Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3678/2021 03.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 (böyük mütəxəssis, Balakən rayonu, Tülü kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 52 yaşı tamam olduğu 13 fevral 2009-cu il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxxxx 1957-ci il tarixində doğulmuşdur. İddiaçı 01 iyun 1976-cı il tarixdən 20 noyabr 1976-cı il tarixinədək Azərbaycan SSR Daxili İşlər Nazirliyində sürücü vəzifəsində işləmiş, 04 noyabr 1976-cı il tarixdən 25 oktyabr 1978-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 dekabr 1978-ci il tarixdən 03 yanvar 1979-cu il tarixinədək “Azneftgeofızika” trestinin Qobustan İdarəsində geofizika partiyasının sürücüsü, 03 yanvar 1979-cu il tarixdən 11 noyabr 1979-cu il tarixinədək həmin idarənin özüyeriyən karotaj-perferator stansiyasının motorçusu (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 1 №-li əlavə üzrə kod:1100000a-17351), 16 noyabr 1979-cu il tarixdən 04 dekabr 1980-ci il tarixinədək Qobustan Avtobazasında sürücü vəzifəsində işləmiş, 23 dekabr 1980-ci il tarixdən 29 avqust 1989-cu il tarixinədək Daxili İşlər orqanlarında xidmət keçmiş, 19 sentyabr 1989-cu il tarixdən 18 fevral 1991-ci il tarixinədək “Prikuri” qazma-kəşfiyyat idarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsində təmir üzrə usta, 19 fevral 1991-ci il tarixdən 18 iyul 1991-ci il tarixinədək Kirov rayonu müstəqil “Eldar” kooperativində istehsalat müdiri, 07 yanvar 1992-ci il tarixdən 09 noyabr 1992-ci il tarixinədək Azərbaycan “Fəhlə Təhcizatı” İB-də mağaza keşikçisi, 06 aprel 1993-cü il tarixdən 04 may 1993-cü il tarixinədək Daxili İşlər orqanlarında istehsalat mühəndisi, 05 may 1993-cü il tarixdən 01 iyun 1994-cü il tarixinədək “Bulla-Dəniz” NQÇİ-nin təmir-tikinti briqadasında iş icraçısı, 01 iyun 1994-cü il tarixdən 03 yanvar 2000-ci il tarixinədək “Bulla- Dəniz” NQÇİ-də neft-qaz hasilatı üzrə operator (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 1 №-li əlavə üzrə kod: 1100000al5824), 03 yanvar 2000-ci il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək həmin idarədə neft, qaz və qaz kondensatı hasilatı sahəsində mexanik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 1 №-li əlavə üzrə kod:1100000b- 23485), 01 sentyabr 2006-cı il tarixdən 13 avqust 2007-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də X2 və vurulması sexində mexanik vəzifələrində işləmiş, 13 avqust 2007-ci il tarixdən bu günə kimi həmin idarədə əmtəə operatoru vəzifəsində işləyir. 01 yanvar 2006cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər- istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malikdirlər. Göründüyü kimi 01 yanvar 2006-cı il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də daxil olmaqla 28 il 5 ay 21 gün təşkil etmiş və həmin staj illərinin 11 il 7 ay müddətini güzəştli əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş 1 nömrəli siyahıya daxil olan işərdə çalışmışdır. Bununla da 52 yaşı tamam olduğu 13 fevral 2009-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pesniyası almaq hüququ yaranmışdır. Ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 23 sentyabr 1992-ci il tarixli Qanununun tələblərinə müvafiq olaraq 52 yaşı tamam olduğu 13 fevral 2009-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraza görə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı”) 2.4-cü bəndinə görə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neftqaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin ona dair 7 sentyabr 2020-ci il tarixli 1069 nömrəli arayışında 03.01.2000-31.08.2006-cı il tarixləri arasındakı dövr ərzində "Bulla dəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində böyük mexanik və mexanik, 01.09.2006-12.08.2007-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-nin X2 və Vurulması sexində mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda iddiaçının işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia ərizəsinə dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, məhkəmədən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin və hazırlıq icraatı mərhələsində məhkəmə iclasında iştirak etmiş iddiaçının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan iddiaçıya məxsus AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus xx xxxxxx 1957-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 01 iyun 1976-cı il tarixdən 20 noyabr 1976-cı il tarixinədək Azərbaycan SSR Daxili İşlər Nazirliyində sürücü vəzifəsində işləmiş, 04 dekabr 1978-ci il tarixdən 03 yanvar 1979-cu il tarixinədək “Azneftgeofızika” trestinin Qobustan İdarəsində geofizika partiyasının sürücüsü, 03 yanvar 1979-cu il tarixdən 11 noyabr 1979cu il tarixinədək həmin idarənin özüyeriyən karotaj-perferator stansiyasının motorçusu , 16 noyabr 1979-cu il tarixdən 04 dekabr 1980-ci il tarixinədək Qobustan Avtobazasında sürücü vəzifəsində işləmiş, 23 dekabr 1980-ci il tarixdən 29 avqust 1989-cu il tarixinədək Daxili İşlər orqanlarında xidmət keçmiş, 19 sentyabr 1989-cu il tarixdən 18 fevral 1991-ci il tarixinədək “Prikuri” qazma-kəşfiyyat idarəsinin Mənzil Kommunal Təsərrüfatı İdarəsində təmir üzrə usta, 19 fevral 1991-ci il tarixdən 18 iyul 1991-ci il tarixinədək Kirov rayonu müstəqil “Eldar” kooperativində istehsalat müdiri, 07 yanvar 1992-ci il tarixdən 09 noyabr 1992-ci il tarixinədək Azərbaycan “Fəhlə Təhcizatı” İB-də mağaza keşikçisi, 06 aprel 1993cü il tarixdən 04 may 1993-cü il tarixinədək Daxili İşlər orqanlarında istehsalat mühəndisi, 05 may 1993-cü il tarixdən 01 iyun 1994-cü il tarixinədək “Bulla-Dəniz” NQÇİ-nin təmirtikinti briqadasında iş icraçısı, 01 iyun 1994-cü il tarixdən 03 yanvar 2000-ci il tarixinədək “Bulla-Dəniz” NQÇİ-də neft-qaz hasilatı üzrə operator (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 1 №-li əlavə üzrə kod: 1100000al5824), 03 yanvar 2000-ci il tarixdən 01 sentyabr 2006-cı il tarixinədək həmin idarədə neft, qaz və qaz kondensatı hasilatı sahəsində mexanik (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı qərarına 1 №-li əlavə üzrə kod:1100000b- 23485), 01 sentyabr 2006-cı il tarixdən 13 avqust 2007-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də X2 və vurulması sexində mexanik vəzifələrində işləmiş, 13 avqust 2007-ci il tarixdən bu günə kimi həmin idarədə əmtəə operatoru vəzifəsində işləyir. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı ******* saylı hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 28 aprel 1978-ci tarixdən 25 oktyabr 1978-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuşdur. İşdə olan SOCAR “Azneft” İstehsalat Birliyi N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsi tərəfindən verilmiş 10 saylı, 07.09.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 05.05.1993-cü ildən 31.05.1994-cü ilə qədər "Bulla-dəniz" Neft və Qazçıxarma İdarəsində Təmir Tikinti briqadasının iş icraçısı, rəis müavini vəzifələrində işləyib (Əmr 209 6/V-1993cü il tarixindən) əmək stajı 01 il 26 gün təşkil etmişdir. 01.06.1994-cü il tarixdən 02.01.2000-ci il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işləyib (Əmr. 157/k 0l/Vİ-1994cü il) əmək stajı 05 il 07 ay 01 gün. 03.01.2000-ci il tarixdən 31.08.2006-cı il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində 12-ci dərəcəli böyük mexanik və mexanik vəzifəsində işləyib (Əmr. 1/k 03/1-2000-ci il.) Əmək stajı 06 il 07 ay 28 gün. 01/İX -2006-cı ildən 12.08.2007-ci il tarixinə qədər N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin X2 və vurulması sexində 12-ci dərəcəli mexanik vəzifəsində işləyib (Əmr N 291/k 01.09.2006-cı il) əmək stajı 11 ay 11 gün. 13.08.2007-ci il tarixindən halhazırki dövrə qədər N.Nərimanov adına NQÇİ-nin X2 və Nəqli sahəsində 4-cü dərəcəli əmtəə operatoru peşəsində işləyir. (Əmr.266/k 13/Vİİİ-2007-ci il.) əmək stajı 13 il 24 gün. Arayışa əsasən 07.09.2020-ci il tarixinə ümumi əmək stajı 27 il 04 ay təşkil edir. Beləliklə işdə olan sənədlərdən görünür ki, iddiaçı əvvəllər qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq 01.01.2006-cı il tarixədək 10 il güzəştli olmaqla 20 il ümumi stajının olduğunu əsas gətirərək, ona 52 yaşı tamam olduğu 13 fevral 2009-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli, **********2 saylı güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktub əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən verilmiş 18 dekabr 2020-ci il tarixli, **********2 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə ərizəsinə baxılaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il tarixli 11 dekabr 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə köçürülməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin siyahısı ) 2.4-cü bəndinə gorə şəxsə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı pensiya təyin edən müvafiq quruma təqdim olunmalıdır. “Əmək pensiyaları haqqında" Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Neft, qaz və qaz kondensatının hasilatı bəndində (10.2) neft, qaz və qaz kondensatı hasilatı işlərində (neftqaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifələri nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və qazçıxarma İdarəsinin ona dair 7 sentyabr 2020-cı il tarixli 1069 nömrəli arayışında 03.01.2000- 31.08.2006-cı il tarixləri arasındakı dövr ərzində “Bulla dəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində böyük mexanik və mexanik, 01.09.2006-12.08.2007-ci il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına NQÇİ-nın X2 və Vurulması sexində mexanik vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi vəzifələrin yuxarıda qeyd olunan Siyahı üzrə göstərilən xüsusilə zərərli və ağır olan işlərə (vəzifələrə) aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə Mərkəzi Filiala yuxarıda qeyd olunan müvafiq arayış təqdim edildikdən sonra baxıla bilər. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçı 13.02.1955-ci il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə əmək pensiyasının 52 yaşdan, yəni 13.02.2009-cu il tarixdən təyin edilməsini tələb edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 01 avqust 1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Hazırki iddia tələbi üzrə iddiaçı 52 yaşı tamam olduğu 13 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini tələb etsə, lakin 01.01.2006-cı il tarixədək olan dövr üzrə 20 il ümumi, 10 il güzəştli iş stajına malik olmasını göstərmişdir. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» bəndinə və həmin maddəyə 13.06.1997-ci il tarixli, 321-İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndi ilə (13.06.1997-ci il tarixli 321 İQD Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 12, 13, 15, 16, 19, 35, 40, 53-ci maddələrində və 90-cı maddəsinin 3-cü, 4-cü, 5-ci abzaslarında nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1dək hər il 6 ay artırılır). “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə (1 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyası) əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. İddiaçıya 52 yaşı tamam olduğu 13 fevral 2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün onun 01.01.2006-cı il tarixə qədər 20 il ümumi iş stajına malik olması öz təsdiqini tapsa da, lakin həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmamışdır. İddia tələbi üzrə iddiaçı 01.06.1994-cü il tarixdən 02.01.2000-ci il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı Neft və Qazçıxarma sexində 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi və 03.01.2000-ci il tarixdən 31.08.2006-cı il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində 12-ci dərəcəli böyük mexanik və mexanik vəzifəsində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, 21.06.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına əsasən güzəştli iş stajına hesablanmalı olduğunu göstərmişdir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, 21.06.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına istinad etmişdir. Həmin siyahının adından da göründüyü kimi neft sahəsində işləyən şəxsin işlədiyi peşə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, 21.06.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına aid edilərək, onun işlədiyi peşə və vəzifənin xüsusilə ağır olan güzəştli iş stajına hesablanması üçün həmin şəxsin ilk növbədə “dənizdə çalışan neftçilər” kateqoriyasına aid olması şərtdir. Məhkəmə araşdırması zamanı iddiaçının iddia ərizəsində istinad etdiyi və əmək kitabçasında qeyd olunmuş həmin vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə araşdırılıb təhlil edilmişdir. İddiaçının 01.06.1994-cü il tarixdən 02.01.2000-ci il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin 2 saylı Neft və qazçıxarma sexində 3-cü dərəcəli neft və qaz hasilatı üzrə operator peşəsində işlədiyi vəzifə həmin siyanının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) “Neft-qaz və qaz kondensatının hasilatı” adlı 2-ci yarımbölməsinin neft və qaz hasilatı üzrə operatorlar (kod 1100000a—15824) vəzifəsinə uyğun gəlsə də, lakin onun 03.01.2000-ci il tarixdən 31.08.2006-cı il tarixinə qədər “Bulla-dəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində işlədiyi 12-ci dərəcəli böyük mexanik və mexanik vəzifəsinin göstərilən siyahının X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsində (kod ********) nəzərdə tutulmuş hər hansı vəzifəyə uyğunluğu müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı”nın X. “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin (kod ********) rəhbərlər və mütəxəssislər b) yarımbölməsində (kod 1100000b) “neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər (kod 1100000b—23485) güzəştli iş stajına hesablanır. Həmin siyahı üzrə 1100000b—23485 kod altında müəyyən edilmiş vəzifə üzrə neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexanik və böyük mexaniklər vəzifəsi güzəştli şərtlərlə pensiya hüququ verən xüsusi iş stajına hesablanır. İddiaçı isə “Bulladəniz” NQÇİ-nin Neftin Kondensatın və X3 Nəqli sexində işləmişdir. Həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 2 nömrəli Əlavəsinin 2.4.1-ci bəndinə görə müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göründüyü kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Hazırki iş üzrə iddiaçının işlədiyi peşə və vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş (320 nömrəli Qərar, 21.06.1993-cü il tarixli) “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısına aid olubolmamasının müəyyən edilməsi üçün güzəştli arayış mövcud deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı iddiaçı 52 yaşı tamam olduğu 13 fevral 2009-cu il tarixədək 20 il ümumi iş stajına malik olması öz təsdiqini tapsa da, lakin həmin stajın 10 ilinin güzəştli əmək stajına daxil olması təsdiqini tapmadığından, cavabdeh tərəfindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilməsi əsaslı olmuşdur. Buna görə də iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 73.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-3678/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3678/2021
03.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver