Məhkəmə qərarları › İş №2-1(112)-3687/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-3687/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-3687/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X16 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X1rşı ona “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4.-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəməyə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən məcburetmə barədə iddia növünə aiddir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsi hazırki iddia növünə uyğun olaraq prosessual qanunvericilikdə nəzərdə tutulmuş müddətdə qaldırılmışdır. Göründüyü kimi, hazırki iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1957-ci il tarixdə doğulmuşdur. Əmək kitabçası, diplomunun və hərbi biletinin surətlərindən görünür ki, xx xxxx 1971-ci il l tarixdən xx xxxxxx 1973-cü il tarixinədək 8 saylı Texniki-Peşə Məktəbində təhsil almış, xx xxxx 1973-cü il tarixdən xx xxxxx 1973-cü il tarixinədək “Bakıbaştikinti” İB-nin 1 saylı Bakışəhərtikinti İdarəsində dülgər peşəsində, xx xxxxx 1973-cü il tarixdən xx xxxxx 1975-ci il tarixinədək Bakı Gəmi Təmiri Zavodunda dülgər peşəsində işləmiş, xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1977-ci il tairxinədək Bakı Portunda motorçu-motros (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 21.2, bənd b), xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixinədək həmin İdarənin “Solyut” gəmisində matros (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 21.2, bənd b), xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 10.5.1, bənd a), xx xxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixinədək Moskva vilayətində “Mosvilayəttikinti” trestində dülgər, xx xxxx 1987-ci il tarixdən 1xx xxxxxx 1988-ci il tarixinədək Qroznıy “Hidromexnikləşmə” xüsusi İdarəsinin Bakı tikinti sahəsində çilingər, xx xxxxxx 1988-ci il tarixdən xx xxxx 1989-cu il tarixinədək Azərbaycan qaz emalı zavodunda texnoloji nasosların maşinisti, xx xxxx 1989-cu il tarixdən xx xxxx 1991-ci il tarixinədək “Korgöz” mebel sexində dülgər, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxx 1992-ci il tarixinədək RSFSR-də Miçurin şəhərinin Tikinti İdarəsində dülgər, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxx 1993-cü il tarixinədək və xx xxxxxxx 1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixinədək Miçurin şəhəri “Sukanal” İdarəsində qazanxana qurğularının maşinisti (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 35), xx xxxxx 1995-ci il tarixdən xx xxxxxx 1995-ci il tarixinədək 616 saylı Hərbi Hissədə böyük mexanik, xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxx 2005-ci il tarixinədək və xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixinədək “xxxxx” X2raşdırıcı çilingər vəzifələrində (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahı üzrə: paraqraf 29, bənd a) işləmişdir. Beləliklə, 57 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixinə ümumi iş stajı həqiqi hərbi xidmət illəri də nəzərə alınmaqla 33 il 1 ay 23 gün (25 ildən artıq) təşkil etmiş (güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ümumi stajını toplamışdır), həmin staj illərindən 17 il 11 ay 23 gün müddətini xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısına daxil olan işlərdə çalışmışdır. Bununla da, xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğyun olaraq 57 yaşına çatdığı xx xxxxxx 2014-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ qazanmışdır. xx xxxxxx 2006-cı il tarixindən qüvvəyə minmiş “Əmək pensiyaları haqqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda və azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə görə, 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya, Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Göstərilənləri nəzərə alaraq, o, pensiya almaq hüququ yarandığı xx xxxxxx 2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun hesablanmaqla güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən bugünədək ödənilməmiş pensiya haqqının ödənilməsi ilə bağlı cavabdehə müraciətinə imtina cavabı verilmişdir. Odur ki, mübahisənin inzibati qaydada məcburetmə yolu ilə məhkəmədə həll edilməsinə zərurət yaranmışdır. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən etiraz ərizəsi təqdim edilmişdir. Etiraza əsasən, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu gündən, yəni xx xxxxxx 2014-cü il tarixdən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, iddiaçının tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı İdarəyə müraciət edərək, ona xx xxxxxx 2014-cü il tarixdən etibarən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Tərəflərindən iddiaçının vəkilinə ünvanlanmış “Güzəştli şərtlərlə pensiya təyinatının baxılmasının təxirə salınması haqqında” xx.xx.2019-cu il tarixli, **********7 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq hüquqlarını müdafiə etdiyiniz İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. Cavab məktubunun adından və məzmunundan göründüyü kimi, hazırki iş üzrə cavabdeh iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina etməmiş, müvafiq sənədlərin əsillərini tam şəkildə təqdim etdikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-ci maddəsinə əsasən əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı əmək pensiyası təyin edən orqan tərəfindən müəyyən edilmiş sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gündən ən geci 10 gün müddətində baxılmaqla təyinat aparılır. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən ərizəçi qanun və digər normativ hüquqi aktlarda nəzərdə tutulan və işin həlli üçün zəruri olan sənədləri və ya məlumatları təqdim etmədiyi halda, inzibati orqan, bu Qanunun 32.2-1-ci maddəsinin tələblərini nəzərə alaraq, əlavə sənədlərin və ya məluatların təqdim olunmasını tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Qeyd edirlər ki, onlar cavabdeh kimi cəlb edildikləri məsələdə nə inzibati aktı qəbul etməkdən imtina etmişlər, nə də hərəkətsizliyə yol vermişlər. Əksinə, pensiya təyinatı aparmaq üçün müvafiq sənədlərin əsillərini təqdim etməməklə iddiaçı hərəkətsizliyə yol vermişdir. Eyni zamanda bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda azı 25 il sığorta stajına malik olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən x xxxxxx 2006-cı il tarixindək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərlə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx xxxx 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”-nın nəqliyyat bölməsinin (21) dəniz, çay donanmasının (21.2) yarımbəndinin üzən heyəti (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) (b) və neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı (10.5) yarımbəndinin qaz benzini və mayeləşdirilmiş qazın istehsalı üzrə texnoloji nasosların maşinistləri güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə hesab edilir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1977-ci il tarixədək Bakı Portunda motorçu-matros vəzifəsində xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixədək “Solyut” gəmisində matros vəzifəsində və xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti vəzifəsində işləmişdir. Göründüyü kimi, sözügedən Siyahının 21.2-ci bəndi dəniz, çay donanmasının üzən heyətinə, 10.5-ci bəndi neftin, qazın və qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalına aidir. İddiaçının təqdim etdiyi sənədlərdə işlədiyi gəmilərin üzən heyətə və çalışdığı texniki nasosların maşinisti vəzifəsinin emal sahəsinə aid olub-olmaması barədə hər-hansı məlumat qeyd edilməmişdir. Həmçinin bildirirlər ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraicət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Həmin Qanunun 37.7-ci maddəsində isə qeyd olunmuşdur ki, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və dəlillərini dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İşdə olan iddiaçıya məxsus notarial qaydada təsdiq edilmiş xx xxxxx 1973-cü il tarixli əmək kitabçasının surətidnən görünür ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 8 saylı Texniki-Peşə məktəbində təhsil almış, xx.xx.1973-cü il tarixdən xx.xx.1973-cü il tarixədək “Bakıbaştikinti” İB-nin 1 saylı Bakışəhərtikinti İdarəsində dülgər peşəsində, xx xxxxx 1973-cü il tarixdən xx xxxxx 1975-ci il tarixinədək Bakı Gəmi Təmiri Zavodunda dülgər peşəsində işləmiş, xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, xx xxxxxx 1977-ci il tarixdən xx xxxxxxxx 1977-ci il tarixinədək Bakı Portunda motorçu-matros, xx xxxxxxxx 1977-ci il tarixdən xx xxxxxx 1983-cü il tarixinədək həmin İdarənin “Solyut” gəmisində matros, xx xxxxxx 1983-cü il tarixdən xx xxxxxx 1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti, xx xxxxxx 1985-ci il tarixdən xx xxxxxx 1987-ci il tarixinədək Moskva vilayətində “Mosvilayəttikinti” trestində dülgər, xx xxxx 1987-ci il tarixdən 1xx xxxxxx 1988-ci il tarixinədək Qroznıy “Hidromexnikləşmə” xüsusi İdarəsinin Bakı tikinti sahəsində çilingər, xx xxxxxx 1988-ci il tarixdən xx xxxx 1989-cu il tarixindək Azərbaycan qaz emalı zavodunda texnoloji nasosların maşinisti, xx xxxx 1989-cu il tarixdən xx xxxx 1991-ci il tarixinədək “Korgöz” mebel sexində dülgər, xx xxxxxx 1991-ci il tarixdən xx xxxxxxx 1992-ci il tarixinədək RSFSR-də Miçurin şəhərinin Tikinti İdarəsində dülgər, xx xxxxxx 1992-ci il tarixdən xx xxxxx 1993-cü il tarixinədək və xx xxxxxxx 1993-cü il tarixdən xx xxxx 1995-ci il tarixinədək Miçurin şəhəri “Sukanal” İdarəsində qazanxana qurğularının maşinisti, xx xxxxx 1995-ci il tarixdən xx xxxxxx 1995-ci il tarixinədək 616 saylı Hərbi Hissədə böyük mexanik, xx xxxxxxx 2000-ci il tarixdən xx xxxxxxx 2005-ci il tarixinədək və xx xxxxxx 2011-ci il tarixdən xx xxxxxx 2014-cü il tarixinədək “xxxxx” X2raşdırıcı çilingər peşələrində işləmişdir. İşdə olan Azərbaycan SSR Nazirlər Soveti Dövlət X13 Komitəsi tərəfindən verilmiş 6290 nömrəli attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1973-cü il tarixədək 8 saylı Texniki-Peşə məktəbində təhsil almışdır. İşdə olan iddiaçıya məxsus НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx xxx 1975-ci il tarixdən xx xxxx 1977-ci il tarixindək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmişdir. İşdə olan “xxxxx” İstehsalat-Kommersiya Firması tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli arxiv arayışının surətindən görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci il tarixdən xx.xx.1977-ci il tarixindək Bakı Portunda motorçu-matros (xx.xx.1977-ci il tarixli, 729/p nömrəli əmr), xx.xx.1977-ci il tarixdən xx.xx.1983-cü il tarixindən həmin İdarənin “Solyut” gəmisində matros (xx.xx.1977-ci il tarixli, 911/p saylı əmr), xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixinədək Qaradağ Rayon Neftkəmər İdarəsinin Puta stansiyasında texniki nasosların maşinisti (xx.xx.1983-cü il tarixli, 11/L nömrəli əmr), xx.xx.2000-ci il tarixdən xx.xx.2005-ci il tarixinədək “xxxxx” X2raşdırıcı (xx.xx.2000-ci il tarixli, 916 nömrəli əmr), xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixinədək “xxxxx” X2raşdırıcı (xx.xx.2011-ci il tarixli, 903 nömrəli əmr) peşələrində çalışmışdır. Yuxarıda adları çəkilən peşələr “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının paraqraf 21.2, bənd “b”, paraqraf 10.5.1, bənd “a”, paraqraf 29, bənd “a” bəndləri ilə müəyyən edilmiş qaydalara əsasən əmək şəraitinə görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verilir. İşdə olan ərizədən görünür ki, iddiaçının vəkili tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilməmişdən öncə müvafiq ərizə ilə cavabdeh inzibati orqana müraciət edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2019-cu il tarixli, 477 nömrəli müraciətə cavab verilməsi barədə “Güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında” xx xxxxxx 2019-cu il tarixli, **********7 nömrəli məktubun surətindən görünür ki, iddiaçının vəkilinin müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi Kollegiyasının xx xxxxxx 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli Əlavənin tələblərinə uyğun olaraq əmək pensiyası hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əsasında həyata keçirilir. Qeyd olunanları nəzərə alaraq hüquqlarını müdafiə etdiyiniz İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə yuxarıda göstərilən qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edilməsindən sonra baxıla bilər. İşdə olan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC tərəfindən verilmiş İRD 050 nömrəli, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən xx.xx.1977-ci ildə Bakı Dəniz Limanında (indiki “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” QSC) 729/л saylı əmrə əsasən “Solyut” gəmisinə 1 dərəcəli motorçu-matros şagirdi vəzifəsinə təyin edilmişdir. 911/л saylı, xx.xx.1977-ci il tarixli əmrə əsasən “Solyut” gəmisində 1 dərəcəli motorçu-matros vəzifəsinə keçirilmişdir. 217/л saylı, xx.xx.1983-cü il tarixli əmrə əsasən öz xahişi ilə işdən azad edilmişdir. İddiaçı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarında 21 saylı bölmənnin 21.2 bəndinin “b” yarımbəndinə əlavə edilən “bütün adlarda motorçular” qeydlərinə görə güzəştli əmək pensiyasına çıxmasına əsas verir. Güzəştli pensiya üçün staj: 5 il, 6 ay, 17 gün təşkil edir. İşdə olan SOCAR X12 tərəfindən verilmiş SOCAR**********80020115X00004 nömrəli, xx xxx 2020-ci il tarixli arxiv arayışın surətindən görünür ki, İddiaçı həqiqətən X6 X8 rayon X9 X15 Stansiyasında xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək texnoloji nasosların 4-cü dərəcəli maşinisti (əmr № 11/L, xx.xx.1983), xx.xx.1984-cü ildən isə xx.xx.1985-ci ilədək texnoloji nasosların 5-ci dərəcəli maşinisti (əmr №27/OK, xx.xx.1984; əmr № 45/L, xx.xx.1985) peşəsində işləmişdir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh öz etirazında ilk öncə iddiaçının vəkili tərəfindən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışının təqdim edilməməsinə, bununla bağlı iddiaçıya məktub ünvanlanmasına, bununla da, əslində tərəflərindən iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi məsələsinə baxılmasından imtina edilməməsinə, müvafiq sənədlərin əsillərinin tam şəkildə təqdim edildikdən sonra ona güzəştli pensiya təyinatının aparılması məsələsinə baxılacağını bildirdiklərinə istinad etsələr də, cavabdehin bu mövqeyi əsaslı deyildir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Göründüyü kimi, qanunvericiliyin normalarına əsasən inzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. İddiaçı tərəfindən təqdim edilmiş sübutlar yetərli olmadığı təqdirdə cavabdeh inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Məhkəmə iddianın əsaslılığı ilə bağlı qeyd edir ki, iş materiallarına əlavə olunmuş sənədlərlə iddiaçının 57 yaşı tamam olduğu, xx.xx.2014-cü il tarixədək işlədiyi peşələrin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələr olması iş materialları ilə öz əksini tapdığından, bundan əlavə iddiaçının işləmiş olduğu peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəriciliərin siyahısı»nda nəzərdə tutulduğundan, bununla da, iddiaçının 25 ildən çox ümumi, 12 il 6 ayadək xüsusi iş stajının olması sübuta yetirildiyindən iddia tələbi təmin edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki,iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşı tamam olduğu xx xxxxxx 2014-cü il tarixindən təyin olunması vəzifəsi Azərbaycan Respublikası Əmək və X7 Nazirliyi yanında Dövlət X11 X10 İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar