Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3684/2021 02.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “xxxx” Mənzil Tikinti Kooperativi və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi,56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv. metr olan 55 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında İddiaçı adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 22 iyun 2011-ci il tarixdə “xxxx” MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında 58 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən mənzil sahəsinin qiyməti hər kv metr üçün 502,49 manat həcmində müəyyənləşdirilmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin qiyməti 70.650 manat olmaqla dəyişilməz qalır. Mənzilin dəyəri onun tərəfindən tam ödənilmiş və 22 iyun 2011-ci il tarixli, AXU № 70 saylı kassa mədaxil orderi ilə 70.650 manat “xxxx” MMC-nin hesabına ödənilmişdir. Buna dair ona kassa mədaxil orderlərinin qəbzi verilmişdir. Tərəflər arasında bağlanmış göstərilən müqavilənin 1.1-ci bəndinə əsasən, podratçı (“xxxx” MMC) Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kvm mənzilini tikib sifarişçiyə ona təhvil verilməsini öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq podratçı (“xxxx” MMC) tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilini tikib sifarişçiyə ona təhvil verilmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “xxxx” MMC-nin adına Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 717-ci məhəllədə inşa edilən yaşayış binasına dair istismarına sadələşdirilmiş formada icazə verilmiş yaşayış obyekti kimi icazə verilmiş və həmin bina tikintilərin dövlət reyestrinə daxil edilmişdir. “xxxx” MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 22 iyun 2011-ci il tarixdə bağlanmış “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kvm mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını - mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçı sahiblik və istifadə hüququ yaranmışdır. “xxxx” MMC (podratçı) ilə İddiaçı (sifarişçi) arasında 02 aprel 2011-ci il tarixdə bağlanmış “xxxx” MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, 55 №-li, 140,6 kv. metr mənzilinə dair çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilə əsasında göstərilən mənzilə dair pay haqqını - mənzilin dəyərini tam ödədiyindən, həmin mənzil üzərində İddiaçıin sahiblik və istifadə hüququ yaranmışdır. Odur ki, həmin mənzilə dair hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Buna görə də Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv. metr olan 55 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi barədə cavabdeh DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin, cavabdeh DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinin 29 dekabr 2020- ci il tarixli məktubu ilə müraciətinin təmin olunmasından imtina edilmişdir. Göstərilən məktubla imtinanın əsası kimi ona istinad edilmişdir ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ümvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 säylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçi) “xxxx” Mənzil Tikinti Kooperativi (“xxxx” Məzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Cavabdeh DƏDRX-nin 1 Saylı Bakı Ərazi İdarəsinin göstərilən xüsusata əsaslanmaqla Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv. metr olan 55 nömrəli mənzilinin daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında onun adına qeydə alınması və həmin mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina etməsi əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana təqdim edilmiş və cavabdehdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 31 mart 2021-ci il tarixli qərardadı ilə “xxxx” mənzil tikinti kooperativi və “xxxx” məhdud məsuliyyətli cəmiyyəti 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuşlar. Cavabdeh inzibati orqanın iddiaya dair **********36 №li 02.03.2021-ci il tarixli münasibəti (etiraz) məhkəməyə daxil olmuşdır. Cavabdeh DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənəd təqdim edilməmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) “xxxx” Mənzil Tikinti Kooperativi (“Nəsimi-19” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Vətəndaşın İdarəyə təqdim etdiyi müqavilə “xxxx” MMC ilə bağlanmışdır. Bu səbəbdən ərizənin icrası tərəflərindən mümkün olmamış və bu barədə vətəndaşa **********96 saylı, 29.12.2020-ci il tarixli cavab məktubu ünvanlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və gəlmədikləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi- X20 etiraza uyğun izahat verərək iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan: AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən edilir ki, iddiaçı X8 xx.xx.1949-cu ildə ünvan 1 ünvanında qeydiyyatdadır. “xxxx” MMC (“İcraçı”) ilə İddiaçı (Sifariçi)” arasında 22 iyun 2011-ci il tarixdə bağlanmış 58 №li müqavilədən görünür ki, qeyd olunan müqaviləyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində “xxxx” tərəfindən inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 16-cı mərtəbəsində 140,6 kv. metrdən ibarət 3 otaqlı 54 nömrəli mənzili İddiaçı Məməd qızına verilməsini öhdəsinə götürmüşdür. Müqavilənin 2.1-ci bəndinə əsasən tikilən mənzilin ümumi yaşayış sahəsinin 1 kv. metrinin qiyməti 502.49 manat müəyyən edilmiş. Müqavilənin 2.2-ci bəndində əsasən müqavilənin qiyməti 70.650 manat olaraq qiymətləndirilmişdir. “xxxx” MMC tərəfindən verilmiş 22.06.2011-ci il tarixli 70 nömrəli kassa mədaxil orderinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı tərəfindən 22.11.2011-ci il tarixli 58 saylı müqavilə üzrə 70.650 (yetmiş min altı yüz əlli) manat ödənilmişdir. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 2-(006)- 142/2016 saylı qətnaməsinin surətindən müəyyən olunur ki, iddiaçılar X7, İddiaçı, X21 və X4 cavabdehlər “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə, X14 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderlərinin qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi, iddiaçı “xxxx” MMC-nin cavabdehlər X9, İddiaçı, X24 və X6 qarşı çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarısız hesab edilməsi, mənzillər üzərində “xxxx” MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” ilk və X7, İddiaçı, X21 və X5 cavabdeh “xxxx” MMC-yə qarşı mənzillər üzərində sahiblik və istifadə hüququnun tanınması və mənzillərin təhvil verilməsinin “xxxx” MMC-nin üzərinə qoyulması tələbinə dair” qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Məhkəmənin 22 avqust 2016-cı il tarixli 2-(006)- 142/2016 saylı qətnaməsi ilə iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X9, İddiaçı, X24 və X6 qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində “xxxx” MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddia ərizəsinin qismən təmin olunmas; “xxxx” MMC ilə X15 arasında Bkı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binsasınnın Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv. metr olan 15 nömrəli mənzilnə dair bağlanmış 20.11.2012-ci il tarixli, “xxxx” MMC ilə X10 arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsinddə 4 otaqlı, 210 kv. metr olan 18 nömrəli mənzilinə dair bağlanmış 20.10.2010-cu il tarixli, “xxxx” MMC ilə X27 arasında Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş 1 saylı çoxmənzilli yaşayış binasının XİV mərtəbəsində 90 kv. m sahəsi olan 45 saylı mənzilinə dair bağlanmış 02.04.2011-ci il tarixli və “xxxx” MMC ilə İddiaçı arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində 717-ci məhəllədə inşa edilmiş çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 54 nömrəli mənzilinə dair bağlanmış 22.06.2011-ci il tarixli müqavilələrin etibarsız hesab edilməsi; “xxxx” MMC-dən həmin mənzillərə görə ödənilmiş 126.000 (bir yüz iyirmi altı min) manat pulun tutularaq, X9 152.145 (bir yüz əlli iki min bir yüz qırx beş) manat pulun tutularaq X6, 63.200 (altmış üç min iki yüz) manat pulun tutularaq X24 və 70.650 (yetmiş min altı yüz əlli) manat pulun tutularaq İddiaçı ödənilməsi; iddia ərizəsinin qalan hissədə əsassız olduğundan rədd edilməsi;. X7, İddiaçı, X21 və X4 cavabdehlər “xxxx” məhdud məsuliyyətli cəmiyyətinə, X14 və “xxxx” Mənzil Tikinti Kooperativinə qarşı “müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 razılıq ərizələrinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsinin əsassız olduğundan rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2017-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar İddiaçı, X21 və X4 cavabdeh “xxxx” MMC-yə qarşı “mübahisəli mənzillər üzərində sahiblik və istifadə hüquqlarının tanınması və həmin mənzilllərin təhvil verilməsinin “xxxx” MMC-nin üzərinə qoyulması barədə” iddia tələblərinin rədd olunması qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 yanvar 2018-ci il tarixli əlavə qətnaməsi ilə iddiaçılar X7, İddiaçı, X21 və X4 cavabdehlər “xxxx” MMC-yə. X14 və “xxxx” MTK-ya qarşı “müqavilələrin, mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderləri qəbzlərinin və həmin mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 razılıq ərizələrinin etibarsız hesab edilməsi barədə” iddia tələblərinin və “xxxx” MMC-nin cavabdehlər E.Ə.Məmmədzadəyə , İddiaçı, Ü.Ə.Əzizova və M.Q.Quliyevaya qarşı “çoxmənzilli yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilənin etibarsız hesab edilməsi, mənzillər üzərində “xxxx” MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair” iddia ərizəsinin, “xxxx” MMC ilə X16 arasında mübahiəsli mənzillərə dair bağlanmış qeyd edilən müqavilələrin etibarsız hesab edilməsinə dair hissəsinin rədd olunması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 may 2018-ci il tarixli 2(103)- 5218/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı, X21, X4 və X7 apellyasiya şikayətlərinin qismən təmin olunması, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli qətnaməsinin, 03 iyul 2017-ci il tarixli və 10 yanvar 2018-ci il tarixli əlavə qətnamələrinin ləğv olunması, iş üzrə yeni qətnamə qəbul olunması; iddianın qismən təmin olunması, “xxxx” MMC ilə X16 arasında “xxxx” MMC-nin Bakı, şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 15 nömrəli, həmin binanın Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv. m olan 18 nömrəli, XİV mərtəbəsində 2 otaqlı, 90 kv.m. olan 45 nömrəli və XVİ mərtəbəsində 3 otaqlı, 140,6 kv.m olan 55 nömrəli mənzillərin dəyərinin ödənilməsinə dair kassa mədaxil orderlərinin qəbzlərinin və qeyd edilən mənzillərin müvafiq olaraq onların adlarına dəyişdirilməsinə etiraz etməməsinə dair X12 müvafiq olaraq 20 noyabr 2012-ci il tarixli, 22 iyun 2011-ci il tarixli, 02 aprel 2011-ci il tarixli və 20 oktyabr 2010-cu il tarixli ərizələrinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİ mərtəbəsində 3 otaqlı, 140,6 kv olan 15 nömrəli mənzili üzərində X2 və istifadə hüququnun tanınması, həmin mənzilin E.Məmmədzadəyə təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 .saylı çoxmənzill yaşayış binasının XİV mərtəbəsində 2 otaqlı, 90 kv.m olan 45 nömrəli mənzil üzərində X3 və istifadə hüququnun tanınması, həmin mənzilin Ü.Əzizova təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində inşa etdiyi 1 saylı çoxmənzilli yaşayış binasının Vİİ mərtəbəsində 4 otaqlı, 210 kv.m olan 18 nömrəli mənzili üzərində X1 və istifadə hüququnin tanınması, həmin mənzilin M.Quliyevaya təhvil verilməsi vəzifəsinin “xxxx” MMC-nin üzərinə qoyulması, iddiaçılar X15, İddiaçı, X27 və X4 05 mart 2006-cı il tarixdə “xxxx” MMC ilə “xxxx” MTK arasında bağlanmış müştərək fəaliyyət üçün razılaşma müqaviləsinin etibarsız hesab edilməsinə dair iddiasının təmin olunmaması, iddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər X9, İddiaçı qızma, X24 və X6 qarşı “çoxmənzilli. yaşayış binasında fərdi mənzil tikintisi haqqında müqavilələrin etibarsız hesab edilməsi, mənzillər üzərində “xxxx” MMC-nin sahiblik və istifadə hüquqlarının tanınması” tələbinə dair iddiasının təmin olunmaması qət edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 25 may 2021-ci il tarixli **********256300 saylı məktubuna əlavə olunmuş reyestrdən çıxarışdan müəyyən olunur ki, “xxxx” məhdud məsuliyyətli cəmiyyəti ( əvvəlki adı “xxxx” Mənzil Tikinti Kooperativi) 29.06.2004-cü il tarixdə, “xxxx” məhdud məsuliyyətli cəmiyyət isə 24 iyun 2002-ci il tarixdə hüquqi şəxs kimi qeydiyyata alınmışdırlar. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin **********96 №li 29.12.2020-ci il tarixli cavab məktubunda müraciətçiyə imtina olunmuş və bildirilmişdir ki, Azərbaycan Respublikasının dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən qeyd olunan ünvanda inşa edilmiş çoxmərtəbəli yaşayış binasına dair elektron qaydada göndərilmiş 246 saylı, 09.12.2019-cu il tarixli istismara icazə sənədində tikinti obyektinin sahibi kimi (sifarişçisi) “xxxx” Mənzil Tikinti Kooperativi (“Nəsimi-19” Mənzil Mülkiyətçilərinin Müştərək Cəmiyyəti) göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz və əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır (maddə 2.2). Həmin Qanunun 4.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Həmin Qanunun 5-ci maddəsinə əsasən daşınmaz əmlakın təsvirini, dövlət qeydiyyatına alınmış hüquqları və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayış hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə qanunla nəzərdə tutulmuş səlahiyyətlərin yerinə yetirilməsi ilə əlaqədar müvafiq dövlət orqanlarına və bələdiyyələrə verilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 178.2-ci maddəsinə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci madəsinə əsasən mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.1-ci maddəsinə əsasən mənzil-tikinti kooperativinə üzv qəbul edilmiş fiziki və ya hüquqi şəxsə mənzil-tikinti kooperativi binasında ödənilən pay haqqının miqdarına müvafiq olaraq mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı əsasında yaşayış (qeyri-yaşayış) sahəsi verilir. Mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qeyd olunan qərarı həmin kooperativə yeni üzv qəbul edildikdə mənzil-tikinti kooperativinə üzvlüyə qəbul edilmə haqqında qərarla birlikdə qəbul edilir və həmin qərarda mənzil-tikinti kooperativi binasının ünvanı, verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) dəqiq ölçüləri, mərtəbə göstərilməklə binada yerləşməsi və digər mövcud göstəriciləri göstərilməli, həmçinin verilən sahənin (mənzilin və ya qeyri-yaşayış sahəsinin) plan-cizgisi bu qərara əlavə olunmalıdır. Həmin Məcəllənin 113.2-ci maddəsinə əsasən bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsini və aparılmasını təmin edən icra hakimiyyəti orqanıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı ilə “xxxx” MMC arasında Bakı şəhəri, Nəsimi rayonu, D.Əliyeva küçəsində yerləşən çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv. metr olan 55 nömrəli mənzilin İddiaçı verilməsinə dair müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən mənzilin dəyərini təşkil edən 70.650 manat iddiaçı tərəfindən “xxxx” MMC-yə tam ödənilmişdir. Hazırda iddiaçı qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun olaraq dəyərini tam ödədiyi daşınmaz əmlaka dair mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasını tələb edir. Cavabdehin imtinasından və iddiaya dair etirazından isə görünür ki, iddiaçının müraciətindən imtina olunarkən “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatına alınması üçün müəyyən olunmuş əsaslardan heç biri qeyd olunmadan, yalnız formal mülahizələrə istinad olunmuşdur. Halbu ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 2 ünvanında yerləşən “xxxx” məhdud məsuliyyətli cəmiyyəti tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının XVİ mərtəbəsində, 3 otaqlı, sahəsi 140,6 kv. metr olan 55 nömrəli mənzilin İddiaçı adına mülkiyyət hüququnun Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər 1 saylı Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-3684/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3684/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver