Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3682/2020 13.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsinin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, məhkəmə iclas katibi Bəşirli Leyla Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə qeydiyyatdan çıxarılma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 və onun qızı X3 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək üçüncü şəxs X1 yetkinlik yaşına çatmayan uşağı ilə birlikdə onun mülkiyyətində olan ünvan 2 ünvanında qeydiyyatdan çıxarılması vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11527/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən məlum olur ki, cavabdeh X2 İddiaçı tərəfindən 9000 manat kompensasiya verilməklə, onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərimov küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan istifadə hüququna xitam verilir və əşyaları ilə birlikdə həmin mənzildən çıxarılır. Kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılması eyni vaxtda olunur. Bakı şəhəri, Sabunçu rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə Bakı Apelyasiya Məhkəməsinin 2(103)- 11527/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə borclu İddiaçı 9000 manat pul vəsaiti və 15 manat dövlət rüsumu tutularaq tələbkar X1 xeyrinə ödənilmişdir. İcra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə cavabdeh və üçüncü şəxs lazımi qaydada xəbərdarlıq edilmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX ******* №-li, xx.xx.2014-cü il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı, X7, X8, X10, X9, X6 ünvan 4 ünvanında qeydiyyatdadırlar. - Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinin 2(103)-11527/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi əsasında başlanmış icra işinin lazımi qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11527/2018 nömrəli qətnaməsinə əsasən cavabdeh X2 İddiaçı tərəfindən 9000 (doqquz min) manat kompensasiya verilməklə onun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və onun (əşyaları ilə birlikdə) həmin mənzildən çıxarılması, kompensasiyanın verilməsi ilə cavabdehin mənzildən çıxarılmasının eyni vaxtda icra edilməsi, iddia ərizəsinin və apelyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qeyd olunan qətnamə üzrə xx.xx.2019cu il tarixdə icra vərəqəsi verilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən həmin icra sənədi üzrə xx.xx.2019-cu il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək borclu İddiaçı 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi təklif edilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinin icra məmurları İlqar Ağayev, Gülarə Mustafayeva, borclu İddiaçı, tələbkar Ruqiyyə İsrafilova, hal şahidləri Arzu İsrafilova və Emin İsrafilov tərəfindən tərtib edilərək təsdiq edilmiş xx.xx.2019-cu il tarixli akta əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilində iddiaçı X2 məxsus əşyalar iştirakları ilə ona təhvil verilmiş, 9.000 manat icra sənədində qeyd olunan pul məbləği İddiaçı alınaraq X2 təhvil verilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra və Probasiya Şöbəsinin xx.xx.2019-cu il tarixli icraata xitam verilməsi haqqında qərarına əsasən icra sənədində qeyd olunan tələb tam şəkildə icra olunduğundan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-11527/2018 nömrəli icra sənədinə xitam verilmişdir. - Bakı şəhəri Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, 072-1851- 3220 №-li məktubundan görünür ki, X4 və X3 qeydiyyatdan çıxarılması Sabunçu RPİ QMB-nin səlahiyyətləri daxilində deyildir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 1ün mülkiyyətçisidir. Cavabdeh X4 iddiaçının gəlini olmuşdur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən ona 9000 (doqquz min) manat kompensasiya ödənilməklə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan istifadə hüququna xitam verilməsi və onun (əşyaları ilə birlikdə) həmin mənzildən çıxarılması qət edilmişdir. Qeyd olunan məhkəmə qətnaməsi tam şəkildə icra edilsə də üçüncü şəxsin xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Ə.Kərim küçəsi, 5 saylı evin 113 saylı mənzilinə olan qeydiyyatı ləğv edilməmişdir. İddiaçı hazırda üçüncü şəxsin və onun azyaşlı uşağının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını mübahisələndirir. Azərbaycan Respublikası İnzibati Prosessial Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yeri üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycar Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsində təsbit edilmişdir ki, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqan: vətəndaşı dərhal qeydə almalı və ona 10 gün ərzində “Azərbaycan Respublikası: vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verməlidir.Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında) daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunverciliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, mənzil iddiaçının mükiyyətindədir. Belə olan halda mükiyyətçi ona məxsus mənzildə qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Qeydiyyatda olan üçüncü şəxs və onun azyaşlı uşağı həmin mənzildə yaşamadığından, eləcə də üçüncü şəxsin həmin mənzilə istifadə hüququna xitam verilməsi barədə qanunu qüvvəyə minmiş məhkəmə qərarları ilə öz təsdiqini tapdığından, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsində mülkiyyətçinin və ya əmlak hüququnun sahibinin tələbi əsasında evə münasibətdə hər hansı qanunla qorunan hüquqların sahibi olmayan şəxslərin qeydiyyatdan çıxarılması imkanının nəzərdə tutulmaması məhkəmə qaydasında onun qeydiyyatdan çıxarılmasına əngəl olmamalıdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia tələbi təmin edilməklə, X1 xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı X8 ilə birlikdə ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X1 xx.xx.2014-cü il təvəllüdlü yetkinlik yaşına çatmayan uşağı X8 ilə birlikdə ünvan 7 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-3682/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3682/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver