Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3678/2022 10.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirovküçəsi 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı ona 25 aprel 2018-ci il tarixdə, 57 yaşı tamam olduğu vaxtdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdeh 01 oktyabr 2021-ci il tarixdə rəsmi cavab məktubu təqdim edərək, ümumi əmək stajının 25 ildən az, yəni 17 il 10 ay 18 gün və fərdi hesabının sığorta hissəsində 40.200 manat tələb olunduğu halda 16491,78 manat təşkil etməsini bildirmişdir. Bu səbəbdən, güzəşli şərtlərlə pensiya təyin olunmasından imtina edilmişdir. Qeyd edir ki, onun 25 aprel 2018-ci il tarixdə güzəşli şərtlərlə pensiya hüququ yaranmışdır. 01 yanvar 2006-cı il tarixədək 25 il ümumi əmək stajı vardır. Həmin 25 il əmək stajının 12 il 06 aydan artığını zərərli işdə işləmişdir. Əmək stajının 12 il 6 aydan artıq müddətinin "xxxx" ASC-də 11 fevral 1982-ci tarixdən, 01 dekabr 2005-ci il tarixədək avtokamer sexində vulkanlaşdırıcı və 2-ci qrup usta vəzifəsində işləmişdir. Eləcə də, onun 15.10.1979-cu il tarixdən SSRİ-nin ərazisində hərbi xidmətə olması da, daxil olmaqla 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajı vardır. Qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə münasibət təqdim edərək bildirilmişdir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlü İddiaçı cavabdeh inzibati orqana müraciət edərkən ümumi stajını təsdiq edən sənəd kimi H3 № ******* seriyalı hərbi bileti, ИТ-İ № ******* seriyalı əmək kitabçasını və "xxxx" ASC-nin 14.10.2005-ci il tarixli arayışını təqdim etmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Maddənin 01.07.2021-ci il tarixinə qədər qüvvədə olmuş redaksiyasında isə həmin yaş hədləri kişilər üçün 57, qadınlar üçün 52 yaş müəyyən edilmişdir. İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarının 2 №-li siyahısı üzrə hər bir halda 01.07.2017-ci ildən sonra yarandığı üçün ona yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələbləri istisna olmaqla, hazırda qüvvədə olan qanunvericilik normaları tətbiq edilməlidir. Belə ki, sözügedən Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarıxinədək Qanunun 9cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İddiaçı isə fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyi üçün onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmır. Həmçinin, iddiaçının əmək kitabçasında qeyd edilməsinə baxmayaraq, Bakı Şin Zavodunun ("xxxx" ASC-nin) 1998-ci ildən fəaliyyət göstərmədiyi yoxlama zamanı müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılması xahiş olunmuşdur. Şifahi məhkəmə baxışı iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 01 oktyabr 2021-ci il tarixli, **********8 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubun surətindən görünür ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, onun ümumi iş stajı 25 ildən az (17 il 10 ay 18 gün (15.10.1979- 13.10.1981-ci il və 11.02.1982-01.01.1998-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40.200 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16491,78 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyanatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan iddiaçıya məxsus AZE seriyalı, ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. İşdə olan notarial qaydada təsdiq olunmuş ИТ-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 11.02.1982-ci il tarixdən 01.12.2005-ci il tarixədək əmək stajı mövcuddur. İşdə olan НЗ seriyalı, ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15 oktyabr 1979-cu il tarixdən 13 oktyabr 1981-ci il tarixədək SSRİ silahlı qüvvələrində hərbi xidmətdə olmuşdur. İşdə olan "xxxx" ASC-nin 14.10.2005-ci il tarixli arayışından görünür ki, İddiaçı həqiqətən Bakı Şin Zavodunda ("xxxx" Açıq Səhmdar Cəmiyyətində” 11.02.82-ci il (əmr- 21k,12.02.82) tarixdən, 03.03.92-ci il tarixədək Avtokamer sexində vulkanlaşdırıcı, 03.03.92-ci il (əmr-21k,02.03.92) tarixdən hal-hazıra kimi avtokamer sexində İİ qrup usta işləyir. Avtokamer sexində iş zərərli sexlər kateqoriyasına aiddir. Bu isə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.93-cü il tarixli qərarına əsasən “Kimya istehsalatı” X bölmənin “A” bəndinin 2110A010 pozisiyasına uyğun olaraq, 2 saylı Siyahı üzrə zərərəli sexdə işlədiyinə görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ verir. Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir (əmr-01k, 31.05.2002). İşdə olan məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş 03 fevral 2022-ci il tarixli, **********705600 nömrəli cavab məktubundan görünür ki, dövlət reyestrində hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Araz küçəsi ev 8 olan "xxxx" ASC-nin (VÖEN: **********) 30.09.2002-ci il tarixdə D-3431 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 29.10.2002-ci il tarixdə təsdiq edilmiş Nizamnamənin 1.1-ci bəndinə əsasən Cəmiyyət 03.05.1996-cı il tarixdə KOL-2103 nömrə ilə dövlət qeydiyyatından keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyindəki Bakı Şin zavodunun hüquqi varisidir. İşdə olan məhkəmənin sorğusuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01/15 saylı 04.02.2022-ci il tarixli cavab məktubundan görünür ki, İddiaçı Bakı Şin zavodunda 11.02.1982-ci il (əmr-21k,12.02.1982) tarixdən 03.03.92-ci il tarixinədək Avtokamer sexində vulkanlaşdırıcı, 03.03.1992-ci il (əmr-21k, 02.03.1992) tarixindən 01.12.2005-ci il tarixinədək Avtokamer sexində İİ qrup usta işləmişdir. Avtokamer sexində iş zərərli sexlər kateqoriyasına aiddir. Bakı Şin zavodunda Avtokamer istehsalında rezin məmulatı Hazırlıq sexindən transportyor vasitəsi ilə Avtokamer sexinə verilirdi və Avtokamer sexində lazımi ölçülərdə texnoloji reqlamentə uyğun olaraq kəsilirdi. Yəni 8-ka (240x508), moto kənd təsərrüfatı üçün avtokamerlər, jiquli, qaz 24, 31 və sair. Vulkanlaşdırıcının vəzifəsi kəsilmiş rezinləri vulkanlaşdırıcı pressformatorlarda müəyyən edilmiş temperaturda və təzyiq altında vulkanlaşdırmaqdan ibarətdəir, vulkanaşdırıcı peşəsi fəhlə peşəsidir. Avtokamer sexinin İİ qrup ustalarının vəzifəsi sexdə növbəli şəkildə işi təşkil etmək və avtokamerlərin vulkanlaşdırılmasına nəzarət etməkdir. İddiaçı zərərli əmək şəraitinə görə əmək haqqına əlavələr ödənilmişdir. 11.02.1982-ci il (əmr No 21-k, 12.02.1982) tarixindən 01.12.2005-ci il tarixinədək sosial sğorta stajı – 23 il, 09 ay, 20 gün təşkil edir. Avtokamer sexinin işçiləri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı 21.06.1993-cü il tarixli Qərarı ilə zərərli sexlər sayıldığından 2 saylı Siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 211OAO10 pozisiyasına aiddir. Bakı şin zavodu üzrə verilmiş 01-k saylı 31.05.2002-ci il tarixli əmrə əsasən Bakı Şin zavodu "xxxx" ASC-yə çevrilmişdir. Arayışa qoşma şəklində əmrlərin surəti, ştat cədvəlinin surəti və əmək haqqı arayışları əlavə edilmişdir. Həmin əmrlərdə həqiqətən İddiaçı Avtokamer sexinə vulkanlaşdırıcı qəbul edilməsinə dair Bakı Şin zavodunun 21k saylı, 12 fevral 1982-ci il tarixli əmri və 03.03.1992-ci il tarixdən Avtomaker sexində 2 qrup usta təyin edilməsi ilə bağlı 21-K, 02.03.1992-ci il tarixli əmrlərin olması müəyyən edilmişdir. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən “güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” 01 oktyabr 2021-ci il tarixli, **********328 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. Məhkəmə təqdim edilmiş sübutları araşdıraraq iddianın mahiyyətinə gəlincə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı cavabdehə hazırki tələblə bağlı ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən 01.07.2017-ci il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1ci maddəsinə istinad edilməklə, ümumi iş stajının 25 ildən az (17 il 10 ay 18 gün 15.10.1979-13.10.1981-ci il və 11.02.1982-.01.01.1998-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsinə, həmçinin hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40200.00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 16491.78 manat təşkil etməsinə istinad edilərək imtina edilmişdir. Halbuki, iş materiallarına əlavə edilmiş sənədlərlə (əmək kitabçası, hərbi bilet, arayış, şəxsiyyət vəsiqəsi) müəyyən edilir ki, iddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və o, hazırda 01.01.2006-cı il tarixədək ümumi və xüsusi iş stajının tamamlandığına istinad edərək, ona 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. İddiaçının 25.04.2018-ci il il tarixdə 57 yaşı olmuş, iddiaçının 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı olmuşdur. Cavabdeh tərəfindən iddiaçının ümumi iş stajı hesablanan zaman, ümumi iş stajı 25 ildən az (17 il 10 ay 18 gün ( 15.10.1979-13.10.1981-ci il və 11.02.1982-.01.01.1998-ci il tarixləri arasındakı dövrlər) hesablanmışdır. Cavabdeh iddiaçının işlədiyi Bakı Şin zavodunun ("xxxx" ASC-nin) 1998-ci ildən fəaliyyət göstərmədiyinə istinad edərək, iddiaçının 01.01.1998-ci il tarixdən 01.12.2005-ci il tarixədək əmək fəaliyyətini onun iş stajına daxil etməmişdir. Cavabdehin sözügedən dəlilinin araşdırılması məqsədilə məhkəmə tərəfindən aidiyyəti qurumlara sorğular göndərilmiş və araşdırma zamanı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Dövlət Vergi Xidməti tərəfindən verilmiş məlumatdan müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) 30.09.2002-ci il tarixdə D-3431 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. 29.10.2002-ci il tarixdə təsdiq edilmiş Nizamnaməsinin 1.1-ci bəndinə əsasən Cəmiyyət 03.05.1996-cı il tarixdə KOL-2103 nömrə ilə dövlət qeydiyyatından keçmiş "xxxx" Dövlət Şirkətinin tabeliyindəki Bakı Şin Zavodunun hüquqi varisidir. Eləcə də, iddiaçının həqiqətən "xxxx" ASC-də 11.02.1982-ci il tarixdən 01.12.205-ci il tarixədək işləməsi barədə "xxxx" ASC tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş arayışları mövcuddur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 01.01.1998-ci il tarixdən, 01.12.2005-c il tarixinədək olan iş stajı da, onun ümumi iş stajına daxil edilməlidir. Məhkəmə eləcə də, qeyd edir ki, işin hallarından göründüyü kimi, iddiaçı cavabdehə müraciət edən zaman ərizəsinə həmçinin qoşma şəklində "xxxx" ASC tərəfindən verilmiş 14.10.2005-ci il tarixli güzəştli arayışı təqdim etmişdir. Lakin, cavabdeh ümumiyyətlə iddiaçının güzəştli iş stajına münasibət bildirməmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə də, qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı Qərarına əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş, həmçinin məhkəmənin sorğusuna əsasən də "xxxx" ASC tərəfindən verilmiş arayışlar iddiaçının güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, sözügedən arayışda iddiaçının işlədiyi peşələrin həm xarakteristika və funksiyaları ətraflı şəkildə göstərilmiş, həm də, “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 saylı, 21.06.1993-cü il tarixli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə “X” bölmə, “Kimya istehsalatı” 2110AO10 koduna öz əksini tapdığı təsdiqlənmişdir. Bununla da məhkəmə hesab edir ki, iddiaçı, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 57 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktlar, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin 1-ci abzasının “b” yarımbəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciərin Siyahı”sı üzrə kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 06 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən isə həmin maddədə nəzərdə tutulan yaş həddi 01 avqust 1997-ci ildən başlayaraq 01 avqust 2000-ci ilədək hər il 6 ay artırılır. Həmin artırılma nəzərə alındıqda iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının 01.01.2006-cı il tarixədək, 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi əmək stajı olduğundan, bununla da, qanunvericiliklə nəzərdə tutulmuş qaydada onun pensiya hüququ yarandığından iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 25.04.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-3678/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3678/2022
10.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver