Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3681/2024 09.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddia tələbinə dəqiqləşmə edilərək ünvan 1 ünvanda yerləşən fərdi yaşayış sahəsinə dair texniki pasporta uyğun olaraq mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, çıxarış və plan və ölçünün verilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, fərdi yaşayış sahəsi onun xüsusi mülkiyyətindədir. Həmin evin yerləşdiyi torpaq sahəsi də onun mülkiyyətində olmasına baxmayaraq istifadə hüququ formasında çıxarışda göstərilmişdir. Halbuki, həmin torpaq sahəsi sərəncam əsasında ayrılmış, üzərində fərdi yaşayış sahəsi tikilmişdir. Torpaq sahəsinə çıxarışın mülkiyyət hüququ əsasında verilməsi ilə bağlı iddiaçının müraciəti qanunsuz və əsassız olaraq təmin edilməmişdir Cavabdehin etirazı: Etiraz onunla əsaslandırılmışdır ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Texniki pasport 11 iyul 2001-ci il tarixlidir. Texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. Torpaq sahəsinin ölçülərində və dönmə bucaqlarında fərq olduğundan torpaq sahəsinin faktiki sahəsi 788,8 kv.m təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan: İmtina məktubunda qeyd ediilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyendici sənədlər təqdim edilməmişdir. Texniki pasportun baş planında göstərilən torpaq sahəsi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqi mövcuddur. 10 may 2023-cü il qeydiyyat tarixli çıxarışdan görünür ki, Bakı ş, Bəkir Çobanzadə küçəsi, ev 7 ünvanda yerləşən fərdi yaşayış sahəsi iddiaçının mülkiyyətindədir, torpaq sahəsinə isə istifadə hüququ mövcuddur. xx.xx.2001-ci il tarixli texniki pasportdan görünür ki, həmin fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi həmin sənəddə hüquqmüəyyənedici sənəd üzrə 810,9 kv.m göstərilmiş, tikinti altında sahə 226,7 kv.m kimi qeyd edilmişdir. Tikililər A və B tikililəri olmuş, A tikilisinin ölçüsü 125,3 kv.m, B tikilisinin ölçüsü 21,5 kv.m, ümumilikdə 146,8 kv.m ölçüdə olmuşdur. Yaşayış sahəsi 1998-ci il tarixdə tikilmişdir. 01 sentyabr 2006-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bəkir Çobanzadə küçəsi, ev 9 ünvanda yerləşən sahə Yusif Seyidov tərəfindən B.Paul adlı şəxsə satılmışdır. Həmin əmlak müqavilə əsasında X2 tərəfindən Yusif Seyidova satılmışdır. 18 iyun 2004-cü il tarixli müqavilədən görünür ki, Çobanzadə küçəsi, ev 7 ünvanda yerləşən fərdi yaşayış sahəsi Sitarə Haverdiyeva tərəfindən Y.Seyidova satılmışdır. Həmin 146,8 kv.m ölçüdə olan əmlak 810 kv.m torpaq sahəsində yerləşməkdədir. 292 nömrəli 23 iyun 2001-ci il tarixli Nizami Rayon İcra Hakimiyətinin sərəncamından görünür ki, S.Haqverdiyeva qeyri-yaşayış sahələrinə yaşayış sahəsi statusunun verilməsi ilə bağlı müraciət edərək qeydiyyat vəsiqələri və texniki pasportun verilməsini xahiş etmişdir. Həmin müraciət əsasında S.Haqverdiyavaya məxsus “Araz” kiçik müəssisəsi tərəfindən tikilmiş binalara Çobanzadə döngəsi 8 (A tikilisi), Çobanzadə döngəsi 7 (B tikilisi), Çobanzadə döngəsi 9 (S və D tikilisi) ünvanları, eləcə də yeni qeydiyyat vəsiqələri və texniki pasportlar verilmişdir. 28 dekabr 2000-ci il tarixli qeydiyyat vəsiqəsindən görünür ki, A,B,C,D tikililəri, ümumilikdə 419,3 kv.m ölçüdə tikili S.Haqverdiyavanın mülkiyyətində olmuşdur. Həmin əmlakların əvvəlki mülkiyyətçisi Seyidova Sitarə və Seyidov Yusif adlı şəxslər olmuşdur. Məhkəmənin qətnaməsindən görünür ki, iddiaçılar S.Seyidova və Y.Seyidovun iddiası təmin edilərək ümumi sahəsi 419,3 kv.m olan “Araz” Kiçik müəssisəsinə aid olan tikili iddiaçıların adına hüquqi qeydiyyata alınması qərara alınmışdır. 11 aprel 1997-ci il tarixli 382 nömrəli sərəncamdan görünür ki, Çobanzadə küçəsindəki 2404 ünvanda yerləşən yerləşən torpaq sahəsi “Araz” kiçik müəssisəsinə ayrılmışdır. 11 iyul 2001-ci il tarixli texniki pasportlardan görünür ki, ev 7 ünvanda yerləşən yaşayış sahəsindən əlavə ev 9 və ev 8 ünvanda yerləşən yaşayış sahələri ilə bağlı da texniki pasportlar tərtib edilmiş, torpaq sahələrinin ölçüləri qeyd edilmişdir. “Araz” kiçik müəssisəsinə aid texniki pasportdan görünür ki, əmlaklara dair “Araz” kiçik müəssisəsinin adına da tikililər barədə texniki pasport tərtib edilmişdir. 30 sentyabr 1998-ci il tarixli X1 və X3 adına olan texniki pasportlardan görünür ki, 3500,2 kv.m ölçüdə torpaq sahəsində 1998-ci il tarixli tikililər mövcud olmuşdur. 16 may 2007-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, ev 7 ünvanda yerləşən əmlak Yusif Seyidov tərəfindən Könül Seyidovaya bağışlanmışdır. 26 oktyabr 2022-ci il tarixli bağışlanma müqaviləsindən görünür ki, K.Seyidova da, həmin əmlakı H.Rəcəbov adlı şəxsə bağışlamış, sonuncu həmin sahəyə dair çıxarış əldə etmişdir. 1 may 2023-cü il tarixli müqavilədən görünür ki, həmin əmlak H.Rəcəbov tərəfindən iddiaçıya satılmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın:
1. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 1.1. yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; 1.2. yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri; 1.3. şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı; 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar; 1.5. tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26dək bağlanmış müqavilələr; 1.6. şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr; 1.7. yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları; 1.8. yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd; 1.9. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə); 1.10. ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı. 1.11. Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid pasportlar.
2. Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: 2.1. şəhər və rayon xalq deputatları sovetləri tərəfindən 1992-ci il yanvarın 24-dən 1995-ci il dekabrın 19-dək verilmiş torpağa mülkiyyət, sahiblik, daimi istifadə hüququna dair dövlət aktı və torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə; 2.2. rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə 1991-ci il noyabrın 9-dan 1995-ci il dekabrın 19-dək qəbul edilmiş qərar; 2.3. kənd və qəsəbə yaşayış məntəqələrində (o cümlədən statusu dəyişdirilərək şəhərə (qəsəbəyə) çevrilmiş, habelə ləğv edilərək ərazisi şəhər və ya qəsəbələrin ərazisinə verilmiş kəndlərdə) 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair təsərrüfatbaşına kitablardan çıxarış; 2.4. üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (t həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda); 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış; 2.6. fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağ-tikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar; 2.7. yerli icra hakimiyyəti başçısının qərarı əsasında yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə, yaxud müvafiq torpaq sahəsinin yerli icra hakimiyyəti başçısının qərarında nəzərdə tutulan şəxslər arasında bölüşdürülməsi barədə aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndə tərəfindən 2001-ci il yanvarın 1-dək verilmiş qərar. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun:
9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
14. Torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların ailələrinə, əlilliyi müəyyən edilmiş müharibə veteranlarına və Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə əlavə bir torpaq payı verilir. Hər bir subyekt yalnız bir dəfə torpaq payı ala bilər. Torpaq payları Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə əvəzsiz verilir. Azərbaycan Respublikasının vətəndaşları olmayan şəxslərə torpaq payları istifadəyə verilir. Sovxoz və kolxozların torpaqlarının özəlləşdirilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi əsasnaməyə uyğun həyata keçirilir. Hazırkı inzibati mübahisənin mahiyyətindən də göründüyü kimi mübahisə iddiaçının mülkiyyətində olan fərdi yaşayış sahəsinin altında yerləşən texniki pasportda göstərilən torpaq sahəsinin onun mülkiyyətinə verilib-verilməməsi ilə əlaqədardır. Cavabdehin başlıca imtina dəlili onunla bağlıdır ki, həmin torpaq sahəsinə dair mülkiyyət hüququnu qeydiyyata alınmasına əsas ola biləcək hər hansı hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Təqdim edilən texniki pasport isə 01 yanvar 2001-ci il tarixdən sonradır. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən normaların tələblərindən də göründüyü kimi üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport (həyətyanı torpaq sahəsinin ölçüsü göstərildiyi halda) hüququn qeydiyyata alınması əsası qismində çıxış edir. Cavabdehin istinad etdiyi texniki pasportdan görünür ki, adıçəkilən texniki pasportdan həqiqətən də 01 yanvar 2001-ci il tarixdən əvvəl yox, ondan sonra 11 iyul 2001-ci il tarixdə tərtib edilmişdir. Lakin, məhkəmə hesab edir ki, cavabdeh texniki pasportun tərtib edilmə tarixinə münasibətdə məsələyə formal yanaşmış, məhkəmə tərəfindən müəyyən edilmiş işin faktiki halları inzibati icraatın aparılması zamanı nəzərə alınmamış, cavabdehdə də həmin tikiliyə dair arxiv qovluğunda mövcud olan digər texniki və hüquqmüəyyənedici sənədlər nəzərə alınmadan imtina verilmişdir. Halbuki, məhkəməyə təqdim edilmiş əmlaka dair arxiv qovluğundan müəyyən edilir ki, hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış sahəsinin yerləşdiyi texniki pasportda da öz əksini tapan torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd mövcud olmuşdur. Belə ki, arxiv qovluğunda olan və yuxarıda adıçəkilən sənədlərdən də göründüyü kimi Çobanzadə döngəsi, ev 7, ev 8, ev 9 ünvanlarda yerləşən əmlak, əvvəlcə “Araz” kiçik müəssisəsinə məxsus olmuş, həmin əmlaklar yerli icra hakimiyyəti orqanının həmin müəssisəyə torpaq sahəsinin ayrılmasına dair sərəncam əsasında 1998-ci il tarixdə inşa edilmiş, müəssisənin adına texniki pasportlar da tərtib edilmiş, daha sonra məhkəmə qərarı əsasında həmin tikililər və torpaq sahələri Y.Seyidov və S.Seyidova adlı şəxslərə keçmiş, həmin şəxslərin adına da texniki pasportlar tərtib edilmişdir ki, iş materiallarında olan həmin texniki pasportlardan görünür ki, əmlaklara dair texniki pasportlar 1998-ci il tarixli olmaqla 01 yanvar 2001-ci il tarixdən əvvəlki tarixə aiddir. Sonrakı mülkiyyətçilərdən S.Haqverdiyava adlı şəxs isə əmlaklara dair ünvanların ayrılması, əmlakların qeyri-yaşayış sahəsi kimi yox yaşayış sahəsi kimi müəyyən edilməklə texniki pasport və qeydiyyat vəsiqələrinin tərtib edilməsini xahiş etmişdir ki, sərəncam əsasında da müraciət təmin edilmiş, 4 tikiliyə münasibətdə 3 ünvan müəyyən edilmiş, mübahisə predmeti olan əmlak Çobanzadə döngəsi 7 ünvanı ilə ayrılmış və ona digər əmlaklarda olduğu kimi yaşayış sahəsi kimi texniki pasport yenidən tərtib edilmişdir. Bundan sonra isə həmin əmlak mülki dövriyyənin predmeti kimi son nəticədə iddiaçının adına rəsmiləşdirmişdir. Göründüyü kimi iddiaçının hazırda istifadəsində olan 11 iyul 2001-ci il tarixli texniki pasportda göstərilən torpaq sahəsinə dair 01 yanvar 2001-ci il tarixdən əvvəl də texniki pasportlarda qeydlər aparılmış, həmin torpaq sahəsi “Araz” kiçik müəssisəsinə sərəncamla ayrılmış torpaq sahəsinin bir hissəsi olmuşdur. İmtina üçün əsas kimi qeyd edilən 11 iyul 2001-ci il tarixli texniki pasport qeyri-yaşayışdan yaşayışa keçidlə bağlı olmuşdur ki, cavabdeh həmin nüansı nəzərə almamışdır. Halbuki, texniki pasportun özündən də göründüyü kimi 810 kv.m sahə faktiki ölçü kimi yox, həmçinin də texniki pasportu tərtib edən orqan tərəfindən sənəd üzrə qrafasında da həmin ölçüdə göstərilmişdir ki, cavabdeh 810 kv.m ölçünün ilkin hüquqmüəyyənedici sənəd əsasında müəyyən edilmə ilə bağlı halları nəzərə almadan formal olaraq hüququn qeydiyyatından imtina etmişdir. Halbuki, iş materiallarında olan yuxarıda adıçəkilən müqavilədən də göründüyü kimi satılan əmlakın 810 kv.m ölçüdə torpaq sahəsində inşa edildiyi öz əksini tapmışdır. Bundan əlavə cavabdeh texniki pasportda torpaq sahəsi ilə faktiki vəziyyət arasında perimetrik ölçü fərqinin mövcud olmasına, yəni texniki pasportda torpaq sahəsinin ölçü və dönmə bucaqlarında fərqin mövcud olmasına da istinad etmişdir ki, cavabdeh adıçəkilən texniki pasportun iddiaçı tərəfindən yox, Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən tərtib edildiyini nəzərə almamış, həqiqətən də mövcud olan hal üzrə iddiaçının hər hansı təqsirinin olmamasına əhəmiyyət vermədən müraciətin təminindən imtina etmişdir. Halbuki, iddia tələbinə dəqiqləşmədən də görünür ki, cavabdehin istinad etdiyi ölçü və dönmə bucaqlarında fərq səbəbindən faktiki sahənin 810,9 və ya 788, 8 olması müzakirə predmeti olmamış, iddia texniki pasporta uyğun olaraq faktiki ölçü nəzərə alınmaqla hüququn qeydiyyata alınmasını tələb etmişdir ki, məhkəmə hesab edir ki, torpaq sahəsinin ölçüsü hər bir halda 810,9 kv.m ölçü həddində qeydiyyata alınmalı olduğundan əlavə mütəxəssis rəyi və ekspertizanın keçirilməsi zərurəti müəyyən edilməmişdir. Belə ki, mübahisənin düzgün həlli 810,9 kv.m həddində torpaq sahəsinin texniki pasporta uyğun faktiki ölçülərdə qeydiyyatı ilə bağlıdır ki, hər hansı dönmə bucaq və perimetrik ölçü fərqi faktiki sahənin qeydiyyatının aparılmasından imtina qismində çıxış etməməklə bərabər iddianın təmini barədə qərar qüvvəyə mindiyi halda icra mərhələsində həll ediləcəkdir. Lakin, məhkəmə qərarın icrası həyata keçiriləcəyi təqdirdə də 810,9 kv.m hədd nəzərə alınmaqla dönmə bucaq, perimetrik ölçü fərqinin formal əsas olması və texniki pasporta uyğun faktiki ölçü (xüsusən də faktiki ölçü 788,8 kv.m-dən artıq olduğu təqdirdə) nəzərə alınmaqla hüquqların dövlət qeydiyyatının iddia üzrə yekun nəticə iddiaçının xeyrinə olacağı halda cavabdehə məlumat verilməsini zəruri hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 612-ci , 69-cu , 75-ci və 125-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. ünvan 2 ünvanda olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində həmin fərdi yaşayış evinə dair 11 iyul 2001-ci il tarixdə tərtib edilmiş 30/730 reyestr nömrəli texniki pasporta uyğun olaraq mülkiyyət hüquqlarının İddiaçı adına dövlət qeydiyyatına alınması, torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və plan və ölçünün verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov