Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3682/2025 20.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X7 Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Bağırova Ayla Fuad qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X2rşı “iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslarına görə, İddiaçı ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya arasında xx.xx.2022-ci il tarixdə əmək müqaviləsi bağlanmış və iddiaçı həmin qurumda Layihələrlə iş şöbəsinin müdiri vəzifəsində işə başlamışdır. Milli Observatoriyanın xx.xx.2024-cü il tarixli 3-17-6/3-4-120/2024 saylı “İddiaçı əmək müqaviləsinə xitam verilməsi haqqında” Əmrinə əsasən iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndi rəhbər tutulmaqla (əmək müqaviləsinin müddətinin başa çatması) xitam verilmiş, onunla son-haqq hesab aparılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “e-sosial” internet portalı haqqında Əsasnamə”yə müvafiq olaraq fəaliyyət göstərən istifadəçinin elektron kabinetindən çıxarışdan göründüyü kimi iddiaçı xx.xx.2024cü il tarixdə cavabdeh qurumda qəbulda olmuş, işaxtaran və işsiz şəxslərə vakansiyalar barədə məlumat verilməsi istiqaməti üzrə sorğu ilə müraciət etmiş, cavabdeh qurumun əməkdaşı G.Əfəndiyeva tərəfindən ona aşağıdakı məzmunda izah verilmişdir: “Vətəndaş işsiz şəxs kimi qeydiyyata alınmışdır. Vətəndaşa peşəyönümlü məsləhət xidməti verilmiş və FMP-nin təsdiq edilməsinə köməklik göstərilməsi üçün müvafiq əməkdaşa yönləndirildi”. Beləliklə, iddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verildiyi tarixdən etibarən müvafiq dövlət informasiya ehtiyatlarının X6 “işsiz” statusunda qeydiyyata alınmışdır. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə iddiaçı yenidən cavabdeh quruma bu dəfə işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı sorğu ilə müraciət etmiş, qurumun əməkdaşı A.Hüseynova tərəfindən ona aşağıdakı məzmunda cavab verilmiş və müraciəti kargüzarlıq xidmətinə göndərilmişdir: "Vətəndaş işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə əlaqədar müraciət etmişdir. Vətəndaşa hər ay boş iş yerlərinə göndəriş verilməsi üçün müraciət etməsi və fərdi məşğulluq proqramının icrası barədə hesabatı hər ayın sonuncu iş günü bitənədək təqdim edilməli olduğu barədə məlumat verildi”. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı növbəti dəfə - xx.xx.2024-cü il tarixdə cavabdeh quruma işsizlikdən sığorta ödənişinin təyin edilməsi istiqaməti üzrə müraciət etmiş, cavabdeh qurumun əməkdaşı T.Namazova tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "İşsizlikdən sığorta ödənişinin təyin edilməsi və müddəti barədə məlumat verildi. Vətəndaşın fərdi şəxsi hesabında X5 ödəmələri var.” Göründüyü kimi dəfələrlə şifahi qaydada müraciət etməsinə və qəbulda olmasına baxmayaraq qanunsuz və əsassız olaraq iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilmişdir. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı növbəti dəfə - xx.xx.2024-cü il tarixdə cavabdeh quruma işsizlikdən sığorta ödənişinin təyin edilməsi istiqaməti üzrə müraciət etmiş, ona rəsmi qaydada imtina cavabının təqdim edilməsini xahiş etmiş, cavabdeh qurumun əməkdaşı A.Zülfüqarlı tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "Vətəndaş X5 təqdim olunan arayışı sizə təqdim etdi. İmtina olacağı təqdirdə vətəndaş rəsmi cavab verilməsini istəyir”. “E-sosial” internet portalının iddiaçının elektron kabinetindən çıxarışdan görünür ki, iddiaçı bu dəfə xx.xx.2024-cü il tarixdə DOST Mərkəzinə Ünvanlı dövlət sosial yardımının təyin olunması istiqaməti üzrə müraciət etmiş, qurumun əməkdaşı V.Mustafazadə tərəfindən ona aşağıdakı məzmunda cavab verilmişdir: "Ünvanlı dövlət sosial yardımının təyinatı qaydası izah olundu. Əmək qabiliyyətli ailə üzvünün ondan asılı olan səbəbdən məşğulluğunun olmadığı halda rəsmi məşğulluğun təmin edilməsi barədə məlumat verildi. Ailənin orta aylıq gəlirinin ehtiyac meyarının məcmusuna bərabər və ya yuxarı olma halının imtina səbəbi olduğu qeyd edilmişdir”. Azərbaycan Respublikası Dövlət X1 təşkili və idarəedilməsi departamentinin müdiri A.Bağırovun 18 sentyabr 2024-cü il tarixli 9-3/2-M-42- 799/2024 saylı Arayışından görünür ki, "Verilir, İddiaçı, ondan ötrü ki, o həqiqətən X12 ilə əməkdaşlıq edir. Sonuncu dəfə 14 iyul 2024-cü il tarixində imtahana imtahan rəhbəri qismində cəlb edilmişdir. X12 tərəfindən şəxsin hesabına son ödənilən məbləğ 8 avqust 2024-cü il tarixində 98 manat olmuşdur. Arayış X4 təqdim etmək üçün verilir”. Azərbaycan Respublikası Dövlət X1 təşkili və idarəedilməsi departamentinin müdiri A.Bağırovun 18 sentyabr 2024-cü il tarixli 9-3/2-M- 42-799/2024 saylı Arayışından görünür ki, iddiaçı DİM ilə imtahanları təşkili üzrə vaxtaşırı əməkdaşlıq etmiş, bu əməkdaşlıq epizodik və mövsümi xarakter daşıyır, yalnız həmin qurum tərəfindən keçirilən imtahanların təşkili ilə hər imtahan üzrə ayrıca ödənişin aparılması ilə məhdudlaşır, 08 avqust 2024-cü il tarixdən sonra tərəflər arasında hər hansı əməkdaşlıq olmamış, sifarişçidən hər hansı tapşırıq alınmamış və hər hansı ödəniş aparılmamış, hər hansı gəlir, qazanc və s. əldə edilməmişdir. Həmçinin, qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab olunmadığından İddiaçı vergi ödəyicisi kimi vergi orqanlarında qeydiyyata alınmamış və DİM tərəfindən də belə bir tələb irəli sürülməmiş, hər ödəniş aparılarkən DİM tərəfindən hər ödəniş üzrə sosial sığorta haqları ödəmə mənbəyindən tutularaq İddiaçı DSMF-dəki fərdi sosial sığorta hesabına ödənişlər aparılmışdır. Qeyd olunan sosial sığorta ödənişləri də “E-sosial” internet portalında öz əksini tapmışdır və cavabdeh üçün əlçatan məlumatdır. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə əsasən sığorta ödənişi almaq hüququna yalnız dövlət orqanı və hüquqi şəxs ləğv edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a" bəndinə), işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatlar ixtisar edildikdə (“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən) və əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b" bəndinə və Məcəllənin 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən) əmək müqaviləsinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış şəxslər malikdirlər. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 - 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan, bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir və hesablanır. Qanunun 4.1.2-ci maddəsinə və 5.12.1-ci maddəsinin qarşılıqlı təhlilinə əsasən, mülki-hüquqi xarakterli müqavilələrlə işləyənlər - Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qarşı tərəflə müqavilə bağlayıb əmək münasibətləri yaratmadan müəyyən haqq müqabilində işləri (xidmətləri) yerinə yetirən şəxslər məşğul şəxslər hesab olunur və bu şəxslərin işsiz kimi qeydiyyata alınmasına yol verilmir, İddiaçı Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Əmək və məşğulluq” altsistemində (bundan sonra - ƏMAS) işsiz kimi qeydiyyata alındığı zaman müvafiq altsistemdə onun Azərbaycan Respublikasının X12ndə xidməti müqavilə əsasında çalışdığı aşkar edilməmişdir. Hazırkı iddia üzrə iddiaçı 5 avqust 2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinə görə işsiz statusu ala bilməz (işsiz statusunun olması isə işsizlikdən sığorta ödənişinin təyin edilməsi üçün əsas şərtlərdən biridir), belə ki, müvafiq altsistemdə iddiaçının 2023-2024-cü illər üzrə X5 gəlirlərinin olduğu öz əksini tapmış, beləliklə İddiaçı qüvvədə olan mülki-hüquqi xarakterli müqavilə üzrə məşğul şəxs olmuşdur. Belə olduğu halda şəxsin mülki-hüquqi xarakterli müqavilənin qüvvədə olduğu dövrdə işsiz statusu alması qanunvericiliyin tələbləri ilə uyğunsuzluq təşkil edir. Əlavə olaraq bildirilir ki, Qanunun 5.11.4-cü maddəsinə əsasən təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatların aşkar olunması şəxslərin işsiz statusunun ləğv edilməsi əsaslarındandır. Qeyd olunanlara əsasən İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsindən imtina edilməsi qanunvericilik baxımından hüquqi və əsaslı xarakter daşıyır. Cavabdeh yuxarıda qeyd olunanlara əsasən etiraz məktubunda iddianın təmin edilməməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3682/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddiaçının iddia tələbi dəqiqləşdirilmiş şəkildə,“iddiaçıya işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdeh X3 üzərinə qoyulması” kimi icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin etiraz məktubunun məzmununa uyğun izahat vermiş və iddianın rədd olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iddia ərizəsinin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İddiaçının iddiası məcburetmə haqqında iddia (İPM-in 2.2.2 və 33.1-ci maddələri) qismində mümkün iddiadır. Belə ki, iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq qaydada cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Məhkəmə iş materiallarında olan aşağıda sadalanan sənədlərə istinad edir və həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil edir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın Təlimlərin təşkili və layihələrlə iş departamentinin müdiri vəzifəsində çalışan İddiaçılə bağlanmış müddətli əmək müqaviləsinin bitmə tarixi - 28 iyul 2024-cü il tarixi işçinin 15 iyul 2024-cü il tarixindən 4 avqust 2024-cü il tarixinədək əmək qabiliyyətinin olmaması dövrünə təsadüf etdiyindən (Seriya SN 00008 №064091) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndini rəhbər tutaraq əmək müqaviləsinə 5 avqust 2024-cü il tarixdə xitam verilmişdir. Azərbaycan Respublikası X12 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, iddiaçı X12 ilə əməkdaşlıq edir. Sonuncu dəfə 14 iyul 2024-cü il tarixində imtahana imtahan rəhbəri qismində cəlb edilmişdir. X12 tərəfindən şəxsin hesabına son ödənilən məbləğ 8 avqust 2024-cü il tarixində 98 manat olmuşdur. İmtina məktubundan görünür ki, cavabdeh iddiaçının müraciətinə baxmış və cavab olaraq bildirmişdir ki, elektron informasiya sisteminin “Sığorta” altsistemində Azərbaycan Respublikasının X5 gəlir aşkar olunduğu üçün iddiaçıya qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta ödənişi təyin edilməsi mümkün olmamışdır. Dövlət Vergi Xidməti Bakı şəhəri X10 və Uçotunun Təşkili Baş İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, uçot baza məlumatlarına əsasən İddiaçı vergi orqanında vergi ödəyicisi kimi vergi uçotuna alınması barədə məlumat müəyyən edilməmişdir. ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə əsasən İddiaçı işsiz kimi qeydiyyatdadır və adına qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. DSMF Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, 2024-cü il üzrə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta” (Hesabat) altsisteminin “Statistika” bölümündə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat var: fevral 2024 – iyul 2024, 2.394,70 manat gəlir, ödənilmiş məcburi sosial sığorta haqları 598,69 manat. Azərbaycan Respublikası X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, iddiaçı Azərbaycan Respublikası X12nin təşkil etdiyi imtahanlarda imtahan rəhbəri kimi fəaliyyət göstərib və 2024-cü ildə gəlirləri 2.394,7 manat təşkil etmişdir. ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin müvafiq altsistemlərinə əsasən iddiaçı Nazirliyin tabeliyində DSMF-dan hər hansı bir əmək pensiyası, sosial müavinət, Prezident təqaüdü və ünvanlı dövlət sosial yardımı almır. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iddia tələbinin qanuni əsasını aşağıdaki qanunvericiliyin müddəaları təşkil edir. Belə ki, “İşsizlikdən sığorta haqqında” Qanunun: 2.0.1. işsizlikdən sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəldilmiş təminat forması; 2.0.7. sığorta haqqı – bu Qanunla nəzərdə tutulmuş qaydada sığortaolunan və sığortaedən tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 2.0.10. sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 2.0.6. sığorta hadisəsi – sığortaolunana sığorta ödənişinin ödənilməsi üçün əsas olan bu Qanunun 13.1-ci maddəsində nəzərdə tutulan əmək münasibətlərinə xitam verilməsi halları;
8. Sığortaolunanların və sığortaedənlərin işsizlikdən sığorta üzrə sığortaçıda qeydiyyatı qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 10.1. Sığorta haqqı sığorta tarifləri əsasında sığortaedən tərəfindən hesablanır. 10.2. İşsizlikdən sığorta haqqının hesablanmasına və ödənilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) həyata keçirir. 13.1. Sığorta ödənişini almaq hüququna əmək münasibətlərinə aşağıdakı əsaslarla xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə uyğun olaraq işsiz kimi qeydiyyata alınmış sığortaolunanlar malikdirlər: 13.1.1. dövlət orqanı və ya hüquqi şəxs ləğv edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.2-ci maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin a) bəndinə əsasən; 13.1.2. işçilərin və ya dövlət qulluqçularının sayı və ya ştatları ixtisar edildikdə, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.3-cü maddəsinə və ya Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin b) bəndinə əsasən; 13.1.3. əmək müqaviləsinin müddəti qurtardıqda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə, 73-cü maddəsinin 1-ci və ya 2-ci hissəsinə əsasən; 13.1.4. müəssisənin mülkiyyətçisi dəyişdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ç) bəndinə əsasən; 13.1.5. əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin b) bəndinə əsasən; 13.1.6. əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etdikdə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin ə) bəndinə əsasən. 13.1-1. Sığorta ödənişinin təyin edilməsi ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. 13.2. Bu Qanunun 13.1-ci maddəsinə əsasən sığorta ödənişi almaq hüququ olan şəxslərə sığorta ödənişinin təyin olunması aşağıdakı qaydada həyata keçirilir: 13.2.1. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından çox, lakin ən azı 3 il sığorta stajına malik əmək qabiliyyətli şəxslərə – bu Qanunun 14.1-ci maddəsində müəyyən olunmuş qaydada; 13.2.2. bu Qanunun 13.1.1-ci, 13.1.2-ci və 13.1.4 – 13.1.6-cı maddələrində nəzərdə tutulan hallarda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı 1 il sığorta stajı olan əmək qabiliyyətli şəxslərə – bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində; 13.2.3. bu Qanunun 13.1.3-cü maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi (“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən haqqı ödənilən ictimai işlərin təşkili istisna olmaqla) üzrə ən azı 24 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə - bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan minimum sığorta ödənişi məbləğində 13.8. Sığorta ödənişi almış şəxsə bu Qanunun 13.2.1-ci və 13.2.2-ci maddələrinə uyğun olaraq növbəti sığorta hadisəsi üzrə sığorta ödənişi təyin olunması üçün ən azı növbəti 12 ay, bu Qanunun 13.2.3-cü maddəsinə uyğun olaraq isə 24 ay sığorta stajı tələb olunur. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.1.18. sığorta ödənişi – “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta hadisəsi baş verdikdə, sığortaolunana sığortaçı tərəfindən ödənilən aylıq pul vəsaiti; 5.8. Aşağıdakı hallarda şəxs işaxtaran kimi qeydiyyatdan müvəqqəti çıxarılır: 5.8.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə; 5.8.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; 5.8.3. işaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 (iki) il ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 (bir) il müddətində. 5.9. Aşağıdakı hallarda şəxsin işaxtaran kimi qeydiyyatı ləğv edilir: 5.9.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi əsasında münasib işlə təmin olunduqda; 5.9.2. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 5.9.3. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar edildikdə; 5.9.4. işaxtaran kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; 5.9.5. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; 5.9.6. bu Qanuna əsasən aktiv məşğulluq tədbirlərinə cəlb edilən işaxtaranlar fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə. 5.10. Aşağıdakı hallarda şəxs işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılır: 5.10.1. hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda, həmin müddətdə 5.10.2. barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda, həmin müddətdə; 5.10.3. ona təklif olunan münasib işlərdən imtina etdikdə, 1 (bir) il müddətində; 5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan müddətlər bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir. 5.11. Aşağıdakı hallarda şəxsin işsiz kimi qeydiyyatı ləğv edilir: 5.11.1. bu Qanunun 4-cü maddəsinə əsasən məşğul şəxs hesab edildikdə; 5.11.2. “Əmək pensiyaları haqqında” və ya “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunları ilə müvafiq olaraq yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət təyin edilməsi üçün əsaslar yarandıqda; 5.11.3. vəfat etdikdə və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə; 5.11.4. təqdim olunmuş sənədlərdə və məlumatlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar aşkar olunduqda; 5.11.5. işsiz kimi qeydiyyatdan çıxarılma barədə elektron ərizə təqdim edildikdə; 5.11.6. təhsil müəssisəsinə əyani qəbul olunduqda; 5.11.7. fərdi məşğulluq proqramının tərtib edilməsindən imtina etdikdə və ya onu təsdiq etmədikdə; 5.11.8. fərdi məşğulluq proqramını icra etmədikdə və icrası barədə hesabatı bu Qanunun 27.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə təqdim etmədikdə. 28.1. İşaxtaran və işsiz şəxslərə dövlət aşağıdakı təminatları verir: - 28.1.3. “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 13.1ci maddəsinə uyğun olaraq işsizlikdən sığorta ödənişi almaq hüququ olanlara sığorta ödənişinin verilməsi; (-) Məhkəmə ilk növbədə bildirir ki, işsizlikdən sığorta mexanizmi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir və yalnız bu qanunda müəyyən edilmiş əsaslar daxilində işəgötürən və işçi arasında yaranmış əmək münasibətlərinin xitam verilməsi halında, şəxsin qanuni şəkildə işsiz statusuna malik olması şərti ilə tətbiq oluna bilər. Hazırkı halda isə iddiaçının sığorta ödənişinin edilməsi barədə irəli sürdüyü tələb və bu tələb əsasında işsizlikdən sığorta ödənişinin təyin olunması məsələsi həmin Qanunun 13-cü maddəsi çərçivəsində qiymətləndirilməlidir. Bununla bağlı qeyd olunur ki, adıçəkilən Qanunun 2.0.1-ci maddəsinə əsasən, işsizlikdən sığorta – sığortaolunanların itirilmiş əməkhaqlarının kompensasiya edilməsinə yönəlmiş təminat formasıdır. Bu təminat, yalnız konkret hüquqi şərtlər daxilində həyata keçirilə bilər və bu şərtlər Qanunun 13-cü maddəsində xüsusi olaraq müəyyən edilmişdir. Sözügedən normaların təhlili nəticəsində müəyyən olunur ki, sığorta hadisəsi yalnız qanunda nəzərdə tutulmuş əmək münasibətlərinə xitam verilməsi hallarından birinin baş verdiyi və şəxsin işsiz kimi rəsmi qaydada qeydiyyata alındığı zaman baş verir. Məhkəmə diqqətə çatdırır ki, hazırkı mübahisə üzrə iddiaçının işsizlikdən sığorta ödənişini almaq hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində “Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə 5 avqust 2024-cü il tarixdə xitam verilmişdir. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə məhz ƏM-nin 73-cü maddəsinin 2-ci bəndinə uyğun olaraq xitam verilmişdir ki, bu da sığorta hadisəsinin baş verdiyinə dəlalət edir ki, bu da faktiki olaraq “İşsizlikdən sığorta haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən işsizlikdən sığorta almaq hüququnu verir. Bununla yanaşı, cavabdeh tərəf tərəfindən iddiaçının 2024-cü il ərzində X12 vasitəsilə əldə etdiyi gəlirə istinad edilməsi və bu səbəbdən iddiaçının müraciətini təmin etməməsi əsassızdır. Belə ki, həmin fəaliyyət əmək münasibətləri çərçivəsində həyata keçirilməmiş, iddiaçı ilə hər hansı müddətli və ya müddətsiz əmək müqaviləsi bağlanmamışdır. Digər tərəfdən iş materiallarında olan arayış və sənədlərə, həmçinin məhkəmə tərəfindən verilmiş sorğuların cavablarına əsasən müəyyən edilmişdir ki, iddiaçının DİM ilə əməkdaşlığı çərçivəsində almış olduğu sonuncu ödəniş 2024-cü ilin iyul ayı üzrə olmuşdurş. Qeyd edilməlidir ki, “Məşğulluq haqqında” Qanunun 5-ci maddəsinə əsasən, şəxsin işsiz kimi qeydiyyatının müvəqqəti dayandırılması və ya ləğv edilməsi üçün konkret hüquqi əsaslar nəzərdə tutulmuşdur. Hazırki iş üzrə həmin halların heç biri baş vermədiyindən, iddiaçının işsiz statusu hüquqi qüvvəsini saxlamış və ləğv edilməmişdir. Eyni zamanda, əldə olunan gəlirin mənbəyi və xarakteri nəzərə alınmaqla, bu fəaliyyət nə fərdi sahibkarlıq fəaliyyəti kimi, nə də mülki-hüquqi müqavilə əsasında müntəzəm gəlir əldə etmək məqsədilə həyata keçirilməmişdir. Məhkəmə bu əsaslarla nəticəyə gəlir ki, cavabdeh qurumun iddiaçının işsizlikdən sığorta ödənişi almaq hüququna dair imtinası hüquqi əsasa malik deyil, iddiaçının əmək münasibətlərinə xitam verilməsi qanunvericiliklə müəyyən edilmiş sığorta halına tam uyğundur və onun işsiz statusu qüvvədədir. Nəticə etibarilə, cavabdeh tərəfindən verilmiş imtina hüquqi cəhətdən əsassız hesab olunur. Beləliklə, məhkəmə araşdırması ilə sabit olur ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3), qanunla cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina mövcud inzibati praktikaya da zidd olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə:
Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia təmin edilsin. İddiaçı işsizlikdən sığorta ödənişinin təyin edilməsi və ödənilməsi barədə qərar qəbul edilməsi öhdəliyi cavabdeh X3 üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi (ünvan: ünvan 3llegiyasına apellyasiya şikayəti verə bilərlər. Qərar təqdim olunduğu gündən 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir
X11.