxsin qeydiyyatdan çıxarılması qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci yarımbəndində göstərilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Hazırki işdən məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 4A ünvanından qeydiyyatdan çıxarılmasını istədiyi üçüncü şəxslərdən X26 məhkəmə qətnaməsinə əsasən həmin fərdi yaşayış evinə qeydiyyata alınmışdır və həmin evdən istifadə hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz (maddə 43). “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında məhkəmə göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Məhkəmə son olaraq qeyd edir ki, iddiaçının qeydiyyatdan çıxarmaq istədiyi üçüncü şəxslər onun sahibliyində və istifadəsində olan fərdi yaşayış evində deyil, eyni ünvanlı birbirindən təcrid olunmuş digər fərdi yaşayış evində qeydiyyatdadırlar. Belə ki, üçüncü şəxslərin yaşadığları fərdi yaşayış evi Sabunçu Rayon Məhkəməsinin qətnaməsinə əsasən üçüncü şəxslər həmin ünvana qeydiyyata alınmışlar və həmin yaşayış evindən istifadə hüquqları mövcuddur. Buna görə də üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evindən qeydiyyatdan çıxarılmaları hazırki qanunvericiliyin tələblərinə uyğun deyildir. Belə olan halda üçüncü şəxslərin həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün qanunda nəzərdə tutulmuş əsaslardan hər hansı biri mövcud olmadığından cavabdeh inzibati orqan sonuncunu qeydiyyatdan çıxarmamaqla qanunvericiliyin tələblərinə uyğun hərəkət etmiş olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, üçüncü şəxslərin Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, ev 4A (yeni qaydalarla: ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehə həvalə edilməsinə dair İddiaçı iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və İPM-nin 68, 69 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar