Məhkəmə qərarları › İş №2-1(112)-3686/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3686/2025

21.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3686/2025 21.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçı, İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I.İşin halları İddiaçı Cavabdeh Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun-xx.xx.1961-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində doğulmuş İddiaçı - doğum faktımın xx.xx.1962-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kənd soveti tərəfindən 77 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyinin Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsininin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1961-ci il rayonunun Qaçağan kəndində doğulmuşdur. Onun doğumu xx.xx.1962-ci il tarixdə Marneuli rayonu Qaçağan kənd soveti tərəfindən 77 nömrəli aktla qeydiyyata alınmışdır və buna müvafiq olaraq o xx.xx.1962-ci il tarixdə İİ-РЭ (RE) seriyalı, 834670 nömrəli doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. X1 xx.xx.1930-cu il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində doğulub. Anası Gürcüstan Respublikasının vətəndaşı olmuşdur. xx.xx.2009-cu il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində vəfat etmişdir. X2 1922-ci ildə Azərbaycanın Tovuz rayonunun İbrahimhacılı kəndində doğulmuşdur. Atası Gürcüstan SSR-nin vətəndaşı olub, xx.xx.1993-cü il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində vəfat edib. 1970-ci ildə Qaçağan kənd orta məktəbinin birinci sinfinə getmişdir. 1980-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. xx.xx.1980-ci il tarixdə Marneuli rayonu İcraiyyə Komitəsinin Daxili İşlər Şöbəsi tərəfindən Х-ТИ (Tİ) seriyalı. 715627 nömrəli SSRİ vətəndaşının pasportu ilə təmin edilmişdir. 1980-1990-cı illərdə Qaçağan kənd sovxozunda fəhlə kimi çalışmış, 1990-cı ilin avqust ayında ailə qurmaq və daimi yaşamaq məqsədilə Azərbaycana gəlmişdir. Elə Azərbaycana gəldiyi ayda da Ermənistanın Amasiya rayonunda anadan olmuş, xx.xx.1958- ci il təvəllüdlü X7 ilə ailə qurmuşdur (nikaha daxil olmamışlar). Həmin ailə münasibətlərindən iki qızı doğulub. Azərbaycana gələndən etibarən Bakı şəhəri, ünvan 1 ünvanında yaşayır. Azərbaycana gələndən sonra xx.xx.1996-cı il tarixdən xx.xx.2008-ci il tarixədək Səbail rayon MKTB-nin 4 saylı MKİS-də süpürgəçi vəzifəsində çalışmışdır. O Azərbaycana Gürcüstan dövləti tərəfindən verilmiş SSRİ vətəndaşının pasportu ilə gəlmiş, 2005-ci ildə Azərbaycanda SSRİ nümunəli pasportlar qüvvədən düşdükdən sonra nə Gürcüstan dövləti tərəfindən, nə də Azərbaycan dövləti tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilmişdir. Hazırda onun 63 yaşı var. lakin şəxsiyyətini və vətəndaşlığını təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda sənədləşmə işi ilə əlaqədar müvafiq səlahiyyətli orqanlara doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətini və azərbaycan dilinə tərcüməsini də təqdim etməsi tələb olunur. Lakin doğum haqqında şəhadətnaməsi yararsız hala düşdüyündən (doğum haqqında şəhadətnaməsindəki möhür tam silinib, eyni zamanda sənəd yuxarı və aşağı hissədən ortadan cırılıb) notariuslar həmin sənədin surətini təsdiq etməkdən imtina edirlər. Odur ki, onun doğum haqqında təkrar şəhadətnamə ilə təmin edilməsi zərurəti yaranmışdır. Lakin yuxarıda da qeyd etdiyi kimi, şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün Gürcüstan Respublikasına gedib həmin sənədi ala bilmir. Hazırda Bakı şəhəri, ünvan 2 ünvanında yaşayıram və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən həmin ünvana olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsinə müraciət edərək ondan şəxsiyyəti təsdiq edən digər sənəd tələb edilmədən BMT QAK tərəfindən ona verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında onun-xx.xx.1961-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kəndində doğulmuş İddiaçı-doğum faktının xx.xx.1962-ci il tarixdə Gürcüstanın Marneuli rayonunun Qaçağan kənd soveti tərəfindən 77 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi xx.xx.2024-cü il tarixli, 3-16-5/8-654/15 nömrəli məktubla (həmin cavab məktubu bizə rəsmi olaraq xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir) müraciətinə aşağıdakı məzmunda cavab vermişdir: Bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "X3 dövlət qeydiyyatı Qaydası "nın 9.7 bəndinə əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Onun şəxsiyyət vəsiqəsi olmadığı üçün Gürcüstan Respublikası Marneuli rayonu Qaçağan kənd sovetliyinə doğum haqqında şəhadətnamənin alınması ilə bağlı sorğu etmək mümkün deyildir ”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Səbail Rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı 3-16-5/8-654/15 saylı xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş ”X3 dövlət qeydiyyatı Qaydası”nın 9.7 -ci bəndində əsasən 16 yaşına çatmış şəxslərə onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Həmçinin qeyd edilir ki,” Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında “ Qanunun 1-ci maddəsində əsasən Azərbaycan ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir və həmin qanunun 4-cü maddəsində əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Belə ki, şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnaməni təqdim edə bilməməsi, eləcə də şəxsiyyəti təsdiq edən sənədi olmadan müvafiq şəhadətnamənin əldə edilməsinin mümkün olmadığını nəzərə alaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edə bilər. Şəxsiyyət vəsiqəsi olmadığı üçün Gürcüstan Respublikası Marneuli rayon Qaçağan kənd sovetliyinə doğum haqqında təkrar şəhadətnamənin alınması ilə bağlı sorğu etmək mümkün deyildir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun müəyyənləşdirilməsi İdarəsinin 2 saylı arayışından görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 20 sentyabr 1961-ci il təvəllüdlü Salmi Makhmudova (himayə sənədi № ***-*******98) Dövlət Miqrasiya Xidməti tərəfindən 16 may 2024-cü il tarixindən 20 may 2025-ci il tarixinədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. xx.xx.1962-ci il tarixli İİ-РЭ 834670 saylı Doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1961-ci ildə Gürcüstan SSR Marneuli rayonu Qaçağan kəndində anadan olmuşdur. X2, anası isə X4r. Bu haqda doğum aktlarının qeydiyyatı kitabında 1962-ci il mart ayının 23-cü günündə 77 saylı qeyd tərtib edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-904/13 saylı məktubudan görünür ki, İddiaçı Səbail rayon qeydiyyat şöbəsinə xx.xx.2024-cü il tarixində daxil olmuş ərizəsinə əsasən toplanmış sənədlərin ksero surəti göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Səbail Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-165-940/13 saylı məktubdan görünür ki, İddiaçı doğum haqqında təkrar şəhadətnaməsinin alınması tələbinə dair sərəncamla bağlı müraciətə baxıldı. Bildirilir ki, ”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003 -cü il 31 oktyabr tarxli 145 nömrəli qərarı ilə təsdiqlənmiş “X3 dövlət qeydiyyatı Qaydası”-nın 9.7,-ci bəndində 16 yaşına çatmış şəxslərə onların X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Hal hazırda vətəndaşın pasport və ya şəxsiyyət vəsiqəsinin olmamasını nəzərə alaraq doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Gürcüstan Respublikası Marneuli rayonu Qaçağan k/s -nə sorğu verilməsi imkanın xaricindədir və buna görə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Doğum haqqında təkrar şəhadətnamənin alınması üçün Gürcüstan Respublikası Marneuli rayonu Qaçağan k/s-nə sorğu ilə müraciət ilə bağlı iş üzrə məhkəmənin iclasında Səbail rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmış və işin baxılması məhkəmənin mülahizəsinə buraxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. II. İddianın növü Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddiadır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən, Ədliyyə nazirliyinin rayon qeydiyyat idarələri inzibati orqanların təsnifatına aid edilmişdir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1, 33.2, 73.1-ci maddələri tətbiq oluna bilər. III. İddanın mümkünlüyü və məhkəmənin mövqeyi Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarilxi, 03 nömrəli Qərarından: - 4.Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, X3, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, X3 dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (X3 qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. ...Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 dövlət qeydiyyatı qaydası”nın 1.4-cü bəndinə əsasən qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, X3 qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X3 dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın preambulasına görə bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən X3 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. 9.1-ci bəndinə əsasən, X3 qeydiyyat kitablarında və ya qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında X3 qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, X3 qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir: 9.7-ci bəndinə əsasən. (...) 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər 13-cü bəndinə əsasən, X3 itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir; 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir; 18-ci bəndinə əsasən, ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən X3 qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya X3 itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Qaydalarda nəzərdə tutulmuş müddəalara istinadən iddiaçı tərəfindən şəxsiyyətini təsdiq edən sənəd təqdim edilmədiyi əsası ilə cavabdeh təkrar şəhadətnamənin verilməsindən imtina etmişdir. Hazırki iddia mahiyyət etibarilə yekunda qeydiyyat orqanın hərəkətlərindən şikayətlə, yəni hüquqi əhəmiyyətli fakt olan doğum faktı müəyyən edilmədən təqdim edilən sənədlər əsasında doğum akt qeydinin bərpa olunması ilə bağlıdır. Bu imtinanı mübahisələndirərkən iddiaçı bildirmişdir ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün müvafiq qanunvericiliyin tələblərinə görə “Doğum haqqında" şəhadətnaməni təqdim etməlidir. Lakin sonuncu sənəd üzərinə pozuntuların olması onu həm Azərbaycan Respublikasının vətəndaşı olmasını təsdiq etmək, həm də şəxsiyyətini müəyyən etmək imkanından məhrum etmişdir. İddiaçının şəxsiyyətinin müəyyən edilməsi ilə bağlı kolliziya yaranmış və bu səbəbdən iddiaçı onun şəxsiyyətinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən verilmiş "Himayə sənədi" əsasında müəyyən edilməsini xahiş etmişdir. İddia tələbindən göründüyü kimi, tərəflər arasında yaranmış mübahisə "Doğum haqqında qeydin olması və ya onun bərpa edilməsi ilə bağlı təqdim etdiyi sənəd əsasında yuxarıda istinad edilmiş Qaydalara əsasən təkrar “Doğum haqqında” şəhadətnamənin verilməsi ilə bağlı olmuşdur. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində müəyyən edilmişdir ki, Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 3.0.5-ci maddəsində şəxsiyyət vəsiqəsi anlayışı açıqlamaqla göstərilmişdir ki, şəxsiyyət vəsiqəsi - Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən sənəddir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənəd - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir, lakin Azərbaycan Respublikasının ərazisində şəxsiyyəti təsdiq edən digər sənədlər mövcud olduğu halda, onlar da şəxsin eyniləşdirilməsinə imkan verən şəxsiyyət vəsiqəsi kimi qəbul edilmişdir. Sonuncu halda Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 21-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması qaydalarını tənzimləməklə, onun 21.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin himayə müddətinə olduğu yer üzrə qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti) tərəfindən Nümayəndəliyin məlumatları əsasında aparılır. Bu müddəadan göründüyü kimi, müvafiq inzibati orqan BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş şəxslərlə bağlı məlumatı əsasında həmin şəxsin olduğu yer uzrə qeydiyyata alınmasını həyata keçirir. Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər" anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Bu mənada hazırkı mübahisə üzrə Birləşmiş Millətlər Təşkilatının Qaşqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçının barəsində verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd kimi qəbul edilə bilər. Xüsusən nəzərə alınmalıdır ki, həmin sənəd Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanınmış və onun əsasında iddiaçı olduğu yer üzrə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə qeyd edir ki, istinad edilmiş Qaydaların 9.7-ci bəndində nəzərdə tutulmuş “şəxsiyyətini təsdiq edən sənədlər” anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini müəyyən edən sənədi nəzərdə tutmur və ümumi anlamda həmin şəxsin eyniləşdirməsinə imkan verən hər hansı bir digər rəsmi sənədi ehtiva edir. Qeyd edilən normaların tələbləri nəzərə alındıqda, iddiaçı müvafiq ərizə ilə özünün yaşadığı ərazi üzrə qeydiyyat orqanına müraciət etməkdə haqlı olmuşdur. Həmin normaların tələblərinin təmin olunması (gözlənilməsi) ərizəçiyə deyil, ərizənin verildiyi (ərizəçinin yaşayış yeri üzrə) qeydiyyat orqanına aiddir. Başqa sözlə, həmin normalar bilavasitə ərizəçinin qeydiyyat orqanına müraciət etmək imkanını hər hansı şərtdən asılı etmir və ya onun üzərinə müraciətlə bağlı hər hansı öhdəlik qoymur. Məhkəmə qeyd edir ki, iddiaçının doğumu barədə akt qeydinin əvvəllər mövcud olması əslinə məhkəmə iclası zamanı baxış keçirilmiş doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapmışdır və həmin sənəd əsasında iddiaçının doğum haqqında akt qeydinin bərpa edilməsi mümkündür. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və zərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2., 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. İddiaçı şəxsiyyəti təsdiq edən sənədi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında iddiaçıya doğum faktının xx.xx.1962-ci il tarixdə Gürcüstan SSR Marneuli rayonunun Qaçağan kənd soveti tərəfindən 77 nömrəli aktla qeydiyyata alınmasını təsdiq edən doğum haqqında təkrar şəhadətnamənin ona verilməsi məqsədilə Gürcüstan Respublikasının müvafiq qurumlarına sorğu göndərilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin üzərinə qoyulsun. Qərardan təqdim edildiyi gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar