Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3684/2025 28.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsinin razılaşdırılması üçün sənədlərin göndərilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusunun və müvafiq veteran vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Sonradan iddiaçının nümayəndəsi və vəkilinin ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə iddia tələbi iddiaçıya AR Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli, 2N6 nömrəli Qərarına uyğun olaraq AR Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsi” kimi dəqiqləşdirilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 045N nömrəli əmri ilə N9 iyun 2020-ci il tarixdə N nömrəli hərbi hissəyə baş aviasiya texniki vəzifəsinə təyin edilmişdir. 22 aprel 2024-cü il tarixdə N nömrəli hərbi hissədə leytenant hərbi rütbəsində SPUA taborunun SPUA dəstəsinin idarəetmə bölmə rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsində xidmət etmişdir. Döyüş əməliyyatları aparılan zaman (xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə) İddiaçı N nömrəli hərbi hissədə leytenant rütbəsində N-ci aviasiya eskadrilyasının (SU-25) manqanın texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki vəzifəsində xidmət edərək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında SU-25 tipli döyüş təyyarəsinin döyüş uçuşu qabağı hazırlığını, təkrar döyüş uçuşuna hazırlığını, döyüş uçuşundan sonrakı hazırlığını və eləcə də hazırıqlar zamanı aşkarlanmış nasazlıqları aradan qaldıraraq döyüş uçuşlarının yerinə yetirilməsini təmin etmişdir (Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması tarixləri və əmrin nömrələri: xx.xx.2020 N-208 xx.xx.202N N-327). Bu barədə müvafiq qeydlər hərbi biletdə, N nömrəli hərbi hissə tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 638 nömrəli arayışda və “Müharibə veteram” adı və “Azərbaycan Respublikasının müharibə veteram” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi hava qüvvələri bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş hərbi qulluqçular barədə arayış- məlumatda göstərilmişdir. Hesab edilir ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının süverenliyi və ərazi bütövlüyü uğrunda gedən 2-ci Qarabağ müharibəsində döyüş əməliyyatlarında iştirak etdiyinə görə qanunvericiliyin tələblərinə əsasən ona Müharibə veteranı adı verilməlidir. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə iddiaçının tələbinə etiraz edərək bildirilmişdir ki, iddiaçının barəsində təqdim olunmuş arayışməlumatın 7-ci bəndində olan qeydlərə və 27 sentyabr 2020-ci il tarixdən N0 noyabr 2020ci il tarixədək xidmət etdiyi hərbi hissənin yerləşdiyi (Kürdəmir rayonu) ərazilər Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2N6 nömrəli 22 sentyabr N995-ci il tarixli Qərarında göstərilən ərazi meyarlarına uyğun gəlmədiyinə görə ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməsi məqsədəuyğun hesab edilməmişdir. İşin faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxmından hesab edilir ki, iddiaçı “Müharibə veteranı, Silahlı Qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” ilə nəzərdə tutulan müharibə veteranı adının verilməsi üçün müvafiq səlahiyyətli dövlət orqanları tərəfindən verilmiş orden və medallarla təltif olunmaq haqqında vəsiqəyə, şəxsi işə, əmrlərdən çıxarışlara, arxiv arayışlarına və hərbi döyüşlərdə iştirakını (ordudan qanuni əsaslarla ehtiyata buraxılması) sübut edən başqa sənədlərə malik deyildir. Bu səbəbdən də iddia əsaslı sayıla bilməz. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndində Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin. Deməli, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərin hamısı müharibə veteranı sayılmır. Əgər sayılsaydı onların sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasına ehtiyac qalmazdı. Yuxarıda göstərilənlərə əsasən, cavabdeh inzibati orqan iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianın dəqiqləşdirilməsinə dair ərizəni müdafiə edərək tələbin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia məcburetmə növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsindəki tələblə bağlı əvvəlcə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən arzuladığı inzibati akt qəbul edilmədiyindən məhkəmədə iddia irəli sürmüşdür. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.N-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə əsasən, bu Məcəllənin 33.N-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2024-cü il tarixli, 3070 №-li məktubdan görünür ki, iddiaçının hazırkı tələbi ilə bağlı müraciətinə baxılmış və etirazdakı dəlillərə uyğun imtina cavabı verilmişdir. -İddiaçıya məxsus MN seriyalı ******* nömrəli şəxsi vəsiqənin surətinin 3-cü səhifəsindəki qeydlərdən görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli, 045N nömrəli əmri ilə N nömrəli hərbi hissəyə baş aviasiya texniki təyin edilmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissə tərəfindən verilmiş N mart 2022-ci il tarixli, 638 nömrəli arayışın surətindən görünür ki, leytenant İddiaçı həqiqətən xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hərbi hissə komandirinin 0N23 nömrəli, xx.xx.2020-ci il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında N nömrəli hərbi hissədə mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqlarını yerinə yetirmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4NN №li hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 208 №li nizami hissə üzrə əmrindən görünür ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli 045N nömrəli əmri ilə müvafiq vəzifələrə təyin edilmmiş aşağıda adları çəkilən zabitlər, Bakı şəhəri, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbindən gəlmiş hesab edilsinlər, 20 iyun 2020-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilsinlər, vəzifələrinin qəbuluna və icrasına başlasınlar. Vəzifə maaşı ştata əsasən təyin edilsin. N. Leytenant İddiaçı-N-ci aviasiya eskadrilyasının (Su-25) manqanı texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin N9 iyun 2020-ci il tarixli 045N nömrəli əmrindən çıxarış (d/o-N47) və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi rəisinin xx.xx.2020-ci il tarixli 4N9, 423, 426, 429, 430, 438, 434, 439, 440, 44N, 442, 443, 447, 449 450, 452, 456, 459, 460, 46N,463, nömrəli təyinat vərəqələri. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4NN №li hərbi hissə Komandirinin xx.xx.202N-ci il tarixli 327 nömrəli nizami hissə üzrə əmrindən görünür ki, Leytenant İddiaçı Eixan oğlu, N nömrəli hərbi hissənin N-ci aviasiya eskadrilya (Su-25) aviasiya manqasının texniki-istismar hissəsinin təyyarənin baş aviasiya texniki, M (3 nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 06 noyabr 202N-ci il tarixli 034 nömrəsi ilə, N nömrəli hərbi hissənin silahlı pilotsuz uçuş aparatları taborunun silahlı pilotsuz aparatları dəstəsinin (“Bayraktar-TB2”) silahlı pilotsuz uçuş aparatlarının idarəetmə bölməsi rəisinin baş köməkçisi-əməliyyat zabiti vəzifəsinə təyin edilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilsin, 22 noyabr 202N-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılsın, xidmətini davam etdirmək üçün Salyan şəhəri, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilsin. Leytenant İddiaçı 202N-ci ilin yanvar-oktyabr aylarındakı xidmətinə görə Azərbaycan Respublikası Müdafiə nazirinin N9 oktyabr 20N7-ci il tarixli 22 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. Leytenant İddiaçı 202N-ci il üçün nəzərdə tutulmuş maddi yardım ödənilib, 202N-ci il növbəti məzuniyyətdən tam istifadə edib, N (bir) aylıq vəzifə maaşı məbləğində əlavə təminatı ödənilib. Əsas: Müdafiə nazirinin müavini-Hərbi Hava Qüvvələri komandanının 06 noyabr 202N tarixli 034 nömrəli əmrindən çıxarış (d/o-266) və üzülüşmə vərəqəsi. -Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi 4NNnömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 2N09 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.202N-ci il tarixli 062 nömrəli əmri ilə N nömrəli hərbi hissə xx.xx.2020-ci il tarixindən N0.NN,2020-ci il tarixədək döyüş fəaliyyətlərində iştirak edən hərbi hissə kimi müəyyənləşdirilmişdir. -N nömrəli hərbi hisə komandiri tərəfindən təsdiq edilmiş “Müharibə veteranı” adı və “Azərbaycan Respublikasının müharibə veteranı” vəsiqəsinin verilməsi üçün təqdim edilən hərbi aviasiya tərkibində döyüş əməliyyatlarında mühəndis aviasiya təminatı tapşırıqlarını verinə yetirmiş hərbi qulluqçular barədə Arayış-məlumatdan görünür ki, N nömrəli hərbi hissənin 2-ci silahlı pilotsuz uçuş aparatları dəstəsinin idarəetmə bölmə rəisinin baş köməkçisi -əməliyyat zabiti İddiaçı 27.09-xx.xx.2020-ci il tarixlərində döyüş əməliyyatları aparılan zaman (N nömrəli hərbi hissədə) vəzifəsi N-ci aviasiya eskadrilyasının (Su-25) aviasiya manqasının texniki-istismar hissəsinin baş aviasiya texniki olmuşdur. Xidmət etdiyi hərbi hissəyə daxil olması və çıxması döyüş əməliyyatları aparan hərbi hissəyə daxil olub, xx.xx.2020-ci il əmr №045N, hal-hazırda xx.xx.202N-ci il tarixli əmr №034 N nömrəli hərbi hissədə xidmətini davam etdirir. Arayışın 5-ci bəndi və 6-cı bəndlərindən görünür ki, hərbi hissənin və bölmənin döyüş əməliyyatlarına cəlb olunması və döyüş tapşırığının yerinə yetirilməsi Hərbi Hava Qüvvələri komandanının xx.xx.2020-ci il tarixli 0N nömrəli döyüş əmri və hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N23 nömrəli əmri. Həmin dövrdə şəxsin döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması (tarix və əmrin nömrəsi göstərilməklə) N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N23 nömrəli əmri. Həmin dövrdə şəxsin döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndis-aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması N nömrəli hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N23 nömrəli əmri. Həmin dövrdə şəxsin cəlb olunduğu hərbi aviasiya bölmələrinin tərkibində mühəndis - aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirməsi (tarix və əmrin nömrəsi göstərilməklə) hərbi hissə komandirinin xx.xx.2020-ci il tarixli 0N23 nömrəli əmri və aviasiya eskadrilyası komandirinin şifahi döyüş əmri ilə döyüş əməliyyatlarına cəlb olunub və vəzifə borcuna uyğun döyüş tapşırığını yerinə yetirib (7-ci bənd). İştirak etdiyi ərazilər Kürdəmir rayonu, N nömrəli hərbi hissənin dislokasiva məntəqəsi (8-ci bənd). SU-25 döyüş təyyarəsinin manqanın texniki istismar hissəsinin baş aviasiya texniki kimi döyüş əməliyyatlarında iştirak edib. Azərbaycan Respublikası Müdafiə nazirinin 0N9 nömrəli xx.xx.20N5-ci il tarixli qərarına (Aviasiya taktiki fəaliyyətləri üzrə döyüş təlimatı) əsasən mühəndis-aviasiya təminatı isinin yerinə yetirilməsində həmçinin SU- 25 döyüş təyyarələrinin 35 (otuz beş) döyüş uçuşunu qısa və tez bir zamanda hazırlanıb döyüş uçuşlarına göndərilməsi işini yerinə yetirmişdir (9-cu bənd). Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin (bundan sonra Əsasnamə) N-ci hissəsinin birinci bəndinin doqquzuncu yarımbəndinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Əsasnamənin N-ci hissəsinin birinci bəndinin onuncu yarımbəndinə əsasən, 2020ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. X4. 2. Bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında döyüş əməliyyatlarının bütün təminat növləri dedikdə döyüş təminatı, mənəvi-psixoloji təminat, maddi-texniki təminat və tibbi təminat nəzərdə tutulur. Həmin Əsasnamənin 2-ci hissəsinin dördüncü abzasına əsasən, bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Həmin Əsasnamənin 2-ci hissəsindən Qeyd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli qərarında göstərilmişdir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmədə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan sənədlərdən iddiaçının Vətən müharibəsi dövründə hərbi aviasiya bölmələrinin tərkibində mühəndis - aviasiya təminatının təşkil olunması üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçu olduğu müəyyən edildiyindən hazırkı mübahisəyə yuxarıda istinad olunan Əsasnamənin N-ci hissəsinin onuncu yarımbəndinin tələbləri tətbiq edilməlidir. Həmin normaya əsasən şəxsə o halda müharibə veteranı adı və vəsiqəsi verilə bilər ki: N. 2020-ci il sentyabrın 27-dən noyabrın N0-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş şəxs olmalı,
2. Yaxud hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əkskəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin N-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxs olmalı.
3. Bu faktlar hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında təsdiqini tapmalıdır. Məhkəmə qanunvericiliyin göstərilən tələblərini hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, iddiaçının 27.09-xx.xx.2020-ci il tarixlərdə N nömrəli hərbi hissənin tərkibində baş aviasiya texniki kimi döyüş əməliyyatlarında bilavasitə iştirak edən hərbi aviasiya vasitələrinin mühəndis-aviasiya təminatının təşkil olunması üzrə döyüş təminatı üzrə tapşırıqları yerinə yetirməsi üçün cəlb olunması şəxsi vəsiqəsindəki qeydlərlə, həmçinin iş materiallarında olan digər sənədlərlə öz təsdiqini tapır. Belə ki, N nömrəli hərbi hissənin özü də həmin dövrdə iddiaçının da döyüş əməliyyatlarında iştirak etdiyini təsdiqləmişdir. Belə ki, həmin hərbi hisə komandiri tərəfindən təsdiq edilmiş arayış-məlumatdan göründüyü kimi, iddiaçı Vətən müharibəsi dövründə SU-25 döyüş təyyarəsinin manqanın texniki istismar hissəsinin baş aviasiya texniki kimi döyüş əməliyyatlarında iştirak etmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 0N9 nömrəli xx.xx.20N5-ci il tarixli qərarına (Aviasiya taktiki fəaliyyətləri üzrə döyüş təlimatı) əsasən mühəndis-aviasiya təminatı işinin yerinə yetirilməsində həmçinin SU- 25 döyüş təyyarələrinin qısa və tez bir zamanda hazırlanıb döyüş uçuşlarına göndərilməsi işini yerinə yetirmişdir. Cavabdehin imtina dəlilinə münasibətdə qeyd edilir ki, Əsasnamənin istinad olunan yarımbəndində aviasiya sahəsi ilə bağlı döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi üçün ərazi meyarı məhdudiyyəti nəzərdə tutulmamışdır. Əsas məsələ döyüş əməliyyatlarının yerinə yetirilməsi üçün döyüş təminatı üzrə tapşırıqların həyata keçirilməsi ilə bağlı olmalıdır ki, bu hal iddiaçıya münasibətdə təsdiqini tapmışdır. Digər tərəfdən aviasiya sahəsində döyüş təminatının spesifikliyi nəzərə alındıqda, hərbi əməliyyatların aparıldığı ərazilərdə döyüş təyyarələrinin təmirinin və sairə döyüş hazırlığı ilə bağlı işlərin görülməsi ağlabatanlıq baxımında da mümkün hesab edilə bilməz. Odur ki, məhkəmə cavabdehin imtina dəlillərini əsaslı saymır. İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, tədqiq edilmiş sübutlar iddiaçının döyüş əməliyyatlarında iştirak etməsini və döyüş təminatını yerinə yetirməsini təsdiq edir. Cavabdeh iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinası qanunazidd olmuşdur. Odur ki, iddia əsaslı olduğundan təmin edilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun N5.N-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun N7.N-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun N9.N-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.N-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.N-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabineti ilə razılaşdırılmaqla “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məlikov