Məhkəmə qərarları › İş №2-1(112)-3685/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3685/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3685/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, İddiaçı , Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialının nümayəndəsi və vəkili X2 iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinə (X12 üzrə Mərkəzi Filialına) qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, ona 57 yaşdan, yəni güzəştli şərtlərlə pensiya hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında Dövət Sosial Müdafiə Fondunun X12 İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1956-cı il tarixində doğulmuşdur. İddiaçı xx xxxxxx 1974-cü il tarixdən xx xxx 1975-ci il tarixədək Bakı Qazan- Mexaniki Zavodunun inşaat qrupunda rəngsaz vəzifəsində, xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxx 1977-ci il tarixdən xx xxxx 1990-ci il tarixinədək Bakı Qazan-Mexaniki Zavodunda metal təmizləyən (drobestruyşik) vəzifəsində (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 1 saylı siyahı üzrə kod:12100000-19568), xx xxxx 1990-ci il tarixdən xx xxx 1992-ci il tarixədək “Azadlıq” Kooperativində asfalt-betonçu (Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 2 saylı siyahı üzrə kod:2290000a-11140) vəzifəsində, xx xxx 1992-ci il tarixdən xx xxxxxx 2000-ci il tarixədək “Enerjiquraşdırma” İB-nin Tikinti-Quraşdırma İdarəsində qəlibləyici vəzifəsində, xx xxxx 2006-cı il tarixdən xx xxxxxx 2014-cü il tarixinədək Azərbaycan Dövlət Neft-İnşaat trestində mülki-müdafiə üzrə mühəndis vəzifəsində işləmiş, xx xxxxxx 2014-cü il tarixdən bu günə kimi “Neftqaztikinti” trestinin 4 saylı Tikinti-Quraşdırma İdarəsində polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. Göründüyü kimi, xx xxxxxx 2006-cı il tarixinədək iddiaçının 25 il 27 gün (20 ildən artıq) iş stajına malik olmuş və həmin staj illərinin 12 il 8 ay 1 günü (10 ildən artıq) sözügedən Qanunda nəzərdə tutulmuş Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı ilə müəyyən edilmiş işlərdə çalışmışdır. Qeyd edilənlərə əsasən, iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. İş üzrə şifahi məhkəmə baxış iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialın nümayəndəsi və vəkili X3 iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş: - AZE № ******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxx 1956-cı il tarixdə Qax rayonunda anadan olmuşdur. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası “Bakı Qazan Mexaniki” ATSC tərəfindən verilmiş xx xxxxxx 2008-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdəb (Əmr №82/k 25.07.77) xx.xx.1990-cı il tarixə kimi (Əmr №25/u 26.03.90) Bakı Qazan-Mexaniki Zavodunda metal təmizləyən (drobestruyşik) peşəsində işləmişdir. İddiaçıƏ metal təmizləyən peşəsində işlədiyi müddət metalın və metal hissələrinin quru kvars qumu ilə təmizlənməsi işlərini yerinə yetirirdi. Metal təmizləyən peşəsində işləyənlər güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququna malikdir. - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı Vəkil Bürosu tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə ünvanlanmış xx xxx 2019-cu il tarixli məktubun surətindən görünür ki, həmin müraciət ilə İddiaçı 57 yaşı tamam olduğu xx xxxxxx 2013-cü il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 İdarəsinin xx xxxxxx 2019-cu il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Bakı şəhəri 15 saylı vəkil bürosunun vəkili X6 bildirilmişdir ki, onun hüquqlarını müdafiə etdiyi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərinin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. - NZ-3259478 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx xxx 1975-ci ildən xx xxxx 1977-ci ilə qədər Sovet Ordusu sıravi xidmət etmişdir. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçı: - İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək “X8” Trestinin Bakı X4 qrupuna 2-ci dərəcə üzrə rəngsaz vəzifəsində; xx.xx.1977-ci il tarixdən “X8” Trestinin Bakı Qazan-Mexaniki Zavodunda qeyri-standart avadanlıqlar sexinə 1-ci dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi verilmiş, xx.xx.1977-ci il tarixdə həmin sexdə 2-ci dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi, xx.xx.1984-ci ildə həmin sexdə 3-cü dərəcəli qırmaaxını ilə təmizləyici dərəcəsi dərəcəsi verilmi, xx.xx.1988-ci il tarixdə yeni əmək haqqı tariflərin tətbiqi ilə əlaqədar qeyri-standart avadanlıqlar sexinə 3-cü dərəcəli metal təmizləyicisi təyin edilmiş və xx.xx.1990-ci ildə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1990-cı il tarixdən “Abadlıq” Kooperativində müvvəqəti olaraq 4-cü dərəcəli asfalt yayan təyin edilmiş, xx.xx.1990-cı il tarixdə daimi əsaslarla keçirilmiş və xx.xx.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.1992-ci il tarixdən “QafqazEnerqoMontaj” tresti yanında “Energetik” KDM-ə 3 №-li tikinti sahəsinə 3-cü dərəcəli qəlibçi kimi qəbul edilmiş, xx.xx.1992-ci il tarixdə “Enerqomotaj” TMİ 3 №-li sahədən keçirilməklə 8-ci dərəcəli qəlibçi qəbul edilmiş, xx.xx.1996-cı il tarixdə 4-cü dərəcəli qəlibçi dərəcəsi verilmiş, xx.xx.1997-ci il tarixdə 5-ci dərəcəli qəlibçi dərəcəsi verilmiş, xx.xx.1988-ci il tarixdə “İstilikEnerjiAvadanlığı” trestinin Bakı Qazan-Mexaniki Zavodunda Böyük Oktyabr inqilabının 70 illiyi münasibəti ilə kommunist əməyi “Zərbiçi”si nişanı ilə təltif edilmiş, xx.xx.2000-cı il tarixdə öz xahişi ilə işdən azad edilmiş; xx.xx.2006-cı il tarixdə “Az DN 1” tresti 1 saylı X1 və Təmir Filialında mühəndis vəzifəsində, xx.xx.2007-ci il tarixdə həmin müəssisədə hərbi səfərbərlik üzrə mühəndis vəzifəsinə keçirilmiş və xx.xx.2014-cü il tarixdə əmək müqaviləsi ləğv olunmuş, xx.xx.2014-cü il tarixdən “Neftqaztikinti” tresti 4 saylı X5 polad və dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmiş; xx.xx.2015-ci il tarixdən 2 saylı TQS-dən 4 saylı tikinti quraşdırma sahəsinə keçirilmiş və xx.xx.2015-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş; xx.xx.2015-ci il tarixdə SOCAR-ın “Neftqaztikinti” tresti 7 saylı Tikinti Quraşdırma bölməsinin 4 saylı tikinti quraşdırma sahəsinə ƏOD -4 (dörd) olmaqla polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə işə qəbul edilmiş və hazırki günədək həmin sahədə işəyir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1956-ci ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin ona “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsaslanaraq, müvafiq sənədlərinin əsilləri təqdim olunduqdan sonra baxılacaqdır. İşin mübahisələndirilən halı odur ki, iddiaçının xüsusi iş şəraəti altında işləməsini təsdiq edən arayışların təqdim edə bilməməsidir. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün hərbi və işlədiyi illər daxil olmaqla, pensiya təyin olunmasına əsas verən sığorta stajının nə qədər təşkil etdiyi və iddiaçının xüsusi sahələrdə işlədiyi illər müəyyən edilməlidir. Məhkəmə aşağdaki əsaslara görə iddianın əsaslı olduğunu hesab edir. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinin b) bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər -55 yaşa çatdıqda və azı 25 il iş tajı olduqda bu müddətinin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətinin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa. xx xxxx 1997-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 1-ci hissəsinin 1-ci bəndinə əsasən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə edilən dəyişikliyə əsasən 1997-ci il avqustun 1-dən 2000-ci ilin avqustun 1-dək kişilərin güzəştli şərtlərlə əmək pensiyasına çıxması üçün yaş həddi hər il 6 ay artırılmalıdır. Qanunvericiliyin sözügedən müddəalarının tətbiqi ilə bağlı olaraq Məhkəmə qeyd edir ki, sözügedən normaların tələblərindən göründüyü kimi, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün onun xx.xx.2006-cı il tarixədək 25 il iş stajı olmalı və bundan 12 il 6 ayının çoxunu Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidi. Məhkəmə ilk öncə qeyd etmək istəyir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilərkən, onun hərbi xidmət illəri də sosial sığorta stajına da daxil edilməlidir. Belə ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109-cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2ci maddəsinə əsasən də 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçı tərəfindən təqdim olunmuş NZ-3259478 nömrəli hərbi biletin notariat qaydasında təsdiq edilmiş surətindən əmək kitabçasının surətindən görünür ki, ddiaçı xx xxx 1975-ci ildən xx xxxx 1977-ci ilə qədər hərbi xidmətdən keçmişdir. 2 il 01 ay təşkil edən xidmət illəri, iddiaçının sosial sığorta stajına əlavə edilmləlidir. İddiaçının əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, iddiaçının xx xxxxxx 2006-cı il tarixədək xüsusi iş stajı tamamlansa da (12 il 08 ay 01 gün), iddiaçının, hərbi xidmət illəri daxil edilməklə, ümumilikdə 24 il 02 ay 01 gün ümumi iş stajı olmuşdur. "Əmək pensiyaları haqqında" Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: Qaydaların 3.1.1-ci bəndinə görə Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmin Qaydaların 3.6-cı bəndinə görə Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 1.0.10-cu maddəsinə görə pensiya kapitalı – müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (xx.xx.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qanunvericiliyin sadalanan normalarının tətbiqi ilə bağlı nəzərə alınmalıdır ki, vətəndaşa güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün aşağıdaki əsaslar birgə mövcud olmalıdır: 1) şəxs pensiya almaq üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddini çatmalı; 2) qanunvericilikdə nəzərdə tutulmuş ümumi sığorta stajına malikolmalı; 3) işlədiyi peşə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqan tərəfindən təsdiq olunmuş siyahısında təsbit olunmalı 4) həmin peşə qanunvericilikdə nəzərdə tutulmuş xüsusi sığorta stajına və 5) işlədiyi dövrlərə uyğun məcburi sosial sığorta haqqlarının ödənilməsinə malik olmalıdır. Belə olan halda, Məhkəmə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədi ilə “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək olan redaksiyasının müddəaları əsasında, iddiaçının pensiya hüquq yarandığı tarixədək, yəni xx.xx.2013-cü il tarixədək ümumi iş stajının 25 ildən çox olub-olmamasını və xx.xx.2006-cı il tarixdən işlədiyi illərin məcburi sosial sığorta haqqlarının ödənilib-ödənilməməsini araşdırmalıdır. Belə ki, iddiaçı tərəfindən təqdim olunmuş notarial qaydada təsdiq olunmuş əmək kitabçasından görünür ki, iddiaçı xx.xx.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək, yəni xx xxxxxx 2013-cü il tarixədək “Az DN 1” tresti 1 saylı X1 və Təmir Filialında, ARDNŞ-nın “Neftqaztikinti” trestində müvafiq vəzifələrdə işləmişdir. Həmçinin, məhkəmə iclasında təqdim olunmuş sosial arayışdan məlum olur ki, iddiaçının 2006-cı il tarixdən 2013-cü il tarixədək əldə edilən gəlirdən məcburi sosial sığorta haqqları hər il üçün müvafiq olaraq ödənilmiş, və hazırda onun kapitalı 33.672,34 manat təşkil etmişdir. Göründüyü kimi, iddiaçının ümumi sığorta stajı xx.xx.2006-cı il tarixədək tamamlanmasa belə, iddiaçının pensiya hüququ yarandığı tarixədək ümumi sığorta stajı tamamlanmış və hərbi illər nəzərə alınmaqla, 32 il 05 ay 19 gün təşkil etmişdir. Həmçinin, zəruri olan hal kimi, Məhkəmə ona da qiymət verir ki, iddiaçının ümumi iş stajı tamamlanaraq, xx.xx.2006-cı il tarixdən işlədiyi illər üçün məcburi sosial sığorta haqları ödənilmiş və iddiaçının pensiya kapitalı minimum məbləğdən çox təşkil etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 17 nömrəli xx xxxxxx 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsassən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqularının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt, sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyası haqqında” Qanun qüvvəyə minən günədək sığortaolunanların iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2016-cı il tarixli 976 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında» Əsasnamənin 1.1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası, əhalinin əmək pensiyaları, sosial müavinətlər, təqaüdlər, kompensasiyalar və sosial yardımlarla təmin edilməsi, ahılların, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası, çətin həyat şəraitində olan şəxslərə sosial xidmət sahəsində tədbirləri həyata keçirən icra hakimiyyəti orqanıdır "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının («Metal emalının digər peşələti ilə bağlı») 11.14-cü qrafasının fəhlələr (a) bölməsindən görünür ki, metal, metal hissələrinin və məmulatların qırma və parçalanmış (metal qumu) qırma ilə təmizlənməsində məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri güzəştli pensiya hüququ verən xüsusilə zərərli və ağır iş şəraiti aid olan peşələr sırasına daxil edilmişdir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan siyahıda göstərilən vəzifələrdə çalışması ilə əlaqədar xx.xx.2006-cı il tarixədək ümumilikdə 12 il 08 ay 01 gün iş stajına malik olmuşdur. Hərbi illəri (2 il 01 ay) sosial sığorta stajına daxil edilərək müəyyən olunur ki, iddiaçının pensiya hüququ yarandığı tarixədək, yəni xx xxxxxx 2013-cü il tarixədək ümumilikdə 32 il 05 ay 19 günu sığorta stajı mövcud olmuş və işlədiyi dövrlərdə hər il üçün müvafiq olaraq məcburi sosial sığorta haqları ödənilmişdir. Məhkəmə qeyd edir ki, müvafiq dövr üzrə iş stajı İddiaçı məxsus əmək kitabçasında əksini tapmışdır və həmin əmək kitabçasında göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X12 üzrə Mərkəzi Filialı tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Hal-hazırda qüvvədən düşən “Vətəndaşların pensiya təminatı haqqında“ Qanunun qüvvəyə minməsi ilə əlaqədar “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 19-cu bəndində qeyd edilmişdir ki, “Əmək kitabçasında xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazılı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat olmadıqda xüsusi əmək stajının təsdiqi üçün idarə və müəssisənin dəqiqləşdirici arayışı qəbul olunur.İddiaçının təqdim etdiyi arxiv arayışları sadəcə olaraq onun ümumi sığorta stajını təsdiq edən sənəd olaraq mötəbər sübut kimi qəbul edilə bilər, xüsusi sığorta stajını yox. Belə ki, istinad edilən normanın məzmunundan da göründüyü kimi, dəqiqləşdirici arayışa o halda ehtiyac yaranır ki, xalq təsərrüfatının ayrı-ayrı sahələri üzrə imtiyazlı pensiya və ya xidmət illərinə görə pensiya hüququnu müəyyən etmək üçün lazım olan faktlar barədə tam məlumat əmək kitabçasında olmasın. Hazırki halda, iddiaçının işlədiyi sahə və peşələrə dair məlumatlar (Siyahıda qeyd edilən məzmunda) əmək kitabçasında aşkar olaraq göstərilmişdir. Beləliklə, Məhkəmə araşdırılması ilə sübut olunmuşdur ki, ilkin sübutetmə yükü qanunvericilikdə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İMP- 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. (“İnzibati icraat haqqında” AR Qanunu, 17-ci maddə) Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X11 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X9 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı iddiası təmin edilməli, onun pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X12 İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı iddiası təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı gün, yəni 57 yaşının tamam olduğu xx.xx.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanıb ona ödənilməsi vəzifəsicavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun X12 üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar